Məhkəmə qərarları › İş №1(041)-102/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-102/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-102/2025 10.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsi Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “SOCAR” şirkətində operator işləyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla Xırdalan şəhəri, 28/3-cü məhəllə mənzil 26 ünvanında kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə xx.xx.1988-ci il təvəllüdlü, İmişli rayonu Əliyetməzli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, onu “SOCAR” şirkətinə sürücü qismində işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsilə özünə məxsus “LeoBank”a aid **********145574 nömrəli plastik bank kartına göndərilən 1350 manat və 5000 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsilə həmin plastik bank kartına göndərilən 1150 manat pul vəsaitini, ümumilikdə 7500 manatxeyli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs işlədiyi “SOCAR” şirkətindən tanıdığı Şahid vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsilə özünə məxsus “LeoBank”a aid **********145574 nömrəli plastik bank kartına göndərilən 1350 manat və 5000 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsilə həmin plastik bank kartına göndərilən 1150 manat pul vəsaitini, ümumilikdə 7500 manat pulu onu “SOCAR” şirkətinə sürücü vəzifəsinə düzəltmək üçün almışdır. Lakin pula ehtiyacı olduğu üçün öz ehtiyaclarına xərcləmişdir. O, heç kimi “SOCAR” şirkətinə işə düzəltməmişdir. Lakin özü imtahan verərək “SOCAR” şirkətinə işə düzəldiyi üçün Nofəli də eyni qaydada “SOCAR” şirkətinə işə düzəldəcəyini düşünmüşdür. Hazırda zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel-may ayında əmisi oğlu Şahid Bakı şəhərində olarkən onun dostu Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onlar söhbət edən zaman Əhliman kim istəsə “SOCAR” şirkətinə şofer vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Əhliman onun mobil nömrəsini götürmüş və əlaqə saxlayacağını bildirmişdir. Bir müddət sonra Əhliman onunla əlaqə saxlayaraq İmişli rayonuna qaz idarəsinə ya da İmişli rayonu Məmmədli kəndindəki neft mədəninə şofer kimi düzəldə biləcəyini, lakin 7500 manat pul lazım olduğunu demiş və o, da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə anası “Kapital Bank”dan kredit götürərək ona 6350 manat vermişdir. O, da Təqsirləndirilən şəxs adına olan “LeoBank” plastik kart hesabına 5000 manat və 1350 manat pul göndərmişdir. xx.xx.2023-ci il tarixə Təqsirləndirilən şəxs adına olan “LeoBank” plastik kart hesabına 1150 manat pul göndərmişdir. Əhliman ona 1 ay müddətində işinin düzələcəyini bildirsə də söz verdiyi vaxt keçmiş, ancaq onu işə düzəltməmişdir. Hər dəfə onunla əlaqə saxladıqda ona narahat olmamağını işinin düzələcəyini bildirmişdir. 2 ay sonra artıq onu işə düzəldə bilmədiyini, onu aldatdığını görüb pulunu geri qaytarmasını istəmişdir. Lakin bu günədək Əhliman onu işə düzəltməmiş, eləcə də ondan aldığı pulunu qaytarmamışdır. O, da buna görə Kürdəmir RPŞna ərizə ilə müraciət edərək, Əhlimanın onu aldatdığını, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin tam şəkildə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və ya tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. 2023-cü ilin aprel-may ayında əmisi oğlu Nofəl ilə Bakı şəhərində olarkən “SOCAR” şirkətindən tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onlar söhbət edən zaman Əhliman kim istəsə “SOCAR” şirkətinə şofer vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Nofəl də ona işə düzəlmək istədiyini, lakin şəhərdə avtomobil idarə edə bilməyəcəyini bildirmişdir. Əhliman Nofəlin mobil nömrəsini götürmüş və əlaqə saxlayacağını bildirmişdir. Bir müddət sonra onlar Əhlimanla yenidən Xırdalan şəhərində görüşmüş və Əhliman Nofəli sürücü kimi işə düzəltmək üçün pul lazım olduğunu bildirmişdir. Nofəl də onunla əlaqə saxlayacağını demişdir. Sonradan Nofəl ona işə düzəlmək üçün Əhlimana 7500 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs 7500 manat pul Zərərçəkmiş şəxs “SOCAR” şirkətinə sürücü düzəltməsi üçün verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i.v.1); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İmişli rayonu, Əlyetməzli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs onu “SOCAR” şirkətinə işə düzəldəcəyi barədə yalandan vəd vermiş, onun kart hesabına xx.xx.2023-cü il tarixdə 6350 manat və xx.xx.2023-cü il tarixədə 1150 manat olmaqla ümumilikdə 7500 manat pul yollamış, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyib pulunu qaytarmayaraq ona qaşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir (i.v.4); xx.xx.2024-cü il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 23.00-da tutulmuşdur (i.v.58-59); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i.v.67-68); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən dərhal azad edilmişdir (i.v. 88-90); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1985-ci il təvəllüdlü, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 28/3-cü məhələ,26 ünvanında kirayə yaşayan X1 məcburi qaydada Kürdəmir RPŞ-nə gətirilməsi qərara alınmışdır (i.v.98-99); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.101-103); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qədimov Əhliman Mehrəli oğlu barəsində axrtarış elan edilmişdir (i.v.104-105); xx.xx.2025-ci il tarixli qəradan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.108-109); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,Qədimov X2 rayonu ərazisində tutularaq Kürdəmir RPŞ İstintaq Bölməsinə təhvil verilmişdir (i.v.113); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v.114-115); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham olunmuşdur (i.v.117-118); Küdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(041)-56/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v.135-141); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən Kürdəmir rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni xx.xx.2025-ci il tarixədən 28 iyun 2025-ci il tarixədək uzadılmışdır (i.v.151-152); Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 43 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 5 nəfərdən ibarət (arvadı Z.Q.Əliyeva, oğlu – 2015-ci il təvəllüdlü Ə.Təqsirləndirilən şəxs, 2016-cı il təvəllüdlü R.Təqsirləndirilən şəxs, 2018-ci il təvəllüdlü N.Təqsirləndirilən şəxs, 2020-ci il təvəllüdlü N.Təqsirləndirilən şəxs) ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.154-155); İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Qədimov X3 Nofəl Malik oğlunu “SOCAR” şirkətinə sürücü qismində işə düzəltməkdən ötrü yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə onun kart hesabına göndərilən 1350 manatını və 5000 manatını, xx.xx.2024-cü il tarixdə göndərilən 1150 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir (i.v.162); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında ilizam qətimkan tədbiri seçilmişdir (i.v.172-173); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur; xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ümumilikdə 7500 manat olan ziyanın 25 faizini, yəni 1876 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1 maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində və təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və ya tələbinin olmadığını və onunla barışdığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ümumilikdə 7500 manat ziyanın 25 faizini, yəni 1876 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi ziyanın ödənilməsi, maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat üzrə hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 12 saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat xidmət haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.2.1 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi ziyanın ödənilməsi, maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə 12 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 132 (yüz otuz iki) manat xidmət haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar