Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-10/2023 03.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında feldşer işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, Qaçaq Nəbi küçəsi, ev 54-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vuraraq ona almacıq yanaq nahiyəsinin hematoması, yumşaq toxumaların əzilməsi kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədənin icra ediləcəyi üçün real əsaslar ilə müşahidə olunan hərəkətlər etməklə sonuncunu öldürməklə hədələmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci və 134-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2014-cü ildə Nuray Heydərova və 2016-cı ildə Pərinaz Heydərova adlarında iki övladları doğulmuşdur. 2022-ci ilin dekabr ayından arvadı Svetlana ilə aralarında ailədaxili söz-söhbətlərə görə narazılıq yaranmışdır. Qayınatası Nurəddinin qohumu Nazim adlı şəxs və atası Yunus onu arvadı Svetlana ilə barışdırmış və o, evə qayıtmış, lakin arvadı Svetlana ilə bir mənzildə yaşasa da, Svetlananı danışdırmamışdır. 2023-cü ilin aprel ayında Svetlana ilə barışmaq istəmiş, lakin Svetlana razı olmamış, və ona “boşanmaq istəmirsənsə bir evdə ayrı-ayrı yaşayaq, hər kəs öz həyatını yaşasın” demiş, o da qaynatası Nurəddinə zəng edib bu barədə məlumat vermişdir. Nurəddin ona “qızım rus südü əmib, o, sərbəst yaşamalıdır, sənin ixtiyarın yoxdur ona qarışasan” demiş, Svetlana qızılları yığıb aparmışdır. Ad günündə qızılları boğazında və barmağında görüb “bəs qızılları mən aparmışdım?” demiş, əvvəllər münasibətləri pozulan zaman Svetlana “evdən qızılları sən aparmısan, digər qızılları aparanda yadından çıxıb qızıl qabında bunlar qalıbdır” demişdir. Svetlana təxminən 2018ci ildə evdən 30000 (otuz min) manat pul aparmışdır. Bu barədə atası Yunusa demiş, atası ona “puldan ötrü ailəni dağıtma” demişdir. O, heç kimə bu barədə məlumat verməmişdir, 2022-ci ildə 22000 (iyirmi iki min) manat pulu da Svetlana aparmış, kimə vermişdirsə boynuna almamışdır, münasibətləri getdikcə pisləşdiyinə görə 2023-cü ilin aprel ayının 24dən evdən çıxmışdır. Svetlana özbaşına Toğanada özünə qadınlarla ad günü şənliyi keçirmiş, ona “sən evdə qalsan özümə xəsarət yetirəcəyəm” demiş, o da bu barədə polisə məlumat vermişdir. Svetlana boşanmaq üçün Kəlbəcər Rayon Məkəməsinə müraciət etmiş, 08 iyun 2023-cü il tarixində birinci məhkəmə baxışı olmuş, ikinci məhkəmə isə iyul ayında olmuşdur. 19 iyun 2023-cü il tarixdə saat 14 radələrində anası Pakizə ilə öz evə gəlmiş, Svetlana gəlib ona və anasına “evdən gedin” demiş, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir, təxminən on-on beş dəqiqə sonra yaşadığı ünvana polis işçiləri gəlmiş, Svetlana polisləri görən kimi “məni öldürürlər, qoymayın” demiş, Svetlana ərizə yazan zaman qayınatası Nurəddin mənzilə gəlmiş və qızı Svetlanaya “mənim başımı kəsirdi atam əlindən aldı” yazmasını demiş, evdən çıxanda Nurəddin onu təhqir edərək üstünə hücum etmiş, aralarında münaqişə yaranmışdır. O, mətbəxə su içməyə keçmiş, sağ ayağından əməliyyat olunduğuna görə özünü müdafiə etmək üçün mətbəxdən bıçağı götürüb polislərin köməyə gəlməsi üçün qışqırmış, polislər isə dərhal mətbəxə keçib bıçağı onun əlindən almışlar. Nurəddini öldürmək fikri olsa, onunla təkbətək olan zaman Nurəddini öldürə bilərdi, bıçağı əlində özünü müdafiə etmək üçün saxlamışdır, polislər isə bıçağı əlindən almış, daha sonra dəhlizə çıxmışdır, qayınatası Nurəddin əvvəllər iki-üç dəfə Gəncə şəhərində dəmir yolu vağzalı istiqamətində olan zaman Kəlbəcər Su-Meliorasiya İdarəsinə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Chevrolet-Niva” markalı avtomobili onun üstünə sürmüş, lakin o, həmin vaxt Nurəddindən şikayət etməmişdir. 19 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində aralarında baş vermiş münaqişədən sonra həyətə çıxmış, həmin avtomobili görən zaman əsəbləşmiş və avtomobilin sol arxa qapısının şüşəsinə və ön şüşəsinə yumruqla bir neçə zərbə vurmuş, həmin şüşələr sınmış və o, qolundan xəsarət almışdır. Arvadı Svetlananı yumruqla vurmamış, həmin münaqişə zamanı səsə Svetlana gələn zaman Nurəddin Svetlananı irəli atıb arxasında gizlənmiş, həmin vaxt bıçaqla heç kimi vurmaq fikri olmamışdır, bıçağı əlinə alıb onu vurmamaları üçün hədələmişdir. O, təqsirləndirilən şəxs olaraq törətdiyi əməldən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmiş və Svetlana ilə barışmışlar. Bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam versin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nikahlarından 2014-cü ildə Nuray Heydərova və 2016-cı ildə təvəllüdlü Pərinaz Heydərova adlı iki övladları doğulmuşdur. 2022-ci ilin dekabr ayından aralarında yaranmış söz-söhbətlərə görə Tural evdən çıxıb getmiş, 2023-cü ilin mart ayında valideynlərin razılığı ilə evə qayıtmış, iki gün evdə qaldıqdan sonra qızılları və kompyuteri götürərək evdən çıxıb getmiş, sonra isə yenidən gəlib öz əşyalarını götürüb getmişdir. Tural ondan boşanmaq üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş, ərizəsində eyni zamanda onun ünvanına xoşagəlməz sözlər işlədərək onu əxlaqsızlıqda günahlandırmışdır. 19 iyun 2023cü il tarixdə saat 14 radələrində Tural və anası Şahid6 onun yaşadığı mənzilə gələrək evdən çıxmağı tələb etmişlər. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək əri Turalla aralarında münaqişə olduğunu bildirmiş, təxminən on-on beş dəqiqəyə polis əməkdaşları mənzilə gəlmiş, ərizə ilə müraciət etdiyi zaman atası Nurəddin də təsadüfən yaşadığı mənzilə gəlmiş, həmin vaxt Tural onu və atası Nurəddini söyüb təhqir edərək, onun və uşaqlarının evdən çıxmasını tələb etmiş və aralarında münaqişə yaranmış, bu zaman Tural mətbəxdə olan stolun üzərindən mətbəx bıçağını götürüb onun üstünə hücum çəkmiş və onu öldürəcəyi ilə hədələmişdir, bu zaman həmin yerə gəlmiş Rəcəb adlı polis işçisi Turalın qollarını arxadan tutmuş və bıçağı Turalın əlindən almışdır. Sonra o, atası Nurəddinlə başqa otağa keçmiş, Tural yenidən onların olduğu otağa keçib onun sifət nahiyəsinə yumruq zərbələri vurmuş, həmin vaxt polislər yenidən Turalı tutmuş və mənzildən çıxartmışlar. Təqsirləndirilən şəxs dəfələrlə onu öldürməklə hədəmiş, bununla bağlı Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə də məlumat vermiş, bundan sonra polis şöbəsinə gəlmək üçün atası Nurəddinlə birlikdə binanın qarşısına düşmüş, Tural da binanın qarşısında öz avtomobilində əyləşmişdir. Tural öz avtomobili ilə onun atasının həyətdə saxladığı “Chevrolet” markalı avtomobilin yanına gəlib maşından düşərək atasının avtomobilinin ön, yan və arxa şüşələrini yumruqla və dirsəyi ilə vurub sındırmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda Turaldan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs heç bir cəza verilməsini istəmir və məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaq zamanı dindirilmiş şahidlərin ifadələri: Şahid qismində məhkəmədə dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 19 iyun 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri Yeni Qəsəbə bina 09, mənzil 33-də yaşayan Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs yaşadıqları mənzildə aralarında münaqişə olması barədə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə edilən müraciət əsasında əməliyyat qrupunda olduğuna görə polis leytenantı Şahid2 və ərazinin sahə rəisi Şahid1lə Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Həmin vaxt avtomobildə gözləyərkən ünvana getdiyi mənzildən səs-küy gəldiyindən kömək məqsədi ilə mənzilin giriş qapısının qarşısına gedən zaman Təqsirləndirilən şəxs, qayınatası Nurəddin və arvadı Svetlana arasında münaqişə olduğunu görmüş, Tural mətbəxə qaçaraq bıçaq götürüb Svetlananın üzərinə hücum çəkib onu bıçaqla öldürəcəyi ilə hədələmiş, bu zaman baş verə biləcək hadisənin qarşısını almaq üçün dərhal Təqsirləndirilən şəxs qarşısına keçərək onun qollarından tutmuş, bıçağı onun əlindən almış, münaqişəni sakitləşdirmək üçün Təqsirləndirilən şəxs yaşadığı mənzildən çölə çıxardıb onun arxasınca binanın həyətinə düşmüşlər. Təqsirləndirilən şəxs öz avtomobilinə minib sürüb gedərkən **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlayaraq avtomobildən düşmüş, yumruq zərbələriylə avtomobilin ön, arxa və sol güzgüsünü vuraraq sındırmış, o və digər polislər də hadisəyə müdaxilə edərək avtomobildən Turalı uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs əlindən aldığı bıçağı polis leytenantı Şahid2 təqdim etmişdir. Şahid qismində məhkəmədə ifadə vermiş digər polis əməkdaşları Şahid1 və Əsgərzadə X1 Rəcəb Xıdır oğlu ilə oxşar məzmunda ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Şahid qismində məhkəmədə dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, Turalla Svetlana arasında mübahisələr olmuş, münasibətləri pozulmuşdur. Münasibətlərinin pozulmasının səbəbi Svetlananın evdən gizlin pul götürməsi və pis əməllər etməsi olmuşdur. 19 iyun 2023-cü il tarixdə saat 14 radələrində oğlu Tural ilə evdə olan zaman qonaq otağında oturmuş, bu zaman gəlini Svetlana və atası Nurəddin evə gələrək onlardan evdən getməyi tələb etmiş və aralarında mübahisə baş vermişdir. Sonra mübahisə ilə bağlı mənzilə polis əməkdaşları gəlmiş, bir neçə dəqiqə sonra mətbəxdən səs-küy gəldiyini eşitmiş, mətbəxin qapısına yaxınlaşdıqda Turalın əlində bıçaq olduğunu görmüş, əlində bıçağı tutaraq Nurəddin və Svetlanaya “mənə yaxın gəlməyin, yoxsa sizi vuracam” demiş, Turala bıçağı yerinə qoymasını demiş, Tural ona “Nurəddin və Svetlana məni vurmaq istəyirlər, özümü qorumaq üçün bıçağı götürmüşəm” demiş, sonra isə polis əməkdaşı gəlmiş, Tural həmin bıçağı polis əməkdaşına vermişdir. Daha sonra isə Turalla evdən çıxaraq getmişlər, həmin mübahisə zamanı Turalın Svetlananı vurduğunu görməmişdir. Şahid qismində məhkəmədə dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayından qızı Svetlana ilə Tural arasında ailədaxili söz- söhbətlərə görə Tural evdən çıxıb getmiş, 2023-cü ilin mart ayında özünün və Turalın valideynlərinin iştirakı ilə Tural evə qayıtmış, iki gün evdə qaldıqdan sonra qızılları və kompyuteri, daha sonra isə gəlib öz əşyalarını götürüb getmişdir. Tural Svetlanadan boşanmaq üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda onun qızı Svetlananın ünvanına xoşagəlməz şaiyələr danışaraq onu əxlaqsızlıqda günahlandırmışdır. Svetlana isə bu barədə ərizə ilə müraciət etmiş, 19 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində işdən çıxıb işlədiyi idarəyə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobillə qızı Svetlananın yaşadığı Gəncə şəhərindəki Yeni Qəsəbə-1500 yaşayış massivində yerləşən 9 saylı binanın qarşısına getmiş, avtomobili park edib qızı Svetlananın yaşadığı mənzilə daxil olan zaman polis işçiləri, kürəkəni Tural və anası Pakizənin mənzildə olduğunu görmüş, polislər Turaldan ərizə və izahat almış, qızından nə baş verdiyini soruşduqda Tural nalayiq söyüşlərlə cavab vermiş və mətbəxə girib bıçağı götürərək Svetlananın üzərinə gələn zaman polis işçisi Rəcəb adlı şəxs Turalın qolundan tutub bıçağı əlindən almışdır. Tural yumruqla onun sol göz nahiyəsinə vurmuş və o, yerə yıxılmışdır, həmin vaxt Tural Svetlananı da yumruqla vurmuş, polislər Turalı tutub mənzildən çölə çıxartmışlar. O, öz idarə etdiyi avtomobilə əyləşib biraz qabağa gedib **-AA-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin yanında dayanıb əli ilə sol güzgünü qırmış, sola dönmə işığını çıxardıb yerə atmış, yumruqla və dirsəyi ilə ön, arxa və yan şüşələri sındırıb avtomobilə minib getmişdir. Şahid qismində məhkəmədə dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 19 iyun 2023-cü il tarixdə saat 14 radələrində işlədiyi idarəyə məxsus 32-AA 017 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobillə atası Nurəddinlə birlikdə nahar fasiləsinə gedən zaman bacısı Svetlana atasına zəng edərək evlərində münaqişə olması barədə məlumat vermiş, münaqişə olduğuna görə oraya getmək istəməmiş, buna görə də atası Nurəddin həmin avtomobili idarə edərək bacısı Svetlananın yaşadığı ünvana getmiş, həmin gün axşam saatlarında atası Nurəddin zəng edib Turalın avtomobilin şüşələrini sındırdığını demiş, bundan sonra avtomobili atasından təhvil almışdır. Həmin vaxt avtomobilin ön, yan və arxa şüşələri sınmış halda olmuşdur. Avtomobili o özü təmir etdirmiş, avtomobilin təmirinə ümumilikdə 395 manat pul ödəmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 iyun 2023-cü il tarixli 933 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər sol almacıq-yanaq nahiyəsinin hematoması, yumuşaq toxumaların əzilməsi - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni 19 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 21 iyul 2023-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə Mənzil Kommunal İstismar Sahəsindən alınmış 24 iyul 2023-cü il tarixli 129 nömrəli məktubda Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşadığı, həmçinin yaşadığı müddət ərzində onun barəsində Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmadığı göstərilmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 134-cü maddəsinin mətninin müddəalarından görünür ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 03 noyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onu öldürməklə hədələməsi məhkəmə istintaqı nəticəsində öz təsdiqini tapmışdır- cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və iş materiallarında olan digər sübutlar bu qənaətə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X6rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd mətbəx bıçağı istifadəyə yararsız olduğundan məhv edilməlidir. Məhkəmə xərcləri: İş üzrə 31,50 manat (otuz bir manat-50 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X2, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilməlidir. Hökmün məhkəmə xərci ilə bağlı hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Kəlbəcər Rayon Polis Şöbəsində saxlanan 1 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə 31,50 manat (otuz bir manat-50 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X2, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilsin. Hökmün məhkəmə xərci ilə bağlı hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-10/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-10/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver