Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-4/2024 24.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, tam оrtа təhsilli, işləməyən, 3-cü dərəcəli müharibə əlili, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olan, ünvan 2əcburi köçkün qismində məskunlaşan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndiriləndirilməklə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməklə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində valideynlərinin Kəlbəcər rayonuna getməsinə şərait yaradılması məsələsi ilə bağlı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmaq üçün Gəncə şəhərinin Yeni qəsəbə-1500 ərazisində yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş və icra başçısının onu qəbul etməsini tələb edərək səs-küy yaratmışdır. Bundan sonra, o, icra hakimiyyətinin nümayəndəsi tərəfindən xidməti otaqda qəbul edilmiş, onunla söhbət zamanı sonuncu yenidən səs-küy yaradaraq icra başçısı tərəfindən qəbul olunmasını tələb etmişdir. Bu zaman həmin inzibati binada stasionar polis postunda xidmətdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş mühafizə idarəsinin X7 şöbəsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq sakitliyə dəvət edib, təhlükəsizlik baxımından üzərində olan əşyaları, o cümlədən mobil telefonunu təhvil verməsini xahiş etmişdir. Lakin polis əməkdaşına telefonu təhvil verməkdən imtina edərək sakitliyə riayət etməyib, sonuncu ilə mübahisə edib qəzəblənərək xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi-polis əməkdaşı Zərərçəkmiş şəxs qanuni tələbini yerinə yetirməyərək ona müqavimət göstərməklə zor tətbiq edib, Zərərçəkmiş şəxs paltarının yaxasından tutub dartışdırıb onu dəhlizin divarına çırparaq sıxışdırmış, ardınca Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə bir zərbə vurub ümumilikdə sonuncuya “sağ əlin beşinci daraq sümüyünün qapalı, qəlpəli sınığı” diaqnozlu, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən az ağır zərərvurmaya aid və “burun nahiyəsinin qançırı” diaqnozlu, dərəcəsi təyin edilmədiyinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs, Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olumuş və qırx dörd günlük Vətən müharibəsində iştirak etmiş, müharibədə yaralanmış və üçüncü dərəcəli müharibə əliliyi vardır. Evlidir, iki azyaşlı uşağı vardır. X1 xərçəng xəstəliyindən bu ilin mart ayının yeddisində vəfat etmiş, anası X4 isə xroniki böyrək çatışmazlığı xəstəliyindən xəstəliyindən əziyyət çəkir, dializlə yaşayır. Hələ keçən ilin dekabr ayının əvvəllərində həkimlərlə danışdığı zaman həkimlər valideynlərinin xəstəliyinin ciddi olduğunu və valideynlərinin yaxın zamanlarda ölmə ehtimalının olduğunu bildirdiklərindən, valideynlərinin ölümqabağı Kəlbəcər rayonunu ziyarət etmələrinə şərait yaradılması üçün 12 dekabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində bacısı Vüsalə ilə birlikdə Gəncə şəhərinin Yeni qəsəbə-1500 ərazisində yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasına gəlmiş və həmin binada, ilk olaraq mühafizə polisinin əməkdaşı olan, sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs onu qarşılamışdır. Polis əməkdaşına icra başçısı Azər Qocayevin qəbuluna girməli olduğunu demiş, polis əməkdaşı isə ona mobil telefonu təhvil verməli olduğunu bildirmişdir. Bundan sonra, o, həmin polis əməkdaşına “mən telefonumu heç kimə vermirəm və başçının qəbuluna girəcəm” demiş və sözlü mübahisə etmişdir. Bu zaman İcra Hakimiyyətinin Murov adlı əməkdaşı gəlib onu inzibati binanın birinci mərtəbəsində yerləşən xidməti otağına aparmışdır; oradan başçının müavininə zəng edib valideyinlərinin Kəlbəcər rayonuna getmələrinə icazə vermələrini, həmçinin onu başçının qəbuluna salmalarını xahiş etmiş, mobil telefonla danışdığı başçı müavini ona valideyinlərinin Kəlbəcər rayonuna getməsinin mümkün olmadığını, bunun üçün Daxili İşlər Nazirliyinə müraciət etməli olduğunu bildirdikdə əsəbləşib, uca səslə qışqırmışdır. Bu zaman mühafizə polisi Zərərçəkmiş şəxs gəlib ona səs-küy salmamağı bildirərək kobud formada bir daha mobil telefonu təhvil verməsini istədikdə, sonuncunun onunla kobud tərzdə danışmasından dahada əsəbləşərək Zərərçəkmiş şəxslə mübahisə etmişdir. Müharibədə kəllə-beyin travması aldığından və psixi problemi olduğundan həmişə tez əsəbləşir, bu səbəbdən də polis əməkdaşının onunla kobud tərzdə danışmasından əsəbləşib özündan çıxmış, eyni zamanda polis əməkdaşı onun paltarının yaxasından tutub dartışdırmasından biraz da əsəbiləşmiş, polis əməkdaşının burun nahiyəsinə başı ilə bir zərbə vuraraq polis əməkdaşına xəsarət yetirmişdir. Bundan sonra orada olan şəxslər onu aralamışlar. Daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu yaxınlıqda yerləşən polis şöbəsinə aparmışlar. Həmin hadisə zamanı onun özünə də bədən xəsarəti dəymiş, polislər onu yerlə sürüyərkən dizində qançır əmələ gəlmiş, həmçinin əynində olan gödəkcə də cırılmışdır. Zərərçəkmiş polis əməkdaşının onunla kobud davranmasına baxmayaraq, polis əməkdaşına zor tətbiq etdiyinə görə əməlindən peşmandır, eyni zamanda zərərçəkmişin də ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildən Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsinin Göygöl rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 12 dekabr 2023-cü il tarixdə saat 09:00-da Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasına iyirmi dörd saatlıq mühafizə xidmətinə təyin olunmuşdur. Xidməti: İcra Hakimiyyətinə gələn vətəndaşları qeydiyyata alaraq yönləndirmək, təhlükəsizlik baxımdan zərurət olduqda gələnlərin üstlərini dedektor cihazı vasitəsi ilə yoxlamaq, icra başçısının qəbuluna gələnlərin mobil telefonlarını alıb müvəqqəti saxlamaq, intizamsızlıq edən vətəndaşları intizama dəvət etmək və ümumi inzibati binada təhlükəsizliyi təmin etməkdən ibarətdir. 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan yerdə xidmətdə olan zaman inzibati binaya sonradan adını, soyadını bildiyi vətəndaş Təqsirləndirilən şəxs daxil olmuş və icra başçısının qəbuluna girəcəyini demişdir. Dərhal onu qeydiyyata alaraq bu barədə icra başçısının köməkçisi Şahid5 məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu təqdim etməsini xahiş etmiş, lakin İlqar ona aqressiv cavab verərək telefonu təqdim etməkdən imtina etmişdir. Bu zaman Şahid5 gələrək Təqsirləndirilən şəxs və onunla bərabər gələn bacısı Vüsaləni birinci mərtəbədə yerləşən xidməti otağına dəvət etmişdir. İlqar və bacısı Vüsalə Şahid5 xidməti otağına getdikdən təxminən dörd-beş dəqiqə sonra Təqsirləndirilən şəxs uca səslə qışqırdığını eşidib, dərhal ora gedib otağa daxil olan zaman İlqarın mobil telefonla kiminləsə uca səslə danışıb, qışqırdığını və stola yumruq vurduğunu görmüşdür. Ona sakit olmasını və başçının qəbuluna getmək istəyirsə mobil telefonunu təqdim etməsini bir daha bildirmişdir. Sonuncu ona kobud cavab verərək “sən kimsən ki, sənə telefon verim” deyib otağın giriş qapısının ağzında onun paltarının yaxasından tutub dartışdırmışdır. O da özünü müdafiə etmək üçün İlqarın paltarının yaxasından tutub ona sakit olmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs onu arxaya doğru itələyərək üzərinə gəlmiş və dəhlizə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs başı ilə onun sifət nahiyəsinə bir zərbə vurmuş, həmin zəbədən burun nahiyəsi xəsrət alaraq qanamağa başlamış, ardınca Təqsirləndirilən şəxs onu dəhlizin divarına çırpıb dartışdırmağa davam etmiş, bu zaman sağ əli zərblə divara dəymiş və xəsarət alaraq şişmişdir. Səs-küyə orada olan icra hakimiyyətinin işçiləri gəlib İlqarı tutub ondan aralamışlar. Daha sonra Kəlbcər Rayon Polis Şöbəsinin əməkdaşaları gələib Təqsirləndirilən şəxs oradan uzaqlaşdıraraq aparmışlar. Sonradan həkim müayinəsi zamanı sağ əlində barmağının sındığını bilmişdir. Şahid qismində dindirilmiş Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Kəlbəcər Rayoin İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında işlərinin icrası ilə məşğul olan zaman inzibati binanın giriş hissəsindən səs gəldiyini və həmin adamın başçının qəbuluna düşmək istədiyini dediyini eşitmiş, xidməti otağından çıxıb binanın giriş hissəinə gəldikdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs və İlqarın bacısı Vüsalə Salmanovun mühafizə polisi Zərərçəkmiş şəxs onları icra başçısının qəbuluna salmalarını tələb etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs mobil telefonu təhvil verməsini və onu qeydiyyata almalı olduğunu, bundan sonra başçının qəbuluna girə biləcəyini bildirmişdir; İlqar isə mobil telefonu verməkdən imtina edərək dərhal başçının onu qəbul etməli olduğunu demişdir. Onlara yaxınlaşıb özünü təqdim etmiş və problemin nədən ibarət olduğunu soruşduqda Təqsirləndirilən şəxs icra başçısının qəbuluna girmək istədiyini aqressiv formada bildirmişdir. Bundan sonra onları xidməti otağına dəvət etmiş və otaqda onların başçının qəbuluna girmələri üçün ad, soyadlarını yazaraq qeydiyatlarını aparmışdır. İlqar və Vüsalə ata və anasının xəstə olduqlarını, bunun üçün valideyinlərinin Kələbəcər rayonunu ziyarət etmlərinə başçıdan şərait yaradılmasını istəyəcəklərini bildirmişlər. Onlara bu barədə icra başçısına məlumat verməli olduğunu bildirmişdir. Bu zaman İlqar aqressiv formada mobil telefonla icara başçısının müavini Eldəniz müəllimə zəng edərək sonuncu ilə mobil telefonda uca səslə qışıqraraq danışmağa başlamışdır. Ona sakit və səbrli olmasını, başçının qəbuluna salacağını desə də o, əhəmiyyət verəməyərək telefonda uca səslə danışıb əlini otaqda olan stola vurmuşdur. Bu zaman bacısı Vüsalə onun əlindən mobil telefonu alıb özü danışmağa başlamışdır. Səs-küyün eşidən mühafizə polisi Zərərçəkmiş şəxs gəlib qapını açaraq ona sakit olmasını, qışqırmamasını və mobil telefonu təqdim etməsini dedikdə İlqar içəridən qapının girişində olan Zərərçəkmiş şəxs üzərinə gedib onun yaxasından tutmuş və onu araxya doğru itələyib dəhlizə çıxarmışdır. Onların ardınca çıxıb İlqarı aralamağa çalışmış, bu zaman sonuncu başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir zərbə vurmuş və onu dəhlizin divarına çırpışdıraraq dartışdırmağa davam etmişdir. Həmin vaxt, o və orada olan İcra Hakimiyyətinin əməkdaşları İlqarı birtəhər aralayıb kənarlaşdırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs burnu qanamış, əli isə dartışma zamanı divara və qapıya dəyməsi nəticəsində xəsarət alaraq şişmişdir. Daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şahid qismində məhkəmədə öz razılığı ilə dindirilmiş Şahid6 (təqsirləndirilən şəxsin bacısı) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. İlqar 2020-ci ilin oktyabr ayında Suqovuşan istiqmətində gedən döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlərlə yanaşı kəllə-beyin travması almışdır. Bundan sonra İlqarın psixi vəziyyətində problemlər yaranmış və davamlı olaraq müalicələr almışdır. Bir neçə dəfə X2 və Respublika Psixiatrik Xəstəxanasında stasionar müalicədə olmuşdur. İlqar valideyinləri ilə birlikdə Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayır. Həm atası, həm də anası ağır xəstədirlər, anası böyrək çatışmazlığından, atası isə xərçəng xəstəliyindən əziyyət çəkirlər. İlqar ataları ölməmişdən öncə Kəlbəcər rayonunu ziyarət etməsini arzulamışdır. Bunun üçün də İlqar 12 dekabr 2023-cü il tarixdə saat on altı-on yeddi radələrində onunla birlikdə Gəncə şəhərində yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinə gəlmişlər: məqsədləri icra başçısından atalarının Kəlbəcər rayonuna getmələrinə şərait yaradılmasını xahiş etmək olmuşdur. İcra hakimiyyətinin binasına daxil olmuşlar və onları girişdə ad və soyadını sonradan bildiyi mühafizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs qarşılamışdır. İlqar polis əməkdaşına icra başçısının qəbuluna girmək istədiklərini bildirdikdə polis əməkdaşı İlqara mobil telefonunu təhvil verməsini tələb etmiş, İlqar isə polis əməkdaşına atasının xəstə olduğunu, başçı ilə görüşəcəyini və telefonda xəstəliklə bağlı sənədləri göstərəcəyini bildirərək mobil telefonu verməkdən imtina etmişdir. Polis əməkdaşı bir daha telefonu verməsini İlqardan tələb etdikdə sonuncunun psixi problemləri olduğundan polis əməkdaşının rəftarından əsəbləşərək aqressivləşmiş və telefonu verməkdən imtina etmişdir. Bundan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin bir əməkdaşı gəlib İlqarla onu birinci mərtəbədə yerləşən qəbul otağına aparmışdır. Orada həmin əməkdaş onlara hansı səbəbə gəldiklərini soruşmuş və qeydiyyatlarını aparmışdır. Bu zaman İlqar mobil telefonla başçının müavini Eldəniz müəllimə zəng edərək danışmağa başlamışdır. Eldəniz müəllim Kəlbəcərə getmək üçün onların icazə vermək səlahiyyətinin olmadığını dedikdə İlqar əsəbləşmiş və telefonda uca səslə danışmağa başlamış, onu sakitləşdimək üçün İlqarın əlindən mobil telefonu alıb üzü əks tərəfə Eldəniz müəllimlə özü danışmağa başlamışdır. Eldəniz müəllimlə danışan zaman səs-küy yarandığını eşitmiş və geri döndükdə otaqdan çöldə dəhlizdə adamların yığışdığını, İlqarın polis əməkdaşı ilə dartışdığını, adamların isə onları ayırdığını görmüşdür. İlqarı ayırdıqdan sonra Rəşad adlı polis əməkdaşının burnunun qanadığını görmüş və ona yaxınlaşaraq İlqarın adından üzr istəyərək İlqarın xəstə olduğunu onun üçün bu cür hərəkət etməsini demişdir. Daha sonra İlqarın hara aparıldığını görməmiş, sonradan Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının gəlib İlqarı polis şöbəsinə apardıqlarını bilmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində xidməti iş otağında xidməti vəzifələrimin icrası ilə məşğul olan zaman inzibati binanın birinci mərtəbəsində səs-küy gəldiyini eşidib otaqdan çıxmış və səsin Şahid5 otağından gəldiyini ona məlum olmuşdur. Bu zaman birinci mərtəbədə xidmət aparan mühfizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs də səsi eşidib dərhal Murovun otağına tərəf qaçaraq getmiş və otağın qapısını açıb içəridə səs salan şəxsə sakit olmasını dedikdə adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs otaqdan çıxaraq Zərərçəkmiş şəxs yaxasından tutub ona müqavimət göstərərək dartışdırmağa başlamış və ardınca da başı ilə Rəşadın sifət nahiyəsinə bir zərbə vurmuşdur. O və səs-küyü eşidib gələn İcra Hakimiyyətinin əməkdaşları onları ayırmağa çalışsalar da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs buraxmayaraq onu dəhlizin divarına tərəf söykəyib sağa-sola divarın dəhliznə çırparaq dartışdırmışdır. Çətinliklə İlqarı ayırıb kənarlaşdırmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs burun və sağ əli xəsarət almışdır. Bundan sonra Kəlbəcər Rayon Polis Şöbəsinə bu barədə məlumat verilmiş və polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs sakitləşdirərək oradan aparmışlar. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yerli icra orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Şahid2 da digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid7 ifadəsində bildirmişdir ki, 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri Yeni qəsəbə 1500-də yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasında xidməti vəzifələrimin icrası ilə məşğul olan zaman yaxınlıqda yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasından bir nəfər İcra Hakimiyyəti əməkdaşı uca səslə Polis Şöbəsinə tərəf səslənib bir nəfər vətəndaşın İcra Hakimiyyətində səs-küy salaraq mühafizə polisinə hücum edib zor təbiq etdiyini bildirmiş və kömək istəmişdir. Bundan sonra Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün tağım komandiri, polis kiçik leytenantı Şahid4 və Kəlbəcər Rayon Polis Şöbəsinin digər əməkdaşları- o, polis nəfərləri X9, X8 birlikdə yaxınlıqda yeləşən İcra Hakimiyyətinin inizbati binasına getmişlər və orada ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs uca səslə qışıqrıb, mühafizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs üzərinə doğru getmək istədiyini və İcra Hakimiyyətinin işçilərinin isə İlqarı tutub saxladıqlarını görüb Təqsirləndirilən şəxs yaxınlaşıb onu nizamitizama dəvət edərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs burun nahiyəsinin xəsarət aldığını və burunundan qan gəldiyini, o cümlədən sağ əlinin şişdiyini və xəsarət aldığını görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona zor tətbiq etdiyini və bunun nəticəsində xəsarət aldığını onlara bildirmişdir. Təqsirləndirilən şəxs hər iki tərəfdən qollarından tutub ona bir daha polis şöbəsinə getməli olduğunu izah etmişlər. İlqr əvvəlcə onlara tabe olmasa da, sonra sakitləşərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün tağım komandiri, polis kiçik leytenantı Şahid4 xidməti fəaliyyəti ilə bağlı Bakı şəhərində ezamiyyətdə olduğundan məhkəməyə gələ bilməmiş, məhkəməyə məktub göndərərək Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni elan etmişdir. Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri Yeni qəsəbə 1500-də yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasında xidməti vəzifələrimin icrası ilə məşğul olan zaman yaxınlıqda yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasından bir nəfər İcra Hakimiyyəti əməkdaşının uca səslə polis şöbəsinə tərəf səslənib bir nəfər vətəndaşın İcra Hakimiyyətində səs-küy salaraq mühafizə polisinə hücum edib zor təbiq etdiyini bildirmiş və kömək istəmişdir. Bundan sonra, o, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları, polis nəfərləri X9, X8 və Şahid7 ilə birlikdə yaxınlıqda yeləşən İcra Hakimiyyətinin inizbati binasına getmişlər və orada ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs uca səslə qışıqrıb, mühafizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs üzərinə doğru getmək istədiyini, İcra Hakimiyyətinin işçilərinin isə onu tutub saxladığını görüb Təqsirləndirilən şəxs yaxınlaşıb onu nizam-itizama dəvət edərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs burun nahiyəsinin xəsarət aldığını və burunundan qan gəldiyini, o cümlədən sağ əlinin şişdiyini və xəsarət aldığını görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona zor tətbiq etdiyini və bunun nəticəsində xəsarət aldığını onlara bildirmişdir. Təqsirləndirilən şəxs hər iki tərəfdən qollarından tutub ona bir daha polis şöbəsinə getməli olduğunu izah etmişlər. Bundan sonra sonuncu sakitləşərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: -Mühafizə polisi Zərərçəkmiş şəxs tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmaqla tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 12 dekabr 2023-cü il tarixdə saat 16:20-də Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında xidmətdə olduğu zaman Kəlbəcər rayonunun sakini Təqsirləndirilən şəxs qeyd olunan binaya daxil olmuş və inzibati binada səs-küy yaratmış, o, İlqarSalmanova ona yaxınlaşıb nizam-itizama dəvət etmiş və hərkətlərinin qanuna zidd olmasını bildirərək sakit olmasını xahiş etmiş, bu zaman sonuncu onunla mübahisə edərək sinəsindən tutub onu dartışdırıb başı ilə sifət nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. -Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün tağım komnadiri, polis kiçik leytenantı X6 tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmaqla tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 12 dekabr 2023-cü il tarixdə saat on yeddi radələrində Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında səs-küy gəldiyini eşidib dərhal polis nəfərləri X9, X8 və Şahid7 ilə birlikdə hadisə yerinə getmiş və orada ad və soyadını sonradan bildikləri Təqsirləndirilən şəxs mühfizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs üzərinə dartınmasını, Zərərçəkmiş şəxs burun nahiyəsinin qanamasını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. -Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşaları tərəfindən 12 dekabr 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Vətən müharibəsi əlili Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 16:20-də Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasına gəlmiş və Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmək istədiyini bildirmiş, mühafizə polisinin əməkdaşı Zərərçəkmiş şəxs ona mobil telefonunu təhvil verməklə qəbul otağına keçməliolduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşına aqressiv şəkildə cavab vermiş və qəbul otağına keçmişdir. Qəbul otağında RİH başçısının köməkçisi Şahid5 onunla söhbət aparmış, söhbət əsnasında, o, kobud şəkildə aqressivlik göstərərək qışıqrıb otaqda olan stola əli ilə zərbə vurmuş, səs-küyü eşidən polis əməkdaşı Zərərçəkmiş şəxs gələrək qəbul otağının qapısını açıb onu sakitliyə dəvət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müqavimət göstərərək onun paltarının yaxasından tutub başı ilə sonuncunun üz nahiyəsinə zərbə vurmuş və onu dartışdırmışdır. Nəticədə Zərərçəkmiş şəxs burun və sağ əl nahiyələrindən xəsarətlər almışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya” X14 Gəncə şöbəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 13 dekabr 2023-cü il tarixli 1909 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində “sağ əlin beşinci daraq sümüyünün qapalı, qəlpəli sınığı” diaqnozlu, sağlamlığın uzun müddətə pozulmasına səsb olan, sağlamlığa qəsdən az ağır zərərvurmaya aid və burun nahiyəsinin qançırı diaqnozlu, dərəcəsi təyin edilmədiyinə görə sağlamlığa zərərvurmayan xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş 12 dekabr 2023-cü il tarixə uyğun gəlir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya” X14 Gəncə şöbəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 13 dekabr 2023-cü il tarixli 1912 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. -12 dekabr 2023-cü il tarixli “Hadisə yerinə baxış protokolu”ndan görünür ki, hadisə Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsinin dəhlizidir. Hadisə iştirakçısı Zərərçəkmiş şəxs baxış zamanı bildirmişdir ki, Salmanov X5 Rayon İcra Hakimiyyətinin binasına daxil olaraq başçı ilə görüşmək istədiyini bildirmiş, daha sonra səs-küy yaratmış, onu inztizama dəvət etmiş, bu zaman o inzibati binanın birinci mərətəbəsinin dəhlizində ona zor tətbiq edərək xəsarət yetirmişdir. Baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. -Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsinin X7 şöbəsi tərəfindən təqdim edilmiş “Xidmət bölgüsü və naryadın paylanması jurnalı”ndan köçürülmüş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 12 dekabr 2023-cü il tarixdə saat 09:00-da bir sutkalıq Kəlbəcər Rayon İcra Hakimiyyətinin İnzibati binasına stasionar polis postuna xidmətə təyin edilmişdir. -Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X7 şöbəsi tərəfindən təqdim edilmiş “Kəlbəcər Rayon İcra Hakimiyyətinin mühafizə buraxılış rejiminin təşkili haqqında təlimat”dan görünür ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binası və ərazisi X7 Şöbəsin tərəfindən stasionar polis postu ilə mühfizə olunur. Həmin təlimatın “Buraxılış rejmi qayadası”nda göstərilmişdir ki, Kəlbəcər RİH-yə şəxsi qəbula gəlmiş vətəndaşların inzibati binaya mobil telefon, foto, audio-video, eləcə də digər elektron və texniki qurğularla daxil olmasına icazə verilməməlidir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Boyun və gövdənin açıq yaralanmasının və səthi travmasının nəticələri. Aşağı ətrafın açıq yaralanmasının nəticələn. Kəllədaxili travmalann nəticələri. Baş beynin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi sayıqlama [Şizofreniyayabənzər] pozuntusu. Postkontuzion sindrom. Üzvi dissosiativ pozuntu. Xroniki posttravmatik baş ağrısı. Posttravmatik stres pozuntusu. Dissosiativ konvulsiyalar. Digər kəskin virus hepatitləri. Kəskin B hepatiti. Yumşaq toxumalarda qalmış yad cisim. Vegetatlv sinir sisteminin somatoform disfunksiyası. Qulağın barotravması. Eşitmə sinirinin xəstəlikləri. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Eşitmənin neyrosensor tipli İki tərəfli itirilməsi» diaqnozu qoyulmaqla əmək qabiliyyətsiz olduğu müəyyənləşdihlərək üçüncü dərəcəli əlillik təyin olunmuşdur. “Respublika Psixiatirik Xəstəxanası”ndan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yuxarıda qeyd olunan xəstəxanada stasionar müalicədə olmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ və psixotik əlamətlər, intihar fikirləri ilə F 07.0” diaqnozu qoyulmuşdur. -Şəki Rayon Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci ildən qeyd olunan xəstəxanada dispanser müşahidəsindədir və 30 mart 2022-ci ildən 16 may 2022-ci ilədək, 19 sentyabr 2022-ci ildən 29 sentyabr 2022-ci ilədək, 03 oktyabr 2022-ci ildən 12 noyabr 2022-ci ilədək, 20 dekabr 2022-ci ildən 28 yanvar 2023-cü ilədək, 10 iyul 2023-cü ildən 29 iyul 2023-cü ilədək olan tarixlərdə stasionar müalicə almışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X14 Gəncə regional ambulator şöbəsinin Kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 dekabr 2023-cü il tarixli 805 nömrəli rəyində göstərilmişdir ki, cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 yanvar 2024-cü il tarixli 01 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissədən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatlann, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: 1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” keçirdiyi müəyyən olunur; 2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir; 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab olunmalıdır; 4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı travma mənşəli üzvi şəxsiyyət pozuntusuna xas bəzi əlamətlər aşkar olunur. Amma buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır; 5. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Travma mənşəli uzvı şəxsiyyət pozuntusundan” əziyyət çəkir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntu onda 2020-də ildə aldığı qapalı kəllə-beyin travmasından sonra yaranmışdır; 6. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altana düşmür, İ.R,Salmanov hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altna düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkarlanan travma mənşəli üzvi şəxsiyyət pozuntusu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti məcburi müalicə tədbirinin tətbiq olunmasını tələb etmir. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95ci maddəsində nəzərdə tutulan tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs aşkarlanan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun dərinləşməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir; 7. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissədən görünür ki: 1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanlarında nisbi zəiflik (təfəkküründə torpidlik, diqqətində dağınıqlıq, gec mərkəzləşmə, qavramasında lənglik və s.) qeyd olunsa da, kobud dəyişiklik aşkar olunmadığından o, hazırda öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır; 2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam həcmdə dərk etmək və hərəkətlərini tam həcmdə idarə etmək qabiliyyətinə malik olmamışdır. Hal-hazırda isə hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir; 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. Hal-hazırda isə hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir; 4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. -Şəki Şəhər İcra Hakimiyyəti başçısının Yeni Çəlibixan məcburi köçkünlər qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri Yeni Çələbixan qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşamış və qeyd olunan yerdə yaşadığı müddətdə özünün nizam-intizamlı aparmış, qəsəbə sakinləri arasında hörmət qazanmış, barəsində Nümayəndəliyə qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. -Kəlbəcər Rayon İcra Hakimiyyətindən ibtidai istintaqa təqdimolunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017 və 2021-ci il təvvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. -Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Kəlbəcər şəhər sakini olan Təqsirləndirilən şəxs Şəki şəhəri Yeni Çələbixan qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayır, onun barəsində Nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. -Daxili İşlər Nazirliyi Baş mühafizə idarəsinin X7 şöbəsinin rəisi tərəfindən təqdim edilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət cəhətdən xarakterizə edilmişdir. -Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik-informasiya mərkəzindən alınmış 22 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Kəlbəcər Rayon Prokurorluğu tərəfindən hazırki cinayət işi üzrə qəbul olunmuş 15 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 12 dekabr 2023-cü il tarixdə saat on yeddi radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə zamani sonuncu (yəni Zərərçəkmiş şəxs-hakimin qeydi) Təqsirləndirilən şəxs hər hansı formada zor tətbiq etməmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məlum hadisə zamanı zor tətbiq etməməsi sonuncunun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır; qərarının nəticə hissəsinin 5-ci bəndindən görünür ki, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı zor tətbiq edərək onu döyməsi xüsusatı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı videoyazının tədqiqi: İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyətindən təqdim edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edib müqavimət göstərməsinin müşahidə kameralarına düşmüş videogörüntülərinin köçürüldüyü bir ədəd elektron daşıyıcıya (“fleş-kart”) baxış protokolundan görünür ki, qeyd olunan elektron daşıyıcıda bir ədəd 53 saniyəlik video kadr olan fayl vardır. Həmin fayla baxış zamanı müəyyən olundu ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında xidmətdə olan Zərərçəkmiş şəxs xidmət apardığı otaqdan çıxıb sola dönərək dəhlizlə irəliləyib solda ikinci otağın qarşısına gedib otağın qapısını açır. Bu zaman Təqsirləndirilən şəxs əlləri ilə qapının girişində Zərərçəkmiş şəxs paltarının yaxasından tutub onu arxaya doğru itələyərək dəhlizə çıxarır və onu dartışdırıb dəhlizin divarlarına vurub sıxır, ardınca isə başı ilə sonuncunun sifət nahiyəsinə zərbə vurur. Orada olan şəxslər isə onları ayırmağa çalışır. Səs-küyə gələn şəxslər tərəfindən Təqsirləndirilən şəxs aralaşdırıldıqdan sonra o yenidən Zərərçəkmiş şəxs üzərinə doğru getməyə çalışır. Videogörüntü səssiz olduğundan danışıqlar eşidilmir. Məhkəmə istintaqı zamanı şahid ifadələri və sair sübutlarla təsdiq edilmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, mühafizə polisi olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında olan stasionar postda 12 dekabr 2024-cü il tarixdə xidmətdə olmuş Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, əksinə, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat on yeddi radələrində Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında olan stasionar postda hakimiyyət nümayəndəsi olaraq xidməti səlahiyyətlərini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs qarşı fiziki qüvvə tətbiq etməklə müqavimət göstərmişdir. Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra-Konstitusiya) 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; 3-cü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin doqquzuncu hissəsinə əsasən, ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə– iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 315-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsindən görünür ki, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; -3-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir; -7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının nəticə hissəsinin: -1-ci bəndinə əsasən, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilə bağlı Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olaraq onun himayəsində iki azyaşlı uşağın olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) hallarını müəyyən etmişdir. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin Vətən müharibəsi iştirakçısı olmasını və müharibədə iştirak etməsi ilə bağlı əlil olmasını da Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilə bağlı Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxarkən onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, Səyyaf Mamedovun törətdiyi cinayət əməlinə görə ittiham olunduğu Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli; Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında olduğu 12 dekabr 2023-cü il tarixdən 24 may 2024-cü il tarixədək keçən 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla və ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 01 (bir) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı; Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan, məcburi köçkün qismində müvəqqəti məskunlaşdığı Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilməli; Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; ibtidai istintaq zamanı maddi sübut kimi iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd elektron daşıyıcı (“fleş-kart”) iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347,349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında olduğu 12 dekabr 2023-cü il tarixdən 24 may 2024-cü il tarixədək keçən 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla və ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 01 (bir) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan, məcburi köçkün qismində müvəqqəti məskunlaşdığı Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı maddi sübut kimi iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd elektron daşıyıcı (“fleş-kart”) iş materiallarında saxlansın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-4/2024
Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-4/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver