Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-6/2024 09.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 2005-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuş, Azırbaycan Respublikasının vətəndaşı,Kəlbəcər rayonunun Abdullauşağı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri Yeni qəsəbə-1500 bina 12 mənzil 19-da yaşayan, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 1 ünvanında) açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına qəsdən yüngül xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 16 mart 2024-cü il tarixdə saat 09 radələrində Gəncə şəhəri Yeni Qəsəbə- 1500 yaşayış massivində Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinə yumruq zərbəsi vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası və sağ gözün üst qapağının qançırı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa qəsdən “YÜNGÜL” zərərvurmaya aid edilən xəsarət yetirmişdir.Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində dayısı Eyvaz və qardaşı Ayxan ilə birlikdə Gəncə şəhər Yeni Qəsəbə ərazisində olan Kəlbəcər RPŞ-nin yaxınlığında dayandıqlarını, həmin vaxt Nizami və Elxanın da oraya gəldiklərini, dayısı Eyvazın onlara yaxınlaşıb onunla görüşdüyünü və söhbət etməyə başladıqlarını, həmin vaxt Nizaminin Eyvaza bu uşaqlar sənə güvənirlər ona görə də Elxandan pul alıblar deməsini, dayısı Eyvazın bacım uşaqları sənin oğlundan pul almayıblar, mən kiməm ki, mənə güvənələr dediyini, bundan sonra Nizaminin Eyvaza səndən də şikayət edəcəyəm dediyini, həmin vaxt dayısı Eyvazın əsəbləşdiyini, nə edirsən et deyib üzünü çevirib getməyə başladığını, bu vaxt Nizaminin onlara qarşı nalayiq ifadə işlətdiyini, həmin vaxt əsəbləşdiyini və Nizamiyə qarşı eyni formada nalayiq ifadə işlətdiyini, əlbəyaxa olduqlarını və dalaşdıqlarını, həmin vaxt Nizaminin sifətinə yumruqla zərbə vurduğunu, Nizaminin qaşından qan axdığını gördüyünü, bu vaxt dayısı Eyvazın və bir neçə polis işçisinin oraya gəldiklərini və onları aralaşdırdıqlarını, Eyvazın Nizamiyə hər hansı zor tətbiq etmədiyini, özünün Nizamiyə xəsarət yetirdiyini bildirmişdir (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid2 evdən xəbərsiz evdə puldan təxminən 2300 dollar məbləğində pulu götürdüyünü və eyni qəsəbədə yaşayan Şahid1 adlı şəxsə verdiyini, ondan nə üçün belə etdiyini soruşduqda, Elxanın ona Ayxan adlı şəxsin onu hədələyib pul tələb etməsini dediyini, buna görə də Kəlbəcər RPŞ-nə müraciət etdiyini, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində oğlu Elxan ilə birlikdə Kəlbəcər RİH-in inzibati binasında yerləşən polis şöbəsinin yaxınlığına gəldiyini, həmin vaxt Ayxan və onun qardaşı Orxanın da orada olduğunu, onların dayısı Eyvaz adlı polis əməkdaşının kənarda dayandığını, Eyvazın onu görüb yaxınlaşdığını, ondan məsələnin necə olduğunu soruşduqda Eyvaza hadisəni danışdığını, həmin vaxt Eyvaz icazə ver Elxanla təklikdə söhbət edim dediyini, daha sonra Eyvaz ilə Elxanın bir müddət kənarda söhbət edib yanlarına qayıtdıqlarını, qayıtdıqdan sonra Eyvazın yenə də Ayxanı müdafiə etdiyini, ona belə edirsən deyə uşaqlar da sənə güvənib belə hərəkətlər edirlər dediyini, bundan sonra Eyvazın nalayiq formada mənə güvənirlər yaxşı edirlər deyib üzünü çevirib uzaqlaşmağa başladığını, təxminən 10 metr getdikdən sonra ona nalayiq formada cavab qaytardığını, Eyvaznın ünvanına nalayiq ifadə işlədən zaman Orxan və Ayxan onun üzərinə hücum etdiklərini və həmin vaxt azyaşlı oğlu Elxanı və özünü müdafiə etməyə çalışdığını, əlbəyaxa olub dalaşdıqlarını, həmin vaxt Eyvaz ilə birlikdə bir neçə polis işçilərinin də onlara tərəf gəlib onları ayırdıqlarını, sonra həmin dava dalaş nəticəsində sağ qaş nahiyəsindən xəsarət aldığını gördüyünü, həmin dava dalaş nəticəsində sağ qaş nahiyəmdən xəsarət aldığını, həmin vaxt ona kimin xəsarət yetirdiyini dəqiq olaraq bilmədiyini, daha sonradan isə Kəlbəcər rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsindən və Təqsirləndirilən şəxs etirafından həmin vaxt onu Eyvazın yox Orxan vurmasının ona məlum olduğunu, həmin vaxt orada Ayxan, Orxan və Elxanın olduğunu, sonra isə polis işçilərinin oraya gəlib aralaşdıqlarını, vurmuş olduğu xəsarətə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 16 mart 2024-cü il tarixli 458 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sağ qaş nahiyəsinin əzilmiş yarası və sağ gözün üst qapağının qançırı- KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 01 may 2024-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə Mənzil Kommunal İstismar Sahəsindən alınmış 04 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 2 ünvanında yaşayır, barəsində qəsəbə sakinləri, o cümlədən, qonşuları tərəfindən Mənzil Kommunal İstismar Sahəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri elan edilmişdir: Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində 16 mart 2024-cü il tarixdə səhər saat 09 radələrində dayısı Eyvaz və qardaşı Orxanla birlikdə Gəncə şəhəri Yeni Qəsəbə ərazisində olan Kəlbəcər Rayon Polis Şöbəsinin yaxınlığında dayandıqlarını, həmin vaxt Nizami və Elxanın da oraya gəldiyini, Nizami onu və qardaşı Orxanı guya onun oğlu Elxanı hədələyərək ondan pul almaları ilə bağlı polisə şikayət etdiyini, dayısı Eyvazın onlara yaxınlaşıb onunla görüşüb söhbət etməyə başladıqlarını, həmin vaxt Nizaminin Eyvaza “bu uşaqlar sənə güvənirlər, ona görə də Elxandan pul alıblar” dediyini, dayısı Eyvazın isə “bacım uşaqları sənin oğlundan pul almayıblar, mən kiməm ki, mənə güvənələr” dediyini, bundan sonra Nizaminin Eyvaza “səndən də şikayət edəcəyəm” dediyini, həmin vaxt Eyvazın əsəbləşdiyini və “nə edirsən et” deyib üzünü çevirib getməyə başladığını, bu vaxt Nizaminin onlara qarşı nalayiq ifadə işlətdiyini, həmin vaxt qardaşı Orxanın əsəbləşdiyini və Nizamiyə qarşı eyni formada nalayiq ifadə işlətdiyini, Orxan və Nizaminin əlbəyaxa olduqlarını və bir birlərini vurmağa başladıqlarını, Orxanın Nizaminin sifətinə yumruqla zərbə vurduğunu və Nizaminin qaşından qan axdığını gördüyünü, bu vaxt dayısı Eyvaz və bir neçə polis işçisinin oraya gəldiyini və Orxan və Nizamini aralaşdırdıqlarını, Eyvazın Nizamiyə hər hansı zor tətbiq etmədiyini, Nizamiyə xəsarəti qardaşı Orxanın yetirdiyini bildirmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində Şahid1 adlı şəxs onu hədələyərək pul tələb etdiyini və bu səbəbdən qorxaraq valideyinlərindən xəbərsiz mənzildə olan puldan götürüb Ayxana verdiyin, bu məsələdən atası Nizami xəbər tutduqdan sonra Kəlbəcər Rayon Polis Şöbəsinə müraciət etdiklərini, həmin müraciət ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 09 radələrində atası Nizami ilə birlikdə Gəncə şəhər Yeni Qəsəbə ərazisində olan Kəlbəcər RPŞ-nin yaxınlığına gəldiklərini, həmin vaxt Ayxan, Orxan və onların dayısı Eyvaz adlı polis işçisinin şöbənin yaxınlığında olduğunu, oraya yaxınlaşanda onlar yanlarına gəldiklərini, Eyvazın Nizami ilə söhbət etməyə başladığını, həmin vaxt Eyvaz Nizamiyə icazə ver Elxan ilə təklikdə söhbət edim dediyini, atası Nizami razılaşdıqdan sonra Eyvaz ilə birlikdə bir neçə metr kənara getdiklərini, Eyvazın ona hər şeyin düzünü danış, mən də polis əməkdaşıyam dediyini, ona mən düz deyirəm həmin pulu Ayxan mənə vermişdir dediyini, bundan sonra yenidən atasının yanına getdiklərini, Nizami Eyvaza həmin pulu Ayxan Elxandan hədələyib alıb dediyini, həmin vaxt Eyvazın Ayxanı müdafiə etdiyini və almadığını dediyini, bir qədər danışdıqdan sonra Nizami ilə Eyvazın sözlü mübahisə etdiyini, Eyvaz Nizamiyə nalayiq formada yaxşı edib alıblar deyin üzünü çevirib getmək istədiyini, həmin vaxt Nizami də Eyvazın ardınca nalayiq formada cavab qaytardığını, bu zaman Orxanın Nizaminin üzərinə hücum etdiyini və onlar əlbəyaxa olub dalaşmağa başladıqlarını, həmin vaxt Eyvaz və digər polis əməkdaşlarının da oraya yaxınlaşdığını, onlar aralaşandan sonra atası Nizaminin qaşından qan axdığını gördüyünü, lakin dəqiq olaraq kimin vurmasını görmədiyini bildirmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində 15 mart 2024-cü il tarixdə bacısı oğlu Təqsirləndirilən şəxs ona zəng edib qardaşı Şahid1 barəsində Nizami adlı şəxsin şikayət ediyini, guya X1 pul aldığını və bu səbəbdən onu polis şöbəsinə dəvət etdiklərini dediyini, bu səbəbdən də Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasına gəldiyini, həmin vaxt Ayxanın izahatı alındıqdan sonra onu özü ilə evə apardığını, növbəti gün bacısı oğlu Ayxan və Orxanla saat 09 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhəri Yeni Qəsəbə yaşayış massivində yerləşən bölməsinin qarşısına gəldiyini, kənarda dayanan zaman Nizami və oğlunun gəldiyini gördüyünü, bu vaxt onlara yaxınlaşdığını və söhbət etməyə başladıqlarını, bu zaman Nizaminin “nə üçün Ayxanı həbs etmirlər, sənin bacın oğlu sənə güvənir, yekəxanalıq, lotuluq edir” dediyini, ona mən kiməm ki, bacım uşaqları mənə güvənə, mənim heç bir səlahiyətim yoxdur, mən adi polis nəfəriyəm” dediyini, həmin vaxt Orxan “Elxan özü xərcləyib o pulları, hətta mən də ona irad bildirmişəm və onda olan 200 (iki yüz) dolları və “İphone” markalı telefonu əlindən almışam ki, Nizami dayıya verəcəm” dediyini, Orxanın dediklərini Elxanın da təsdiqlədiyini, lakin Nizaminin yenə də ona “bunlar sənə güvənir, səndən də şikayət edəcəyəm” dediyini, bu səbəbdən əsəbiləşib “mənim heç bir günahım yoxdur, nə edirsən et” deyib üzünü çevirib onların yanından uzaqlaşmaq istədiyini, üzünü çevirib onun yanından dörd-beş metr uzaqlaşdıqda Nizaminin nalayiq ifadə işlətdiyini, həmin vaxt geri çevrildikdə Orxan və Nizaminin əlbəyaxa olduqlarını, bir birlərinə yumruq zərbələri vurduqlarını gördüyünü, onların yanına qaçıb aralaşdırmaq istədiyini, bu zaman Nizaminin qaşından qan axmasını gördüyünü, bundan sonra Orxanın qolundan tutub kənara çəkdiyini, Nizaminin “məni Eyvaz vurub” dediyini, lakin həmin vaxt özünün Nizamiyə heç bir zor tətbiq etmədiyini, onları aralamaq üçün yanlarına çatan zaman artıq Nizaminin qaşından qan axdığını gördüyünü, Nizamini Orxanın vurduğunu bildirmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində 04 mart 2024-cü ildən daxili işlər orqanlarında və tutduğu vəzifədə xidmət etdiyini, 16 mart 2024-cü il tarixdə saat 09 radələrində Gəncə şəhəri Yeni Qəsəbə ərazisində Kəlbəcər Rayon Polis Şöbəsinin qarşısında olan zaman sonradan adını bildiyi Nizami, Orxan, Ayxan adlı vətəndaşlar və iş yoldaşı Şahid3 söhbət etdiklərini, bir neçə dəqiqə sonra Eyvazın onların yanından aralandığını və Şöbə (Kəlbəcər RPŞ nəzərdə tutulur-hakimin qeydi) istiqamətində gəlməyə başladığını, həmin vaxt Nizami və Orxan arasında münaqişə olduğunu və əlbəyaxa olduqlarını, bir-birlərini vurmağa başladıqlarını, dərhal aralaşdırmaq üçün onların yanına getdiyini, orada olan digər polis əməkdaşları, həmçinin Eyvazın da geriyə onların yanına gəldiyini və dalaşanları aradırdıqlarını, Nizami adlı vətəndaşın qaşının qanadığını gördüyünü, baş vermiş münaqişə zamanı Nizamini Orxanın vurduğunu, çünki dava-dalaşın onlar arasında baş verdiyini, Eyvazın isə dalaşanları aralamaq üçün oraya gəldiyini, lakin Nizamini vurmadığını, orada başqa şəxslərin olmasını xatırlamadığını bildirmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid5 və Şahid6 iş materiallarında olan yazılkı ifadələrindən görünür ki, həmin şahidlər də dindirilmələri zamanı Şahid4 ilə oxşar məzmunda ifadə verərək onun dediklərini təsdiq etmişlər. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 09 avqust 2024-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X4rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-6/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-6/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver