Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-101/2024 28.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) şöbəsinin prokuroru ədliyyə müşaviri X15, fərdi qaydada fəaliyyət göstərən vəkil X4, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X13 ittiham aktına görə toplanmış istintaq sübutlarının məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri A.Şakir küçəsi ərazisində tanışı Babaşov Rövşən Rasim oğlundan qabaqcadan razılaşaraq 10 manat pul müqabilində şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, 0.181 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və satış məqsədi olmadan 0.092 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.181 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.092 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X14 ifadəsində bildirmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir ildir ki, arabir istifadə edir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə və psixotrop maddə almaq üçün Rövşən adlı tanışı ilə danışmış, Rövşən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini olduğunu bildirmişdir. Rövşəndən 10 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq üçün Rövşənin yaşadığı evin yerləşdiyi küçəyə evinin qarşısına getmiş, küçədə Rövşənlə görüşüb ondan 01 ədəd kağız bükümün içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin almış, bunun müqabilində Rövşənə qabaqcadan razılaşdıqları kimi 10 manat pul vermiş, bundan sonra qayıdıb gəlmiş, Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər. Orada təqdim etdiyi əşyalara baxış keçirilmiş, 01 ədəd kağız bükümə açılıb baxış keçirildikdə içərisində 02 ədəd kağız bükümlər olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm açılmiş və içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər 01 ədəd kağız bükümə açılıb baxış keçirildikdə isə içərisində pisxotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin təxmini çəkisinin 0.30 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. 02 ədəd kağız bükümlər 01 ədəd kağız bükmün içərisinə qoyularaq ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əməlindən peşimandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid X24 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də CAB-ın əməliyyat müvəkkilli vəzifəsində işləyir, X9 rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə Namiq Atamaliyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nın rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində X23 şəhəri, H.Əliyev prospektində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, Namiq Atamaliyevə seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Namiq Atamaliyevə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Namiq Atamaliyev üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Namiq Atamaliyevin üzərində şəxsi axtarışa başlanmış, Namiq Atamaliyevdən üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Namiq Atamaliyev əynində olan qara rəngli qış gödəkcəsinin sol ic cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonra o özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd “Winston” markalı siqaret qutusunu, 02 ədəd “Arqo” markalı siqaret qutusunu, 02 ədəd salfeti təqdim etmişdir.Daha sonra onun üzərinə müstəntiq tərəfindən baxış keçrilmiş, hər hansı qanunsuz əşya və ya predment aşkar olunmamış, bundan sonra təqdim etdiyi əşyalara baxış keçrilmiş, 01 ədəd “Winston” markalı siqaret qutusu, 02 ədəd “Arqo” markalı siqaret qutusu və 02 ədəd salfet işüzçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Namiq Atamaliyevun təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilmiş, 01 ədəd büküm açıldıqda içərisində 02 ədəd kağız bükümlər olduğu müəyyən edilmiş, bundan sonra 01 ədəd büküm açılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, sonra digər 01 ədəd kağız bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlələr ayrıayrılıqda “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və heoinə bənzər kütlənin təxmini çəkisinin 0.30 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisi 0.15 qram olması müəyyən edilmişdir. 02 ədəd kağız büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı X17 və Kürdəmir RPŞ-nın PPXB-nın polis nəfəri X19 şahid X24 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materiallara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında müdafiəçi X18 iştirakı ilə video çəkilişlə Namiq Atamaliyevin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Namiq Atamaliyevə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Namiq Atamaliyev əynində olan qara rəngli qış gödəkcəsinin sol ic cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonra o özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd “Vinston” markalı siqaret qutusunu, 02 ədəd “Arqo” markalı siqaret qutusunu, 02 ədəd salfeti təqdim etmiş, bundan sonra onun üzərinə müstəntiq tərəfindən axtarış keçrilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilmiş, 01 ədəd “Winston” markalı siqaret qutusu, 02 ədəd “Arqo” markalı siqaret qutusu və 02 ədəd salfet iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, Namiq Atamaliyevin təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilmiş, 01 ədəd büküm açıldıqda içərisində 02 ədəd kağız bükümlər olduğu müəyyən edilmiş, bundan sonra 01 ədəd büküm açılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra digər 01 ədəd kağız bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra həmin kütlələr ayrı-ayrılıqda “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin təxmini çəkisinin 0.30 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. 02 ədəd kağız büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir (i/v 31-32); - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/345 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində “X6 üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdəki kağıza bükülmüş: -1 ədəd kağız bükümdə təmiz çəkisi-0.181 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd kağız bükümdə təmiz çəkisi-0.092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir,(İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir,(İ siyahı) ( i/v 40-44); (heroinin təmiz çəkisi 0,181 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq- 0,131 qr.; metamfetaminin təmiz çəkisi 0,092 qr., tədqiqata sərf edildi 0,04 qr., qalıq – 0,052 qr.) -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli, 18-1-49/2-372/2024 nömrəli məktubdan görünür ki, X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur; -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X28 Filialından daxil olan xx.xx.2024-cü il tarixli, 17-1/2-96396/2024 nömrəli məktubdan görünür ki, X10 ümumi səbəbdən İİİ (üçüncü) dərəcə əlilliyə sosial müavinət ödənilir; -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, X14 əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X2 aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 0.131 qram qalığı və psixotrop madə metamfetaminin 0.052 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Namiq Atamaliyevin üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 01(bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır; - Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3833 saylı rəyinə əsasən X7 opiodlərin və psixostimulyatorların birgə istifadəsi nəticəsində yaranan asılılıq sindiromu(narkomaniya xəstəliyi) aşkar olunur, İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, X14 məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün satış məqsədi olmadan xeyli miqdarda, yəni 0.181 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və satış məqsədi olmadan, 0.092 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. Namiq Atamaliyev narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. Namiq Atamaliyevin üzərində aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfatemini xx.xx.2024-cü il tarixdə tanışı Babaşov Rövşən Rasim oğlundan 10 manat pul müqabilində almışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effektliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə təqsirləndirilən şəxs X14 törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminallığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs X6 orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs X6 əməlini səmimi etiraf edərək peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, X5 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən X5 üzərinə faktiki yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, X13 xx.xx.2024-ci il tarixdən saat 19:30-da şübhəli şəxs qismində tutulub xx.xx.2024-ci il tarixdə saat 16:35-də azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, X5 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X13 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X8 opiodlərin və psixostimulyatorların birgə istifadəsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi narkotik vasitə heroinin 0.131 qram qalığı və psixotrop madə metamfetaminin 0.052 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, X3 49.74 (qırx doqquz yetmiş dörd qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. X21 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun- narkotik vasitə olan heroinin və psixotrop maddə metemfetamenin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X11 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X12 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 29 mart 2024-ci il tarixdən 31 mart 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X5 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X13 yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qediyyata götürülsün. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, X3 aşkar edilərək götürülən narkotik vasitə olan heroinin 0,131 qram qalığı və psixotrop maddə metemfetamenin 0.052 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X5 üzərinə şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz yetmiş dörd) X3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. X11 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X12 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-101/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-101/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver