Məhkəmə qərarları › İş №1(041)-104/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-104/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-104/2024 17.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2004-ci ildə Şəki rayonu Turan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək özgə əmlakını qəsdən gizli yolla talamaq məqsədilə 05 aprel 2023-cü il tarixdə saat 03 radələrində Şəki rayonu, Turan qəsəbəsində yaşayan babası Zərərçəkmiş şəxs yaşadığı evin mətbəxinin pəncərəsinə vurulmuş toru çıxarıb pəncərədən içəri daxil olaraq yataq otağında olan sonuncuya məxsus “HUAWEİ” markalı RNE-L21 modelli mobil telefonu oğurladıqdan sonra həmin telefonda «Birbank» tətbiqi proqramı olduğunu görüb elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin proqramı açmaq üçün babasının təvvəllüdü olan «1942» kodunu telefona daxil edib açaraq babası Zərərçəkmiş şəxs Kapital banka məxsus 5239 1517 6590 9109 nömrəli kart hesabında 1577 manat pul olduğunu bildikdən sonra əvvəlcə «Birbank» tətbiqi proqramı vasitəsi ilə sonuncuya məxsus ***-***-**-** mobil telefon nömrəsinə 05 aprel 2024-cü il tarixdə saat 03:14 radələrində 03 manat pul köçürmüş, sonra qalan pulu ələ keçirmək qərarına gələrək həmin mobil telefonla Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçib həmin telefona “M10” tətbiq proqramı yükləyib həmin proqramdan istifadə etməklə 05 aprel 2024-cü il tarixdə saat 03:53 radələrində 1577 manat pulu «Birbank» kart hesabından m10 hesabına köçürmüş və həmin tarixdə saat 07:30 radələrində Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan yolunun sağ kənarında yerləşən «Edu» marketin qarşısında quraşdırılmış elektron məlumat daşıyıcısı olan "xxxx"a məxsus bankomatdan 1570 manat pulunu çıxarıb nağdılaşdırmaqla, eləcə də 04 manat pulu “M10” tətbiqi proqramı vasitəsi ilə səhvən xatırlamadığı başqa bir mobil telefon nömrəsinə köçürməklə Zərərçəkmiş şəxs 1577 (bir min beş yüz yetmiş yeddi) manat dəyərində maddi ziyan vuraraq qəsdən elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Anası və atası uşaq olan vaxtda boşanmışlar. Atası ikinci dəfə ailə qurmuşdur. Anası ailə qurmasada 2017-ci ildə işləmək üçün Türkiyə Respublikasına getmiş və orada yaşayır. Anası hərdən Azərbaycan Respubilkasına gəlir, bir müddət qaldıqdan sonra yenidən Türkiyə Respublikasına gedir. Hazırdada anası Türkiyə Respublikasındadır. 2021-ci ildə orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olunmadığı üçün işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxtdan etibarən Bakı şəhəri, Yasamal rayonu Moskva prospektində ünvanını bilmədiyi evdə yaşayır. Bakı şəhərində olduğu müddətdə müxtəlif turizim şirkətlərində bələdçi kimi işləmişdir. Son vaxtlar Dördyol travel turizim şirkətində bələdçi işləmişdir. Şəki rayonu, Turan qəsəbəsində ata babası Fiodar və ata nənəsi Qənifə yaşayırlar. Maddi imkanı olmadığı və nənəsi telefon işlətmədiyi üçün təxminən bir ay əvvəl nənəsi Qənifəyə baxan nənəsi ona 200 manat pul göndərməsini deməsi üçün Nurənəyə səsli mesaj göndərmişdir. Bir müddətdən sonra Nurənə səsli mesaj göndərərək “sənin dedikləri nənəyə çatdırdım, nənən deyir ki, xəstələnib müalicəsi üçün dərman alıb, sənə göndərməyə pulu yoxdur” demişdir. Sonra anasına zəng vurub ona “nənəm Qənifədən pul istədim mənə vermədilər, imkan varsa mənə 260 manat pul göndər” demişdir. Anasıda səhəri gün 260 manat pul göndərmişdir. Həmin pulla kirayə pulunu vermişdir. Nuranə nənəsinin xəstə olduğunu dediyi üçün bir aydan sonra Şəki rayonu, Turan qəsəbəsində yaşayan nənəsi Qənifəyə baş çəkmək qərarına gəlmişdir. Ona görə 04 aprel 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhər avtovağzalından Bakı-Şəki şəhər marşurutu üzrə işləyən fərdi taksi maşını ilə Şəki rayonuna yola düşmüşdür. 05 aprel 2024-cü il tarixdə təxminən saat 03 radələrində Turan qəsəbəsinə çatmışdır. Nənəsigilin evlərinə gəlib çatmışdır. Həyət qapıları bağlı olduğu üçün hasardan qalxıb nənəsigilin həyətlərinə keçmişdir. Sonra nənəsigilin evinin giriş qapısına yaxınlaşmışdır. Qapı bağlı və gecə olduğu üçün nənəsi və ya babası Fiodaru çağırmamışdır. Evin mətbəxinin pəncərəsi açıq olmuş və yalnız tor qoyulmuşdur. Həmin toru çıxarıb pəncərədən içəri keçmişdir. Ac olduğu üçün soyuducudan bişmiş dolmanı götürüb soyuq halda yemişdir. Təxminən 15 dəqiqədən sonra mətbəxdən dəhlizə çıxmış və dəhlizin işığını söndürüb zala keçmişdir. Zaldan yataq otağına keçmişdir. Nənəsi yataq otağında soldakı çarpayıda, babası isə sağdakı çarpayıda yatmışdır. Birdən babası yerindən qalxıb oturmuşdur. Babasıın yataqdan qalxdığını görən kimi dizi üstə oturub əyilmişdir. Bir-iki dəqiqə gözləmiş, babası onu görməmiş uzanıb öz yerində yatmışdır. Onun arxasındakı qapıdan çıxıb getməsi üçün iməkləyə-iməkləyə babası tərəf getmişdir. Babasına yaxınlaşanda onun arxasında olan stulun üzərində bir ədəd Nokia və bir ədəd Huvaei markalı mobil telefonlar olduğunu görmüşdür. Huvaei markalı telefonu götürmüşdür. Babasının araxsındakı qapını dəstəyindən tutub açmaq istəsə də qapı bağlı olduğu üçün qapını aça bilməmişdir. Ona görə geri qayıdıb dəhlizdə telefonun adapterini axtarmağa başlamışdır. Babası əvvəllər çox vaxt adapteri pencəyinin cibinə qoyduğu üçün dəhlizdəki şkafda olan babasının pencəyinin ciblərini axtarmağa başlamışdır. Bu zaman babasının pencəyinin sağ yan cibindən pul kisəsi tapmışdır. Pul kisəsini açıb içinə baxanda kartlar olduğunu görmüşdür. Həmin vaxt pul kisəsinin pul qoyulan hissəsinə baxmamışdır. Pul kisəsini qatlayıb pencəyin cibinə qoymuşdur. Sonra şkafın alt hissəsindən adapteri tapıb götürmüş və oradan mətbəxə keçmişdir. Bu zaman səs eşitmiş, kiminsə qalxıb mətbəxə tərəf gəldiyini hiss etmişdir. Ona görə tez mətbəxin pəncərəsindən çölə çıxıb mətbəxin pəncərəsinin torunu yerinə taxıb sağ tərəfə keçib gizlənmişdir. Gələn şəxsin asta yerişindən hiss etmişdir ki, gələn nənəsi Qənifədir. Çünki babası iti yerişlə addımlayır. Mətbəxdən çıxandan sonra nənəsigilin evinin digər otağına yaxınlaşmışdır. Qapı bağlı olmuşdur. Həmin otağın pəncərəsində olan toru çıxarıb otağa daxil olmuşdur. Telefonu zaryadkaya qoymuşdur. Telefon zaryadka yığandan sonra yenə pəncərədən çölə çıxıb toru yerinə taxmışdır. Təxminən saat 04:05 radələrində nənəsigilin evinin hasarından qalxıb küçəyə çıxmışdır. Yolda babasının telefonuna kreditlə 3 manatlıq kontur almışdır. Daha sonra həmin kontura internet paketi almışdır. Yolda telefonda bir bank tətbiqi proqramı olduğunu görmüşdür. Əvvəlcə nənəsinin təvəllüdünü yəni 1946 rəqəmini yazmış, kod açılmamışdır. Sonra babasının təvəllüdünü yəni 1942 rəqəmini yazmışdır. Bir bank tətbiqi açılanda babasının kartında 1577 manat pul olduğunu görmüşdür. Həmin puldan bir bank vastəsi ilə mobil ödənişlərdən babasının telefonuna 3 manat kontur almışdır. Turan qəsəbəsindən piyada Yevlax rayonu istiqamətində hərəkət edib Yevlax-Şəki yolunun kənarına gəlmişdir. Bakı şəhərinə getmək üçün yolun kənarında maşın gözləmişdir. 05 radələrində yoldan keçən Mersedes markalı avtomobillə Xaldan dairəsinə gəlib orada maşından düşmüşdür. Oradan isə marşurut avtobusu ilə Bakı şəhərinə getmişdir. Yevlax rayonu ərazisində olanda babasının kartındakı pulu öz kartına köçürüb çıxarsa pulu onun çıxardığı tez bilinəcəyini fikiriləşmişdir. Ona görə babasının telefonuna “m10” təbiqi yükləyib sonra bankomata gedib babasının telefonunu bankomata yaxınlaşdırıb küar kodu vasitəsi ilə çıxarmaq qərarına gəlmişdir. Elə də etmişdir. Babasının telefon nömrəsi ilə qeydiyyatdan keçib telefona “m10” tətbiqi yükləmişdir. Telefona “m10” tətbiqi yükləyəndən sonra babasının katında olan 1574 manat pulu “m10” təbiqinə köçürmüşdür. Bir qədər gedəndən sonra pulu çıxarmaq üçün Kürdəmir rayonu ərazisində marşurut avtobusunun sürücüsündən Kapital banka məxsus bankomat olan yerdə saxlamasını xahiş etmişdir. Kürdəmir rayonu ərazisində Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən «Edu» marketin qarşısında saxlamışdır. Avtobusdan düşüb «Edu» marketin qarşısında quraşdırılmış «Kapital Banka» məxsus bonkomata yaxınlaşmışdır. Həmin bankomatın sağ tərəfində Beynəlxalq banka məxsus bonkomat olmuşdur. Kapital banka məxsus bonkomatın qarşısına gəlib babasının telefonunu bankomata yaxınlaşdırıb küar kodu oxutmaqla babasının kart hesabından 1570 manat pul çıxarmışdır. Kartda 4 manat pul qalmışdır. Həmin puluda kontur almaq üçün saxlamışdır. Pulu çıxarandan sonra avtobusa əyləşmiş və yoluna davam etmişdir. Yolda babasının nömrəsinə m10 tətbiqi vasitəsi ilə 4 manat kontur göndərəndə səhvən kontur başqa bir nömrəyə getmişdir. Təxminən saat 09 radələrində Bakı şəhərinə çatmış və kirayə qaldığı evə getmişdir. Borcalırı olduğu üçün babasının kartından çıxardığı pulun 600 manatını Ülvi adlı şəxsə borclu olduğu üçün ona vermişdir. Qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bakı şəhərinə çatandan sonra kirayədə qaldığı evdə babasının evindən oğurladığı Huvaei markalı mobil telefonun üzərində olan ***-***-**-** nömrəsini çıxarmış sonra küçədəki zibil qabına atmışdır. Daha sonra babasına məxsus telefona öz ***-***-**-** nömrəsini taxmış, hazırda həmin nömrəni istifadə edir. 05 aprel 2024-cü il tarixdə saat 05 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində babasının kart hesabından öz telefonuna 3 manatlıq kontur yükləmişdir. Həmin gün təxminən saat 07:30 radələrində Kürdəmir rayonu ərazisindəki bankomatdan babamın telefonuna yüklədiyi m10 tətbiqi vasitəsi ilə 1570 manat pul çıxarmış, pulu çıxarıb maşına oturandan sonra isə səhvən m10 tətbiqi vasitəsi ilə başqa bir nömrəyə Kürdəmir rayonu ərazisində olan zaman 4 manatlıq kontur yükləmişdir. Zərərçəkmiş şəxs həyətinə hasardan aşıb keçməsini heç kim görməmişdir. İlk dəfədir ki, oğurluq edir. başqa heç bir cinayət əməli törətməmişdir. Evə daxil olanda evdən qaz iyi gəlməmişdir. Babasının evinə mətbəxin pəncərəsindən daxil olmuş, həmin vaxt mətbədən və evdən qaz qoxusu gəlməmişdir, qaz sobası bağlı olmuşdur. Evdən çıxan zamanda mətbəxdəki qaz sobasını açmamışdır. Telefonun yaddaşı az olduğu üçün bir bank proqramını telefondan silmişdir. Babasının evindən oğurladığı adapter qara rəngli olmuşdur. Həmin adampter yaxşı işləmədiyi üçün özünə Bakı şəhərində yeni adapter almış, babasının adapterini çox güman ki, zibil qutusuna atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını və dəymiş zərəri ödəməsini nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğul nəvəsidir. 2006-cı ildə Emilin valideyinləri rəsmi boşanmışlar. Emil bir müddət onunla yaşamışdır. Sonra anası ilə çıxıb ana babası evinə getmişlər. Emil ikinci sinifdə oxuyanda anası Emili gətirib verərək baxa bilmədiyini demişdir. Həmin vaxtdan Emil onunla birlikdə yaşamışdır. Orta məktəbi bitirmişdir. 2021-ci ildə Emil buraxılış imtahanı verəndən sonra Naxçıvan univerisitetinə qəbul olunduğunu bildirmişdir. Dərslər başlayanda Emil sağollaşıb Naxçıvan MR-na getmişdir. Bir il ərzində hər ay Emilə 250 manat kirayə pulu və yemək pulu göndərmişdir. Həmçinin Emil unveristetin bir illik 1200 manat ödəniş pulu olduğunu bildirdiyi üçün ona 1200 manat pul göndərmişdir. 2022-ci ilin iyul ayında Emil dərslərini qurtarıb evə gəlmişdir. Emil bir neçə gün qalmışdır. Sonradan Emil ona “baba mənə icazə ver gedib bir ayda anamla qalım gəlib dərslərimə gedəcəm” demişdir. Ona icazə vermişdir. Emil çıxıb Bakı şəhərində yaşayan anasının yanına getmişdir. 2022-ci ilin iyul ayının 25-də evdə olan zaman Şəki rayon hərbi çağırış şöbəsindən evinə bir əməkdaş gəlmişdir. Həmin əməkdaş “nəvəniz Təqsirləndirilən şəxs bu gün hərbi xidmətə getməli idi, lakin gəlməyib nəvəniz hardadır” demişdir. Həmin əməkdaşa nəvəsinin unveristetdə oxuduğunu demişdir. Hərbi çağırış şöbəsinin əməkdaşıda “nəvəniz sizi aldadır o heç yerdə oxumur” demişdir. Həmin vaxt Emilin onu aldatdığını bilmişdir. Hərbi çağırış şöbəsinin əməkdaşına Emilin Bakı şəhərində yaşayan anasının yanına getdiyini bildirmişdir. Sonradan Şəki rayonu prokurorluğuna çağıranda nəvəsi Emil hərbi xidmətə getmək üçün çağırışlardan yayındığına görə barəsində cinayət işi başlandığını bilmişdir. Həmin gündən sonra Emil nə baş çəkməyə gəlmiş, nə də zəng etmişdir. Həmçinin nənəsində heç vaxt zəng edib onunla hal əhval tutmamışdır. Arvadı Qənifə ilə birlikdə yaşayır, başqa heç kim yaşamır. 04 aprel 2024-cü il tarixdə arvadı Qənifə ilə evdə olmuşlar. Təxminən saat 24 radələrində hər ikisi yatmışlar. Yatanda telefonlarını çarpayının yanındakı stulun üstünə qoymuşdur. Təxminən saat 03 radələrində yuxudan ayılmış, qalxıb tualetə getmişdir. Həmişə evin dəhlizindəki işığı yanılı qoyduğundan dəhlizə çıxanda dəhlizin işığının sönülü olduğunu görmüşdür. İşığı yandırmış sonra mətbəxin işığını yandırıb mətbəxin içərisi ilə tualetə getmişdir. Təbi ehtiyaclarını ödəyib geri qayıtmışdır. Mətbəxin işığını söndürmüşdür. Daha sonra yatdığı otağa gedib yatmışdır. Təxminən saat 06 radələrində yuxudan oyanmışdır. Telefonunu götürüb zaryadkaya taxmaq istəyəndə «Huawei» markalı mobil telefonunun yerində olmadığını görmüşdür. Digər Nokia markalı telefonu isə yerində olmuşdur. Telefonunun yerə düşdüyünü fkirləşmişdir. Ona görə Nokia markalı telefonu ilə «Huawei» markalı telefonuna zəng vurmuşdur. Lakin telefonuna zəng çatmamışdır. Sonradan qonşusu Nuranəni çağırmış ona itən telefonuna öz telefonu ilə zəng vurmasını bildirmişdir. Nuranədə itən telefonuna zəng etmiş, lakin yenə həmin nömrəyə zəng çatmamışdır. Nuranə də “sənin telefonunda kart hesabın varsa get tez yoxlat birdən kimsə telefonu tapıb kartındakı pulu çıxarar” demişdir. Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsində olan Kapital Banka məxsus bankomata getmış, kartını bankomata daxil edib yoxlayanda kartında olan 1577 manat pulun çıxarıldığını görmüşdür. Ona görə oradan Sarıca PB-yə gəlib naməlim şəxslərin kart hesabımda olan 1577 manat pulu naməlum şəraitdə çıxarmaları ilə bağlı şikayət etmişdir. Sonradan polis əməkdaşlarından telefonunu nəvəsi Emin oğurladığını, sonra kartında olan 1577 manat pulu çıxarıb xərclədiyini öyrənmişdir. Həmin telefonunun üzərində Emil oğurlayan zaman ***-***-**-** nömrəsi olmuşdur. Emilin evindən oğurladığı telefonu və nömrəni 2020-ci ilin iyul ayında hazırda Norveç dövlətində yaşayan qızı alıb vermişdir. Emilin oğurladığı telefon hazırda təxminən 150 manat, üzərindəki nömrə isə 5 manat dəyərində olmuşdur. Emil kart hesabından cəmi 1577 manat pul çıxarmışdır. Emil evindən bir ədəd «Huawei» markalı mobil telefonunu, kartından 1577 manat pulunu və bir ədəd köhnə qara rəngli adaprerini oğurlamışdır. Həmin adapterinin qiyməti təxminən 3 manat olmuşdur. Həmin gün qaz sobası açıq olmamışdır. Qaz sobası açıq olsaydı mətbəxin işığını yandıranda partlayış olardı. Naməlum şəxsin və ya şəxslərin telefonunu və kartındakı pulunu oğurladıqları üçün qaz sobasınıda açıq qoyduğunu desə polis əməkdaşları işinə daha ciddi yanaşarlar və həmin şəxsi tez tapıb pulunu və telefonunu alıb geri qaytaracaqlarını düşünmüşdür. Ona görə ilkin izahatında naməlum şəxslərin evindən oğurluq edən zaman mətbəxində olan qaz sobasını açıq qoyub getdiklərini göstərmişdir. Həqiqətdə isə həmin gün qaz sobası açıq olmamışdır. Emil ona məxsus bir ədəd 150 manat dəyərində «Huawei» markalı mobil telefonunu, 3 manat dəyərində adapterini, 5 manat dəyərində həmin telefonun üzərində olan ***-***-**-** nömrəni və kart hesabında olan 1577 manat pulumu oğurlamaqla cəmi 1735 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin təqsirləndirilən şəxs nəvəsi Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərk səhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirib, ibtidai istintaqda verdiyi ifadələrini təqsiq etdiyini bildimişdir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini elan etdi. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğul nəvəsidir. 2006-cı ildə Emilin valideyinləri rəsmi boşanmışlar. Emil bir müddət onlarla yaşamışdır. Sonra anası ilə çıxıb ana babası evinə getmişlər. Emil ikinci sinifdə oxuyanda anası Emili gətirib verərək baxa bilmədiyini demişdir. Həmin vaxtdan Emil onlarla birlikdə yaşamışdır. Orta məktəbi bitirmişdir. 2021-ci ildə Emil buraxılış imtahanı verəndən sonra Naxçıvan univerisitetinə qəbul olunduğunu bildirmişdir. Dərslər başlayanda Emil sağollaşıb Naxçıvan MR-ya getmişdir. Bir il ərzində hər ay Emilə 250 manat kirayə pulu və yemək pulu göndərmişdir. Həmçinin Emil unveristetin bir illik 1200 manat ödəniş pulu olduğunu bildirdiyi üçün ona 1200 manat pul göndərmişdir. 2022-ci ilin iyul ayında Emil dərslərini qurtarıb evə gəlmişdir. Emil bir neçə gün qalmışdır. Sonradan Emil ona “baba mənə icazə ver gedib bir ayda anamla qalım gəlib dərslərimə gedəcəm” demişdir. Ona icazə vermişdir. Emil çıxıb Bakı şəhərində yaşayan anasının yanına getmişdir. 2022-ci ilin iyul ayının 25-də evdə olan zaman Şəki rayon hərbi çağırış şöbəsindən evinə bir əməkdaş gəlmişdir. Həmin əməkdaş “nəvəniz Təqsirləndirilən şəxs bu gün hərbi xidmətə getməli idi, lakin gəlməyib nəvəniz hardadır” demişdir. Həmin əməkdaşa nəvəsinin unveristetdə oxuduğunu demişdir. Hərbi çağırış şöbəsinin əməkdaşıda “nəvəniz sizi aldadır o heç yerdə oxumur” demişdir. Həmin vaxt Emilin onu aldatdığını bilmişdir. Hərbi çağırış şöbəsinin əməkdaşına Emilin Bakı şəhərində yaşayan anasının yanına getdiyini bildirmişdir. Sonradan Şəki rayonu prokurorluğuna çağıranda nəvəsi Emil hərbi xidmətə getmək üçün çağırışlardan yayındığına görə barəsində cinayət işi başlandığını bilmişdir. Həmin gündən sonra Emil nə baş çəkməyə gəlmiş, nə də zəng etmişdir. Həmçinin nənəsində heç vaxt zəng edib onunla hal əhval tutmamışdır. Arvadı Qənifə ilə birlikdə yaşayır, başqa heç kim yaşamır. 04 aprel 2024-cü il tarixdə arvadı Qənifə ilə evdə olmuşlar. Təxminən saat 24 radələrində hər ikisi yatmışlar. Yatanda telefonlarını çarpayının yanındakı stulun üstünə qoymuşdur. Təxminən saat 03 radələrində yuxudan ayılmış, qalxıb tualetə getmişdir. Həmişə evin dəhlizindəki işığı yanılı qoyduğundan dəhlizə çıxanda dəhlizin işığının sönülü olduğunu görmüşdür. İşığı yandırmış sonra mətbəxin işığını yandırıb mətbəxin içərisi ilə tualetə getmişdir. Təbi ehtiyaclarını ödəyib geri qayıtmışdır. Mətbəxin işığını söndürmüşdür. Daha sonra yatdığı otağa gedib yatmışdır. Təxminən saat 06 radələrində yuxudan oyanmışdır. Telefonunu götürüb zaryadkaya taxmaq istəyəndə «Huawei» markalı mobil telefonunun yerində olmadığını görmüşdür. Digər Nokia markalı telefonu isə yerində olmuşdur. Telefonunun yerə düşdüyünü fkirləşmişdir. Ona görə Nokia markalı telefonu ilə «Huawei» markalı telefonuna zəng vurmuşdur. Lakin telefonuna zəng çatmamışdır. Sonradan qonşusu Nuranəni çağırmış ona itən telefonuna öz telefonu ilə zəng vurmasını bildirmişdir. Nuranədə itən telefonuna zəng etmiş, lakin yenə həmin nömrəyə zəng çatmamışdır. Nuranə də “sənin telefonunda kart hesabın varsa get tez yoxlat birdən kimsə telefonu tapıb kartındakı pulu çıxarar” demişdir. Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsində olan Kapital Banka məxsus bankomata getmış, kartını bankomata daxil edib yoxlayanda kartında olan 1577 manat pulun çıxarıldığını görmüşdür. Ona görə oradan Sarıca PB-yə gəlib naməlim şəxslərin kart hesabımda olan 1577 manat pulu naməlum şəraitdə çıxarmaları ilə bağlı şikayət etmişdir. Sonradan polis əməkdaşlarından telefonunu nəvəsi Emiin oğurladığını, sonra kartında olan 1577 manat pulu çıxarıb xərclədiyini öyrənmişdir. Həmin telefonunun üzərində Emil oğurlayan zaman ***-***-**-** nömrəsi olmuşdur. Emilin evindən oğurladığı telefonu və nömrəni 2020-ci ilin iyul ayında hazırda Norveç dövlətində yaşayan qızı alıb vermişdir. Emilin oğurladığı telefon hazırda təxminən 150 manat, üzərindəki nömrə isə 5 manat dəyərində olmuşdur. Emil kart hesabından cəmi 1577 manat pul çıxarmışdır. Emil evindən bir ədəd «Huawei» markalı mobil telefonunu, kartından 1577 manat pulunu və bir ədəd köhnə qara rəngli adaprerini oğurlamışdır. Həmin adapterinin qiyməti təxminən 3 manat olmuşdur. Həmin gün qaz sobası açıq olmamışdır. Qaz sobası açıq olsaydı mətbəxin işığını yandıranda partlayış olardı. Naməlum şəxsin və ya şəxslərin telefonunu və kartındakı pulunu oğurladıqları üçün qaz sobasınıda açıq qoyduğunu desə polis əməkdaşları işinə daha ciddi yanaşarlar və həmin şəxsi tez tapıb pulunu və telefonunu alıb geri qaytaracaqlarını düşünmüşdür. Ona görə ilkin izahatında naməlum şəxslərin evindən oğurluq edən zaman mətbəxində olan qaz sobasını açıq qoyub getdiklərini göstərmişdir. Həqiqətdə isə həmin gün qaz sobası açıq olmamışdır. Emil ona məxsus bir ədəd 150 manat dəyərində «Huawei» markalı mobil telefonunu, 3 manat dəyərində adapterini, 5 manat dəyərində həmin telefonun üzərində olan ***-***-**-** nömrəni və kart hesabında olan 1577 manat pulumu oğurlamaqla cəmi 1735 manat maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşüanslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/5702/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ekran şüşəsi zədəli vəziyyətdə olan “HUAWEİ” markalı RNE-L21 modelli qara rəngli mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsiə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 35.00 manat müəyyən olunur, üzərində ***-***-**-** GSM mobil nömrənin 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 5.00 manat müəyyən olunur. (bax iş vər,181-184) İş materiallarına əlavə edilmiş “İNWEST” şirkətindən alınmış qiymətləndirmədən görünür ki, bir ədəd “HUAWEİ” markalı RNE-L21 modelli mobil telefonun enerji qidalandırıcısının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 10 manat olmuşdur. (bax iş vər, 172) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 3 manat, və 1574 manat pul çıxarılmışdır. (bax iş vər,14) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 5239 15******9109 nömrəli plastik kartdan xx.xx.2024-cü il tarixdə saat 03:14 radələrində 3.00 manat vəsait “birbank” vasitəsilə +**********76 saylı mobil nömrəyə, saat 03:53 radələrində 1574 manat vəsait “M10” tətbiqi vasitəsilə köçürülmüşdür. (bax iş vər, 137) Садыгзадя Емил Вцсал оьлу Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 вя 177.2.3-1-ъи maddəлярi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan о, 13 апрел 2024-ъи il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (bax: cild 1 - i/v 41-42, 50-51) İş materiallarından görünür ki, Садыгзадя Емил Вцсал оьлу барясиндя 15 апрел 2024-ъц ил тарихdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Şəki rayon PŞ-nin MSY-dən azad edilmişdir. (bax: cild 1 - i/v 97-101,102-103) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 116). İş materiallarına əlavə edilmiş Şəki rayon İcra Hakimiyyəti Başçısının Turan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2024-cü il tarixli, 1291/1 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Turan qəsəbəsində qeydiyyatda olsa da hal-hazırda qəsəbədə yaşamadığı göstərilmişdir. (bax iş vər.111) İş materiallarına əlavə edilmiş X2 ərizəsindən görünür ki, o, nəvəsi Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarında olan 11 avqust 2024-ci il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrindən həmin məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir. (bax iş vər.202-211) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair" 22 iyun 2015-ci il tarixli qərarına əsaəsn ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq vurduğu maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəki rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli miçkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan HUAWEİ” markalı RNE-L21 modelli qara rəngli mobil telefon, ***-***-**-** GSM mobil nömrə hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci olan 50 manat pul təqsirləndirilən şəxsdən alınıb Dövlət Büdcəsinə ödənilməldiir. İş mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübəli şəxs kimi saxlandığı 02 gün bir günə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şəki rayonu Turan qəsəbəsində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan HUAWEİ” markalı RNE-L21 modelli qara rəngli mobil telefon, ***-***-**-** GSM mobil nömrə hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddianın olmaması, maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar