Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-4/2025 16.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Zərərçəkmiş şəxsin hüquqi varisi- X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay (qeyri-rəsmi evli) və öhdəsində biri azyaşlı olmaqla 3(üç) yetkinlik yaşına çatmayan övladı olan, tam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs оğlu yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.Belə ki, o,23 aprel 2025-ci il tarixdə saat 19 radələrində Kəlbəcər-Ağdərə yolunun Kəlbəcər rayonuun Qılınclı kəndi ərazisindən keçən hissəsində Ağdərə rayonu istiqamətində idarə etdiyi “Howo yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, nəticədə ehtiyyatsızlıqda “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “döş qəfəsinin hər iki tərəfində ikinci-onuncu (İİ-X) qabırğaların orta körpücük xətti üzrə sınması, alt çənə sümüyünün və ikinci (İİ) boyun fəqərəsinin sınıqları, hər iki ağciyərin, qaraciyərin və dalağın çatlaması, sol bud nahiyəsinin açıq, sol bazu, sol baldır, sol bud sümüklərinin qapalı sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızmaların olması, sol gözaltı nahiyəsinin hematoması, alın nahiyəsinin, sağ əlin, döş qəfəsinin, sağ diz nahiyəsinin yaraları və sınıqları” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər alaraq hadisə yerində ölmüşdür-bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs оğluməhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərəkifadəsində göstərmişdir ki, o,idarə etdiyi “Howo”markalı yük avtomobili ilə 23 aprel 2025-ci il tarixdə Kəlbəcər- Ağdərə avtomobil yolu ilə Ağdərə rayonu istiqamətində hərəkət edərkən qarşısına “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili çıxmış, bu zaman idarə etdiyi yük avtomobilini əvvəlcəsağ istiqamətə yayındırmaq istəsə də, yolun sağ tərəfi uçurum olduğundan avtomobili sol istiqamətə yayındırmış, bu zaman əks istiqamətdə gələn həmin avtomobillə toqquşmuş, yolun sol tərəfində divara dəyərək dayanmışdır. Həmin vaxt hava yağışlı və nisbətən toranlıq olmuş, lakin avtomobilin işığından istifadə etməmişdir. Hadisə vaxtı 50 (əlli) metr məsafəni görmək imkanı olmuş, lakin uzağa baxmadığından qarşıdan gələn avtomobili yalnız 20-30 (iyirmi-otuz) metrlik məsafədə görmüşdür. Əks istiqamətdə gələn avtomobilin sürəti çöx yüksək, təxminən 130(yüz otuz) kilometr/saat, özünün idarə etdiyi avtomobilin sürəti isə təxminin 50 (əlli) kilometr/saat olmuşdur. O, öz hərəkət zolağında olmuş, əks zolağa keçməmişdir. İbtidai istintaq zamanı tərtib edilən hadisənin baş vermə sxemi ilə razı deyildir, belə ki, orada onun idarə etdiyi avtomobil sxemdə əks istiqamətdə gələn avtomobilin zolağında göstərilmişdir. Birinci toqquşmada yox, ikinci toqquşma zamanı, yəni divara dəydikdən sonra o, özünü pis hiss etmiş, yoldan keçənlərin yaxud da hərbçilərin köməyi ilə avtomobildən çıxarılmış, yerə uzadılmış, həmin vaxt huşunu itirmişdir. Əvvəlcə Kəlbəcər rayonundayerləşən hərbi hospitala aparılmış, daha sonra onu Gəncə şəhərində yerləşən “Memorial Hospital”a aparmışlar. O, bir gün həmin xəstəxanada qaldıqdan sonra çıxmışdır. Onun bədənində əziklər olsa da, xəstəxanada qalmaq istəməmişdir. O, şirkətin işçisi Rəhimlə birlikdə tibbi ekspertizaya getmiş, ekspert ondan səhhəti ilə bağlı soruşduqda səhhətinin yaxşı olduğunu bildirmişdir.Əks istiqamətdə hərəkət edən avtomobilin sürücüsünün hadisə yerində öldüyünü ona demişlər. O, internet vasitəsilə hadisə zamanı vəfat edən Azad adlı şəxsi maraqlanmış, bir nəfər qadın vasitəsilə mərhumun “üç” mərasimi günü və ya ondan bir gün sonra başsağlığı üçün mərhumun qardaşı oğlu ilə əlaqə saxlanılmışdır. Həmçinin, Bakı şəhərində yaşayan qohumu vasitəsilə mərhumun oğlu Süleymanla əlaqə saxlanılmış, Süleyman əmisi ilə əlaqə saxlamalarını onlara bildirmişdir. Bundan sonra əlaqələri olmamışdır. Maddi imkanı zəif olduğundan və ailədə ağsaqqalları olmadığından yas mərasimində iştirak etməkdən çəkinmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil “Cengiz İnşaat” şirkətinə məxsusdur. Onun idarə etdiyi avtomobildə videoregistrator olmamışdır və niyə olmadığından məlumatsızdır. O, şirkətlə əvvəllər də işləmiş, sonuncu əmək müqaviləsi 18 mart 2025-ci il tarixdə bağlanmışdır. O, həmin tarixdən qəza olan tərixədək eyni avtomobili idarə etmişdir. O, avtomobili idarə edən zaman ona yol vərəqəsi verilməmişdir. Qəza zamanı əks istiqamətdə gələn avtomobil onun idarə etdiyi avtomobilin sol tərəfindən dəydiyinə görə çox qırılmış və sağ təkər də istiqamətini dəyişərək sola doğru yönəlmişdir. Lakin arxa təkərlərə diqqət edilsə, görünər ki, arxa təkərlər orta xətt boyu dayanmışdır. İbtidai istintaqı aparan müstəntiq onu hadisə yerinə aparmamışdır. Həmçinin, mülki cavabdeh olaraq mülki iddiaçı X2 ona qarşı mülki iddiasını qismən qəbul edərək bildirmişdir ki, hadisənin törədilməsində özünü təqsirli bilməsədə, qarşı tərəfin avtomobilinə dəymiş maddi ziyana görə 10000 (on min) manat, dəfn və yas mərasiminə xərclənən pulun əvəzi olaraq 5000 (beş min) manat olmaqla, cəmi 15000 (on beş min) manat pul vəsaitini qarşı tərəfə ödəyə bilər ; o, zərərçəkmiş şəxsin avtomobilinin bazar dəyərini 23000-25000 (iyirmi üç min- iyirmi beş min) aralığında qiymətləndirir, lakin avtomobil təmirə yararlıdır, hesab edirki, avtomobilin tam təmir olunmasına 10000 (on min) manat kifayətdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində (yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən vəfat etmişZərərçəkmiş şəxs övladı) məhkəmə istintaqı zamanı dindirilmiş X7 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs ifadəsində guya atasının onun hərəkət zolağında hərəkət etdiyini və sürət həddinin 130 (yüz otuz) kilometr/saat olduğunu bildirsə də, atasının qırx illik sürücülük təcrübəsi olmuş, həmişə yüksək sürətlə avtomobil idarə etməyə qarşı olmuşdur. Həmçinin, atası qeyd edilən sürətlə hərəkət edərək təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin təkərinə toxunsaydı, həmin avtomobil aşardı. Hadisə yerinin fotoşəkillərdən görünür ki, belə hal yoxdur. Təqsirləndirilən şəxs özü sürətlə hərəkət etdiyi üçün döngəni kəsə bilməmiş, özünün də qeyd etdiyi kimi tormozlama etsə uçuruma düşmə ehtimalını nəzərə alaraq onun atasının yoluna çıxmışdır. Halbuki, sərt tormozlama etmək olmazdısa, deməli, təqsirləndirilən şəxsin hərəkət sürəti yüksək olub;hadisə yerində tormozlama izləri olmamışdır. Atası Kəlbəcər rayonu ərazisində şirkətdə mühəndis işləyirdi, həmin gün də işə getmişdi. Atası səhər tezdən saat 8 radələrində Bakı şəhərində evdən çıxmış, atasını özləri yola salmışlar; atası əvvəlcə taksi ilə Bakıdan Bərdəyə getmiş, orada öz avtomobilini götürərək Kəlbəcər rayonuna getmişdir. Atası hadisədən yarım saat əvvəl onunla əlaqə saxlamış, balıq tutduğunu bildirmişdir. Atasının balıq tutmağa düşdüyü yerlə hadisə yeri arasındakı məsafənin nə qədər olduğunu bilmir. Yol-patrul xidməti əməkdaşı atasının əmisioğlu ilə əlaqə saxlayıb atasının öldüyünü onlara bildirmişdir. Hadisə barədə onlara həmin gün saat 21:30 radələrində məlumat verilmişdir. Atasının avtmobilində videoregistrator olmuş, lakin videoregistratorun markasını, modelini bilmir. Atasının və təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilləri qəzadan sonra vizual olaraq görməmiş, yalnız fotoşəkillərdə və videolarda görmüşdür.Təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, təqsirləndirilən şəxs onun mərhum atasının ölümündə təqsirli olmaqla bərabər, atasının hüzr mərasimində iştirak etməmiş və ona və onun qohumlarına başsağlığı verməmiş, eyni zamanda yas mərasiminə heç bir maddi dəstək göstərməmişdir. Həmçinin, mülki iddiaçı olaraq, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs оğluna qarşı cəmi 36000 (otuz altı min) manat məbləğində mülki iddiasını müdafiə edərək təmin edilməsini xahiş edir, belə ki, zərərçəkmişə məxsus 2009-cu il buraxılışlı yeddi yerlik “Kia Sorento” avtomobili 28000 (iyirmi səkkiz min) manat, zərərçəkmiş şəxsin yas və xatirə daşına çəkilən xərci isə 8000 (səkkiz min) maant dəyərində qiymətləndirir. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 (Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşı) ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə Kəlbəcər rayonu ərazisində xidmətdə olarkən yol-nəqliyyat hadisəsi olması barədə məlumat verilmiş, onlar hadisə yerinə gəlmiş, gəldikdə avtobetonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində olmamış, hospitala təxliyyə edilmiş, “Kia Sorento” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölmüşdü. Şöbənin təhqiqatçısı da hadisə yerində idi. O, avtomobilləri hadisə yerindən götürülməsini, avtomobillərin şirkətin həyətinə yerləşdirilməsini təşkil etmiş, daha sonra getmişdir. O, hadisə yerinə gəldikdə “Kia Sorento” markalı nəqliyyat vasitəsi yolun Kəlbəcər rayonu istiqamətində sağ tərəfində köndələn vəziyyətdə dayanmış vəziyyətdə idi; avtomobillərin ikisi də istinad divarına yapışmış vəziyyətdə idi. “Kia Sorento” markalı nəqliyyat vasitəsinin demək olar ki, yarısı əzilmiş vəziyyətdə idi, əsas zədələr sürücü tərəfdə idi. Digər nəqliyyat vasitəsinin də sürücü tərəfi-kabinənin sol tərəfi zədələnmişdi. “Kia Sorento” markalı nəqliyyat vasitəsini həmin gün saat 21:33-də şirkətin həyətinə yerləşdirmişlər. Hadisə yerində ölçülərin kim tərəfindən götürülməsini görməmişdir. Hadisə zamanı hər iki abtomobil dönüş hərəkətində olmuşlar-avtobetonqarışdıran nəqliyyat vasitəsi sola, “Kia Sorento” markalı nəqliyyat vasitəsi isə sağa.Hadisənin baş verdiyi yerə yaxın olan döngə ilə “Kia Sorento” markalı nəqliyyat vasitəsinin keçdiyi son döngə arasındakı məsafə 50 (əlli) metrdən çoxdur. Həmin yolda sürət həddini müəyyən edən yol nişanı quraşdırılmamışdır. Hadisə yerində tormoz izinin, video registratorun,toqquşmanın baş vermə yerinin müəyyən edilməsi üçün hər hansı qırıntıların olub-olmamamasına baxmamışdır. Hadisə yerinə onlardan qabaq Kəlbəcər rayonunda xidmətdə olan postpatrul xidməti əməkdaşları gəlmişlər. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 (mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs qardaşı) ifadəsində göstərmişdir ki, o, hadisə olan vaxt Laçında işləyirdi,hadisə barədə ona zənglə məlumat verilmişdir. Bundan sonra Gəncə şəhərinəgəlmişdir. Hadisənin təfərrüatı ilə bağlı məlumatı yoxdur. O, hadisə vaxtı Kəlbəcər rayonunda olmamışdır.Təqsirləndirilən şəxs ilk dəfə məhkəmədə görmüşdür. Röyal xəstəxanaya və dəfnə gəlməmişdir, zərərçəkmişin ailəsinə heç bir maddi köməklik etməmişdir. Şahid (əlavə şahid) qismində məhkəmə istintaqı zamanı dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X11 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman ətrafda şahidlər, müşahidə kameraları və s. olmadığından ibtidai istintaq zamanı sübut toplamaq çətinləşmişdir. Bununla bağlı zərərçəkmiş şəxsin qardaşı ilə əlaqə saxlanılan zaman ondan avtomobildə hər hansı qeydiyyatçı olub-olmadığını soruşmuş, zərərçəkmiş şəxsin qardaşı zərərçəkmiş şəxsin övladlarından biri ilə əlaqə saxladıqdan sonra avtomobilin ön şüşəsində olan güzgünün həm də videoregistrator olduğunu bildirmişdir. Bundan sonra deformasiya olunan avtomobildən güzgü formasında videoregistrator aşkar edilərək götürülmüş, müvafiq qaydada qablaşdırılmış və Şöbənin möhürü ilə möhürlənərək ekspertizaya göndərilmişdir; möhürlü formada olmasa ekspertiza tərəfindən qəbul edilmir. Həmin möhür ekspertizada söküldükdən sonra yenidən isifadə edilmir. Ekspert bununla bağlı rəy vermiş, rəydə videoregistrator yararsız məziyyətdə olduğundan hər hansı məlumatın götürülməsinin mümkün olmadığı qeyd edilmişdir. Avtomobildə başqa video registrator cihazı aşkar edilməmişdir. Həmçinin, hadisə zamanı zərərçəkmiş şəxsin üzərində qızıl-zinət əşyalarının və pul qabında pulun olması barədə məlumatı yoxdur,belə ki, o, hadisə yerindən tapılmış zərərçəkmişə aid pulqabını hadisə yerindən götürdüyü formada zərərçəkmiş şəxsin qardaşına vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: -İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X3 icraatında olan HK-1/148 saylı material üzrə qəbul edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 23 aprel 2025ci il tarixli qərarından görünür ki, 23 aprel 2025-ci il tarixdə saat 19:30-da Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X13 telefonla rayon polis şöbəsinin Növbətçi Hissəsinə məlumat verərək bildirmişdir ki, Kəlbəcər rayon Qılınclı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində bir nəfər vəfat etmişdir. Həmin məlumat Kəlbəcər Rayon Polis Şöbəsində HK-1/148 sayla qeydiyyata alınmaqla icrası ona həvalə edilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, 23 aprel 2025-ci il tarixdə saat 19 radələrində Kəlbəcər rayon Qılınclı kəndi ərazisindən keçən avtomobil yolunda xx xxxxx 1957-ci il tarixdə Laçın rayonu Qorçu kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də sahə mühəndisi işləyən Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Kəlbəcər rayonu istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan xx xxxxxx 1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu Zəyəm kəndində yaşayan, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında sürücü işləyən Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş və nəticədə “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/148 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* cinayət işi başlanılıb icraatına qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. -İbtidai istintaq zamanı 23 aprel 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən tərtib edilmiş “Hadisə yerinin baxış protokolu”ndan görünür ki, hadisəKəlbəcər rayonu Qılınclı kəndi ərazisindən keçən avtomobil yolunda baş vermişdir. Avtomobil yolu yeni çəkilir. Yolun asfalt örtükdən ibarət olan hissəsinin eni 10,5 (on tam onda beş) metrdir, yol yaşdır. Ağdərə rayonundan Kəlbəcər rayonu istiqamətində yolun sağ hissəsində istinad divarı vardır. Həmin divarla asfalt örtük arasında torpaq hissənin eni 3 (üç) metrdir, yolun sol tərəfində torpaq örtükdən ibarət yol çiyni vardır, eni 4 (dörd) metrdir və həmin hissənin sol tərəfi isə çay dərəsidir. Yolda hər hansı nişanlanma xətti yoxdur. 23 aprel 2025-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Kəlbəcər rayonu istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı **- JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, avtomobillər toqquşmanın təsirindən yolun Kəlbəcər rayonu istiqamətində yolun sağında olan istinad divarına dəyərək dayanmışdırlar. “Kia Sorento” markalı avtomobilin qabaq sol hissəsi, “Howo” markalı avtomobilin isə qabaq sağ tərəfi toqquşmanın təsirindən deformasiyaya uğramışdır. Eyni zamanda, “Howo” markalı avtomobilin sol tərəfində istinad divarına dəydiyindən zədələr vardır. “Kia Sorento” markalı avtomobilinin sürücüsünün meyiti avtomobilin sükanı arxasındadır. Toqquşma nöqtəsi “Kia” markalı avtomobilin hərəkəti istiqamətində asfalt örtüyün sağ tərəfindən 4 (dörd) metr, sol tərəfindən isə 6,5 (altı tam onda beş) metr məsafədədir. Toqquşma nöqtəsində avtomobillərə məxsus ehtiyat hissələrinin parçaları yola səpələnmişdir. “Kia” markalı avtomobilin hərəkəti istiqamətində tormoz izi müşahidə edilmədi, “Howo” markalı avtomobilin hərəkəti istiqamətində istinad divarına doğru avtomobilin sağ arxa təkəri istiqamətində 4 (dörd) metr, sol arxa təkəri istqamətində isə 3,5 (üç tam onda beş) metr uzunluğunda tormoz izinin olması müşahidə olunur. Avtomobillərdə hər hansı yük yoxdur. -Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli 1617/2025 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından (həkim Əliyeva) görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə saat 11:42-də sərxoşluq halı müayinə olunmuş, ayıq olması və alkoqol qəbulu əlamətinin olmaması (0,000 promilli) müəyyən edilmişdir. -“Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli CE-TK-2024-695 nömrəli icazədən görünür ki, ban nömrəsi “LZZ5BYSB9PA128352”, mühərrik nömrəsi “**********37”, buraxılış ili 2023 olan “Howo ZZ5407GJBS3267E xüsusi təy” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobetonqarışdıran nəqliyyat vasitəsinin 07 yanvar 2025-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək Təqsirləndirilən şəxs (sürücülük vəsiqəsi-BC 321306) tərəfindən idarə edilməsinə icazə verilmişdir. -“Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 18 mart 2025-ci il tarixli müddətli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialında sürücü- mikser vəzifəsinə işə qəbul edilmişdir (18 iyun 2025-ci il tarixədək olan müddətə). -İbtidai istintaq zamanı 02 may 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən qəbul edilmiş “Əşyanı maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsinin və “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə olan yük avtomobilinin iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut qismində tanınması və Kəlbəcər Rayon Polis Şöbəsində saxlanılması qərara alınmışdır. -İbtidai istintaq zamanı 11 may 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən tərtib edilmiş “Avtomobilə baxış keçiriləməsi və əşyaların götürülməsi haqqında protokol”dan görünür ki, 23 aprel 2025-ci il tarixdə Kəlbəcər rayonu Qılınclı kəndi ərazisində vətəndaş Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxı keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qəzalı vəziyyətdə olan “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisənin baş verdiyi ərazidən götürülərək Kəlbəcər rayonu Qılınclı kəndi ərazisində X23 və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının istehsalat düşərgəsinin içərisində olan əraziyə qoyulmuşdur. Avtomobilə kənardan vizual baxış zamanı avtomobilin istifadə üçün yararsız olması və avtomobilin ehtiyyat hissələrinin, eyni zamanda kabin hissəsinin güclü deformasiyaya uğraması müşahidə edilir. Avtomobilin içərisinə baxış keçirən zaman qabaq sərnişin oturacağı hissəsində, deformasiyaya uğramış ehtiyyat hissələrinin arasında bir ədəd qara rəngli parça materialdan hazırlanmış kişi əl çantasının olması müəyyən edilmişdir. Həmin çanta açıldıqda içərisində mərhum Zərərçəkmiş şəxs çəxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və iki ədəd müxtəlif təyinatlı kartların olması müəyyən edilərək götürülmüşdür. Daha sonra avtomobilin içərisində alın şüşəsinin yuxarı hissəsində sınmış vəziyyətdə olan 01 ədəd ön şüşə güzgüsü formasında olan videogörüntüləri qeydə alan cihazın olması müəyyən edilərək götürülmüşdür. -İbtidai istintaq zamanı 14 may 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən qəbul edilmiş “Əşyanı maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd ön güzgü formasında videogörüntü qeydiyyatçısının iş üzrə maddi sübut kimi tanınması və Kəlbəcər Rayon Polis Şöbəsində saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnaməyə cavab) görünür kiTəqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 01 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.2; 332.2.3; 62- maddələri ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat cərimə cəzası seçilmiş, 02 sentyabr 2009-cu ildə cəriməni tam ödəmişdir (hal-hazırda məhkumluğunun olmadığı müəyyən edilir). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli 8/1011 nömrəli rəydən görünür ki, “Kia Sorento” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.“Howo” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində “Məhkəmə Tibbi Ekspertizası və X9” X24 (bundan sonra-“Məhkəmə Tibbi Ekspertizası və X9” X26) Gəncə şəhər şöbəsinin 17 may 2025-ci il tarixli 32 saylı rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər müəyyən edildi- döş qəfəsinin hər iki tərəfində İİ-X qabırğaların; hər iki ağciyərin, qaraciyərin və dalağın cırılması; sol bud nahiyəsinin açıq, sol bazu sol baldır, sağ bud sümüklərinin qapalı sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sol gözətrafı nahiyənin hematoması, alın nahiyəsinin, sağ əlin, döş qəfəsinin, sağ diz nahiyələrinin yaraları və sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23 aprel 2025-ci il tarixdə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində qabırğaların çoxsaylı sınması və daxili orqanların cırılmasından əmələ gələn travmatik və hemorrogik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. -“Məhkəmə Tibbi Ekspertizası və X9” X24 Gəncə şəhər şöbəsinin 10 may 2025-ci il tarixli 406 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. -İbtidai istintaq zamanı 05 iyun 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən qəbul edilmiş “Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs, onun oğlu X2 isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması və cinayət prosesində iştirak etməyə buraxılması qərara alınmışdır. -İbtidai istintaq zamanı 05 iyun 2025-ci il tarixdə müstəntiq X11 tərəfinfən qəbul edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. -İbtidai istintaq zamanı 05 iyun 2025-ci il tarixdə müstəntiq X11 tərəfinfən qəbul edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs-xx xxxxxx 1989-cu ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, qərarın surətinin icra edilməsi üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuş, orta təhsillidir, evlidir, üç övladı vardır;qəsəbədə yaşadığı müddət ərzində ondan Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayə daxil olmamışdır. -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 275 nöçrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda durur və qəsəbədə yaşayır;ailə tərkibi aşağıdakı kimidir: arvadı-X5, qızı X12, qızı-X8, oğlu-X14. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 5/522 nömrəli rəydən görünür ki, tədqiq olunan avtomobilin ön şüşə güzgüsü formasında olan videogörüntüləri qeydə alan cihazı (video registarator) parçalanaraq hissələrə ayrılması səbəbindən işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı deyildir və videogörüntüləri qeydə alan cihaz (video registarator) üzərində hər hansı bir xarici yaddaş qurğusu müəyyən olunmamışdır. Bu səbəbdən ekspert qarşısında qoyulımuş: “1. təqdim edilmiş, sınmış vəziyyətdə olan video görüntü qeydiyyatçısında 03 aprel 2025-ci il (əslində 23 aprel2025-ci il)tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri mövcuddurmu” və “2. təqdim edilmiş, sınmış vəziyyətdə olan video görüntü qeydiyyatçısında qeyd olunan hadisənin video görüntülərin əldə olunduğu halda həmin görüntülər istintaqa təqdim edilsin” suallar üzrə tədqiqat işi aparılması mümkün olmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli 8/1306 nömrəli rəydən görünür ki, “Kia Sorento” markalı **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır. “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İbtidai istintaq zamanı 07 iyul 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki: yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolunun asfalt örtükdən ibarət hissəsinin eni 10,5 (on tam onda beş) metrdir; avtomobillərin toqquşma nöqtəsi “Kia” markalı avtomobilin hərəkəti istiqamətində asfalt örtüyün sağ tərəfindən 4 (dörd) metr, sol tərəfindən isə 6,5 (altı tam onda beş) metr məsafədədir- qərardan görünür ki, ibtidai istintaq avtomobillərin toqquşma nöqtəsinin “Kia” markalı avtomobilin hərəkət zolağında olması qənaətinə gəlmişdir;Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə cinayət təqibinin davam etdirilməsi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs etirafı, zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2, şahid qismində dindirilmişŞahid2 və Şahid1 ifadələri, müvafiqekspertiza rəyləri və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi, ibtidai istintaq zamanı “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən götürülərəkmaddi sübut qismində tanınmış sınmış vəziyyətdə olan video görüntü qeydiyyatçısının Kəlbəcər Rayon Polis Şöbəsidə saxlanılmasının nəzərə alınması qərara alınmışdır. -Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin məhdudlaşdırılmasına dair məlumat yoxdur. -Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışlardan görünür ki, “Howo ZZ5407GJBS3267E xüsusi təy” markalı **- JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli 8/2390 nömrəli rəydən görünür ki, təqdim edilmiş “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq-arxa sol qapıda, qabaq-arxa sol qanadda, qabaq sol təkərdə, banında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillə toqquşması nəticəsində yaranması mümkündür. Lakin “Howo yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onunla toqquşma bucağını müəyyən etmək mümkün deyildir. -Təqsirləndirilən şəxs adına 05 fevral 2024-cü il tarixdə verilmiş BC321306 nömrəli “B,B1,C,C1”kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə 05 fevral 2034cü il tarixədək olan müddətə etibarlıdır. -“BB473961” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, şassi nömrəsi “LZZ5BYSB9PA128352”, mühərrik nömrəsi “**********37”, rəngi ağ, istehsal tarixi 2023 olan “Howo ZZ5407GJBS3267E xüsusi təy” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobetonqarışdıran nəqliyyat vasitəsinin mülkiyyətçisi “Cengiz İnşaat Sanayii ve Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialıdır. -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuş, orta təhsillidir, evlidir, üç övladı vardır;qəsəbədə yaşadığı müddət ərzində ondan Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayə daxil olmamışdır. Cinayət işi materiallarından görünür ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupununbaş müstəntiqi, polis-polkovnik-leytenantıX11 tərəfindən 05 iyun 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişvə polisin nəzarəti altına vermə qətimkan tədbiri hal-hazıradək qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır; yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs öz ifadəsində yolnəqliyyat hadisəsinin baş verməsində təqsirinin olmadığını, hadisə zamanı avtomobillərin toqquşma nöqtəsinin “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərəkət zolağında deyil, özünün idarə etdiyi “Howo ZZ5407GJBS3267E xüsusi təy.” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət zolağında olduğunu bildirsə də, məhkəmə istintaqı zamanı sübutlarla, o cümlədən müstəntiqin 23 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolu ilə təsdiq edilmişdir ki,toqquşma nöqtəsi “Kia” markalı avtomobilin hərəkəti istiqamətində asfalt örtüyün sağ tərəfindən 4 (dörd) metr, sol tərəfindən isə 6,5 (altı tam onda beş) metr məsafədədir- buradan görünür ki, toqquşma nöqtəsi Kia” markalı avtomobilin hərəkət zolağında baş vermişdir. Bundan başqa, cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusundən, o cümlədən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də görünür ki, təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli 8/2390 nömrəli rəydən görünür ki, təqdim edilmiş “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq-arxa sol qapıda, qabaq-arxa sol qanadda, qabaq sol təkərdə, banında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillə toqquşması nəticəsində yaranması mümkündür. Beləliklə, Təqsirləndirilən şəxsehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlətam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsəməli Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə doğru olaraq tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrində yol-nəqliyyat hadisəsinin mexanizmi ilə bağlı göstərilən xüsusatlarla iş üzrə tədqiq edilmiş ekspert rəylərində təsvir edilmiş hallar və rəylər bir-birlərinə uyğun olmaqla və tamamlamaqla mövcud ittihamın qanuni və əsaslı olduğunu təsdiq edir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması-hakimin qeydi) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən,müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir;bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsindən görünür ki,müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxsоğluna cəza təyini ilə bağlı məsələni müzakirə edərək, RöyalMəmmədova onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsininsanksiyasında nəzərdə tutulmuşazadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət Məcəlləsinin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində üç yetkinlik yaşına çatmayan övladı vardır: 17 iyul 2017-ci ildə doğulmuş X12, 10 noyabr 2018-ci ildə doğulmuş X8 və 17 fevral 2021-ci ildə doğulmuş X14. Məhkəmə Təqsirləndirilən şəxsоğlunun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini (59.1.1), həmçinin himayəsində azyaşlı uşağının olmasını (59.1.4) Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən,Təqsirləndirilən şəxsəməlindəcəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yekun olaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 16 yanvar 2026-ci il tarixdənhesablanmalı,Təqsirləndirilən şəxs оğluna təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bağlı əlavə cəza onun əsas cəzanı çəkdiyi bütün müddətə və cəzanın başa çatdığı gündən sonra 2 (iki) il 6 (altı) ay müddətə şamil olunmalı,barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, Kəlbəcər Rayon Polis Şöbəsinin mühafizə olunan duracağında saxlanılan “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 (bir) ədəd avtomobil güzgüsü formasında videqeydiyyat cihazı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, cinayət işi üzrə cəmi 446 (dörd yüz qırx altı manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs оğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına, o cümlədən 336 (üç yüz otuz altı) manat- “Büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı: adı- X1, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab №AZ34CTRE********************” nömrəli hesaba, 110 (yüz on) manat “Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı: adı- X1, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE********************” ödənilməlidir. İş üzrə digər məhkəmə xərci yoxdur. Mülki iddia: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəllənin: -89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. -179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. -179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. -179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. -179.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. -181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. -181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini;181.2.4. mənəvi ziyanın ödənilməsini. -181.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Zərərçəkmiş şəxsin hüquqi varisiZeynalov X6 Rayon Məhkəməsində məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində cavabdeh tərəfindən onun atasının avtomobilini yararsız vəziyyətə saldığından həmin avtomobilin dəyəri olan 28000 (iyirmi səkkiz) min manatpulun və hüzr mərasimində xərclənən 8000 (səkkiz) min manat pulun, cəmi 36000 (otuz altı min) manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutulması haqqında qərar çıxarılmasınıxahiş etmiş, bununla bağlı, zərərçəkmiş şəxsin hüquqi varisiX7-mülki iddiaçı, Təqsirləndirilən şəxs isə məhkəmə tərəfindən mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisiX4 maddi ziyan dəymişdir. Ona görə də mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cəmi 29000 (iyirmi doqquz min) manat məbləğdə pul vəsaiti, o cümlədən: zərərçəkmiş şəxsə məxsus avtomobilə dəymiş ziyana görə- 24000 (iyirmi dörd min)manat və zərərçəkmiş şəxsin yas mərasiminə çəkilən xərcə görə 5000 (beş min) manat olmaqla tutulub mülki iddiaçı X4 ödənilməlidir. Mülki iddia qalan hissədə-8000 (səkkiz min) manat pul (ziyan) tələbi hissəsində əsassız olduğundan, yəni həmin hissədə sübutlarla əsaslandırımadığından həmin hissədə təmin edilməməlidir. Məhkəmə mülki iddianın təmin edilmiş hissəsi üzrə qiymətləndirməni aşağıdakı qaydada əsaslandırır: mülki cavabdeh ifadəsində zərərçəkmişə məxsus olmuş “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki dəyərini 23000-25000 (iyirmi üç min- iyirmi beş min) aralığında qiymətləndirmişdirməhkəmə ortaq qiymət olaraq 24000 (iyirmi dörd min) manat götürmüşdür, bundan başqa, məhkəmə hadisə yerinin fotoşəkillərinə və yol-nəqliyyat hadisəsi ekspertizalarının rəylərinə əsaslanmaqla hesab edir ki, hadisə nəticəsində kəskin deformasiyaya uğramış “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil təmirə yararsızdır. İş üzrə digər mülki iddia yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunmalı əmlak yoxdur. Mülki cavabdeh Təqsirləndirilən şəxs həmçinin mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 177 (yüz yetmiş yeddi) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 16 yanvar 2026-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğluna əlavə cəza olaraq təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə onun əsas cəzanı çəkdiyi bütün müddətə və cəzanın başa çatdığı gündən sonra 2 (iki) il 6 (altı) ay müddətə şamil olunsun. Cinayət işi üzrə cəmi 446 (dörd yüz qırx altı manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs оğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına, o cümlədən 336 (üç yüz otuz altı) manat- “Büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı: adı- X1, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab №AZ34CTRE********************” nömrəli hesaba, 110 (yüz on) manat “Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı: adı- X1, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE********************” ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Howo” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, Kəlbəcər Rayon Polis Şöbəsinin mühafizə olunan duracağında saxlanılan “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. “Kia Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 (bir) ədəd avtomobil güzgüsü formasında videqeydiyyat cihazı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Mülki iddiaçı X2 mülki cavabdeh Təqsirləndirilən şəxs оğluna qarşı mülki iddiası qismən təmin edilsin: mülki cavabdeh Təqsirləndirilən şəxs оğlundan mülki iddiaçı X2 xeyrinə cəmi 29000 (iyirmi doqquz min) manat məbləğdə pul vəsaiti maddi ziyanın əvəzi olaraq tutulsun, mülki iddia qalan hissədə rədd edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 177 (yüz yetmiş yeddi) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində işə baxan Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməzsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Həsən Qəniyev.
Məhkəmə qərarları › İş №1(040)-4/2025
Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-4/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver