Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-7/2023 09.06.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Məmişova Arzu Ramiz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxx 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Sarıdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Sarıdaş kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, 130 ailəlik yeni qəsəbə, bina 02, mənzil 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 2 ünvanında 02 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunu saçından tutaraq onu yerə yıxaraq döymüş və nəticədə ona sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən 03 mart 2023-cü il tarixdə saat 11-12 radələrində Rəsmiyyənin yaşadığı evə gedərək bu söz-söhbətə son qoyması üçün anası Xanımın yanına getməyi təklif etmiş, bundan sonra Rəsmiyə onun yaşadığı evə getmiş, dəhlizdən səs-küy eşitdiyindən həmin yerə gedən zaman, Rəsmiyyə ilə qardaşı Orxanın dalaşmasını görmüşdür. Sonra Rəsmiyyə pilləkənlərlə aşağı düşmüş, 2 saylı binanın qarşısında anası Xanımla qarşılaşıb onunla əlbəyaxa olmuşdur, bu səbəbdən oraya yaxınlaşıb Rəsmiyyənin saçından tutub onu yerə yıxmışdır. Daha sonra Rəsmiyyənin atası Məzahir və qardaşları Elşad və Zaur binanın qarşısına gəlib onlarla dalaşmaq istəmişdir. 05 mart 2023-cü il tarixdə qardaşı Orxan ilə Rəsmiyyənin qardaşı Muradın dalaşdıqlarını eşitmişdir. Rəsmiyyə ilə aralarında olan dava-dalaşın səbəbi Rəsmiyyənin onun anası Xanımın üzərinə hücum edib onun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Həmin vaxt münaqişə təxminən dörd-beş dəqiqə davam etmişdir, həmin vaxt orada olan şəxsləri isə xatırlamır. O, təqsirləndirilən şəxs olaraq törətdiyi əməldən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmiş və Rəsmiyyə ilə barışmışlar. Bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam versin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Məzahir və qardaşları Zaur və Elşad hazırda Yevlax rayonunun Xanabad kəndində şəxsi təsərüfatlarını saxlayırlar. O, əri Binyamindən boşanaraq ünvan 2 ünvanında məcburi köçkünlər üçün inşa olunmuş çoxmənzilli binada azyaşlı uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, onun qardaşı Orxan Tağızadə onun dayısı oğlanları, Xanım Tağıyeva isə onların anasıdır. Onların əvvəlcədən münasibətləri yaxşı olmamış, bir neçə dəfə Xanımın onun haqqında böhtan xarakterli sözlər danışması ilə bağlı onunla mübahisə etmiş, sonuncu dəfə 03 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı binanın qarşısında Xanıma söz çıxarmamasını demiş, həmin vaxt Xanım onun ünvanına nalayiq ifadələr işlətmiş, yaşadığı mənzilin eyvanından baxan Orxan da nalayiq ifadələr işlətmiş, əsəbləşib Orxanın yaşadığı mənzilə getmişdir. Mənzilin içərisində olan dabankeşi götürüb Orxanın başına və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur, həmin vaxt Orxanın qardaşı Can araya girmişdir. O, mənzildən çölə çıxıb piləkənlə düşmək istəyən zaman Xanım nalayiq ifadələr işlətdiyindən Xanımın saçından tutub yolmuş, həmin vaxt Can gəlib onun saçından tutub onu yerə yıxıb təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur, sonra adını xatırlamadığı qonşuları onları aralaşdırmışdır. Bu hadisədən atası Məzahir və qardaşları Zaur və Elşad xəbər tutub Yevlax rayonundan gəlmiş, atası Məzahir və qardaşları Zaur və Elşadla dayısı oğlanları Orxan və Can arasında mübahisə olmuşdur, orada olan polis işçiləri mübahisənin böyüməsinə imkan verməmiş, onları aralaşdırıb polis şöbəsinə aparmışlar. 05 mart 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Muradın telefonla dayısıoğlu Can ilə danışdığını görmüş, daha sonra Murad evdən çıxaraq getmişdir. Bir neçə dəqiqə sonra o, binanın qarşısından səs-küy eşidib mənzilin eyvanına çıxmış, dava-dalaş olduğunu, qardaşı Muradın və dayısıoğlu Orxanın dalaşdığını görmüşdür. Həmin yerə gələndə Muradın sifət nahiyəsində xəsarət olduğunu görmüşdür. Orada olan qonşular Muradı və Orxanı sakitləşdirmişlər. 03 mart 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı qəsəbədə 2 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə zamanı orada kimin olmasını xatırlamır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda Candan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs heç bir cəza verilməsini istəmir və məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli 300 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, təpə-ənsə nahiyəsinin qançırı, sağ dirsək, sağ bilək nahiyələrinin sıyrıqları- bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni 03 mart 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 19 aprel 2023-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən 18 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ 036118 nömrəli “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” şəhədatnamənin surətindən görünür ki, X1, ad və ata adını Təqsirləndirilən şəxs adına dəyişdirmişdir. Bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 26 sentyabr 2022-ci il tarixdə 89 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: İbtidai istintaq zamanı Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə Mənzil Kommunal İstismar Sahəsindən alınmış 10 may 2023-cü il tarixli 64 nömrəli məktubda X3 (Təqsirləndirilən şəxs) ünvan 3 ünvanında yaşadığı, həmçinin yaşadığı müddət ərzində onun barəsində Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri elan edilmişdir: Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Murad İsgəndərov onun bibisi uşaqlarıdır. Rəsmiyyə qonşuluqda yaşayır, əvvəlcədən münasibətləri yaxşı olmamışdır. Rəsmiyyə anası Xanımın onun barəsində müxtəlif söz-söhbət yaratmasını bəhanə edərək 03 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı mənzilə gələrək binanın dəhlizində anası Xanımla mübahisə etmişdir. O, səs-küy eşidib dəhlizə çıxmış, Rəsmiyənin onların mənzilinə gəlib anasını təhqir etməsinə əsəbləşərək Rəsmiyənin ünvanına nalayiq ifadələr işlətmişdir, aralarında mübahisə yaranmış, mübahisə zamanı Rəsmiyyə mənzilin giriş qapısının arxasında olan dabankeşi götürüb onun başına və bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Rəsmiyyəni vurmaq istəsə də həmin vaxt orada olan nənəsi Elmira imkan verməmiş, Rəsmiyə binanın həyətinə düşmüşdür, sonra mənzilin eyvanından baxan zaman Rəsmiyyənin binanın qarşısında anası Xanımın üzərinə hücum etdiyini bu zaman qardaşı Canın Rəsmiyənin saçından tutaraq onu kənarlaşdırdığını görmüşdür. Rəsmiyyə səs-küy salaraq özünü yerə çırpmış, ara sakitləşdikdən sonra qardaşı Can və anası Xanım evə geri gəlmişdir, bir neçə saatdan sonra Rəsmiyənin qardaşı Zaur və atası Məzahir Canın telefonuna zəng edərək ünvanına nalayiq ifadələr işlədərək gəlib dava-dalaş edəcəklərini demişlər. Evdə olan zaman mənzilin eyvanından qardaşı Canın idarə etdiyi “Kamaz” markalı avtomobili binanın yaxınlığında saxladığını, həmin vaxt Məzahir, Zaur və Elşadın qardaşı Canın üzərinə hücum etdiyini görmüşdür. Oraya gedən zaman onların Canla mübahisə etdiyini və ətrafda olan adamların onların dava etmələrinin qarşısını almaq istədiklərini görmüşdür. Həmin yerə polis işçiləri gələrək onları polis şöbəsinə aparmışdır. 05 mart 2023-cü il tarixdə 22-23 radələrində Gəncə şəhərində keçmiş məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik qəsəbədə olan zaman qardaşı Can zəng edərək Muradın ona zəng edib nalayiq ifadələr işlətdiyini və yaşadığı ünvana getmək istədiyini demişdir. Bu səbəbdən də dərhal yaşadığı ünvan 2 ünvanına getmiş, oraya çatanda Muradin 2 nömrəli binanın qarşısında dayandığını görmüş, Murada yaxınlaşıb nə baş verdiyini və ailə üzvlərini təhqir etməsinin səbəbini soruşub təpiklə qarın nahiyəsinə bir dəfə vurmuşdur, Murad yerə yıxılmış, bu zaman dayısı Qalib, oğlu Elvin, arvadı Mahirə oraya gəlmişdir. Muradla əlbəyaxa olmuş, Muradın əlində bıçaq olduğunu görmüş, Murad həmin bıçaqla zərbə vurmaq istəyən zaman onun qolundan yapışmış, dayısı Qalib Muradın əlindən bıçağı almış, sonra həmin yerdə olan qonşular onları aralaşdırmışlar. Murad sərxoş olduğuna görə üzü üstə yerə yıxılaraq xəsarət almış, aralarındakı mübahisə təxminən ikiüç dəqiqə davam etmişdir. Sonradan qonşulardan Elşad və Anar harayçılıq edərək Muradı onlardan kənarlaşdırmışdır. Muradın əlində olan bıçaq mətbəx bıçağı olmuş, lakin sutkanın qaranlıq vaxtı olduğundan həmin bıçağın əlamətlərini dəqiq xatırlamır. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X2 Orxan Şakir oğlu ilə oxşar məzmunda ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Orxan Tağızadə onun dayısı oğludur, dayısı arvadı Xanımın bacısı Rəsmiyyənin haqqında xoşagəlməz sözlər işlətməsi haqqında məlumatlar eşitmiş, dayısı Şakirə zəng edib arvadı Xanıma və oğlanlarına irad bildirməsini tapşırmışdır. 02 mart 2023-cü il tarixdə Orxan onun qarşısını kəsərək “atan kişi olsa idi gələrdi söhbət edərdik” demiş, ona fikir verməyib yanından uzaqlaşmışdır. 03 mart 2023-cü il tarixdə bacısı Rəsmiyyə və dayısı oğlu Orxan arasında dava-dalaş olduğunu, Orxan və Canın bacısı Rəsmiyyəni döydüyünü, buna görə də, məsələni aydınlaşdırmaq məqsədilə atası Məzahir, qardaşı Zaur və Elşadın həmin gün günorta saatlarında ünvan 4 ünvanında yerləşən qəsəbəyə gəldiyini, həmin vaxt Canın atası Məzahir və qardaşlarının üzərinə vintaçan ilə hücum etmək istədiyini, orada olan polis əməkdaşlarının mübahisənin qarşısını aldığını görmüşdür. Bu hadisəyə görə 04 mart 2023-cü il tarixdə saat 07 radələrində “VotsApp” vasitəsilə dayısı oğlu Cana səsli mesaj göndərərək onu söhbət etməyə çağırmış, Can isə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də o da eyni tərzdə Canın ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində yaşadığı 2 saylı binanın qarşısında olan zaman dayısı oğlu Orxan qəflətən onun üzərinə hücum etmiş və yumruqla sağ gözünə zərbə vurmuşdur, zərbənin təsirindən yıxılmış, qonşular səs-küyə gəlib onları aralaşdırmışdır. Həmin dava-dalaş təxminən 15 dəqiqə davam etmiş, orada Orxan, Qalib və adlarını bilmədiyi qohumları olmuş, həmin vaxt səs-küyə on beş-iyirmi nəfər bina sakini gəlmişdir. Hadisədən beş-altı saat əvvəl spirtli içki olan pivə içmiş, lakin hadisə zamanı sərxoş olmamışdır, dava-dalaş zamanı əlində bıçaq olsa da, o, Qalibə xəsarət yetirməmiş, üzərində olan bıçağı çıxartmaqda məqsədi onları qorxutmaq olmuşdur, Qalib bıçağı dartaraq almaq istəyən zaman əlindən xəsarət almışdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 09 iyun 2023-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X13rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-7/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-7/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver