Məhkəmə qərarları › İş №1(041)-10/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-10/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-10/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru X6 tərtib etdiyi və Kürdəmir rayon prokuroru, ədliyyə müşaviri Tural İbrahimov tərəfindən təsdiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktına əsasən xx.xx.1968-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs (X8) 02 fevral 2021-ci il tarixdə saat 08.00 radələrində ayıq həmçinin gümrah halda, texniki cəhətdən saz və yüksüz vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyası Moskva şəhəri Vernadski prospektinin 111 №-li ünvanında, prospektin Troparyovskaya küçəsi istiqamətindən 26 ünvan 2tinə doğru 50-55 km/saat sürətlə birinci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” X4 8 maddisənin 1-ci hissəsinin, 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməli, yolda nəqliyyat vasitəsinin hərəkətinin intensivliyini və yol şəraiti nəzərə almalı, diqqətini daima dəyişən yol şəraitindən ayırmamalı, etdiyi manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, diqqətini yoldan ayırdığı üçün əks istiqamətdən 5 km/saat sürətlə “Liaz” markalı EK 435 77 rus dövlət qeydiyyat nişanlı avtobusun dönmə əməliyyatı aparmasına vaxtında fikir vermədiyindən, həmin avtobusun yolda nəzərdə tutulan üç zolaqlı hərəkət hissəsinin birinci zolağına artıq dönmə əməliyyatını başa çatdırıb hərəkət zolağında düzünə hərəkət etməsini görüb, idarə etdiyi nəqliyyat vasitəsini dayandırmaq əvəzinə, nəqliyyat vasitəsini sağa manevr etdirərək, yolun sağ çiyin üstə səkinin üzərində quraşdırılmış Moskva şəhər 403 saylı işıqlandırma idarəsinə məxsus işıq dirəyinə vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sərnişin qismində olmuş zərərçəkmiş şəxs 13 aprel 1966-cı ildə Rusiya Federasiyası Belqorod şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, subay, hazırda həkim-terapevt işləyən, ehtiyatda olan tibb xidməti mayoru, əvvələr məhkum olunmamış, Rusiya Federasiyası Moskva şəhəri, Şerbinka rayonu Teatralanaya küçəsi ev 6, mənzil 16-da yaşayan Zərərçəkmiş şəxs çiyin sümüyünün cərrahi boynunun 20 dərəcəyədək yerdəyişən qapalı sınığı, təpəciyin aralanması, ənsə nayihənin dərialtı hematoması kimi, sonuncunun sağ yuxarı ətrafın funksiyasının 30 faizdən çoxunun daimi dayanıqlı itirilməsi ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs (X8) ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmənin hazırlıq iclasında aparılan ilkin araşdırma zamanı cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, həmçinin “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulduğu müəyyən edildiyinə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, həmin cinayət işi xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 Üzrə İstintaq İdarəsinin 3-cü bölməsinin müstəntiqi ədliyyə kapitanı X11 tərəfindən fakta görə Rusiya Federasıyasında qüvvədə olan CM-in 264-cü maddəsinin 1-ci hissəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır.Cinayət işinin başlanmasına əsas və səbəb, 02 fevral 2021-ci il tarixdə saat 07:55-də Azərbaycan Respublikası vətəndaşı olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan, eləcədə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai-Sonata minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyasının Moskva şəhərinin Vernadskiy prospekti 111 nömrəli evin qarşısında hərəkətdə olarkən, avtomobili yolun sağ kənarında olan işıq dirəyinə vurması, nəticədə ehtiyatsızlıqdan həmin zaman nəqliyyat vasitəsində sərnişin qismində olan Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətləri alması olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu sayılır və bu pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Cinayət işinin materiallarından və ittiham aktından məlum olur ki, 13 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsinin 3-cü bölməsinin müstəntiqi M.Y.Çursinova tərəfindən X3 Federasiyasının CM-in 264-cü maddəsinin 1-ci hissəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tanınmış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 15 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsinin 3-cü bölməsinin müstəntiqi M.Y.Çursinova tərəfindən X3 Federasiyasının CM-in 264-cü maddəsinin 1-ci hissəsi ilə təqəsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 19 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsinin 3-cü bölməsinin müstəntiqi M.Y.Çursinova tərəfindən Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixdə istintaq orqanının rəhbəri, Moskva şəhəri üzrə Rusiya DİN QİD üzrə Dİİ İİ-nin rəis müavini tərəfindən X8 barəsində cinayət təqibinin həyata keçirilməsi üçün cinayət işinin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına göndərilməsi məsələsinin həlli məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğuna verilməsi üçün prokurora göndərilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işinin istintaq müddəti Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsi tərəfindən 08 ay 22 gün müddətinə, yəni 30 oktyabr 2022-ci il tarixədək qədər uzadılmışdır. 13 avqust 2022-ci il tarixdə Rusiya Federasıyası qüvvədə olan CM-in 264-cü maddəsinin 1-ci hissəsi ilə istintaq olunan **********07000786 nömrəli cinayət işi Kürdəmir rayon prokurorluğu vasitəsi ilə Kürdəmir RPŞ-nin istintaq bölməsinə daxil olmuş, 14 avqust 2022-ci il tarixdə cinayət işi Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru X6 icraatına qəbul edilərək Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə ********* nömrə altında istintaqı davam etdirilmişdir. 01 oktyabr 2022-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsi ilə dayandırılmış, 16 noyabr 2022-ci il tarixdə yaranmış zərurətlə bağlı cinayət işinin icraatı təzələnərək istintaqı davam etrilmişdir. 16 noyabr 2022-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsi ilə dayandırılmış, 11 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş, həmin tarixdə cinayət işinin icraatı təzələnərək, o Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd olunan maddə ilə itihham elan olunmuş, eyni zamanda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə iş üzrə zərərçəkmiş şəxs qismində tanınması və onun zərərçəkmiş şəxs qismində dindirilməsi barədə qərar və protokol, habelə cinayət işinin icraatının dayandırılması və icraatın təzələnməsi barədə qərarlarla zərərçəkmiş şəxsi tanış etməsi barədə sübutlar cinayət işinin materiallarında aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 87.4. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. 87.6. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.1. ittihamın mahiyyətini bilmək; 87.6.2. ifadə vermək; 87.6.3. izahat vermək; 87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; 87.6.5. etirazlar etmək; 87.6.6. vəsatətlər vermək; 87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; 87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək; 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; 87.6.11. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək; 87.6.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək; 87.6.13. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq; 87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək; 87.6.15. xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq; 87.6.16. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək; 87.6.17. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək; 87.6.18. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq; 87.6.19. cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; 87.6.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq; 87.6.21. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; 87.6.22. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək; 87.6.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Azərbaycan Respublikası CPM-nin 277.4-cü maddəsi tələb edir ki, müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş (3-cü cild, cəh.103) zərərçəkmiş şəxsin internet onlayn vasitəsi ilə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda müstəntiq zərərçəkmiş şəxslə mobil nömrəsinin WhatsApp ilə əlaqə saxlayaraq cinayət işinin materialları ilə tanış olmaq hüququnun ona izah etdiyini bildirsə də, bununla bağlı heç bir sübutunu protokola əlavə etməmişdir. Eyni üsulla cinayət işinin materialları ilə zərərçəkmiş şəxsi tanış etmə haqqında xx.xx.2022-ci il tarixli protokolda (3-cü cild, cəh.105) da zərəçəkmiş şəxslə əlaqə saxladığını qeyd etmişdir. Hər iki protokolda Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsinin 3-cü bölməsinin müstəntiqi M.Y.Çursinova tərəfindən 19 aprei 2021-ci il tarixdə tərtib edilmiş zərərçəkmiş şəxsi dindirmə protokolundakı (1-ci cild səh.90- 92 rus dilində, 2-ci cild səh. 77-79 azərbaycan dilində) Zərərçəkmiş şəxs dindirmənin sonunda verdiyi ifadəsini olduğu kimi köçürmüşdür. Halbuki, cinayət işinin materialları ilə tanış etmə qaydası və cinayət işinin materialları ilə tanış etmə protokolunun forma və məzmunu Azərbaycan Respublikası CPM-nin 285 və 286-cı maddələrində aydın və anlaşılan qaydada müəyyən edilmişdir. Cinayət işinin materialları ilə tanış olmaq zərərçəkmiş şəxsin hüququdur, lakin bu hal qanunla müstəntiqin üzərinə qoyulmuş vəzifələrin icrasından azad etmir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsi tələb edir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət prosesinin iştirakçılarından hər hansı biri, o cümlədən zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olmaqdan imtina edirsə, ilk növbədə bu halı təsdiq edən sübut mövcud olmalı və yalnız bundan sonra cinayət işinin materialları ilə tanış etmə protokolu tərtib edilməli və həmin hal protokolda qeyd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsində qeyd edilir ki, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Mülki və siyası hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsində göstərilir ki, hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə tərəfindən müdafiənin imkanlarını inkişaf etdirmək lazımdır. Avropa Şurasının zərər çəkmişlərlə əlaqədar Tövsiyyələri və BMT-nin bu istiqamətdə qəbul etdiyi Bəyannamə bu qəbildən olan şəxslərin hüquqi cəhətdən daha təsirli müdafiəsinə yönəlmişdir. Avropa Şurasının Nazirlər Kabineti 1985-ci il 28 iyun tarixli iclasında Cinayət hüququ və Cinayət Prosesi çərçivəsində zərər çəkmişlərlə əlaqədar üzv dövlətlərə tövsiyyəsində qeyd edir ki, zərər çəkmişə dair müddəaların səmərəlieiyinin tədqiq olunmasının möhkəmliliyinə kömək edilməlidir. Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında BMT-nin Baş Assambleyası tərəfindən 1985-ci il noyabrın 29-da qəbul edilmiş Bəyannamənin 4-cü bəndində göstərilmişdir ki, qurbanlara (qurbanlar dedikdə milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Bundan əlavə, hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq zamanı CPM-in sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edir. Belə ki, cinayət işi üzrə ittiham aktında iş üzrə “Hyundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və avtomobilin hazırda Rusiya Federasiyası Moskva şəhərində saxlanması nəzərə alındığı qeyd edilmiş, cinayət işinin materialları cild 3-i/v 88-101 səhifəsinə istinad edilmiş, ********* nömrəli cinayət işi üzrə arayışın 2-ci bəndində də, “iş üzrə maddi sübut – “Hundai Sonata” minik markalı E 5** AK *** rus dövlət qeydiyyat nişanlı avtomobil Rusiya Federasiyası Moskva şəhərində saxlanılır” göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 88-101-ci vərəqələrində sübutların qiymətləndirilməsi haqqında qərar və həmin qərarın Kürdəmir rayon prokuroruna və təqsirləndirilən şəxslərə göndərilməsi barədə məktublar tikilmişdir. Azərbaycan Respublikası CPM-nin 289.8-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; 289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; 289.8.5. məhkəmə xərcləri barədə. Həmin Məcəllənin 130.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. 130.2. Cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir. Hazırki iş üzrə maddi sübutun saxlanıldığı yer haqqında dəqiq məlumat olmadığı halda, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu sual altında qalır. Bundan əlavə, cinayət işinin materiallarından (2-ci cild səh.231) görünür ki, müstəntiq P.V.Musyenkonun 31 may 2022-ci il tarixli anket məlumatlarının dəyişdirilməsi barədə qərarı ilə xx.xx.2021-ci il tarixdə “ASAN-3” xidməti tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən təqsirləndirilən şəxs X2 Sakit Azadxan oğlu hesab edilmişdir. İttiham aktında xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs X1 və adını Təqsirləndirilən şəxs kimi dəyişdirildiyi qeyd edilsə də, “ASAN-3” xidmətindən soyadın və adın dəyişdirilməsi ilə bağlı sənədlər tələb edilməmiş və təqsirləndirilən şəxsin anket məlumatlarının dəyişdirilməsi barədə yeni qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu sayılır və bu pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Bundan əlavə, ittiham aktında və işin icraata qəbul edilməsi barədə 14 avqust 2022ci il tarixli qərarda xx.xx.2022-ci il tarixdə cinayət işinin istintaq müddəti Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Moskva şəhərinin X16 üzrə İstintaq İdarəsi tərəfindən 08 ay 22 gün müddətinə, yəni 30 oktyabr 2022-ci il tarixədək qədər uzadıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində beynəlxalq əməkdaşlığın inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, “Cinayət işləri üzrə hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, X7 Dövlət Başçıları Şurasının iclasında imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuşdur. Qeyd olunan beynəlxalq konvensiyaların normaları Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiya olunaraq, bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır. Hüquqi yardım göstərilməsi üzrə cinayət təqibinin həyata keçirilməsi qaydaları Minsk Konvensiyasının 72.1 və 73.2-ci maddələri, Kişinyov Konvensiyasının 91.1 və 92.2ci maddələri və Cinayət-Prosessual Məcəlləsinin 502 və 503.3-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası CPM-nin 502.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq cinayət təqibini həyata keçirməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarı ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 498, 502.1 və 503.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 noyabr 2012-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, CPM-nin 502.1 və 503.3-cü maddələrinə uyğun olaraq sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində, habelə göndərilmiş cinayət işi üzrə cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bu halda Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli orqanının cinayət işi ilə bağlı hüquqi mövqeyindən asılı deyildir. Azərbaycan Respublikası CPM-nin 218.2-ci maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır: 218.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra; 218.2.2. az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra; 218.2.3. ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra; 218.2.4. xüsusilə ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra. 218.3. İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. Hazırki cinayət işinin materiallarından məlum olur ki, cinayət işi 14 avqust 2022-ci il tarixli qərarla icraata qəbul edilmiş, əsassız olaraq bir neçə dəfə işin icraatı dayandırılmaqla, 30 dekabr 2022-ci il tarixdə ittiham aktı tərtib edilmişdir. Halbuki. CPMnin 278.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılması zamanı və ya cinayət işi üzrə icraatın dayandırılması ilə eyni vaxtda elan edilə bilər. 278.3. Təqsirləndirilən şəxsin axtarışı onun olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlər görülməsini nəzərdə tutur. 278.4. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər: 278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirini seçə və ya dəyişə bilər; 278.4.2. müstəntiq icraatında olan cinayət işi üzrə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər. Təqsirləndirilən şəxs barəsində qeyd edilən tədbirlərin hər hansı birinin tətbiq edilməsi iş materiallarından görünmür. Yuxarıda qeyd edilən və digər prosessual pozuntular belə bir qənaətə gəlməyə əsas verir ki, cinayət təqibini həyata keçirərkən müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror qanunla üzərinə düşən vəzifələri lazımınca icra etməmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq, bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək və bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək onun vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən prokuror bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək, cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək və bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir. 84.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. 84.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən aşağıdakı hüquqları həyata keçirir: törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq; təhqiqatçıdan və ya müstəntiqdən cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olmaq; istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını və cinayət təqibi üzrə icraatın tezliyini təmin etmək məqsədi ilə , habelə qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya müstəntiqin icraatına vermək; hadisənin araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayət törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçıya və ya müstəntiqə yazılı göstərişlər vermək; təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək; ittiham aktını, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin qərarlarını təsdiq etmək, yaxud bundan imtina edərək icrası məcburi olan göstərişləri ilə cinayət işini müstəntiqə qaytarmaq; hadisələr və onlarla əlaqəsi olan şəxslər barədə sənədləri və materialları tələb etmək; zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin etmək; bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, birbiri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işində məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci maddələrinin tələbləri pozulduğuna və cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmadığına görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Presessual Məcəlləsinin 299, 300 və 303, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar