Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-9/2023 07.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Məmişova Arzu Ramiz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1996-cı ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Sarıdaş kəndində qeydiyyatda olmaqla, Göygöl şəhəri, A.Ələsgər küçəsi 57, bina 02, mənzil 25-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində yaşadığı ünvan 2 ünvanında 02 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və ona “sol qaşüstü nahiyəsinin yarası, sağ gözün alt qançırı və səthi yarası, sol əlin üçüncü-dördüncü barmaqlarının səthi yarası” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəsmiyyə İsgəndərova və Zərərçəkmiş şəxs onun bibisinin övladlarıdır. Muradın bacısı Rəsmiyyə qonşuluqda yaşayır, onların əvvəlcədən münasibətləri yaxşı olmamışdır. Rəsmiyyənin anası Xanım, onun Rəsmiyyə barəsində müxtəlif söz-söhbət yaratmasını bəhanə edərək 03 mart 2023-cü il tarixdə saat 11 radələrində onun yaşadığı mənzilə gələrək binanın dəhlizində anası Xanımla mübahisə etmiş, o, səs-küy eşidib dəhlizə çıxmış və Rəsmiyənin onların mənzilinə gəlib anasını təhqir etməsinə əsəbiləşərək Rəsmiyənin ünvanına nalayiq ifadələr işlətmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəsmiyyə mənzilin giriş qapısının arxasında olan dabankeşi götürüb onun başına və bədəninin müxtəlif yerlərinə zərbələr vurmuş, o, həmin anlarda Rəsmiyəni vurmaq istəsə də, həmin vaxt orada olan nənəsi Elmira buna imkan verməmişdir. Bundan sonra Rəsmiyyə binanın həyətinə düşmüş, sonra o, mənzilin eyvanından həyətə baxan zaman Rəsmiyənin binanın qarşısında onun anası Xanımın üzərinə hücum etdiyini, bu zaman qardaşı Canın Rəsmiyənin saçından tutaraq onu kənarlaşdırdığını, sonra Rəsmiyənin səs-küy salaraq özünü yerə çırpdığını görmüş, ara sakitləşdikdən sonra qardaşı Can və anası Xanımın evə geri qayıtmışlar. Bir neçə saatdan sonra Rəsmiyənin qardaşı Zaur və atası Məzahir Canın telefonuna zəng edərək ünvanına nalayiq ifadələr işlədib gəlib dava-dalaş edəcəklərini demişlər. O, mənzildə olan zaman mənzilin eyvanından qardaşı Canın idarə etdiyi “Kamaz” markalı avtomobili binanın yaxınlığında saxladığını, həmin vaxt Məzahir, Zaur və Elşadın onun qardaşı Canın üzərinə hücum etdiklərini görmüş, ora gedən zaman Məzahir, Zaur və Elşadın Canla mübahisə etdiklərini və ətrafda olan adamların onların dava etmələrinin qarşısını almaq istədiklərini görümüşdür. Həmin yerə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onları polis şöbəsinə aparmışdır. 05 mart 2023-cü il tarixdə saat 22-23 radələrində Gəncə şəhərində keçmiş məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik qəsəbədə olan zaman qardaşı Can zəng edib Muradın ona zəng edərək nalayiq ifadələr işlətdiyini və yaşadığı ünvana getmək istədiyini demişdir. Bu səbəbdən də dərhal yaşadığı ünvan 2 ünvanına getmiş, oraya çatanda Muradın 2 nömrəli binanın qarşısında dayandığını görmüşdür, Murada yaxınlaşıb nə baş verdiyini və ailə üzvlərini təhqir etməsinin səbəbini soruşub təpiklə qarın nahiyəsinə bir dəfə vurmuş və Murad yerə yıxılmışdır, bu zaman dayısı Qalib, oğlu Elvin, arvadı Mahirə oraya gəlmişlər. Muradla əlbəyaxa olmuş, Muradın əlində bıçaq olduğunu görmüş, Murad həmin bıçaqla zərbə vurmaq istəyən zaman onun qolundan yapışmışdır, dayısı Qalib Muradın əlindən bıçağı almış, sonra həmin yerdə olan qonşular onları aralamışlar. Aralarındakı dava iki-üç dəqiqə davam etmiş, sonradan qonşulardan Elşad və Anar harayçılıq edərək Muradı onlardan kənarlaşdırmışdır. Muradın əlində olan bıçaq mətbəx bıçağı olmuşdur, lakin həmin vaxt sutkanın qaranlıq vaxtı olduğundan həmin bıçağın əlamətlərini dəqiq xatırlamır. O, təqsirləndirilən şəxs olaraq törətdiyi əməldən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam versin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Dayısı arvadı Xanımın onun bacısı Rəsmiyyə haqqında xoşagəlməz sözlər işlətməsi haqqında məlumatlar eşitmiş, dayısı Şakirə zəng edib arvadı Xanıma və oğlanlarına irad bildirməsini tapşırmışdır. 02 mart 2023-cü il tarixdə Orxan onun qarşısını kəsərək “atan kişi olsa idi gələrdi söhbət edərdik” demiş, ona fikir verməyib yanından uzaqlaşmışdır. 03 mart 2023-cü il tarixdə bacısı Rəsmiyyə və dayısı oğlu Orxan arasında dava-dalaş olmuşdur. Orxan və Can onun bacısı Rəsmiyyəni döydüklərindən, məsələni aydınlaşdırmaq məqsədilə atası Məzahir, qardaşları Zaur və Elşad həmin gün günorta saatlarında Göygöl şəhəri Aşıq Ələsgər 57 ünvanında yerləşən qəsəbəyə gəlmiş, həmin vaxt Can onun atası Məzahir və qardaşının üzərinə vintaçanla hücum etmək istəmiş, orada olan polis əməkdaşları mübahisənin qarşısını almışlar. Bu hadisəyə görə 04 mart 2023-cü il tarixdə saat 07 radələrində “Votsap” vasitəsilə dayısı oğlu Cana səsli mesaj göndərərək onu söhbət etməyə çağırmış, Can isə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir, buna görə də o da eyni tərzdə Canın ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində yaşadığı Göygöl şəhəri Aşıq Ələsgər 57 ünvanında 2 saylı binanın qarşısında olan zaman dayısı oğlu Orxan qəflətən onun üzərinə hücum etmiş və yumruqla onun sağ gözünə zərbə vurmuşdur, o, zərbənin təsirindən yıxılmış, qonşular səs-küyə gəlib onları aralaşdırmışlarr. Həmin dava-dalaş təxminən on beş dəqiqə davam etmişdir. Orada Orxan, Qalib və adlarını bilmədiyi qohumları olmuş, həmin vaxt səs-küyə on beşiyirmi nəfər bina sakini gəlmişdir. O, hadisədən beş-altı saat əvvəl spirtli içki olan pivə içmiş, lakin hadisə zamanı sərxoş olmamışdır, dava-dalaş zamanı əlində bıçaq olsa da, Qalibə xəsarət yetirməmişdir. Üzərində olan bıçağı çıxartmaqda məqsədi onları qorxutmaq olmuşdur. Qalib bıçağı dartaraq almaq istəyən zaman əlindən xəsarət almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda Orxandan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs heç bir cəza verilməsini istəmir və məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli 309 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol qaşüstü nahiyəsinin yarası, sağ gözün alt qançırı və səthi yarası, sol əlin üçüncü-dördüncü barmaqlarının səthi yaraları- bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05 mart 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 19 aprel 2023-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə mənzil-kommunalistismar sahəsindən alınmış 01 may 2023-cü il tarixli 58 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşadığı, həmçinin yaşadığı müddət ərzində onun barəsində “Dövlətqaçqınkom”un Mənzil istismar departamentinin Mənzil-kommunalistismar sahəsinə heç bir şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri elan edilmişdir: Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Rəsmiyyə ona və ailə üzvlərinə Rəsmiyyənin adına “söz çıxartmalarını” dediyindən 03 mart 2023-cü il tarixdə saat 11-12 radələrində, o, Rəsmiyyənin yaşadığı evə gedərək bu söz-söhbətə son qoyması üçün anası Xanımın yanına getməyi təklif etmişdir. Bundan sonra Rəsmiyyə onun yaşadığı evə getmişdir. Dəhlizdən səs-küy eşitdiyindən həmin yerə gedən zaman, Rəsmiyyə ilə qardaşı Orxanın dalaşmasını görmüşdür. Sonra Rəsmiyyə pilləkənlərlə aşağı düşmüş, 2 saylı binanın qarşısında anası Xanımla əlbəyaxa olmuşdur, bu səbəbdən oraya yaxınlaşıb Rəsmiyyənin saçından tutub onu yerə yıxmışdır. Bundan sonra Rəsmiyyənin atası Məzahir və qardaşları Elşad və Zaur binanın qarşısına gəlib onlarla dalaşmaq istəmişlər. 05 mart 2023-cü il tarixdə qardaşı Orxan ilə Rəsmiyyənin qardaşı Muradın dalaşmalarını eşitmişdir. Rəsmiyyə ilə aralarında olan dava-dalaşın səbəbi Rəsmiyyənin onun anası Xanımın üzərinə hücum edib Xanımın ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Münaqişə təxminən dörd-beş dəqiqə davam etmişdir, orada olan şəxsləri isə xatırlamır. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X2 Can Şakir oğlu ilə oxşar məzmunda ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X1 ifadəsində göstərmişdir ki, atası Məzahir və qardaşları Zaur və Elşad hazırda Yevlax rayonunun Xanabad kəndində şəxsi təsərüfatlarını saxlayırlar. O, əri Binyamindən boşanaraq azyaşlı uşaqları ilə birlikdə Göygöl şəhəri Aşıq Ələsgər küçəsi-57 ünvanında yaşayır, Təqsirləndirilən şəxs onun dayısı oğlu, Xanım Tağıyeva isə Orxanın anasıdır, onların əvvəlcədən münasibətləri yaxşı olmamışdır. Bir neçə dəfə Xanımın böhtan xarakterli sözlər danışması ilə bağlı Xanımla mübahisə etmiş, sonuncu dəfə 03 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı binanın qarşısında Xanıma onun barəsində “söz çıxarmamasını” demiş, həmin vaxt Xanım onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin yaşadığı mənzilin eyvanından baxan Orxan da nalayiq ifadələr işlətmişdir. Əsəbiləşib Orxanın yaşadığı mənzilə getmiş, mənzilin içərisində olan dabankeşi götürüb Orxanın başına və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt Orxanın qardaşı Can araya girmiş, mənzildən çölə çıxıb pilləkənlə düşmək istəyən zaman Xanım nalayiq ifadələr işlətdiyindən Xanımın saçından tutub yolmuş, həmin vaxt Can gəlib onun saçından tutub onu yerə yıxıb təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Sonra adını xatırlamadığı qonşuları onları aralaşdırmışdır. Bu hadisədən atası Məzahir və qardaşları Zaur və Elşad xəbər tutub Yevlax rayonundan gəlmişdir. Atası Məzahir və qardaşları Zaur və Elşadla dayısı oğlanları Orxan və Can arasında mübahisə olmuş, orada olan polis işçiləri mübahisənin böyüməyinə imkan vermədən onları aralaşdırıb polis şöbəsinə aparmışlar. 05 mart 2023cü il tarixdə saat 23 radələrində qardaşı Muradın telefonla dayısı oğlu Canla danışdığını görmüş, daha sonra Murad evdən çıxaraq getmiş, bir neçə dəqiqə sonra binanın qarşısından səs-küy gəldiyini eşidib mənzilin eyvanına çıxdıqda aşağıda dava-dalaş olduğunu, qardaşı Muradın və dayısı oğlu Orxanın dalaşdıqlarını görmüşdür. Həmin yerə gələndə Muradın sifət nahiyəsində xəsarət olduğunu görmüş, orada olan qonşular Muradı və Orxanı sakitləşdirmişlər. 03 mart 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı qəsəbədə 2 nömrəli binanın qarşısında Can Camallı ilə aralarında olan münaqişə zamanı orada kimin olmasını xatırlamır, qardaşı Muradla dayısı oğlu Orxanın arasında baş vermiş dava-dalaş zamanı isə həmin yerdə Ruslan, Aidə, Rizvan, Emin adlı qonşuları olmuşlar. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində Göygöl şəhəri Aşıq Ələsgər küçəsi-57 ünvanında yaşadığı mənzildə olarkən binanın qarşısından səs-küy gəldiyini eşitmiş və dərhal mənzildən çıxıb binanın qarşısına düşmüş, binanın qarşısına gələn zaman 02 saylı binanın qarşısında bir neçə şəxsin dayandığını görmüş, oraya gedən zaman həmin şəxslərin qonşuluqda yaşayan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu, onların yanına çatan zaman Muradın burun nahiyəsindən qan axdığını görmüşdür, bundan sonra onları orada olan Qalib adlı qonşu ilə dalaşanları sakitləşdirib aralaşdırmışlar, həmin vaxt Muradın əlində bıçaq olmuş, Qalib həmin bıçağı Muraddan almaq istəyən zaman əli kəsilmişdir. Daha sonra onlar öz yaşadıqları evlərinə getmişlər. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində yaşadıqları qəsəbədə 02 nömrəli binanın qarşısında bacısı oğlu Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədərək bıçaqla onun üstünə hücum çəkmiş, bıçaqla Orxanı vurmaq istəyən zaman əl atıb bıçaqdan tutmuş, bıçağı Muradin əlindən məcburi almış, bundan sonra yoldaşı və digər qonşular Muradın qolundan tutub aparmışlar. Daha sonra polis işçiləri Muradı və Orxanı polis şöbəsinə aparmış, sonra isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına getmişlər, orada həkimlər ona ilkin tibbi yardım göstərmişdir. 05 mart 2023-cü il tarixdə saat 00:15 radələrində Orxanla yaşadıqları qəsəbəyə gəlmiş, avtomobildən binanın qarşısına düşən kimi Murad bıçaqla Orxanın üstünə hücum çəkib əlbəyaxa olmuş və onlar yerə yıxılmışlar, kənardan Muradın əlində bıçaq olduğunu, Orxanı vurmaq istədiyini görmüş, bu səbəbdən onun əlindəki bıçaqdan tutub Muradın əlindən almışdır. Həmin vaxt bıçaq onun sol əlinin dördüncü barmaqla beşinci barmaqlarının arasına xəsarət yetirmişdir. Hadisə baş verən vaxtı orada Orxan, Murad olmuş, sonradan səs-küyə bütün qonşular ora yığışmışlar. Hadisə təxminən beş-on dəqiqə davam etmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 07 iyul 2023-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 300.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilə bilən qərarlardan biri də 300.1.7-ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X12rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-9/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-9/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver