Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-8/2023 03.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs-X5 və onun nümayəndəsi (vəkil) X22, Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər- X11, X23, X24, X25, X42, X13, X45 və X14 iştirakları ilə; X18 və X12 iştirakları olmadan, X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–Cinayət Məcəlləsi) 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X3 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında yazılı şikayət edərək, X11, X23, X24, X18, X25, X42, X13, İsmayılova (hazırkı soyadı “Musayeva”dır) Sona Möhübbət qızı, X45 və X14 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət verdiyi şəxslər onun qohumlarıdır. 08 may 2022-ci il tarixdə səhər saat 6:00-6:30 radələrində onunla birgə yaşayan, evli, iki uşaq atası, ali təhsilli, otuz doqquz yaşlı oğlu X16 özünü yaşadıqları evin həyətyanı sahəsində yerləşən təsərrüfat təyinatlı tikilinin tavanından asaraq intihar etmişdir. Göygöl rayonunun hüquq- mühafizə orqanları hadisə ilə bağlı ətraflı araşdırmalar aparmış və intihar faktını təsdiqləmişlər (müvafiq məhkəmə-tibbi ekspertizasının rəyi və Göygöl Rayon Prokurorluğunun qərarı əlavə olunur). Hadisə baş verən gündən etibarən qaynı (mərhum Xaliq İsmayılovun əmisi) X23, digər qaynı X26 (vəfat edib) həyat yoldaşı X32 və baldızı X4 ölümündə açıq şəkildə və davamlı olaraq onu və gəlini (mərhum Xaliq İsmayılovun arvadı) X9 ittiham etmişlər. Həmin şəxslərin əsassız və qərəzli iddialarına görə, guya onlar Xaliqi qəddar üsullarla özləri (guya mərhum Xaliq İsmayılovun anası və arvadı) qətlə yetirmişlər. Yuxarıda adları göstərilən şəxslər dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər qurumlara kollektiv şəkildə ərizə və şikayətlər ünvanlamış, Xaliqin ölümünə görə onun və gəlininin cəzalandırılmasını tələb etmişlər. Hər dəfə də aidiyyəti dövlət qurumları həmin müraciətlərin tamamilə əsassız və qanunsuz olmasını əsas gətirərək həmin şəxslərin şikayət və ərizələrini təmin etməmişlər. Qənirə Əliyeva, Zamin İsmayılov, Oqtay İsmayılov, Əminə Tağıyeva, Məlahət İsmayılova, Rəna Alıyeva, Sona Musayeva tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna kollektiv şəkildə yazılmış ərizə ilə əlaqədar, o, oğlu ilə birlikdə 27 avqust 2022-ci il tarixdə Göygöl Rayon Prokurorluğuna dəvət olunmuşdur. Həmin gün adları çəkilən şəxslər onları təhqir və təhdid etmiş, hətta ona və oğluna qarşı fiziki zorakılığa yol vermiş, xüsusilə də Zamin İsmayılov onun oğluna fiziki zərbələr endirməklə xəsarətlər yetirmiş və bu faktla bağlı onlar Göygöl Rayon Polis Şöbəsinə şikayət etmişlər. Lakin öz ictimai təhlükəli əməllərindən heç bir nəticə çıxarmayan Zamin İsmayılov 13 may 2023-cü il tarixdə yenidən “Space” telekanalında yayımlanan “Gəl, danış” telelayihəsinin çəkiliş qrupu onların evində olduğu zaman Qənirə Əliyeva, Rəşad Əliyev, Oqtay İsmayılov, Rasim İsmayılov, Əminə Tağıyeva, Məlahət İsmayılova, Sona Musayeva, Reyhan Tağıyeva, Azim Tağıyev, Arif İsmayılov, Fazil İsmayılov, Rübabə Mamedova ilə birlikdə onların həyətinə gələrək zorla mənzillərinə soxulmağa çalışmışlar. O, çarəsiz qalaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətmə zəng etmiş və yalnız polis əməkdaşlarının haqlı və qanuni müdaxiləsi vasitəsi ilə basqınçıların qarşısı alınmışdır (müvafiq videomateriallar əlavə olunur). Xüsusilə vurğulamaq istəyir ki, adları çəkilən şəxslər yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməklə ona və onun ailə üzvlərinə qarşı şər-böhtan atmaqla kifayətlənməmiş, həmin şəxslər eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif media vasitələrinə üz tutaraq, onların barələrində qərəzli, şər və böhtan xarakterli müsahibələr vermişlər. Konkret olaraq, 24 aprel 2023-cü il tarixdə Gülarə İsmayılova, Oqtay İsmayılov, Əminə Tağıyeva, Zamin İsmayılov, Rübabə Mamedova, Rəna Alıyeva, Məlahət İsmayılova, Sona İsmayılova, Adil Əliyev və s. “Dünyanın Səsi” adlı internet saytının əməkdaşlarını Göygöl rayonunun Üçtəpə kəndindəki evlərinə dəvət edərək, sayta geniş və onlara qarşı son dərəcədə qərəzli müsahibə vermişlər. Həmin müsahibədə də eyni ittihamlar səsləndirilmişdir. Müsahibənin mətni saytın vebsəhifəsində dərc olunmuş, videomaterial isə, həm saytda, həm də saytın sosial şəbəkələrdəki hesablarında yayımlanmışdır (mətn və videomaterial əlavə olunur). Bununla kifayətlənməyən qaynı Oqtay Əliyev 11 may 2023-cü il tarixdə “Space” telekanalında yayımlanan “Gəl, danış” telelayihəsinə canlı qatılaraq milyonlarla insanın gözü önündə onu- oğlunun il mərasimindən yenicə ayrılmış ağrılı-acılı bir ananı öz doğma balasını xüsusi qəddarlıqla qətlə yetirməkdə təkrarən, açıq şəkildə və bütün Azərbaycan ictimaiyyəti qarşısında ittiham etmişdir (müvafiq videomateriallar əlavə olunur). O və ailə üzvləri adları çəkilən şəxsləri bu günədək dönə-dönə sakitləşdirməyə və həmin şəxslərin onlara qarşı bu cür amansız və qərəzli davranışlarının səbəblərini dəqiqləşdirməyə çalışmışlar. Oqtay İsmayılov onlara bildirmişdir ki, o, mərhum Xaliqə 2000 (iki min) AZN məbləğində pul vermişdir və həmin məbləği onlardan geri alanadək bütün mümkün vasitələrə əl atacaqdır; pulunu geri almayacağı təqdirdə onları evlərindən çıxaracağını, evi isə sataraq öz aralarında böləcəkləri ilə bağlı sözlər söyləmişdir. Oqtay İsmayılovun gəlininin onun qızının “Votsap” nömrəsinə (yazışmaları əlavə olunur) yazaraq həmin vəsaiti tələb etdiyi faktı mövcuddur. Onlarda olan dəqiq məlumatlara görə, adları çəkilən digər şəxslər keçmişdə baş vermiş bir sıra xoşagəlməz hadisələrlə bağlı yaranmış fürsətdən sui-istifadə edərək onlardan qisas almağa çalışırlar. Məsələn, Qənirə Əliyevanın nəvəsi (X19 Əliyevin qızı) 2017-2019-cu illərdə onun qardaşının oğlu ilə rəsmi nikahda olmuş, 2019-cu ildə bu nikah pozulmuşdur və həm Qənirə, həm də Adil dəfələrlə onlardan qisas alacaqlarını açıq şəkildə səsləndirmişlər. Həmçinin onlara sonradan məlum olmuşdur ki, hadisə baş verən gün orada olan həmkəndlisi və qudası, eyni zamanda Oqtayın bacanağı və qudası X27 adlı şəxs də sonradan əhali arasında Xaliqin guya əllə boğulub qətlə yetirilməsi barədə yalan məlumatlar yaymışdır. Onlar ötən bir il ərzində başlarına gələn bu müsibətin acısını yaşamağa macal tapmamış, adları yuxarıda göstərilən şəxslərin əsassız və qərəzli ittihamları, şər və böhtanları həyatlarını əsl cəhənnəmə çevirmişdir; onları həyatlarından bezdirmiş, hətta intihar həddinə gətirmişdir. Oqtayın və digərlərinin mətbuatda onları ləkələyən, habelə aidiyyəti dövlət qurumlarının nüfuzuna xələl gətirən son çıxışları isə, səbr kasalarını daşıran son damlalar olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, barələrində şikayət verdiyi şəxslərin bu hərəkətləri həm onun üçün, həm mərhum Xaliqin iki övladı və övladlarının anası, habelə digər oğlu və oğlunun ailə üzvləri üçün çox ciddi problemlər yaratmışdır. Göründüyü kimi, X11, X23, X24, X18, X25, X42, X13, X17, X45 və X27 bilərəkdən onu və gəlinini ağır cinayət törətməkdə ittiham edirlər. Ona görə də həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdırlar. Şikayətə əlavə edilmiş: Göygöl rayon prokurorunun böyük köməkçisi, 3-cü dərəcəli hüquqşünas X28 icraatında olan 56-C/22 saylı material üzrə 02 sentyabr 2022-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 08 may 2022-ci il tarixdə saat 08:17-də Göygöl Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Göygöl Rayon Prokurorluğuna Göygöl rayonunun Üçtəpə kəndində yaşayan 1983-cü il təvəllüdlü X6 Göygöl Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə ölü vəziyyətdə daxil olması barədə telefon məlumatı daxil olmuş, araşdırma zamanı Xaliq İsmayılovun meyitinə və hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər fotocədvəl tərtib edilmiş, məhkəmə-tibbi ekspertizaları keçirilərək müvafiq rəylər alınmış, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Araşdırma nəticəsində fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın nəticə hissəsində göstərilir: “1. X1 maddi, xidməti və ya sair cəhətdən asılı olması, hər hansı bir şəxs tərəfindən onunla amansız rəftar edilməsi, ləyaqətinin alçaldılması və hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırılması. həmçinin kənar şəxs və ya şəxslər tərəfindən həyatdan məhrum edilməsi, yəni qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi faktı öz təsdiqini tapmadığından hər hansı şəxsin əməlində hər hansı cinayətin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin; 2. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Xaliq İsmayılov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən rədd edilsin...”. Şikayətə əlavə edilmiş: 01 (bir) ədəd metal korpuslu elektron daşıyıcıya (“fleşkarta”) məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin elektron daşıyıcıda iş üçün sübut əhəmiyyəti daşıyan 02 (iki) ədəd videomaterial vardır: 1) “Dünyanın səsi Tv” internet televiziyası tərəfindən 16 aprel 2023-cü il tarixdə “Youtube” videopaylaşma saytına yerləşdirilmiş “Ölüm işi ilə bağlı Kəlbəcər sakinləri Baş prokuror Kamran Əliyevə müraciət etdi” başlıqlı video (70058 KB, 15 dəqiqə 44 saniyə) və 2) 11 may 2023-cü il tarixdə “Space” TV-nin “Gəl, danış” adlı teleproqramında yayımlanmış və “Youtube” videopaylaşma saytına yerləşdirilmiş videomaterial (49456 KB, 09 dəqiqə 54 saniyə). Göygöl Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(066)-71/2023 saylı qərarı ilə işin ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət və ona əlavə edilmiş sənədlər Kəlbəcər Rayon Məhkəməsinə 07 iyun 2023cü il tarixdə daxil olmuş, hazırlıq iclası 14 iyun 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 21 iyun 2023-cü il tarixə təyin edilmiş və 21 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası hakimin Bakı şəhərində ezamiyyətdə olması səbəbindən baş tutmamış, növbəti məhkəmə (hazırlıq) iclası 03 iyul 2023-cü il tarixə təxirə salınmışdır. 03 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində şikayət verilən şəxslər X18 və X21 həmin məhkəmə iclasına da gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində şikayət verilən şəxslər X18 və X12 iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 məhkəmənin hazırlıq iclasında verdiyi izahatında şikayətdə göstərilənləri müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 08 may 2022-ci il tarixdə səhər saat 6:00- 6:30 radələrində onunla birgə yaşayan, evli, iki uşaq atası, ali təhsilli, otuz doqquz yaşlı oğlu X16 özünü yaşadıqları evin həyətyanı sahəsində yerləşən təsərrüfat təyinatlı tikilinin tavanından asaraq intihar etmişdir. Göygöl rayonunun hüquq- mühafizə orqanları hadisə ilə bağlı ətraflı araşdırmalar aparmış və intihar faktını təsdiqləmişlər (müvafiq məhkəmətibbi ekspertizasının rəyi və Göygöl Rayon Prokurorluğunun qərarı əlavə olunur). Hadisə baş verən gündən etibarən qaynı (mərhum Xaliq İsmayılovun əmisi) X23, digər qaynı X26 (vəfat edib) həyat yoldaşı X32 və baldızı X4 ölümündə açıq şəkildə və davamlı olaraq onu və gəlini (mərhum Xaliq İsmayılovun arvadı) X9 ittiham etmişlər. Həmin şəxslərin əsassız və qərəzli iddialarına görə, guya onlar Xaliqi qəddar üsullarla özləri (guya mərhum Xaliq İsmayılovun anası və arvadı) qətlə yetirmişlər. Yuxarda adları göstərilən şəxslər dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər qurumlara kollektiv şəkildə ərizə və şikayətlər ünvanlamış, Xaliqin ölümünə görə onun və gəlininin cəzalandırılmasını tələb etmişlər. Hər dəfə də aidiyyəti dövlət qurumları həmin müraciətlərin tamamilə əsassız və qanunsuz olmasını əsas gətirərək həmin şəxslərin şikayət və ərizələrini təmin etməmişlər. Qənirə Əliyeva, Zamin İsmayılov, Oqtay İsmayılov, Əminə Tağıyeva, Məlahət İsmayılova, Rəna Alıyeva, Sona Musayeva tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna kollektiv şəkildə yazılmış ərizə ilə əlaqədar, o, oğlu ilə birlikdə 27 avqust 2022-ci il tarixdə Göygöl Rayon Prokurorluğuna dəvət olunmuşdur. Həmin gün adları çəkilən şəxslər onları təhqir və təhdid etmiş, hətta ona və oğluna qarşı fiziki zorakılığa yol vermiş, xüsusilə də Zamin İsmayılov onun oğluna fiziki zərbələr endirməklə xəsarətlər yetirmiş və bu faktla bağlı onlar Göygöl Rayon Polis Şöbəsinə şikayət etmişlər. Lakın öz ictimai təhlükəli əməllərindən heç bir nəticə çıxarmayan Zamin İsmayılov 13 may 2023-cü il tarixdə yenidən “Space” telekanalında yayımlanan “Gəl, danış” telelayihəsınin çəkiliş qurupu onların evində olduğu zaman Qənirə Əliyeva, Rəşad Əliyev, Oqtay İsmayılov, Rasim İsmayılov, Əminə Tağıyeva, Məlahət İsmayılova, Sona Musayeva, Reyhan Tağıyeva, Azim Tağıyev, Arif İsmayılov, Fazil İsmayılov, Rübabə Mamedova ilə birlikdə onların həyətinə gələrək zorla mənzilərinə soxulmağa çalışmışlar. O, çarəsiz qalaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng etmiş və yalnız polis əməkdaşlarının haqlı və qanuni müdaxiləsi vasitəsi ilə basqınçıların qarşısı alınmışdır (müvafiq videomateriallar əlavə olunur). Xüsusilə vurğulamaq istəyir ki, adları çəkilən şəxslər yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməklə ona və onun ailə üzvlərinə qarşı şər-böhtan atmaqla kifayətlənməmiş, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif media vasitələrinə üz tutaraq, onların barələrində qərəzli, şər və böhtan xarakterli müsahibələr vermişlər. Konkret olaraq, 24 aprel 2023-cü il tarixdə Gülarə İsmayılova, Oqtay İsmayılov, Əminə Tağıyeva, Zamin İsmayılov, Rübabə Mamedova, Rəna Alıyeva, Məlahət İsmayılova, Sona İsmayılova, Adil Əliyev və s. “Dünyanın Səsi” adlı internet saytının əməkdaşlarını Göygöl rayonunun Üçtəpə kəndindəki evlərinə dəvət edərək, sayta geniş və onlara qarşı son dərəcədə qərəzli müsahibə vermişlər. Həmin müsahibədə də eyni itihamlar səsləndirilmişdir. Müsahibənin mətni saytın vebsəhifəsində dərc olunmuş, videomaterial isə, həm saytda, həm də saytın social şəbəkələrdəki hesablarında yayımlanmışdır(mətn və videomaterial əlavə olunur). Bununla kifayətlənməyən qaynı Oqtay Əliyev 11 may 2023-cü il tarixdə “Space” telekanalında yayımlanan “Gəl, danış” telelayihəsinə canlı qatılaraq milyonlarla insanın gözü önündə onu- oğlunun il mərasimindən yenicə ayrılmış ağrılı-acılı bir ananı öz doğma balasını xüsusi qəddarlıqla qətlə yetirməkdə təkrarən, açıq şəkildə və bütün Azərbaycan ictimaiyyəti qarşısında ittiham etmişdir (müvafiq videomateriallar əlavə olunur). O və ailə üzvləri adları çəkilən şəxsləri bu günədək dönə-dönə sakitləşdirməyə və həmin şəxslərin onlara qarşı bu cür amansız və qərəzli davranışlarının səbəblərini dəqiqləşdirməyə çalışmışlar. Oqtay İsmayılov onlara bildirmişdir ki, o, mərhum Xaliqə 2000 (iki min) AZN məbləğində pul vermişdir və həmin məbləği onlardan geri alanadək bütün mümkün vasitələrə əl atacaqdır; pulunu geri almayacağı təqdirdə onları evlərindən çıxaracağını, evi isə sataraq öz aralarında böləcəkləri ilə bağlı sözlər söyləmişdir. Oqtay İsmayılovun gəlininin onun qızının “Votsap” nömrəsinə (yazışmaları əlavə olunur) yazaraq həmin vəsaiti tələb etdiyi faktı mövcuddur. Onlarda olan dəqiq məlumatlara görə, adları çəkilən digər şəxslər keçmişdə baş vermiş bir sıra xoşagəlməz hadisələrlə bağlı yaranmış fürsətdən sui-istifadə edərək onlardan qisas almağa çalışırlar. Məsələn, Qənirə Əliyevanın nəvəsi (X19 Əliyevin qızı) 2017-2019-cu illərdə onun qardaşının oğlu ilə rəsmi nikahda olmuş, 2019-cu ildə bu nikah pozulmuşdur və həm Qənirə, həm də Adil dəfələrlə onlardan qisas alacaqlarını açıq şəkildə səsləndirmişlər. Həmçinin onlara sonradan məlum olmuşdur ki, hadisə baş verən gün orada olan həmkəndlisi və qudası, eyni zamanda Oqtayın bacanağı və qudası X27 adlı şəxs də sonradan əhali arasında Xaliqin guya əllə boğulub qətlə yetirilməsi barədə yalan məlumatlar yaymışdır. Onlar ötən bir il ərzində başlarına gələn bu müsibətin acısını yaşamağa macal tapmamış, adları yuxarıda göstərilən şəxslərin əsassız və qərəzli ittihamları, şər və böhtanları həyatlarını əsl cəhənnəmə çevirmişdir; onları həyatlarından bezdirmiş, hətta intihar həddinə gətirmişdir. Oqtayın və digərlərinin mətbuatda onları ləkələyən, habelə aidiyyəti dövlət qurumlarının nüfuzuna xələl gətirən son çıxışları isə, səbr kasalarını daşıran son damlalar olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, barələrində şikayət vediyi şəxslərin bu hərəkətləri həm onun üçün, həm mərhum Xaliqin iki övladı və övladlarının anası, habelə digər oğlu və oğlunun ailə üzvləri üçün çox ciddi problemlər yaratmışdır. Göründüyü kimi, X11, X33, X24, X18, X25, X42, X13, X21, X45 və X27 bilərəkdən onu və gəlinini ağır cinayət törətməkdə ittiham edirlər. Ona görə də həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdırlar. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 nümayəndəsi (vəkil) X43 da şikayəti müdafiə edərək, şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin edilməsini, X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X14 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər: X11, X23, X24, X25, X42, X13, X45 və X27 məhkəmə iclasında hər biri ayrılıqda verdikləri izahatlarında mərhum X6 ölüm faktı ilə bağlı Göygöl Rayon Prokurorluğunda aparılmış ibtidai araşdırma və həmin araşdırmanın nəticəsi ilə razı olmadıqlarını, qohumları olan Xaliq İsmayılovun intihar etməsinə inanmadıqlarını, qatilin tapılması üçün bütün qanuni imkanlardan istifadə edəcəklərini və bunu heç yerdə gizlətmədiklərini bildirmişlər. Həmçinin, X5 oların barələrində xüsusi ittiham qydasında verdiyi şikayətlə razı olmadıqlarını, şikayətdə bəhs olunan videomateriallarda onların X10 ağır və ya xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham etmədiklərini bildirmişlər. Videomateriala məhkəmə iclasında baxış: X20 tərəfindən şikayətə əlavə edilmiş 01 (bir) ədəd metal korpuslu elektron daşıyıcıya (“fleşkarta”) məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin elektron daşıyıcıda iş üçün sübut əhəmiyyəti daşıyan 02 (iki) ədəd videomaterial vardır: 1) “Dünyanın səsi Tv” internet televiziyası tərəfindən 16 aprel 2023-cü il tarixdə “Youtube” videopaylaşma saytına yerləşdirilmiş “Ölüm işi ilə bağlı Kəlbəcər sakiləri Baş prokuror Kamran Əliyevə müraciət etdi” başlıqlı video (70058 KB, 15 dəqiqə 44 saniyə) və 2) 11 may 2023-cü il tarixdə “Space” TV-nin “Gəl, danış” adlı teleproqramında yayımlanmış və “Youtube” videopaylaşma saytına yerləşdirilmiş videomaterial (49456 KB, 09 dəqiqə 54 saniyə). Hər iki videomateriala şikayətverən Lətifə İsmayılova və nümayəndəsi (vəkil) Hünbət Salahovun, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər: X11, X23, X24, X25, X42, X13, X45 və X14 iştiakları ilə 03 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında baxış keçirilmişdir. Baxış zamanı şikayətverən X5 ağır və ya xüsusilə ağır cinayət törətməsi ilə bağlı hər hansı ittihamların səsləndiyi aşkar edilməmişdir. Cinayət Məcəlləsinin: -147.1-ci maddəsindən görünür ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—cinayət məsuliyyəti yaradır. -147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 1(040)-8/2023 saylı işlə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin dəlilləri əsassızdır və şikayətverən X5 dəlillərini təsdiq edən sübutları əks etdirmir, həmçinin, hazırkı şikayət üzrə cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, şikayətverən X15 xüsusi ittiham qaydasında verdiyi şikayətdə təhqir və böhtana dair məlumatların yayılmasını təsdiq edən sübutları əsaslandırılmış şəkildə göstərməmiş, həmçinin, həmin məlumatların kütləvi şəkildə yayılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. O cümlədən şikayətdə X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X2 hansı hərəkətləri nəticəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ayrılıqda əsaslandırılmaqla qeyd edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual Məcəlləsi): -88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. -300.1, 300.1.1, 300.1.2 və 300.1.3-cü maddələrinin müddəalarından görünür ki, xüsusi ittiham qaydasında baxılan işlər üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; və ya 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə. -302.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. -302.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Kütləvi çıxış” dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. “Kütləvi nümayiş etdirilən əsər” dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. “Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı” dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd etməyi zəruri hesb edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarı qəbul edilərkən qüvvədə olmuş “Kütləvi informasiya vasitələri haqqında” Azəbaycan Respublikasının Qanunu hal-hazırda qüvvədə olmadığından, hal-hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikasının Qanununda “kütləvi informasiya vasitəsi” anlayışı əvəzinə “media” terminindən istifadə olunur. Göründüyü kimi, şikayətdə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur. Belə ki, şikayətverən Lətifə İsmayılovanın öz şikayətində istinad etdiyi hər iki videomateriala şikayətverən Lətifə İsmayılova və nümayəndəsi (vəkil) Hünbət Salahovun, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər: X11, X23, X24, X25, X42, X13, X45 və X14 iştiakları ilə 03 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında baxış keçirilmişdir. Baxış zamanı şikayətverən X5 ağır və ya xüsusilə ağır cinayət törətməsi ilə bağlı hər hansı ttihamların səsləndiyi aşkar edilməmişdir. Beləliklə, sadalananlara əsasən məhkəmə belə hesab edir ki, X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X14 barələrində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X14 cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən Cinayət Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299 və 300.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X11, X23, X24, X18, X25, X42, X13, X21, X45 və X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən imtina edilsin. Qərardan, elan edildiyi vaxtdan 20 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-8/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-8/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver