Məhkəmə qərarları › İş №1(040)-5/2024

Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-5/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-5/2024 09.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1985-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, evli, tam orta təhsilli, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 178.1ci maddəсi ilə təqsirləndirilməсinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayı ərzində Zərərçəkmiş şəxs yüksək məbləğdə kredit götürülməsinə köməklik edəcəyi adı ilə aldatmış, Zərərçəkmiş şəxs birinci dəfə Bakı şəhəri, sonradan Şəmkir rayonu və sonuncu dəfə isə Kəlbəcər rayonu ərazisində olarkən telefonunda olan mobil tətbiq vaitəsilə birinci dəfə 300 (üç yüz) manat, daha sonra 700 (yeddi yüz) manat, bundan sonra təkrarən 300 (üç yüz) manat, sonradan 1000 (bir min) manat, 60 (altmış) manat və 500 (beş yüz) manat hissə-hissə olmaqla ümumilikdə 2860 (iki min səkkiz yüz altmış) manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan müxtəlif bank kartlarına göndərmiş, Səmir Həsənov həmin pulları alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmişə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla-Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər bank sektorunda işlədiyindən kredit götürülməsi prosedurlarını bilmiş və müxtəlif şəxslərə kredit götürülməsində köməkliklər etmiş, 2024-cü ilin yanvar ayında əvvəllər tanımadığı və sonradan adını bildiyi Azər adlı şəxs ona zəng edib “eşitmişəm ki, sən bankdan kredit götürülməsində köməklik edə bilirsən, Könül adlı bir qadın var ona kredit götürülməsində köməklik etmək lazımdır” demiş, həmin vaxtdan sonra Azər ilə bir neçə dəfə telefonla danışmış, ona “götürdüyüm məbləğin bir qismini mənə verəcəksiniz” demiş, bundan sonra Könül adlı qadın Bakı şəhərinə gəlmiş və banka müraciət etsə də, ona iş stajının tamam olmaması səbəbindən kredit verilməmişdir. Həmin vaxt Azər ilə əlaqə saxlamış altı aylıq iş stajı tamam olsun sonra gələr demişdir. 07 fevral 2024-cü il tarixdə Könül və Azər yenidən Bakıya gəlmiş, həmin vaxt Azərlə danışmış və onlarla Bakı şəhərində “28 May” metrosu yaxınlığında olan “Azərbaycan Beynəlxalq Bankı”nın binası qarşısında görüşmüş, Azər və Könül banka daxil olmuş, Könül həmin bankdan 3700 (üç min yeddi yüz) manat pul çıxartmış, həmin “Azərbaycan Beynəlxalq Bankı” əlavə olaraq 300 (üç yüz) manatlıq kredit kartını da Könülə vermiş, bundan sonra Azər və Könül “Unibank” adlı banka da müraciət edib həmin bankdan 2700 (iki min yeddi yüz) manat məbləğində pul götürmüş, həmin “Unibank” isə içərisində 500 (beş yüz) manat məbləğində pul olan kredit kartını Könülə vermiş, həmin gün, o, Azər adlı şəxsdən kredit götürülməsində köməklik etdiyinə görə pul tələb etmiş, lakin Azər ona cəmi 300 (üç yüz) manat pul göndərmişdir. Növbəti gün Könül adlı qadın ona mesaj yazmış və danışmağa başlamışlar, danışan zaman münasibətləri yaxşı olduğundan Könül ona ev almaq üçün “mənə daha çox pul lazımdır” demiş, o da Könülə “onlayn qaydada kredit götürülməsində sənə köməklik edəcəm” demişdir. Könüldə götürdüyü kredit puldan qaldığını bilmiş və Könülə “sistemdə adında kredit görünür, bu səbəbdən 1000 (min) manat lazımdır” demiş və Könül razılaşaraq 1000 (min) manat pulu ona göndərmiş, növbəti gün isə Könülə yenidən adının sistemə salınması üçün əlavə olaraq 1000 (min) manat pul lazım olduğunu demiş, Könül razılaşıb onun kartına əlavə olaraq 1000 (min) manat da göndərmiş, bundan sonra 23 fevral 2024-cü il tarixdə Könül ona “kişilər günü” münasibətilə hədiyə olaraq 60 (altmış) manat pul göndərmiş, xatırlamadığı tarixdə isə Könüldən kredit götürülməsi üçün əlavə 500 (beş yüz) manat pul almış, daha sonra isə Könüllə münasibətləri pisləşmiş və Könül ondan verdiyi pulları geri tələb etmişdir. Azər və Könülə özünü yalandan bank işçisi kimi təqdim etsə də, əslində onun hər hansı formada banklarla əlaqəsi olmamış və o cümlədən heç bir bankda işləməmiş, Zərərçəkmiş şəxs bankdan kredit götürən ərəfələrdə Könüllə və Azərlə danışan zaman guya həmin kreditin götürülməsində onun rolunun olduğunu bildirmiş, əslində isə bamklar həmin kreditləri Zərərçəkmiş şəxs qanuni şəkildə hüququ olduğu üçün vermiş, onun məqsədi isə Zərərçəkmiş şəxs aldadaraq Könüldən pul almaq olmuşdur. Zərərçəkmiş şəxs təqdim etdiyi 50 (əlli) səhifədən ibarət olan “VhatsApp” mesajlaşmalarının və ödəniş qəbzlərinin əks olunduğu fotoşəkillərlə tanış olmuş, həmin mesajlar onun özü tərəfindən Zərərçəkmiş şəxs yazılmış, Könüldən aldığı pulu şəxsi məqsədləri üçün xərcləmiş və heç bir şəxsə hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldığı 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pulu Könülə ibtidai istintaq dövründə tam şəkildə qaytarmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs və şahid (Zərərçəkmiş şəxs anası) Şahid1 məhkəmə iclasında iştirak etmədiklərindən, işdə iştirak edən şəxslərin razılıqları ilə iştirak etməyən həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri yazılı ifadələr məhkəmə iclasında elan edilmişdir: Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi yazılı ifadəsində 2023-cü ilin avqust ayında Kəlbəcər rayonunda fəaliyyət göstərən “Nortvest MMC” şikrətində xadimə kimi işə düzəldiyini, həmin iş yerində işlədiyi düşərgədə müdür işləyən Azər adlı şəxslə tanış olduğunu və Azərlə aralarında onunla mehriban münasibət yarandığını, bir müddət sonra Azər işdən çıxsa da aralarındakı münasibətlərin davam etdiyini və telefon vasitəsilə danışdıqlarını, Azərlə telefonla söhbət edən zaman Azərə Şəmkir rayonunda 13000 (on üç min) manata ev satıldığını və həmin evi almaq istədiyini, bu səbəbdən də kredit götürmək istədiyini demişdir. Həmin vaxt Azər ona “mənim tanışlarım var, istəyirsənsə sənə kreditin götürülməsində köməklik edə bilərəm” demiş, bir neçə saat sonra Azər ona zəng edərək “bir nəfər var, ondan xahiş edəcəyəm, sənin adına 24000 (iyirmi dörd min) manat kredit götürməsinə köməklik edəcək” demiş, həmin müddətdə Azərlə danışan zaman Azər ondan müxtəlif məbləğlərdə borc istəmiş, Azərin ona kömək etdiyini fikirləşib Azərə borc verməyə razılaşmış və bu səbəbdən Azərə 500 (beş) manat borc pul göndərmişdir. Həmin müddətdə Azər ona “kreditin götürülməsi üçün Bakı şəhərinə gəlməlisən demiş, təxminən 2024-cü ilin yanvar ayının axırlarında Bakı şəhərinə getmiş, Azərlə görüşərək Bakı şəhərində “28 May” metrosu yaxınlığında olan Azərbaycan Beynəlxalq Bankının şöbəsinə getmiş, həmin vaxt Beynəlxalq Bankın əməkdaşı ona “sizin altı aylıq iş stajınız tamam olmadığından sizə kredit verə bilmərik, bir həftə sonra altı aylıq stajınız tamam olacaq” demiş, bundan sonra Şəmkir rayonuna, sonra yenidən Kəlbəcər rayonuna işə qayıtmışdır. Təxminən bir həftə gözlədikdən sonra Azərlə danışan zaman Azər ona “altı aylıq stajın tamam olubsa, gəl, kreditə görə bir daha müraciət edək” demiş, təxminən 2024-cü ilin fevral ayının əvvəlində yenidən Bakı şəhərinə “28 May” metrosu yaxınlığında olan Beynəlxalq Bankın binasının yanına gedərək orada yenidən Azərlə görüşmüş, həmin vaxt orada Samir adlı şəxs də olmuş, Azər ona həmin şəxsin Samir olduğunu deyib Samirin yanına gedərək nə isə danışmış, bir neçə dəqiqə sonra Azərlə banka getmiş, həmin vaxt kreditlə bağlı yenidən müraciət edən zaman bank əməkdaşı başqa kreditlə bağlı adına gecikmə olduğundan iyirmi dörd min manat verə bilməyəcəklərini, lakin 3700 (üç min yeddi yüz) manat verə biləcəklərini demiş, Azər həmin pulu götürməyi təkid etdiyindən həmin məbləğdə krediti götürmüş, bundan sonra Azərlə Bakı şəhərində olan “Unibank” adlı digər banka getmiş, oradan isə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Bundan sonra Azərlə mübahisə edib istədiyi məbləğdə pul götürmədiyini, onu aldatdığını demiş, Azər isə ona “çıx get evinə, Samirlə danışmışam, onlayn qaydada sənə kredit götürəcək” demişdir. Avtobusla Şəmkir rayonuna qayıdan zaman telefon vasitəsilə Samirlə əlaqə yaratmış, həmin vaxt Samir ona “telefona bir sıra kodlar gələcək, onları göndər” demiş, kodlar gəldikdən sonra kodları Samirə göndərmiş, Samir ona “əməliyyatların aparılması üçün 700 (yeddi yüz) manat pul lazımdır” demiş, Şəmkirə çatdıqdan bir gün sonra həmin pulu Samirin kartına göndərmiş, bundan sonra Kəlbəcər rayonuna işə getmiş, Kəlbəcər rayonunda olan zaman Samir zəng edərək “300 (üç yüz) manat pul göndər, bank işçiləri sənin adında olan kreditləri silsinlər, sistemdə görünməsin” demiş, o da Samirlə razılaşıb Samirin kartına 300 (üç yüz) manat göndərmiş, bir neçə gün sonra Samir yenidən 300 (üç yüz) manat istədikdə ona yenidən 300 (üç yüz) manat pul göndərmiş, bundan sonra yenidən Samirlə danışan zaman Samir ona 1000 (min) manat pul göndər, 24000 (iyirmi dörd min) manatı götürmək tezləşəcək” demiş, onunla razılaşıb 1000 (min) manat pul göndərmiş, bir neçə gün sonra yenidən Samirdən məsələnin nə yerdə qaldığını soruşan zaman Samir yenidən 500 (beş yüz) manat istəmiş, həmin vaxt Samirin kartına 500 (beş yüz) manat pul göndərmişdir. Bundan sonra yenidən bir neçə gün gözləsə də, Samir onun başını qatmış, həmin vaxt Samirlə aralarında mehriban münasibət olmuş, Samir ona sevdiyini demiş, Samir ona anasının xəstə olduğunu deyib pul istəmiş və Samirin kartına 60 (altmış) manat pul göndərmiş, həmin vaxtdan sonra Samirin onu aldatmasını başa düşmüş, bundan sonra olan hadisələri anasına demiş və polisə müraciət etmiş, həmin vaxt anası da Samir ilə əlaqə saxlayıb pulu tələb etmiş, lakin Samir nömrələri bloka atıb və pulu qaytarmayacaqlarını demişdir. Azər adlı şəxsə 500 (beş yüz) manat və 60 (altmış) manat pulu avtomobilinə yanacaq alması üçün borc olaraq vermiş, həmin pulu isə Azər ona tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs ona kredit götürməsinə köməklik etməsi üçün ümumilikdə 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pul vermiş, Samir ona bank işlərindən anlayışının olmasını deyərək onu aldadadıb etibarından sui-istifadə etməklə pulunu ələ keçirdiyini, sonra isə Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 2860 (iki min səkkiz yüz altmış) manat pulu tam şəkildə qaytardığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vediyi yazılı ifadəsində Zərərçəkmiş şəxs onun qızı olduğu, Könülün bir müddət Kəlbəcər rayonunda şirkətdə xadimə işlədiyini, 2024-cü ilin yanvar ayında qızı Könülün ona “tanış adam var və mənə 24000 (iyirmi dörd min) manat kredit götürülməsində köməklik edəcək və həmin şəxsə götürdüyüm kreditdən bir hissəsini verəcəyəm” dediyini, bundan sonra Könülün bir neçə dəfə Bakı şəhərinə kredit götürmək üçün getdiyini və iki bankdan ümumilikdə 6400 (altı min dörd yüz) manat məbləğində kredit aldığını, bir müddət sonra isə Könül ona həmin puldan Samir adlı şəxsə daha çox kredit götürülməsində kömək etməsi məqsədilə ümumilikdə 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pul verdiyini, lakin Samirin Könülü aldatdığını və həmin pulu ələ keçirdiyini, bundan sonra Könüldən həmin Samir adlı şəxsin nömrəsini alaraq danışsa da, Samirin həmin pulu qaytarmayacağını bildirib nömrələri bloka atdığını, sonradan isə Təqsirləndirilən şəxs Könüldən dələduzluq yolu ilə aldığı 2860 (iki min səkkiz yüz altmış) manat pulu tam şəkildə ödədiyini, Könülün ona Azər adlı tanışına borc olaraq ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində pul verdiyini dediyini, Azər adlı şəxsin isə hazırda həmin pulu tam şəkildə qaytardığını bildirmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində 2022-ci ildən Kəlbəcər rayonunda “Nortvest MMC” şirkətində kamp rəisi vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs da 2023-cü ilin avqust ayında “Nortvest MMC” şirkətində xadimə kimi işə götürüldüyünü, iş zamanı biryerdə işlədiklərindən Könüllə səmimi münasibət yarandığını və dostluq etdiklərini, Könülün ev almaq üçün kredit götürmək istədiyini deməsini, Könülə “kredit götürmək üçün sənin altı aylıq iş stajın olmalıdır” dediyini (özünün də əvvəllər kredit üçün banka müraciət edəndə “altı aylıq iş stajın olmalıdır” deyildiyini), Könülün ona “mənim üçün tanış adam tap, mənim yüksək məbləğdə kredit götürməyimə kömək etsin” dediyini, o da bundan sonra tanışları vasitəsi ilə Samir adlı şəxsi tapdığını, Samirin ona “Könül üçün 24 (iyirmi dörd) min manat götürmək olar, lakin həmin məbləğdən 4 (dörd) min manatı özümə götürəcəm” dediyini, Samirin təklifini Könülə dedikdə Könülün razılaşdığını, 2024-cü ilin yanvar ayında Könülün Bakı şəhərinə gəldiyini və birlikdə Bakı şəhərində “28 May” metrosu yaxınlığında olan “Azərbaycan Beynəlxalq Bankı”nın filialına getdiklərini, həmin vaxt Samirlə əlaqə saxladığını, Samirin ona “sıra nömrənizi və hansı stolda əyləşsəz həmin nömrəni mənə de, tapşıracağam” dediyini, həmin vaxt banka daxil olduqlarını və sıra nömrəsini Samirə telefon vasitəsilə dediyini, bundan sonra bank əməkdaşına yaxınlaşdığını, bir neçə dəqiqə sonra Könülün oradan ayrıldığını və ona altı aylıq iş stajının tamam olmadığını bildirdiklərini dediyini, bankdan çıxıb Samirlə əlaqə saxlayan zaman Samirin ona “altı aylıq stajı tamam olsun, sonra gəlsin” dediyini, bankdan çıxdıqdan sonra tanışı Mehriban adlı qadının evinə yemək üçün getdiklərini, orada yemək yedikdən sonra Könülü avtovağzala gətirdiyini və Şəmkir rayonuna yola saldığını, həmin vaxt yenə də Könüllə əlaqə saxladıqlarını, həmin dövrdə pula ehtiyacı olduğundan Könüldən borc pul istədiyini, həmin vaxt Könülün ona 500 (beş yüz) manat pul göndərdiyini, Könülə hazırda işləmədiyini və iki aydan sonra pulunu qaytaracağını dediyini, bundan sonra 2024-cü ilin fevral ayında Könülün yenidən Bakıya gəldiyini və Könüllə Bakı şəhərində“28 May” metrosu yaxınlığında Azərbaycan Beynəlxalq Bankının binasının yanında görüşdüklərini, həmin vaxt orada heç kimin olmadığını, birlikdə banka daxil olduqlarını və bank əməkdaşlarının “Könülə ən çoxu 3700 (üç min yeddi yüz) manat pul verilə bilər” dediyini, səbəbini soruşduqda bank əməkdaşı Könül xanımın başqa bir bankda ödənişlə bağlı gecikməsi olduğunu dediyini, bu zaman onun Samirə zəng edib 10000 (on min) manat pul verilməsinə söz verməsi barədə narazılıq etdiyini, Samirin ona “oradan çıxmayın, mən həll edəcəyəm” dediyini, lakin Könülün ona bankdan verilən 3700 (üç min yeddi yüz) manat pulu götürdüyünü və çölə çıxdıqlarını, həmin vaxt Samirin də orada olduğunu, bundan sonra Samirin onlara “Nərimanov rayonunda olan “Unibank”a gedək” dediyini və həmin yerdən birlikdə “Unibank”ın Nərimanov rayon filialına getdiklərini və orada isə Könülə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verdiklərini, həmin pulu da götürüb çölə çıxdıqlarını, həmin vaxt Samirin artıq orada olmadığını, Samirə zəng edərək “bəs bizə söz vermişdin ki, Könül iyirmi min manat kredit götürəcək” dediyini, həmin vaxt Samirin “həmin yerdə olan “Kapital Bank”a da yaxınlaşın, Könül oradan da kredit götürsün” dediyini, “Kapital Bank”a müraciət etsələr də, oradan “imtina aldıqlarını, oradan çıxdıqdan sonra Samirə zəng etdiyini, Samirin Könüldən bankdan götürdüyü puldan 700 (yeddi yüz) manat pul istədiyini və Könülün adına onlayn qaydada da kredit götürəcəyini dediyini, onun Samirə “Könül sənə pul vermiyəcək, çünki söz verdiyin məbləği bizə vermədilər” dediyini, Samirin isə “heç olmasa 300 (üç yüz) manat ver, onlayn kredit götürüm” dediyini, həmin məbləği Könülə dedikdə Könül razılaşıb 300 (üç yüz) manat pulu Samirin kartına göndərdiyini, bundan sonra Könülü Şəmkir rayonuna avtobusla yola saldığını, həmin vaxtdan sonra Könüllə bir neçə dəfə danışdığını və hər dəfəsində də Könülün ona “məni aldatdınız, Samirdən də xəbər çıxmadı” dediyini, həmin vaxt aralarında mübahisə olduğunu və sonra isə əlaqələrinin olmadığını, Könüldən ayrı-ayrı vaxtlarda ümumilikdə 560 (beş yüz altmış) manat məbləğdə pulu borc olaraq aldığını, hazırda isə həmin pulu tam şəkildə Zərərçəkmiş şəxs qaytardığını, Könüllə əvvəllər yaxşı münasibətlərinin olması səbəbindən Könülün ona ev almaq üçün kredit götürmək istədiyini deyən zaman Samirin bank işləri ilə məşğul olmasını eşitdiyindən Samirlə əlaqə saxlayaraq Könülə köməklik etməsini xahişini etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -İş materiallarının 9-58-ci səhifələrində yerləşən, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan “VhatsApp” mesajlaşmalarının mətnlərini və ödəniş qəbzlərini özündə əks etdirən 50 (əlli) səhifədən ibarət fotogörüntülər tərəflər arasında ittihamda əks olunan münasibətlərin mövcudluğunu əks etdirir (təqsirləndirilən şəxs həmin fotoların həqiqiliyini qəbul edir). -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsindən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. -Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2018-ciil tarixli 1(002)-100/2018 saylı “Cinayət təqibinə xitam verilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs eyni zamanda Cinayət Məcəlləsinin 73-cü maddəsinəəsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilmişdir. -Zərərçəkmiş şəxs 25 may 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin adına yazdığı ərizədə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyi və onun Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığı bildirilmişdir. -Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 24 may 2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu qeyd edilmişdir. -Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 24 may 2024-cü il tarixli arayıda Təqsirləndirilən şəxs ailə tərkibinin arvadı və iki yetkinlik yaşına çatmayan övladlarından ibarət olduğu qeyd edilmişdir. -Kəlbəcər Rayon X3rupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə qəbul etdiyi 29 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsinin: -1-ci bəndindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən cinayət işi üzrə qeyd olunan maddə ilə cinayət təqibinin davam etdirilməsi; 3-cü bəndindən görünür ki, Şahid2 sözügedən dələduzluq cinayətinin törədilməsində iştirakı təsdiq olunmadığına və onun əməlində hər hansı bir cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyinə görə onun barəsində cinayət təqibinin başlanmasından imtina edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərarın əsaslandırıcı hissəsində həmçinin Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli 1(002)-100/2018 saylı qərarı ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 43 və 321-ci maddələrinə əsasən artıq bir dəfə xitam verildiyi, belə olan halda, Təqsirləndirilən şəxs hazırki əməlinə Cinayət Məcəlləsinin 73-1-ci maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməsi istisna edilməklə onun təqsirləndirilməsinə dair cinayət işinə istintaq orqanı tərəfindən xitam verilə bilməz. Məhkəmə istintaqı zamanı həmçinin o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarışın icrası zamanı 21 may 2024-cü il tarixdə saat 14:40da ibtidai istintaq orqanı tərəfindən tutulmuş, 23 may 2024-cü il tarixdə saat 14:30-da barəsində “polisin nəzarəti altna vermə” qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışdır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin: 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 2-ci hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin müddəalarından görünür ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (mətndə bundan sonra “Cinayət Prosessual Məcəlləsi”): 138.1-ci maddəsinə əsasən, sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmək vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1-139.0.6-cı maddələrinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam olaraq sübuta yetirilmişdir: onun əməlində Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri tam olaraq vardır və bu əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın nəticə hissəsinin 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növ və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışının təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” iş üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın-bu,o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, ”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 22 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsinin: 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər; 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə olan halda, Samir Məmmədovun barəsində artıq bir dəfə cinayət təqibinə xitam verildiyindən, hazırki halda Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin 73-1-ci maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməsi istisna edilməklə, onun təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə tərəfindən xitam verilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə düzgün tövsif edilmiş, ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar araşdırılmış və Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar: öhdəsində iki azyaşlı uşağın olması (59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsi (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (59.1.13) halları aşkar edilmiş, cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, iş üzrə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını təhlil edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Cinayət Məcəlləsin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət Məcəlləsin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Cinayət Məcəlləsin 49.3-cü maddəsinə əsasən, islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi Qabil Məmmədovun 19 aprel 2024-cü il tarixli qərarı əsasında 21 may 2024-cü ildən 23 may 2024-cü il tarixədək tutulmada olduğu müddət- cəmi 8 (səkkiz) gün müddət ona təyin edilmiş 6 (altı) ay müddətə islah işləri cəzasından cıxılaraq ona qəti olaraq 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası təyin edilməlidir. Cəzasını iş yerində çəkməli və cəzasının əvvəli qazancından ilkin tutulmalar icra edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya qurumuna tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut hesab edilmiş 50 (əlli) səhifəlik “A4” fformalı kağızlarda çap olunmuş fotoşəkillər iş üçün əhəmiyyət daşıdığından, işmateriallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 349, 351, 352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinyət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulmada olduğu 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin bir günü islah işləri cəzasının 4 (dörd) gününə bərabər hesablabnmaqla üzərində qəti olaraq 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəksin və cəzasının əvvəli qazancından ilkin tutulmalar icra olunduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya qurumuna tapşırılsın. İş üzrə maddi sübut olan 50 (əlli) səhifədən ibarət fotoşəkillər iş materiallarında saxlansın. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Мəhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar