Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-100/2025 15.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Kürdəmir rayonu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə saat 23.40 radələrində yaşadığı Kürdəmir rayonu Topalhəsənli kəndindəki evinin həyətində, bacısının küsərək ər evindən çıxıb getməsi səbəbindən yeznəsi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs sifətinə və bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə zərbə ilə vuraraq ona sağ gözaltı nahiyyəsinin hemotoması, burun nahiyyəsinin qançırı, səl çənə bucağının hemotoması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Rahib 2019-cu ildə bacısı X2 ilə ailə qurmuş, hazırda onların 2 azyaşlı övladları vardır. 21 iyun 2025-ci ildə günorta vaxtı bacısı Səbinə küsüb ər evindən çıxıb Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan digər bacısı Samirəgilə getdiyi üçün 21 iyun 2025-ci il tarixdə saat 23.40 radələrində öz yaşadığı Kürdəmir rayonu Topalhəsənli kəndindəki evində olarkən yeznəsi Rahib həyətinə gəlmiş, ona "bacımı niyə küsdürmüsən" dediyi üçün Rahib ilə aralarında mübahisə yaranmış, nalayiq söz dediyinə görə təpik və yumruqla Rahibin sifətinə və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşimandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 2019-cu ildə Elməddinin bacısı X2 ilə ailə qurmuş, hazırda 3 azyaşlı övladları vardır. 21 iyun 2025-ci ildə arvadı Səbinə küsüb çıxıb getdiyinə görə elə həmin tarixdə saat 23.40 radələrində arvadını evinə qaytarmaq üçün Kürdəmir rayonu Topalhəsənli kəndinə yaşayan qaynı Təqsirləndirilən şəxs evinə getmiş, onların həyətinə girdikdə həyətdə qaynı Elməddinin onu qarşılayaraq onunla mübahisə edib təpik və yumruqla onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Buna görə də onlardan çıxıb gedib döyülməsi barədə 102 xidmətinə məlumat vermişdir. Hazırda onlar barışmış, Elməddinə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 338 nömrəli rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət-sağ gözaltı nahiyyəsinin hematoması. Burun nahiyyəsinin qançırı, sol çənə bucağının hematoması. Göstərilən xəsarət küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. - 30 iyun 2025-ci il tarixli cinayət təqibinin hissəvi rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmiş, qərar sadələşmiş icraat materialına əlavə edilmişdir. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-639/2025 nömrəli məktubdan görünür ki, Səlimov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. - Kürdəmir RİHB-nın Topalhəsənli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Səlimov X1 rayonu Topalhəsənli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialından alınmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs əlilliyə görə pensiya, müavinət və təqaüd almır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə (5 saat) Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 55 (əlli beş) manat xidmət haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-100/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-100/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver