Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-7/2025 16.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi (yaxın qohumu) X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, FİN:xxxxxxx, evli, öhdəsində 3 (üç) nəfər yetkinlik yaşına çatmayan övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu ünvan 1-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində Ağdərə rayonunun Vəng kəndi ərazisində tanışı Şahid1 yaşadığı evin dəhlizində tanışları Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncuya “burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə olunan hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir- bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hadisə ərəfəsində Xənkəndi şəhərində yerləşən “Euro Aqro” adlı şirkətdə anbardar işlədiyini, Səfəri qısa müddət idi ki tanıdığını, Səfərin Xankəndində şirkətdə sürücü işlədiyini, 12 iyun 2025-ci tarixdə saat 20 radələrində işdən sonra Xankəndi şəhərində yaşadığı evə getdiyini, həmin vaxt Səfərin də həyətdə olduğunu, taksiyə zəng edib Ağdərə rayonunun Vəng kəndinə getmək istədiyini dediyini, həmin vaxt Səfərin də ona “səninlə gedim” dediyini və onun da Səfərlə razılaşdığını, birlikdə “Toyota Prado” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdərə rayonunun Vəng kəndinə getdiklərini, yolda olarkən təzəlikcə tanış olduğu və hazırda adını xatırlamadığı Tərtər rayonunda qalan bir qadına zəng etdiyini və onu birlikdə Vəng kəndinə getməyə dəvət etdiyini, Səfərlə birlikdə Tərtər rayonunda tanımadığı bir ərazidə yol kənarından həmin qadını götürdüyünü, getməzdən əvvəl isə Ağdərə rayonunun Vəng kəndində olan tanışı Zamin adlı şəxsə zəng etdiyini və Zaminə onun yanına getmək isdəyini dediyini, Zaminin onunla razılaşdığını, birbaşa olaraq Vəng kəndinə Zaminin yanına getdiklərini, təxminən saat 21:30 radələrində Zaminin yaşadığı evə çatdıqlarını, həmin vaxt orada Zamin, Səfər və Cahangir adlı tanışlarının olduğunu, bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra Səfərə “avtomobilin qapısını aç, siqaretimi götürüm” dediyini, həmin vaxt Səfərin ona kobud cavab verdiyini, bu zaman əsəbləşdiyini, həmin vaxt Səfərlə əlbəyaxa olduqlarını, orada olan Zamin və Cahangirin onları sakitləşdirməyə çalışdıqlarını, bir qədər səs-küy olduğundan Hakim adlı tanışının da oraya gəldiyini, bir qədər də yeyibiçdikdən sonra Səfərlə hazırda xatırlmadığı səbəbdən dalaşmağa başladıqlarını və həmin vaxt özünün alkoqol sərxoşluğunda olduğunu, Səfəri özündən aralamaq üçün Səfərin sifət nahiyəsinə yumruq atdığını, ola bilsin ki, həmin vaxt Səfərin burnundan xəsarət aldığını, həmin vaxt Hakimin Səfəri sakitləşdirmək üçün arxasından qucaqladığını və kənara çəkmək istədiyini, həmin vaxt qəflətən Səfərin Hakimə qarşı nalayiq ifadə işlətdiyini, Hakimin Səfərin sifət nahiyəsinə yumruqla zərbə vurduğunu və Səfərin yerə yıxıldığını, həmin vaxt dərhal onların yanına qaçdıqlarını və Səfərin ağzından və burnundan qan axdığını gördüyünü, Səfərin üzünü yuyub qanını dayandırdıqdan sonra onu oraya sonradan gələn Süleyman adlı şəxslə Xankəndi şəhərinə yola saldıqlarını, həmin vaxt Süleymanın Səfərin “Toyota Prado” markalı avtomobilini idarə etdiyini, daha sonra isə onların Zaminin evində yatdıqlarını bildirmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində 2025-ci ilin may ayından Xankəndi şəhərində fəaliyyət göstərən "xxxx" MMC şirkətində sürücü olaraq işlədiyini, həmin şirkətdə İsa adlı şəxsin briqadir işlədiyini, İsa yaşca onda böyük olduğundan hər zaman hörmətini saxladığını və münasibətlərinin yaxşı olduğunu, 12 iyun 2025-ci il tarixdə Xankəndi şəhərində olan zaman saat 20-21 radələrində işləri yekunlaşdırdıqdan sonra yaşadığı evdə İsa ilə birlikdə spirtli içki qəbul etdiklərini, bir qədər sonra İsaya zəng gəldiyini, İsanın ona “Tərtər rayonunda bir qadın tanışım var, gəl birlikdə gedək, onu götürək” dediyini, İsaya “içkiliyəm, avtomobil idarə edə bilməyəcəyəm” dediyini, bundan sonra İsa ilə **-RZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilə əyləşib birlikdə Tərtər rayonuna getdiklərini və rayon ərazisində adını bilmədiyi orta yaşlı bir qadını avtomobilə əyləşdirdiklərini, bundan sonra İsa birlikdə Ağdərə rayonunun Vəng kəndinə getməyi təklif etdiyini və həmin yerdə olan tanışı Zamin adlı şəxsə zəng etdiyini, Zaminə tanışları ilə birlikdə gəlib yeyib-içmək istədiyini dediyini və Zaminin telefonda razılaşdığını, birlikdə Ağdərə rayonunun Vəng kəndində Zaminin yaşadığı evə getdiklərini, həmin gün təxminən saat 23 radələrində Zaminin yaşadığı evə çatdıqlarını və evə çatan zaman Zaminin onlar üçün süfrə hazırladığını gördüklərini, bundan sonra həmin yerə Cahangir adlı bir şəxsin də gəldiyini, Cahangirin başqa bir şirkətdə briqadir işlədiyini, bir qədər spirtli içki qəbul etdikdən sonra İsa adlı şəxsin içkinin təsiri ilə sərt şəkildə ona “dur, get maşından siqaret gətir” dediyini, bu səbəbdən əsəbləşdiyini cibində olan avtomobil açarını stolun üsdünə atdığını, İsaya “siqaret istəyirsən, dur, get özün gətir” dediyini, bu zaman İsanın əsəbi şəkildə ayağa qalxdığını və aralarında münaqişə yarandığını, əlbəyaxa olub dalaşmağa başladıqlarını, həmin vaxt orada olan Zamin və Cahangir adlı şəxslərin onları araladıqlarını, bundan sonra oraya Hakim adlı bir şəxsin də gəldiyini, həmin Hakim adlı şəxsin Cahangir adlı briqadirin işçisi olmasını bildiyini, daha sonra yenidən yeyib-içməyə davam etdiklərini, daha sonra isə məclisin yekunlaşdığını və Zaminin evində qalmağı qərarlaşdırdıqlarını, həmin vaxt İsanın gətirdiyi qadınla başqa bir otaqda qaldığını, özünün isə Cahangir və tanımadığı sarıbəniz bir oğlanla başqa bir otaqda olduqlarını, bir qədər sonra ayaqyoluna getmək üçün yatağıdan qalxdığını və ayaqyoluna gedərkən İsa adlı şəxslə evin dəhlizində qarşılaşdığını, həmin vaxt onun alt paltarında olmasından İsanın əsəbləşdiyini və ona “yanımda xanım var, sən nə üçün belə gəzirsən” deyərək ona hücum etdiyini, yenidən evin dəhlizində İsa ilə əlbəyaxa olduqlarını və dalaşmağa başladıqlarını, dalaşa-dalaşa evin həyətinə çıxdıqlarını, həmin vaxt vaxt səs-küyə Zamin, Hakim və Cahangir adlı şəxslərin onların yanına gəldiklərini, İsanın orada olan şüşə butulkanı onun sol qolaltı nahiyəsinə vurduğunu və zərbənin təsirindən butulkanın qırıldığını, bundan sonra orada olan Hakim adlı şəxsin onu arxadan qolu ilə sıxıb yerə çökəltdiyini, həmin vaxt İsa ona zərbə vurmağa davam etdiyindən özünü müdafiə edə bilmədiyini, bu səbəbdən onun dalaşmasına mane olan şəxslərin ünvanına nalayiq ifadə işlətdiyini, bu zaman onu arxadan tutan Hakimin əsəbləşdiyini və boynundan sıxıb onu yerə yıxdığını, geriyə çönüb Hakimə baxan zaman Hakimin yumruqla onun çənə nahiyəsinə zərbə vurduğunu, bundan sonra huşunu itirdiyini, daha sonra olanları isə xatırlamadığını, huşu özünə gələndə avtomobildə uzanmış vəziyyətdə olduğunu və Süleyman adlı şəxsin onun avtomobilini idarə etdiyini gördüyünü, Süleymandan hara getdiklərini soruşduqda Süleymanın “səni evə aparıram, biraz dincəl” dediyini, bundan sonra Xankəndi şəhərində olan yaşadığı evə getdiyini, lakin ağrıları olduğundan dözə bilmədiyini, taksi çağıraraq Xankəndi şəhərində olan xəstəxanaya getdiyini, lakin orada həkimlərin qəbul edə bilməyəcəklərini, vəziyyətinin ağır olduğunu deyib Bərdə Rayon Xəstəxanasına getməsini məsləhət gördüklərini, bundan sonra oradan çıxaraq Bərdə rayonunda yerləşən xəstəxanaya getdiyini və orada ona iynə vurulduğunu, oradan isə taksi ilə Bakı şəhərinə getdiyini, Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına müraciət etdiyini, orada onun çənə nahiyəsində qırıq olduğunu bildirdiklərini və onu əməliyyat etdiklərini, burnunda, gözaltı nahiyəsində olan xəsarətləri İsanın onu yumruqla vurması nəticəsində aldığını, eyni zamanda sol said nahiyəsində olan sıyrıqları da İsa ilə dalaşan zaman aldığını, çənə nahəyəsində olan qırıq və yanağında olan hematomanın Hakimin onu yumruqla vurması nəticəsində əmələ gəldiyini bildirmişdir. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində məlum hadisə ərafəsində Ağdərə rayonunun Vəng kəndi ərazisində fəhlə işlədiyini, 12 iyun 2025ci il tarixdə saat 23 radələrində Ağdərə rayonunun Vəng kəndində olan zaman tanışları Zamin və Cahangirin yaşadıqları evdən səs-küy gəldiyini eşitdiyini və bu səbəbdən onların yanına getdiyini, həmin vaxt Zamin və Cahangirin yanında əvvəllər tanıdığı Səfər və İsanın olduqlarını gördüyünü, İsanın yanında həmçinin bir nəfər tanımadığı qadının da olduğunu, həmin vaxt Səfər və İsanın arasında özünün gəlməsindən əvvəl münaqişə olması və dalaşmalarının ona məlum olduğunu, bir az yeyib-içdikdən sonra Səfərin evə yatmağa getdiyini, bir qədər sonra, yəni 13 iyun 2025-ci il tarixdə gecə saat 00:30 radələrində Səfərin alt paltarında gəzdiyini gördüklərini, İsanın əsəbləşdiyini və Səfərin üzərinə gedərək ona yanında qadın olduğunu deyib geyimi barədə irad tutduğunu, həmin vaxt Səfər və İsa arasında yenidən münaqişə yarandığını və onların əlbəyaxa olaraq dalaşmağa başladıqlarını, bu vaxt onları aralamaq üçün yanlarına getdiklərini, Səfəri qucaqlayıb kənara çəkmək istədiyini, həmin vaxt Səfərin onu buraxmasını tələb edib nalayiq ifadə işlətdiyini, Səfərə onu tutanın özü olduğunu dediyini və bu zaman Səfərin onun ünvanına nalayiq ifadə işlətdiyini, həmin vaxt əsəbləşdiyini və Səfərin sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurduğunu, Cahangirin onu tutduğunu və oradan araladığını, bundan sonra oradan öz yaşadığı yerə getdiyini, həmin vaxt Səfərin ona zərbə vurmadığını, xəsarət almadığını, hadisə zamanı orada Zamin, Cahangir, Səfər, İsa və özünün olduğunu bildirmişdir. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində Ağdərə rayonunun Vəng kəndində olan "xxxx" MMC şirkətində usta işlədiyini, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, 12 iyun 2025-ci il tarixdə saat 21 radələrində Zaminə zəng gəldiyini və qonaq gəlmək istədiklərini dediklərini, Zaminlə şirkətin Vəng kəndində olan evində yaşadıqlarını, Zaminin onlara gələ biləcəklərini dediyini, təxminən saat 23:00 radələrində qonaqların evə çatdıqlarını, həmin vaxt İsagilin yanında 45-50 yaş aralığında olan bir qadının da olduğunu və qadının kim olduğunu bilmədiyini, sonradan adını bildiyi İsa adlı şəxsin əvvəlcədən qadınla gələcəyini bildirmədiyini, bundan sonra iş yoldaşı Zamin, Səfər, İsa və İsanın gətirdiyi qadın bir masa arxasında evin həyətində əyləşdiklərini və yeyib-içməyə başladıqlarını, Səfər və İsa oraya gələn zaman onların içkili olduqlarını hiss etdiyini, eyni zamanda həmin vaxt da spirtli içki içdiklərini, bir qədər yeyib-içdikdən sonra İsanın kobud şəkildə Səfərə “dur, get maşından siqaret gətir” dediyini, həmin vaxt Səfər ona “görürsən ki, yemək yeyirəm, al açarı, özün gətir” dediyini, bu zaman İsa əsəbi şəkildə açarı Səfərin üzərinə atdığını və “sənə deyirəm dur, siqaret gətir” dediyini, bu zaman Səfərin əsəbləşdiyini və İsa ilə Səfərin əlbəyaxa olaraq bir-birilərinə yumruq zərbələri atdıqlarını, həmin vaxt Səfərlə İsanı aralamağa çalışdıqlarını, Səfərlə İsanın bir-birilərinə şüşə butulkanı atmaq istədiklərini, lakin qoymadıqlarını, həmin vaxt bir butulkanın sındığını gördüyünü, bir qədər sonra İsagili sakitləşdirdiklərini və yemək yeməyə davam etdiklərini, bir qədər sonra isə Səfərin stoldan qalxaraq “evə uzanmağa gedirəm” dediyini, evin qarşı hissəsində kolidorda şüşəli eyvan olmasını və evin içərisinin göründüyünü, yəni saat 00:30 radələrində Səfərin alt paltarında evin içərisindən keçdiyini gördüklərini, həmin vaxt İsanın əsəbiləşib stoldan qalxdığını və Səfərin yanına gedərək “bu, nə geyimdir geyinmisən” dediyini, bu zaman yenidən Səfərlə İsanın arasında dava-dalaş olduğunu, Zaminlə evin içərisinə girdiklərini və İsanı aralamaq istədiklərini, həmin vaxtdan bir qədər əvvəl isə oraya Hakim adlı tanışlarının gəldiyini və onun da münaqişə olduğunu görüb yanlarına yaxınlaşdığını, bu zaman Hakimin Səfəri arxadan qucaqladığını və kənara çəkdiyini, Səfərin isə nalayiq ifadə işlədib Hakimin onu buraxmasını tələb etdiyini, həmin nalayiq ifadəyə görə Hakimin əsəbləşdiyini və Səfərin sifət nahiyəsinə yumruqla bir dəfə zərbə vurduğunu, bu zaman Səfərin sifət nahiyəsindən qan axmağa başladığını, Hakimi qucaqlayıb oradan uzaqlaşdırdığını, daha sonra isə Səfərin üzündəki qanı təmizləyib özünün avtomobili ilə Süleyman adlı işçi ilə birlikdə Xankəndi şəhərinə göndərdiklərini, hadisə zamanı orada özünün, Zamin, Hakim, Səfər, İsa və İsanın tanışı olan bir nəfər qadının olduğunu, Süleyman adlı şəxsin isə hadisədən sonra oraya gəldiyini, hadisə zamanı Səfərə İsa və Hakimin xəsarət yetirdiyini, lakin dəqiq olaraq kimin hansı xəsarəti yetirdiyini bilmədiyini, həmin münaqişənin ümumi olaraq bir-iki dəqiqə davam etdiyini bildirmişdir. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 iyun 2025-ci il tarixli 600 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənə sümüyünün ikitərəfli qapalı sınığı ilə müşayət olunan sağ yanaq nahiyəsinin hematoması, burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə olunan hematoması, hər iki gözaltı nahiyəsinin qançırı və sol said nahiyəsinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 13 iyun 2025-ci il tarixdə əmələ gələ bilər; ağırlıq dərəcələrinə görə xəsarətlərdən: a) alt çənə sümüyünün iki tərəfli qapalı sınığı ilə müşayət olunan sağ yanaq nahiyəsinin hematoması-sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir; b) burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə olunan hematomasısağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; c) digər xəsarətlər-hər iki gözaltı nahiyənin qançırı və sol said nahiyəsinin sıyrıqları isə- sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilmir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanlanmış 25 iyun 2025-ci il tarixli Tələbnamənin üzərində olan 01 iyul 2025-ci il tarixli qeyddən (cavab məlumatından) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (məhkumluğu yoxdur). İş materiallarında olan: İbtidai istintaq zamanı Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyyəti başçısının Balakən şəhəri üzrə nümayəndəliyindən alınmış 13 oktyabr 2025-ci il tarixli 1487 nömrəli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanında yaşayır, onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji dispanser qeydiyyatlarında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) yetkinlik yaşına çatmamış övladı vardır: 23 oktyabr 2010-cu ildə doğulmuş X4, 20 oktyabr 2014-cü ildə doğulmuş X5 və 07 dekabr 2019-cu ildə doğulmuş X9. Cinayət Məcəlləsinin 128-ci maddəsindən görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının: -1-ci hissəsinin birinci abzası və 1.16-cı bəndindən görünür ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan məhkumlar, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); -5-ci hissəsinin birinci abzası və 5.1-ci bəndindən görünür ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 16 yanvar 2026-cı il tarixli məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə birgə ərizə verərək, təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər (ərizə cinayət işi materiallarına əlavə edilmişdir). Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət işinin icraatına Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi (yaxın qohumu) X3 təqsirləndirilən şəxslə barışmadıqlarını, bununla belə, təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 39.1 və 39.1.12-ci maddələrindən görünür ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X6rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir; cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər; cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər; amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə hesab edir ki, məhəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olunması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərlə, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilir; bununla belə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, müdafiə tərəfinin razılığı nəzərə alınmaqla, cinayət Prosessual Məcəlləsinin 39.1.12, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilməlidir. Cinayət işinin icraatına xitam verilməsinə mane olan əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.1, 321.2.1, 321,2.2 və 321.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün müddət başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-7/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-7/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver