Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-8/2024 30.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1990-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qazxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonunun Qazxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 131 a-da yaşayan, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 1 ünvanında) açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan ov silahı ilə öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 11 may 2024-cü il tarixdə saat 18 radələrində Kəlbəcər rayon Qazıxanlı kəndi ərazisində yerləşən meşəlik sahədə arıçılıq təsərrüfatı ilə məşğul olmaq üçün getmiş Şahid4, Şahid1, Zərərçəkmiş şəxs, Şahid3 və Zərərçəkmiş şəxs olduğu yerə gələrək, əlində olan ov tüfəngini atəş vəziyyətinə gətirərək, onların təxmin bir-iki metr məsafədə yaxınlıqlarına gəlmiş və atasının həmin şəxslər tərəfindən döyüldüyünü bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs təhlükəni aradan qaldırmaq məqsədi ilə verdiyi təklifə əsasən sonuncunu əlində olan ov tüfəngi ilə öldürməklə hədələyərək məsələyə aydınlıq gətirmək üçün müvəqqəti yaşadığı yerə aparmaqla hədənin icra olunacağı üçün real əsaslar ilə müşahidə olunan hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 134-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonunun Qazxanlı kəndi ərazisində Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan yak adlanan iribuynuzlu heyvan təsərrüfatında naxırçı işləmiş, atası Şahid2 da həmin təsərrüfatda naxırçı işləmiş, 11 may 2024-cü il tarixdə saat 18 radələrində yak təsərrüfatında heyvanları peyvəndləyən zaman atasının əlini üzünə tutub gəldiyini görmüş, dərhal onun yanına getmiş, atasının burnundan qan axmasını görmüşdür, ondan nə olduğunu soruşduqda atası ona cavab verə bilməmiş, həmin vaxt atasının kiminləsə dalaşdığını, onu döydüklərini zənn etmiş, bu səbəbdən ov tüfəngini götürüb atası Mehmanın gəldiyi istiqamətdə getmiş, təxminən 150-200 metr getdikdən sonra qarşısına tanımadığı bir neçə şəxs çıxmış, onlardan atasının bura gəldiyini soruşmuş, həmin şəxslər “atan bizim yanımıza gəlmişdi, bizim həmin yerdə olmağımıza irad bildirdi”, bu səbəbdən də aralarında mübahisə olduğunu demişlər, onlardan atasının sifət nahiyəsində xəsarət olmasını, onu kimin vurduğunu soruşmuş, əsəbiləşdiyindən əlində olan ov tüfəngini atəşə hazır vəziyyətə gətirib həmin şəxslərdən təxminən 5-10 metr məsafədə dayanmış, onlardan atasına xəsarət yetirmiş şəxsin kim olmasını öyrənməyə çalışmış, həmin vaxt o, əlini tətiyə aparmaq istəyərkən orada olan adını bilmədiyi qadın qışqıraraq “sənin atanı heç kim vurmayıb” demiş, bu zaman o, dayanmış, atəş açmamış, həmin şəxslərdən sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı şəxs “inanmırsansa səninlə birlikdə gedək, atanın yanında məsələni aydınlaşdıraq” demiş, Qabil ilə birlikdə yaşadığı yerə getmiş, obaya çatanda Qabil Mehmandan nə olduğunu soruşmuş, atasının çənəsi çıxdığından danışa bilməmiş, əli ilə onu vurmadıqlarını işarə etmişdir. Mehmana “sən çıx get, özüm atamla məşğul olacağam” demişdir, bundan sonra atasına dərman vermiş və ağrıları biraz səngimişdir. Rəhmətə getmiş babası Fikrət Səlimov ölməmişdən qabaq ona köhnə yaşadığı evin yaxınlığında ov tüfəngi bastırdığını demiş, təxminən 11 ay əvvəl isə babasının dediyi yerdə həmin silahı tapmış və özündə saxlamışdır, silahın onda olmasının qanunsuz olmasını bilsə də, təsərrüfat ilə məşğul olduğundan həmin silahı tapdıqdan sonra təsərrüfatın mühafizəsi zamanı istifadə etməyi fikirləşmiş, bu səbəbdən həmin silahı təhvil vermək istəməmiş və özündə saxlamışdır. Həmin silah əvvəllər hər hansı cinayətin törədilməsində istifadə edilməmiş, təxminən 11 ay əvvəl həmin silahı Kəlbəcər rayonunun Qazxanlı kəndi ərazisindən tapdıqdan sonra silah özündə olmuş və onunla hər hansı cinayət törətməmişdir, həmin silahı tapmağı ilə bağlı heç bir şəxsə məlumat verməmişdir, həmin silahı evə aparmamış və onu çöldə gizlətmişdir, Qabil ilə atası Mehmanın yanına gələn zaman Kənd Təsərrüfatı Nazirliyinin işçisi olan Niyazi adlı şəxs və adını xatırlamadığı digər bir şəxs heyvanların yanında olmuş və heyvanların qulaqlarına nömrə vurmuş, atası Mehmanın yanında olan şəxsləri tanımamış, onun spirtli içki qəbul etməsini görməmişdir. O, təqsirləndirilən şəxs olaraq törətdiyi əməldən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam verilsin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünün arı təsərrüfatı vardır və həmin təsərrüfatı 2024-cü ilin yay mövsümündə Kəlbəcər rayonuna aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyindən müvafiq icazə almış, qohumları Şahid4, Şahid1 da arı təsərrüfatı olduğundan onlarla birlikdə arıların yerləşdirilməsi üçün yer seçmək məqsədilə Kəlbəcər rayonuna getməyi qərara almış, 11 may 2024-cü il tarixdə Kəlbəcər rayonunun Qazıxan binəsi adlanan yerə getmişlər, həmin vaxt onunla birgə Şahid4, Şahid1, Əzət Zeynalova və Şahid3 da orada olmuş, həmin gün saat 18 radələrində birlikdə yemək yeyən zaman pikap tipli avtomobil onların yanlarına yaxınlaşmış, həmin avtomobildən 3 nəfər şəxs düşüb onlara yaxınlaşmış, həmin şəxslərdən birinin sərxoş vəziyyətdə olmasını görmüş, həmin sərxoş vəziyyətdə olan sonradan adını bildiyi Mehman adlı şəxs nalayiq ifadələr işlədərək onlara yaxınlaşmış, həmin vaxt onun əlində ağac çomaq da olmuş, Mehman orada olan arxı keçmək istəyərkən ayağı sürüşmüş, üz üstə yerə yıxılmış, daha sonra ayağa qalxaraq yanlarına gəlməyə davam etmişdir. Bundan sonra birlikdə gəldiyi digər 2 nəfər şəxs Mehmanı qollarından tutaraq avtomobilə aparmış, oradan tez uzaqlaşmışlar. Təxminən 30 dəqiqə sonra bir nəfər şəxsin əlində silahla qışqıra-qışqıra onlara tərəf yaxınlaşdığını görmüş, həmin şəxsəlində silahla bir neçə metr yaxınlarına qədər gəlmiş və qışqıra-qışqıra “mənim atamı kim vurub, boynuna alsın, onu öldürəcəyəm” demiş, həmin şəxsin barmağının tətikdə olmasını və əlində olan silahın döyüş vəziyyətində olmasını görmüşdür. Həmin şəxsin bir qədər əvvəl gəlmiş və onlara nalayiq ifadələr işlədən Mehman adlı şəxsin oğlu olduğunu başa düşmüş, ona heç birinin atası Mehmanı vurmadığını və ona toxunmadıqlarını demişdir, həmin vaxt Turalın əsəbi olduğunu, əlinin tətikdə olmasını və silahın döyüş vəziyyətində olmasından Turalın atəş açacağını başa düşmüş, bu səbəbdən də Turalın onlara atəş açmasının qarşısını almaq üçün Tural adlı şəxsə “əgər bizə inanmırsansa, gəl gedək atanın yanına, əgər desə ki, onu vurmuşuq, onda məni vurarsan” demişdir. Tural razılaşmış və birlikdə meşə istiqamətində hərəkət edərək öz obalarına tərəf hərəkət etməyə başlamışlar, təxminən 500 metr getdikdən sonra onların obasına çatmışlar, həmin vaxt Tural silahı orada olan göy “Niva” markalı avtomobilin içərisinə qoymuşdur.Onların obalarında Mehman adlı şəxsin orada gəzdiyini, ora çatdıqda vaqonun qarşısında stolun üstündə 3 stəkan və 1 litrlik boş araq butulkası görmüş, Mehmana “sən bizi söymüsən, lakin biz tərəfdən səni kimsə vurubmu və ya söyübmü” demişdir. Mehman “məni heç kim vurmayıb, mən sizə söymürdüm, nazirliyə söyürdüm, başa düşmədim mənim çənəmə nə olub” demiş, ona “sən içkilisən, danışa bilmirsən, ona görə çənən ağrıyıb” demiş, bundan sonra Mehmanın oğlu Tural stolun üstündə olan araq butulkasını götürüb vaqonun arxa hissəsinə ataraq “sənə neçə dəfə demişəm ki, araq içmə” demişdir. Bundan sonra Tural “üzürlü say, səhv başa düşmüşəm, gedə bilərsən” demişdir. Həmin vaxt orada baytarlıq işçiləri də olmuş, sonra isə oradan geriyə qayıtmışdır.Həmin silahı yaxından görmüş, həmin silahın 16 mm çaplı xoruzlu adlanan ov tüfəngi olan qoşalülə olduğunu, həmin silahın qundağının rənginin tünd sarı rəngli olduğunu, lüləsinin ləkəli qara rəngli olduğunu, sonradan isə həmin şəxslə birlikdə onların obasına çatdıqda silahı göy “Niva” markalı avtomobilin içərisinə qoyduğunu, birlikdə gedən zaman Turalın onun qarşısında getdiyini, birlikdə gedən zaman ona qarşı heç bir zor tətbiq etmədiyini, lakin onların yaşadığı obaya çatana kimi Turalın silahı döyüş vəziyyətində əlində tutduğunu bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24 iyun 2024-cü tarixli 24/1091 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd, 158806 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 27 iyun 2024-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Tirkeşəvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 23 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, hazırda Bakı şəhəri, Yasamal rayonunda müvəqqəti məskunlaşıb yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri elan edilmişdir: Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində Kənd Təsərrüfatı Nazirliyinin Kəlbəcər rayonu Qazxanlı kəndi ərazisində olan yak adlanan iribuynuzlu heyvan təsərrüfatında naxırçı işlədiyini, oğlu Təqsirləndirilən şəxs da həmin təsərrüfatda naxırçı işlədiyini, 11 may 2024-cü il tarixdə saat 18 radələrində yak təsərrüfatında heyvanları peyvəndləyən zaman yak təsərrüfatını saxladığı ərazidə kiminsə alaçıq qurduğunu eşitdiyini, həmin yerə gəldiyini, bir neçə adamın alaçıq qurmasını gördüyünü, həmin vaxt sərxoş olması səbəbindən nalayiq ifadələr işlədərək həmin şəxslərə yaxınlaşmağa başladığını, bu ərazidə yak təssərüfatı saxlanılır, başqa təsərrüfatın saxlanılmasına icazə verilmir dediyini, həmin şəxslərdən birinin ona Kənd Təssərüfatı Nazirliyinin icazə verdiyini dediyini, bu zaman oradan axan arxın üstündən keçib həmin şəxslərə daha da yaxınlaşmaq istədiyini, sərxoş olmağı səbəbindən ayağının sürüşdüyünü və üzü üstə yerə yıxıldığını, sifət nahiyəsində ağrı hiss etdiyini, bundan sonra oraya tanımadığı 2 nəfər şəxsin pikap tipli avtomobil ilə yaxınlaşdığını, həmin vaxt bir qədər içkinin təsirindən ayılıb etdiyi hərəkətin səhv olduğunu başa düşdüyünü, üzrxahlıq etdiyini, bundan sonra oraya gəlmiş tanımadığı şəxslərin pikap tipli avtomobilinə əyləşib onu obasına aparmağı xahiş etdiyini, obaya çatanda oğlu Turalın ona yaxınlaşdığını və nə olduğunu soruşduğunu, ona yıxılmasını dediyini, sonra nə baş verdiyindən məlumatının olmadığını, bir müddət sonra isə Turalın həmin şəxslərdən biri ilə yaşadığı çadıra gəldiyini, Turalın yanında gələn şəxsin ona “səni biz tərəfdən kimsə vurmuşdurmu” dediyini, Turala “məni heç kim döyməyib, mən yıxılıb xəsarət almışam” dediyini, bundan sonra Tural kiminsə onu döydüyünü zənn edib onun gəldiyi istiqamətdə getməsi və bir müddət əvvəl qarşılaşdığı şəxslər ilə mübahisə edərək ona həmin şəxslərin xəsarət yetirməklərini dediyini, həmin gün yıxılaraq xəsarət aldığını, heç kimin onu döymədiyini, sonradan ona mübahisə etdiyi şəxslərin oğlu Turaldan onları silahla hədələdiyinə görə şikayət etməsini, bu səbəbdən əsəbləşdiyi üçün tibbi ekspert müayinəsindən keçən zaman həmin şəxslərin onu döydüyünü bildirməsini, əsl həqiqətdə isə həmin şəxslərin ona qarşı heç bir zor tətbiq etmədiyini, öz ehtiyatsızlığından yıxılaraq xəsarət aldığını bildirmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində atası Şahid4 məxsus arı təsərrüfatlarının olmasını və həmin təsərrüfatı 2024-cü ilin yay mövsümündə Kəlbəcər rayonuna aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyindən müvafiq icazə aldıqlarını, onun da atası Zeynalın təsərrüfatında köməkçi kimi Kəlbəcər rayonuna keçmək üçün müvafiq icazəsinin olduğunu, icazələrinin təsdiqləndikdən sonra atası Yaqub, qohumları Zərərçəkmiş şəxs, Şahid3, arvadı Əzət Zeynalovun təsərrüfatına yer seçmək məqsədilə 11 may 2024-cü il tarixdə Kəlbəcər rayonunun Qazıxan binəsi adlanan yerə getdiklərini, həmin gün saat 18 radələrində ailə üzvləri ilə birlikdə yemək yeyən zaman pikap tipli avtomobilin yanlarına yaxınlaşdığını və həmin avtomobildən 3 nəfər şəxsin düşüb onlara yaxınlaşdığını, həmin şəxslərdən birinin onların yanına yaxınlaşdığını və onun sərxoş vəziyyətdə olmasını gördüklərini, sonradan adını bildiyi Mehman adlı şəxsin nalayiq ifadələr işlədərək onlara yaxınlaşdığını, həmin vaxt əlində ağac çomaq olduğunu, Mehmanın onların yanlarına gələndə oradan axan arxı keçmək üçün arxın üstündən tullandığını, həmin vaxt ayağı sürüşdüyünü və üzü üstə yerə yıxıldığını, daha sonra ayağa qalxaraq Mehman adlı şəxsin nalayiq ifadələr işlətməyə davam etdikdə qohumu Ömərin onun üzərinə getmək istədiyini, Öməri qucaqlayaraq hərəkət etməsinə imkan vermədiyini, həmin vaxt Mehmanın daha ağır nalayiq ifadə işlətdiyindən Ömərin əsəbləşdiyini və titrəyərək huşunu itirdiyini, həmin vaxt qışqıraraq “kömək edin Ömər ölür” dediyini, bu zaman Mehman adlı şəxsin birlikdə gəldiyi digər 2 nəfər şəxsin qollarından tutaraq avtomobilə apardığını və oradan tez uzaqlaşdıqlarını, həmin vaxt Ömərə kömək etdiklərini və Ömərin ayıldığını, təxminən 30 dəqiqə sonra bir nəfər şəxsin əlində silah ilə qışqıra-qışqıra onlara tərəf yaxınlaşdığını gördüklərini, həmin şəxsin əlində silah ilə bir neçə metr yaxınlarına qədər gəldiyini və qışqıra-qışqıra “atamı kim vurub, boynuna alsın, onu öldürəcəyəm” dediyini, həmin vaxt sonradan adını bildiyi Tural adlı şəxsin barmağının tətikdə olmasını və əlində olan silahın döyüş vəziyyətində olmasını gördüyünü, həmin şəxsin bir qədər əvvəl gəlmiş və onlara nalayiq ifadələr işlədən Mehman adlı şəxsin oğlu olduğunu başa düşdüklərini, ona heç birinin atası Mehmanı vurmadığını və ona toxunmadığını dediklərini, bundan sonra Turalın əsəbi olmasına və əlinin tətikdə olmasına görə onun atəş atacağını başa düşdüklərini, bu səbəbdən qohumu Qabilin ona “əgər bizə inanmırsansa, gəl gedək atanın yanına, əgər desə ki, onu vurmuşuq, onda məni vurarsan” dediyini, Turalın Qabil ilə razılaşdığını və onların birlikdə meşə istiqamətində hərəkət edərək öz obalarına tərəf hərəkət etdiklərini, bundan sonra DİN-in 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, həmin silahı təxminən 1-2 metr aralıdan həmin şəxsin əlində gördüyünü, silahın qoşalülə adlanan, 16 mm çaplı xoruzlu adlanan ov tüfəngi olmasını, silahın qundağının tünd sarı rəngli olmasını, lüləsinin isə ləkəli qara rəngli olmasını, Turalın isə onların yanlarına gələndə mənim atamı kim vurub dediyini, Mehmanın onların yanına yaxınlaşarkən orada olan arxı keçmək istəyərkən üzü üstə yerə yıxıldığını, ola bilsin ki, çənəsindən həmin vaxt xəsarət aldığını, həmin vaxt Mehmanı heç kim vurmadığını, ola bilsin ki, Turalın barəsində şikayət etdiklərindən Mehmanın da, onlardan şikayət etmək üçün onu guya döydüklərini dediyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 dindirilmələri zamanı Şahid1 ilə oxşar məzmunda ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Cinayət Məcəlləsinin 134-cü maddəsinin mətninin müddəalarından görünür ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 30 avqust 2024-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki,cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X1rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Kəlbəcər Rayon Polis Şöbəsinə saxlanca verilmiş:1) 01 ədəd, 158806 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Kəlbəcər Rayon Polis Şöbəsinə saxlanca verilmiş:1) 01 ədəd, 158806 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-8/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-8/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver