Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-13/2023 22.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Tərtər rayonunun Ələsgərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin may ayının sonu iyun ayının əvvəlində Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC tikinti şirkətinin direktoru Zərərçəkmiş şəxs həmin şirkətə məxsus texnikalara ehtiyat hissələri gətirəcəyi adı ilə aldatmış, Zərərçəkmiş şəxs Kəlbəcər rayonu ərazisində olarkən telefonunda olan mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “**********141396” saylı hesaba ümumilikdə 2800 (iki min səkkiz yüz) manat pul göndərmiş, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 2800 (iki min səkkiz yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Şahid 2023-cü ilin may ayında “Kolin İnşaat” şirkətində sürücü işləyən zaman Kəlbəcər rayonunda olarkən tanımış və həmin vaxtdan münasibətləri yaranmışdır. 2023-cü ilin təxminən may ayının əvvəllərində Amil ona işlədiyi şirkətə məxsus olan çınqılqıran texnikanın mühərrikinin xarab olduğu bildirmiş, iş texnikalarının ehtiyat hissələrinin qiymətlərindən ümumi olaraq məlumatı olduğundan Amilin istədiyi ehtiyat hissəsini tapıb aldığı qiymətdən bir qədər artıq qiymətə Amilə satmağı fikirləşmiş və həmin vaxt Amilə həmin texnikanın mühərrikinin tapılıb alınmasında ona köməklik edə biləcəyini demişdir. Bundan sonra Amilə həmin mühərriki 2800 manata tapa biləcəyini demiş, həmin vaxt Amil şirkətin rəhbərliyi ilə əlaqə saxlayıb məlumat verəcəyini demiş və təxminən may ayının sonu iyun ayının əvvəlində Amil ona zəng vurub şirkətin rəhbəri ilə danışdığını, ona plastik kart nömrəsi göndərməsini, özünün 2800 manat pulu həmin karta göndərəcəyini bildirmişdir. O da həmin vaxt şəxsi istifadəsində olan **********141396 saylı kart nömrəsini Amilə “Whatsapp” ani mesajlaşma platforması ilə göndərmiş, sonra onun kartına 2023-cü ilin may ayının sonu iyun ayının əvvəlində 1000 , 300 və 1500 manat olmaqla ümumilikdə 2800 manat pul gəlmişdir. Bundan sonra həmin texnikanın mühərriki ilə maraqlanmış, lakin saz vəziyyətdə olan mühərrik tapa bilmədiyindən verdiyi vədə əməl edə bilməmiş və Amildən aldığı pulu arvadı onkoloji xəstə olduğundan həmin vaxt arvadının müalicəsinə xərcləmişdir. Həmin vaxtdan bir neçə gün sonra isə ona Kəlbəcər rayon polis şöbəsindən zəng edilmiş və Amilin ondan şikayət etdiyi deyilmişdir. Bundan sonra polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Amildən aldığı 2800 manat pul onun işlədiyi şirkətin direktoru Zərərçəkmiş şəxs məxsusdur.Odur ki, o, Amildən aldığı həmin pulu tam şəkildə geri qaytarmış və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam verilsin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonunda fəaliyyət göstərən "xxxx" MMC şirkətinin direktoru vəzifəsində işləyir. Amil Məmmədov rəhbərlik etdiyi şirkətdə Kəlbəcər rayonu ərazisində sahə rəisi kimi işlərə nəzarət edir. Rəhbəri olduğu şirkətdə çınqılqıran və bir neçə başqa texnika vardır. 2023-cü ilin may ayında çınqılqıran aparatın mühərrikində nasazlıq yaranmış, eyni zamanda, bir neçə texnikanın təkərləri köhnəlmiş, buna görə də Amil Məmmədova həmin mühərrikin yenisi ilə əvəz olunması üçün yeni mühərrik və texnikalar üçün təkərlər alınmasını tapşırmışdır. Bir neçə gündən sonra Kəlbəcər rayonu ərazisində Amil ilə birlikdə olarkən Amil ona, Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və həmin şəxsin 2800 manat pul müqabilində onlara işlək vəziyyətdə olan mühərrik tapa biləcəyini demişdir. Amilə Elminin dediyi qiymətlə razı olduğunu və həmin mühərriki tapıb gətirməsini demişdir. Həmin vaxt Amil Elmin ilə telefonla əlaqə saxlamış, Elmin Amilə kart nömrəsi göndərmiş, 2800 manat pulu karta göndərməsini və onlara qısa müddət ərzində işlək vəziyyətdə olan mühərrik tapıb verəcəyini demişdir. Amil Təqsirləndirilən şəxs göndərdiyi “**********141396” saylı kart hesab nömrəsini ona göndərmiş, həmin hesaba təxminən 2023-cü ilin may ayının sonuiyun ayının əvvəlində ayrı-ayrılıqda birinci dəfə 1000 , sonra 300 manat, daha sonra isə 1500 manat olmaqla ümumilikdə 2800 manat pul göndərmişdir. Həmin qəbzlərin şəklini isə Amilə göndərmişdir. Bir neçə gün sonra Amildən Elminin sözügedən mühərriki tapıbtapmaması barədə soruşmuş, bir neçə saat sonra Amil zəng edib Elminlə danışmış, Elmin ona mühərriki tapa bilmədiyini və göndərdiyi pulu xərclədiyi üçün geri qaytara bilməyəcəyini demişdir. Bundan sonra onlar Elmin tərəfindən aldadıldıqlarını başa düşüb 06 iyun 2023-cü il tarixdə Kəlbəcər rayon polis şöbəsinə Elmindən şikayət ərizəsi yazmışlar. Polisin apardığı araşdırma zamanı Təqsirləndirilən şəxs ondan aldığı 2800 manat pulu tam məbləğdə nağd şəkildə şəxsən ona geri qaytarmışdır. Ona görə də Təqsirləndirilən şəxs ilə barışmış və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza verilməsini istəmir və məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin 27 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1, 69.3-cü maddələri ilə aylıq qazancının 10 % dövlət nəfinə tutulmaqla 05 ay 27 gün islah işi cəzasına, sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.4, 66.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar olaraq xx.xx.2017-ci il tarixli qanuna əsasən onun cəzası 05 ilə endirilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, bundan başqa Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Tərtər rayonu Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 21 avqust 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunmuşdur. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidin ifadəsi elan edilmişdir: İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təsədüfən Kəlbəcər rayonunda işlədiyi "xxxx" MMC şirkətinə gələn zaman tanımış, orada Təqsirləndirilən şəxs özünü “Kolin” şirkətində vəzifəli bir şəxs kimi təqdim etmiş, bundan sonra onlar üç-dörd dəfə görüşmüşlər. Söhbət əsnasında o, Elminə çınqılqıran aparatın mühərrikinin yandığını və texnikalara təkər lazım olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “problem yoxdur, həll edərik” demiş, kiminləsə danışdıqdan sonra çınqılqıran aparatın mühərrikini və texnikalara alınası olan təkərlərin şəkilini göstərmişdir. 4000 manat mühərrikə, 2800 manat isə ümumlikdə on dörd ədəd təkərlərə pul istəmiş, icraçı direktoru Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Elmin ona plastik kartın şəkilini göndərmiş, həmin kartın şəklini Emin müəllimə göndərmişdir. Daha sonra 2800 manat pulu Emin müəllim “**********141396” nömrəli kart hesabına göndərmiş və qəbzin şəkillərini də göndərmişdir. Təxminən iki gündən sonra Elmin ona bir mühərrik şəkili göndərmiş və bu mühərriki Göyçay rayonunda şərab zavodundan gecə çıxarıb verəcəklərini demiş, o isə həmin mühərrikin oğurluq olmasından şübhələnmiş və Elminə zəng vurub “mühərrik lazım deyil” demişdir O, Təqsirləndirilən şəxs ümumilikdə cəmi 2800 manat pul verilmişdir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 321.2-ci maddəsinin müddəalarından görünür ki, cinayət işi üzrə məhkəmənin baxış iclasının keçirilməsi nəticəsində qəbul edilə bilən qərarlardan biri də 321.2.1-ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, dəymiş zərəri tam ödəməsi və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. Həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-13/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-13/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver