Məhkəmə qərarları › İş №1(041)-102/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-102/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-102/2024 27.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1992-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 00.30 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək aralarında şəxsi münasibətlər zəmnində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs bədənini müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ Xİİ qabırğanın sınığı ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Sadıq onun həmkəndlsidiir. Münasibətləri normal olmuş, aralarına heç bir ədavətləri olmamışdır. Hadisədən 3 gün əvvəl onların toyuqları oğurlanmış və və bundan snra xx.xx.2024-cü il tarixdə gecə saat 00.30 radələrində küçədə Sadığı görərək ondan bu vaxtı orada nə gəzdiyini soruşmuş və Sadıq qonşularında yaşan xanımla görüşmək üçün gəldiyini demiş, toyuq oğurluğu üçün polisə şikayət etməsini də bildirmiş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, Sadıqı vurmuşdur. Onlar barışmamışlar. Məhkəmənin iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir və münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə o, Vasifgilin evlərinin qarşısından keçərək evlərinə gedərkən Vasif onun qarşısına çıxaraq bu yoldan küçməməsini demiş, o, isə onun bu yoldan yaxın olduğunu desə də Vasif sözünə təkid edərək toyuqlarının oğurlandığnı bildirmişdir. O, da Vasif toyuq oğurlu ilə bağlı polis şöbəsinə şikayət etməsini məsləhət görsə də Vasif onunla mübahisə etmişdir. Mübahisə zamanı Vasif yumruqla onun sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış və yerdə olan zaman təpiklə də onun bədəninin müxtəlif yerlərinə vurmuşdur. Onlar barışmamaışlar və barışmaq da istəmir. Odur ki, Vasif barəsində qanuni tədbir görülməsini xahiş etdi İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2-326 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sağ Xİİ qablrğaların sınığının küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (bax iş vər. 42- 43) İş materiallarına əlavə “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-756/2024 nömrəli məktubdan görünür ki, Qaçayev X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 24 ) İş materialalrına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-184076/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əmək pensiyası və sosial müdafiənin ödənilməsi barədə 1 saylı X4 filialından məlumat aşkar edilməmişdir. (bax iş vər, 41) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlyinin xx.xx.2024-cü il tarixli, 464 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır (bax iş vər. 26). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarkaterizə olunur. (bax iş vər. 27). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 40). Məhkəmə əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu yekun protokola qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli özünün etirafı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, habelə iş materialları ilə sübut olundu ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 00.30 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək aralarında şəxsi münasibətlər zəmnində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs bədənini müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ Xİİ qabırğanın sınığı ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla məhkəmə istintaqında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və cəza almalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvəsini alanadək dəyişdirilmədən saxlanılmadır. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, maddi ziyan və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Məhkəməyədək sadələşdirilmiş material xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 60 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Seçilmiş qətimkan tədbiri hökm qanuni qüvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 60 (altmış) manat ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar