Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-105/2024 24.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə götürülməmiş və ödənilməmiş, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əsədov X5 rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evində, yaş vəziyyətdə ümumi təmiz çəkisi 65.0 qram olan xeyli miqdarda 7 (yeddi) ədəd, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 01:20-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə baxış keçrilən zaman yaşadığı evin zirzəmisinin girişində hər biri ayrı ayrılıqda 07 ədəd dibçəkə əkilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 65.0 qram olan qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada kultivasiya edilərək qulluq edilmiş xeyli miqdarda çətənə (kannabis) bitikisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan ara bir istifadə etdiyini, təxminən 4-5 il əvvəl həbs olunmazdan əvvəl narkotik vasitə qurudulmuş marixunadan istifadə etdiyini, həmin vasitəni istifadə edən zaman içərisində olan toxumları yığıb yaşadığı evdə gizlətdiyini, 2024-cü ilin aprel ayında yaşadığı evdə olan zaman həmin toxumları tapdığını, sonra onları 7 ədəd ayrı ayrı dibçəklərə əkib zirzəminin qarşısına yığdığını, hər gün çətənə kollarına qulluq edib onları yetişdirdiyini, xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları yaşadığı evdə olan qapılarının döyüldüyünü, qapını açdıqda polis əməkdaşlarını gördüyünü, polis əməkdaşları özlərini təqdim edərək barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbilərinin keçirilməsi haqqında qərarla onu tanış etdiklərini, onun çətənə kolu əkib becərdiyini polis əməkdaşlarının bildiyini, buna görə də, cəzasının yüngülləşməsi üçün yaşadığı evin zizəmisinin girişində çətənə kolları əkib becərməsini özü səmimi etiraf etdiyini, bundan sonra videoçəkiliş başlandığını, yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirdiyini, bundan sona onun göstərməsinə əsasən polis əməkdaşlarının həyətlərinə daxil olduqlarını, yaşadığı evin zirzəmisini göstərib həmin istiqamətdə hərəkət etdiklərini, bundan sonra zirzəminin qarşısında olan 07 ədəd dipçəkdə əkmiş olduğu çətənə kollarını göstərdiyini, həmin bitkilərə aqranom baxış keçirdərək həmin bitkilərin çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini bildirdiyini, bundan sonra 07 ədəd dipçəkdə olan çətənə kollarının müstəntiq tərəfindən qablaşdırıldığını, üzəri iştirakçılar tərəfindən yazıldıqdan sonra ekspetdizaya təqdim olunacağını bildirildiyini, bundan sonra onu Kürdəmir RPŞ-yə gətirdiklərini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməsi bildirildiyini, üzərində narkotik vasitə olmadığını dediyini, bundan sonra üzərinə müstəntiq tərəfindən baxış keçrildiyini, üzərində heç bir qanunsuz əşya və ya predment aşkar edilmədiyini, bundan sonra çəkiliş sonlandırıldığını, həmin 07 ədəd çətənə kolunun ona məxsus olduğunu, ona heç kim köməklik göstərmədiyini, həmin çətənə kollarını 2024-cü ilin aprel ayında əkdiyini, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə etdiyi üçün həmin bitkiləri əkib becərib onlardan istifadə etməsini düşündüyünü, həmin bitkiləri becərdikdən sonra satmaq məqsədi olmamış və öz istifadəsi üçün əkmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olmasını, himayəsində xəstə anasının və 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-də X2 baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir rayonu, Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması üzərində saxlaması, qəbul etməsi və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayon Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçə qapısının qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs küçə qapısını döydükdə İldırımın qapını açdığını, ona narkotik vasitələrin qanunsuz dövrüyəsində və əkib becərilməsində şübhəli olduğunu bildirdiklərini, İldırımdan narkotik vasitə əkib əkmədiyi soruşulduğunu, həmin zaman İldırımın narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini dediyini, bundan sona İldırımın göstərməyinə əsasən həyətyanı sahəsinə daxil olduqlarını, yaşadığı evin zirzəmisini göstərib həmin istiqamətdə hərəkət etdiklərini, bundan sonra İldırımın zirzəminin qarşısında olan 07 ədəd dipçəkdə əkmiş olduğu çətənə kollarını göstərdiyini, həmin bitkilərə aqranom baxış keçirib həmin bitkilərin çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq olunaraq dibləri boşaldılıb su verildiyini bildirdiyini, bundan sonra 07 ədəd dipçəkdə olan çətənə kollarının müstəntiq tərəfindən qablaşdırıldığını, üzəri iştirakçılar tərəfindən yazıldıqdan sonra ekspetdizaya təqdim olunacağı bildirildiyini, bundan sonra İldırımı Kürdəmir RPŞ-yə gətirdiklərini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində qanunsuz heç bir əşya və ya predment aşkar edilmədiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs şəxsin narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasada lakin onun narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlar daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/572 nömrəli rəyindən görünür ki, ‘‘...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinin...” sözləri yazılmış və imzalar olan polietilen torbada ümumi sayı 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi-65,0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata sərf edildi-0,70 qram, qalıq-64,30 qramdır. (bax iş vər, 54-56) İş materiallarına əəlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hak-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. (bax iş vər, 106) Cinayət işinin materiallarına əlavə edilmiş 08.6.2024-cü il tarixli mütəxəssis Qorxmaz Şükürovun verdiyi rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin zirzəmisindən aşkar edilərək götürülmüş cəmi 07 ədəd bitki çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, sulanmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (bax iş vər 23) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-68/2024 nömrəli məktubunda görünür ki, Əsədov X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. Həkim narkoloqun qeydiyyatında durur. (bax iş vər, 93) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Əsədov X6 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 03 ay müddət vaxtından əvvəl şərti azad edilib. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. (bax iş vər, 94-95) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 284 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 nəfər vardır və onlardan 3-i azyaşlıdır. xx.xx.2013-ci il təvəllüdli Xəyalə Əsədli, xx.xx.2016-ci il Rəsul Əsədli, xx.xx.2018-ci il Toğrul Əsədli (bax iş vər, 97). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 98) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02.30-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər 27-28) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 22:40-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 70-71) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evindən dipcəklərə əkmiş olduğu 07 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinin toxumlarının hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitələrin toxumunu naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. (bax: - i/v 114) Cinayət işinin materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-105/2024 saylı qərarından görünür ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiya etməsi özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini və himayəsində 3 azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur və o, narkoloqun qeydiyyatındadır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkməsinun başlanğıcı həbs olunduğu gündən, yəni 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-69.3-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldğı 1 gün müddət onun cəzasından çıxarılmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkmiş olduğu ümumilikdə 07 ədəd yaş vəziyyətdə ekspertiza təhqiqatından sonra qalan 64.30 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs yaşayış evinə baxış və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 05 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübut- Təqsirləndirilən şəxs əkmiş olduğu ümumilikdə 07 ədəd yaş vəziyyətdə ekspertiza təhqiqatından sonra qalan 64.30 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış evinə baxış və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 31,95 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-105/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-105/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver