Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-11/2023 22.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Göygöl Rayon Vəkil Bürosunun tərkibində vəkillik fəaliyyəti göstərən Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Tərtər rayonunun Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonunun Çaykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni qəsəbə- 1500, bina 13, mənzil 29-da məskunlaşan, işləməyən, subay, orta təhsilli, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına qəsdən yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 15 iyun 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Yeni Qəsəbə yaşayış massivində 5 saylı binanın qarşısında yerləşən istirahət çardağının altında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu döyərək ona ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin və sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançırları, sol bazu və hər iki kürək nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa qəsdən “yüngül” zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi “VAZ 2114” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindəki Yeni qəsəbə-1500 ərazisində 19 saylı binanın qarşısında hərəkətdə olan zaman əvvəllər tanımadığı “Kia” markalı avtomobilin sürücüsünün yolun hərəkət hissəsində dayandığını görmüş, həmin avtomobilin sürücüsünə keçmək istədiyini deyəndə avtomobilin sürücüsü yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs üzünü çevirib avtomobili arxa-arxaya hərəkət etdirmiş və bu zaman o, həmin “Kia” markalı avtomobilin yanından keçib gedəndə Qabil əli ilə avtomobili saxlamağı işarə etmiş, o, avtomobili saxlayıb Zərərçəkmiş şəxs “nə üçün avtomobillə iki metr qabağa getmirsən, yüz metr arxaya gedirsən?” deyə sual edəndə Zərərçəkmiş şəxs cavabında ona “sən mənə maşın sürmək öyrədirsən?, mənim stajım dədənin stajından çoxdur!” demiş, o da Qabilə “sən mənim dədəmi tanıyırsan ki,? belə söz deyirsən, danışığına fikir ver” deyib avtomobilini sürüb getmiş və təxminən beş-on dəqiqədən sonra Zərərçəkmiş şəxs binanın qarşısında olan istirahət çardağının altında əyləşdiyini görmüşdür. Həmin vaxt Qabil onu yanına çağırıb ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbiləşib əli ilə Qabilin sifətindən bir yumruq vurmuş, Qabil isə zərbənin təsirindən yerə yıxılıb başı istirahət yerində olan oturacağa dəymişdir. Sonra oraya dayısı- “Samir” adı ilə tanınan Nihat, qonşuları Elxan, Vüsal gəlmiş və adı çəkilən şəxslər onları sakitləşdirmiş və dayısı onu oradan götürüb işlədiyi bərbərxanaya aparmışdır. Hadisə təxminən üç-beş dəqiqə davam etmişdir. Sonradan törətdiyi əməldən peşman olmuş və Zərərçəkmiş şəxs ilə bir neçə dəfə barışmağa cəhd etsədə, Zərərçəkmiş şəxs onunla barışmaq istəməmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiklərini, “İkinci Qarabağ” müharibəsi iştirakçısı olmasını və İİİ dərəcə əlil olmasını nəzərə alıb onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 15 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi özünə məxsus “Kia” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən yaşadığı qəsəbəyə gəlmişdir. Həmin vaxt onun avtomobilini qonşusu Vidadi idarə etmiş, qəsəbə ərazisinə daxil olduqda Vidadi avtomobili saxlayıb düşüb evinə getmişdir. Avtomobilə əyləşib avtomobili arxaya hərəkət etdirib öz yaşadığı binanın qarşısına tərəf getmək istəyən zaman təxminən on beş-iyirmi metr hərəkət etdikdə qarşıdan qara rəngli “VAZ 2114” markalı avtomobil gəlmiş, sürücü-adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun avtomobilinin qarşısında saxlayıb və əli ilə keçmək istədiyini işarə etmiş, o da həmin sürücüyə əli ilə arxaya çıxmaq istədiyini işarə etmiş, bu zaman həmin avtomobilin sürücüsü ona irad tutaraq “qabaqdan dönüb qayıda bilmirsən, sürə bilmirsən sürmə” demiş, o da həmin sürücüyə, “sən mənə maşın sürmək öyrətmə, mən maşın sürəndə səndən böyüklər maşın sürə bilmirdi” demişdir. Bu zaman avtomobilin sürücüsü İlkin ona “düşüb səni sürüyərəm” demişdir. O, “VAZ 2114” markalı avtomobilin sürücüsünün onunla dalaşmaq istədiyini görüb ona cavab verməyib avtomobili arxa istiqamətində hərəkət etdirib yolu boşaltmış və həmin “VAZ 2114” markalı avtomobil yandan keçib təxminən iyirmi metr getdikdən sonra 5 saylı binanın qarşısında dayanaraq, sürücü düşüb getmişdir. O, öz avtomobilini həmişə saxladığı yerdə, həmin “VAZ 2114” markalı avtomobilin yanında saxlamış, həmin vaxt arvadı Bəsdi binanın həyətində olmuş, o, avtomobildə olan selofan torbanı arvadına vermiş, arvadı evə gedəndən sonra özü binanın qarşısında olan istirahət çardağının altında gedib əyləşmişdir. Təxminən 6-7 dəqiqədən sonra “VAZ 2114” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun avtomobilinin yanına gəlmiş, bu zaman, özü İlkinə “a bacoğlu, mən sənə nə dedim ki, mənə deyirsən “səni sürüyərəm” deyə sual etmiş, İlkin isə heç bir söz demədən ona tərəf gəlmiş və çatan kimi ona tərəf yumruq zərbəsi atıb daha sonra o, ayağa qalxmaq istəyəndə istirahət yerinin dirəyindən tutub təpiklə döş qəfəsinin sol tərəfinə bir zərbə vurmuş, o, yerə yıxılmış, yerə yıxılandan sonra isə İlkin bədəninin müxtəlif yerlərinə təpik zərbələri vurmuş, həmin vaxt zərbələr sifətinə dəyməsin deyə baş nahiyəsini tutmuş, bu vaxt bir qadının binanın pəncərəsindən qışqıraraq “niyə qoyursunuz onu öldürsün” dediyini eşitmişdir. Bu zaman qəsəbə sakinləri- “Samir” kimi tanınan Nihat və Elxan adlı şəxslər, sonra qardaşı oğlu Vüsal oraya gəlmiş və onları aralaşdırmışlar. Sonra Nihat onu döyən, bacısı oğlu İlkini həmin yerdən aparmışdır. O, İlkini əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, ancaq İlkinin dayısı “Samir” ləqəbli Nihatı qəsəbə sakini kimi tanımışdır. Hadisə təxminən on beş-iyirmi dəqiqə davam etmiş, həmin yerə tanıdıqları Anatoli, arvadı Bəsdi, qonşusu Şəfəq və digər qonşular gəlmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmır, ondan şikayətçidir və Təqsirləndirilən şəxs qanunvericiliyin tələbinə uyğun cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, əsl adı Nihat olsa da, tanışları onu “Samir” adı ilə tanıyır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. İlkin “Vətən müharibəsi” zamanı aldığı xəsarətlərdən sonra əqli zəiflik yaşayır. 15 iyun 2023-cü il tarixdə yaşadığı qəsəbədə gəzərkən bacısı oğlu İlkinin əvvəllər tanıdığı Qabil adlı şəxslə istirahət çardağının altında mübahisə etdiyini görüb onlara yaxınlaşmış, onların yanına çatdıqda İlkinin köynəyinin cırıldığını görmüşdür, o, İlkinin qolundan tutaraq onu çəkmək istəmiş, həmin vaxt Qabil nalayiq ifadələr işlətmiş, o, söyüş söydüyünə görə Qabilə irad bildirmiş və İlkinin qolundan tutaraq onu evə aparmışdır. İlkinlə Qabil dava edən zaman onların yanına gedəndə artıq onların davasının bitdiyini və sözlü mübahisə etdiklərini görmüş və mübahisənin davam etməsinin qarşısını almaq üçün İlkini oradan kənarlaşdırıb evə aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 15 iyun 2023-cü il tarixdə iş dalınca getmək üçün evdən çıxmış və qəsəbə ərazisində 5 saylı binanın qarşısında olan zaman həmin binanın qarşısında olan istirahət çardağının altında mübahisə olduğunu görüb yaxınlaşanda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdıqlarını və həmin vaxt Qabilin yerdə olduğunu görmüş, həmin vaxt oraya “Samir” kimi tanıdıqları Şahid2da gəlmiş, o, İlkini, Nihat isə Qabili tutmuş və onları aralaşdırmışlar. Daha sonra həmin yerə Şəfəq adlı qadında gəlib çıxmışdır. Davanın hansı səbəbdən baş verdiyini o, bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə eyni qəsəbədə yaşayır və onlarla qonşudur. 15 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində qəsəbə ərazisində 5 saylı binanın qarşısında olan zaman həmin binanın qarşısında olan istirahət çardağının altında mübahisə olduğunu görüb yaxınlaşanda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs başqa bir şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxt adını sonradan bildiyi İlkin Qabilin üzərinə hücum etmiş və Qabili təpiklə vurmuşdur. Qabil yıxılıb başı çardağın dəmirinə dəyib qanamış, bu zaman oraya Elxan, Nihat(Samir) və Şəfəq adlı qəsəbə sakinləri gəlmiş və onlar Qabil ilə İlkini aralaşdırmışlar. O, sonradan Qabili döyən şəxsin Nihatın bacısı oğlu İlkin olduğunu öyrənmişdir. Sonra oraya polis işçiləri gəlmiş və Qabili tibb məntəqəsinə aparmışlar. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, 15 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı binanın pəncərəsindən baxanda binanın qatrşısındakı çardağın altında iki şəxsin dalaşdığını görüb tez həyətə düşüb ora gedəndə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşdıqlarını və Zərərçəkmiş şəxs başının qanadığını görmüşdür. Həmin vaxt oraya gəlmiş Şahid1, o, və İlkinin dayısı Nihat dalaşanları aralaşdırmışdır.Bir qədər keçmiş isə oraya polis əməkdaşları gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Gəncə şəhər şöbəsindən verilmiş məhkəmə tibbi ekspertizasının 16 iyun 2023-cü il tarixli 906 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərtəpə-ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin və sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançırları, sol bazu və hər iki kürək nahiyələrinin sıyrıqları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 15 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə mənzil-kommunal-istismar sahəsindən alınmış 19 iyun 2023-cü il tarixli 126 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 X5 şöbəsindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 25 iyul 2023-cü il tarixli 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda partlayış nəticəsində kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və nevrotik əlamətlərlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 505/22 saylı xəstəlik tarixindən çıxarış, Gəncə şəhər Psixonevroloji Dispaserindən verilmiş xx.xx.2023-cü il tarixli 415 saylı arayış, X1 verilmiş xəstəlik tarixindən çıxarış, AR SN-nin Psixi Sağlamlıq Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə vərəqəsi), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı ünsiyyətə daxil olması, bu zaman verilən suallara hövsələsiz və acıqlı tərzdə cavablar verməsi, keçirilən ekpertizanın məqsədini və mahiyyətini başa düşərək ekspertizanın nəticəsinə aktiv maraq göstərməsi, onda əsəbiliyə meyillilik müşahidə olunması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi, onda kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, cinayət əməli törətdiyini və bu tip əmələ görə cəza almaq ehtimalını başa düşməsi, lakin baş vermiş hadisədən peşiman olmadığını söyləməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, onda müşahidə edilən yaddaş, təfəkkür və davranış pozuntularının az ifadəli olması və s.) sübutedir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş M/V seriyalı № 113509 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı adı (statusu) verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseri tərəfindən 04 iyul 2023-cü il tarixdə verilmiş 4199 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən hal-hazıradək X9 Dispanserində üzvi şəxsiyyət pozuntusu diaqnozu ilə qeydiyyatda durur. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin: birinci hissəsinə əsasən,hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; ikinci hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. -125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin müddəalarından görünür ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (mətndə bundan sonra “CPM”): -138.1-ci maddəsinə əsasən, sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmək vəzifəsi ittihamçının üzərinə düşür. -139.0,139.0.1-139.0.6-cı maddələrinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri tam olaraq vardır və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməli, həmin maddə üzrə də cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza- törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının: 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-cibəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növ və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edənməlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-cimaddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” iş üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın-bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmin əməli anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olaraq törətməsini, onun Vətən müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Eyni zamanda CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə faktiki hallarını, törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə aşağı həddə islah işləri cəzasının tətbiq edilməsi qanuni olmaqla əsaslı və ədalətlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Мəhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökmün elan edildiyi andan 20 gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-11/2023
Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-11/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver