Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-10/2024 15.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonu, Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu, Mürtülü kəndində yerləşən kənar şəxslərin olduğu ictimai yer hesab edilən “Sabrina” şadlıq evində X1 övladının toy məclisi zamanı sərxoş halda heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcə də şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən hərəkətlər etməklə xx.xx.1999-cu ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məclisdə stol arxasında düzgün oturmadığını bəhanə edib xuliqanlıq niyyəti ilə burun nahiyyəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq ona burun sümüyünün yerdəyişən sınığı ilə müşayət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur, evlidir, iki uşağı var, Zərərçəkmiş şəxs əvvəllər tanımayıb, onunla düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində yerləşən "Sabrina" şadlıq sarayında qohumunun toy məclisində iştirak etmiş, toy məclisində bir qədər spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuş, toy məclisi zamanı saat 17 radələrində sonradan tanıdığı Samurayın düzgün oturmadığını görüb ona yaxınlaşaraq oturuşuna fikir verməsini demiş, Samuray da onun ünvanına nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək Samurayın burun nahiyyəsindən yumruqla bir dəfə zərbə vurmuşdur. Samurayın yanında olan Şahid2 dərhal ayağa qalxıb onun qarşısına keçərək onu sakitləşdirməyə çalışmış, sonradan oraya gələn atası Səmid və yanlarında olan şəxslər onları sakitləşdirib aralaşdırmışlar. Mübahisələri qısa zaman kəsiyində davam etmiş, onların mübahisəsinə toyda iştirak edən çoxlu sayda adamlar şahid olmuşlar. Təqsirləndirilən şəxs sonda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, himayəsində iki uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qohumu Samirin toy məclisində iştirak etmək üçün ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində yerləşən "Sabrina" şadlıq sarayına getmişlər, saat 17 radələrində zalda qohumu Şahid2 ilə toy məclisini izləyən zaman Təqsirləndirilən şəxs yanında adını bilmədiyi bir nəfər şəxslə birlikdə yanlarına gəlmiş, Səməd əyilib onun qulağına nə olduğunu deyərək soruşmuş, cavabında Səmədə heç nə olmadığını deyərək anidən yumruqla onun burun nahiyyəsindən bir dəfə qəsdən zərbə vurmuşdur. Həmin vaxt yanında olan Şahid2 ayağa qalxaraq Səmədin qarşısına keçib onu sakitləşdirməyə çalışmış, sonradan oraya gələn Səmədin atası Səmid və ətrafda olan şəxslər Səmədi sakitləşdirib aralaşdırmışlar. Hadisə barəsində onlar tərəfindən polis əməkdaşlarına məlumat verilməmiş, DİN-nun 102 xidəmətinə məlumatın kim tərəfindən verilməsi barədə məəlumatı yoxdur. Sonradan Təqsirləndirilən şəxs bağışlamış və barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, Səmədlə hər hansı düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq sarayına qohumunun toy məclisində iştirak etmişlər. Həmin gün təxminən saat 17 radələrində toyda olan zaman oğlu Samurayla qohumları Şahid2 zalda oturub toya baxarkən Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs ilə birlikdə onlara yaxınlaşmış, Səməd əyilib Samuraya nəsə demiş və sonra isə Səməd Samurayın burun nahiyyəsindən yumruqla vurmuşdur. Səmədin atası Səmid və digər şəxslər Səmədi sakitləşdirib aralaşdırmışlar. Bununla bağlı o və onun ailə üzvləri DİN-nin 102 xidmətinə zəng vurmamışlar və məlumat verən şəxs barəsində heç bir məlumatları yoxdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, Səmədə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 da arvadı Şahid3 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi və əlavə olaraq bildirdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışıdır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndi ərazisində yerləşən “Sabrina” şadlıq sarayında toy məclisində iştirak etmişlər, qonaqların yanında olarkən Səməd yaxınlaşıb qoluna girib onu özü ilə zalın digər tərəfinə, orta hissəsinə aparmış, həmin yerə gedərkən hansı səbəbdən getdiklərini bilməmişdir. Səməd ona nəsə desə də musiqinin səsi güclü olduğu üçün Səmədin ona nə dediyini eşitməmiş, Səməd zalın orta hissədə masanın kənarında stulda əyləşmiş Zərərçəkmiş şəxs yanına gedərək onunla üzbəüz dayanmış, Səməd əyilib Samurayın qulağına nəsə deyərək geri çəkilmiş və sonra qəflətən Samurayın burun nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Səmədin yanında əyləşən Şahid2 dərhal ayağa qalxıb Səmədin qarşısına keçərək onu sakitləşdirib aralaşdırmağa çalışmış, Səmədin atası Səmid və yaxında olan şəxslər Səmədi sakitləşdirib aralaşdırmışlar, sonra Səməd oradan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qohumu Samirin toyunda iştirak etmək üçün Kürdəmir rayonu Mürtülü kəndində yerləşən "Sabrina" şadlıq sarayına getmiş, təxminən saat 17 radələrində məclis olan zalda masanın kənarında qohumu Zərərçəkmiş şəxs ilə birlikdə oturub toya baxarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs adını bilmədiyi bir nəfər şəxslə birlikdə onlar tərəfə gəlmiş, Səməd əyilib Samuraya nəsə demiş, səs-küy olduğu üçün Səmədin Samuraya nə dediyini eşitməmiş, təxminən 1-2 dəqiqə sonra Səməd qəflətən Samurayın burun nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Dərhal ayağa qalxıb Səmədin qarşısına keçərək onu sakitləşdirib aralaşdırmağa çalışmış, Səmədin atası Səmid və ətrafda olan şəxslər onlara yaxınlaşaraq Səmədi sakitləşdirib zaldan çölə çıxarmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən vuraraq xəsarət yetirməsini bilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 266 saylı rəyində göstərilmişdir ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: burun sümüyünün yerdəyişən sınığı xəsarəti. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədə görürün ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu, Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq sarayında toy məclisi zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Səmədov X3 qarşısına keçərək onu sakitləşdirməyə çalışmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs yanında olan Şahid1 heç kimlə dalaşmamış, heç kimə qarşı fiziki zor tətbiq etməmişdir. Şadlıq evinin işciləri və toyda iştirak edən qonaqlar hadisənin şahidi olmuşlar. Dava-dalaş təxminən 10-15 dəqiqə müddətində davam etmiş, nəticədə toy məclisi dağılmış, Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər olmuşdur. - Kürdəmir İHB-nın Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə Kürdəmir rayonu Qarabucaq kəndində anadan olmuş Kürdəmir rayon Qarabucaq qəsəbə sakini X8 qəsəbənin və kəndin bütün mədəni kütləvi və idman tədbirlərində yaxından iştirak edib, qəsəbə və kənd gəncləri ilə xoş ünsiyyət qurmağı bacarmışdır, heç kimlə münaqişəsi yoxdur, hazırda heç bir yerdə işləmir. - Kürdəmir İHB-nın Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 59 nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X2 aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1) arvadı X4-xx.xx.2003, qızı X5-xx.xx.2022, qızı X6-xx.xx.2023. - Kürdəmir rayon məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(041)-89/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. - Kürdəmir rayon Məhkəməsinin 4(041)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında Kürdəmir rayon məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(041)-89/2023 nömrəli qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. - iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində X8 ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Mürtülü kəndində yerləşən kənar şəxslərin olduğu ictimai yer hesab edilən “Sabrina” şadlıq evində X1 övladının toy məclisi zamanı sərxoş halda heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcə də şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən hərəkətlər etməklə Zərərçəkmiş şəxs məclisdə stol arxasında düzgün oturmadığını bəhanə edib xuliqanlıq niyyəti ilə burun nahiyyəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq ona burun sümüyünün yerdəyişən sınığı ilə müşayət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Həmçinin məhkəmə törədilmiş əməlin və buna uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın düzgünlüyünü müəyyən etmək məqsədilə aparılmış məhkəmə istintaqının yekunu olaraq aşağıdakı nəticəyə gəlir. Əvvələn, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Məhkəmə ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin heç bir əsas olmadan, zərərçəkmiş şəxslə aralarında olan mübahisə zamanı orada olan kənar şəxslərə əhəmiyyət verməməsi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu təsdiq edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 266 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun himayəsində iki az yaşlı uşağının olmasını, əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddələrin sanksiyasında digər cəzalar da nəzərdə tutulmasına baxmayaraq, azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir Qarabucaq qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi ziyan, maddi subut, ekspertiza xərci, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qəti cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 35 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 36 saat üçün cəmi 210 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 23 (iyimi üç) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi ziyan, maddi subut, ekspertiza xərci, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-10/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-10/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver