Məhkəmə qərarları › İş №1(040)-6/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-6/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-6/2025 21.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2 Elbrus qızının, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs(21 avqust 2001-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, ünvan 2əyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 3 ünvanında) açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurmuş və digər Zərərçəkmiş şəxs2 Elbrus qızını ölümlə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Yeni qəsəbə 14 saylı binanın 36 saylı mənzilinin dəhlizində Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun sağ göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurub ona sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa qəsdən “YÜNGÜL” zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə saat 08 radələrində Gəncə şəhəri Yeni qəsəbə 14 saylı binanın 36 saylı mənzilinə gələrək arvadı Zərərçəkmiş şəxs2 Elbrus qızını üzərində olan istintaqa məlum olmayan bıçaqla öldürməklə hədələmiş, Zərərçəkmiş şəxs2 bıçaqla zərbə vuraraq ona sağ əlin beşinci (V) barmağının orta falanqasının üst səthinin səthi yarası kimi sağlamlığa zərər vurmaya dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, bununla da hədənin icra olunacağı üçün real əsaslar ilə müşahidə olunan hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128 və 134-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərlə barışıb, onların ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs2 Elbrus qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışıblar, ondan heç bir şikayəti və tələbi yoxdur, bundan sonra da olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir (həm notarial qaydada təsdiq edilmiş 15 oktyabr 2025-ci il tarixli **********325 nömrəli, həm də 21 noyabr 2025-ci il tarixli barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş, notarial qaydada təsdiq edilmiş 15 oktyabr 2025-ci il tarixli **********325 nömrəli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 17 iyun 2025-ci il tarixli 569 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və sol körpücük nahiyəsinin sıyrığı-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 12 iyun 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qeyd olunana xəsarətlərdən-sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, digər xəsarət sol körpücük nahiyəsinin sıyrığı isə- sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 28 iyun 2025-ci il tarixli 567 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 Elbrus qızının bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ sağ əlin V barmağının orta falanqasının üst səthinin səthi yarası-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunan göstərdiyi tarixə, yəni 15 iyun 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan:Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli 16/572 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator məhkəmə psixiatrik ekspertizasının 22 avqust 2025-ci il tarixli 575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar hər-hansı bir gerilik müşahidə olunmur. O, hadisə zamanı mülayim dərəcədə ifadə olunmuş nevrasteniyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs halhazırda yüngül dərəcədə ifadə olunmuş nevrasteniya müəyyən edilir. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun keçirdiyi nevrasteniya xəstəliyi mülayim dərəcədə olması səbəbindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını düzgün qavrayıb ifadə vermək iqtidarındadır. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 09 iyul 2025-ci il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Azərbaycan Respublikası Gəncə şəhəri Nizami rayonu 51 nömrəli evlər üçlüyündən alınmış 08 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, hazırda ünvan 4 ünvanında babası X1 və nənəsi X3 ilə birlikdə yaşayır. O, yaşadığı ərazidə qonşular arasında hörmət qazanmış, qonşular və ərazidə yaşayan digər sakinlər tərəfindən onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət Məcəlləsinin 134-cü maddəsinin mətninin müddəalarından görünür ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır 21 noyabr 2025-ci il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: tərəflər məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 Elbrus qızı məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərəçəkmiş şəxslərlə barışmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X5rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 134cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar