Məhkəmə qərarları › İş №1(041)-105/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-105/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-105/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu Nəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay (boşanmış), əvvəllər məhkum olunmamış, Ağdam rayonu Nəmirli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.1991-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 qanunsuz olaraq özünün istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etməkdən ötrü qabaqcadan razılaşma əldə etdikdən sonra xx.xx.2025ci il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri, Aran qəsəbəsi ərazisində qanunsuz olaraq 20 manat pul müqabilində satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 0.337 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə il tarixdə, saat 01:00 radələrində, Kürdəmir RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, Sabir küçəsində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 02 ədəd qızılı rəngli kağız bükümdə xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkisi 0.234 qram, 0.103 qram, ümumi çəkisi 0.337 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixotrop maddə metamfetamindən arabir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində "WhatsApp" proqramı vasitəsilə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan, əvvəllər də psixotrop maddə metamfetamin aldığı X2 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq 20 manat pul qarşılığında 2 büküm psixotrop maddə metamfetamin almaq barədə razılaşmışdır. Ayşən də onu yaşadığı evin yerləşdiyi Aran qəsəbəsinə çağırmışdır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o, Ayşənlə yaşadığı evin yerləşdiyi küçədə görüşmüş və 20 manat pul verərək 02 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Bundan sonra o, həmin bükümləri şəxsi istifadə etmək üçün cibinə qoymuş və Ayşənlə sağollaşıb oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 02 ədəd qızılı rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı həmin 02 ədəd bükümdə olan kütlələrə baxış keçirdikdən sonra qablaşdırılaraq o və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. O, nə psixotrop maddələrin nə də ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir RPŞ-nə gətirilən zaman ona qarşı hər zor və ya güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 01:00 radələrində Kürdəmir şəhəri, Sabir küçəsi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 02 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. 02 büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd “Redmi” markalı mobil telefon ayrıca götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Daha sonra aşkar olunan kütlənin qablaşdırıldığı zərfə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərf içərisindəki 02 ədəd qızılı rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. 02 ədəd qızılı rəngli kağız bükümdə olan kütlələr “Çin” istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkilərinin 0.29 və 0.17 qram olması müəyyən edilmişdir. 02 ədəd qızılı rəngli kağız bükümdə olan kütlələr ekspertizaya təqdim olunması üçün imzalanaraq götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən aşkar edilmiş 02 ədəd qızılı rəngli kağız bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütlələri “Ayşən” adlı şəxsdən 20 manat pul qarşılığında aldığını, əvvəllər də “Ayşən” adlı şəxsdən psixotrop maddə metamfetamin aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımışdır, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə satdığını eşitməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Kürdəmir RPŞ-nin TH-nin sürücü polis nəfəri, polis serjantı X3 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 02 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. 02 ədəd büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd “Redmi” markalı mobil telefon ayrıca götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütlələri “Ayşən” adlı şəxin ona 20 manata satdığını, əvvəllər də 3 dəfə “Ayşən” adlı şəxsdən psixotrop maddə metamfetamin aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/299 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0.234 qram, 0.103 qram, ümumi çəkisi – 0.337 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 02:00-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əhmədov X5 RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-424/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci ил тарихli 8871 nömrəli məktubdan görünür ki, Azercell Telekom MMC-yə məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə 04 ədəd fayl vardır. 01 ədəd CD diskdə olan 04 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1101 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Cinayətin predmeti olan Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən aşkar edilmiş 02 ədəd qızılı rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi – 0.234 qram, 0.103 qram, ümumi çəkisi – 0.337 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra – 0.237 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaxın ətrafı araşdırılmış, psixotrop maddə metamfetamini hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətən də X1 psixotrop maddə metamfetamini alıb-almamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində tanışı X1 20 manat pul müqabilində 02 ədəd bükümdə psixotrop maddə almışdır. Ayşən Fətəliyevanın həmin psixotrop maddə metamfetamini hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinun Kürdəmir, Ucar və Göyçay MKİS-dən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 2020-ci ildən Kürdəmir rayon Xırdapay kəndi ərazisində Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış 564 ailəlik qəsəbədə, Bina 2, mənzil 4 ünvanında ailə üzvləri ilə müvəqqəti məskunlaşmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.337 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.237 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadəsi, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0.237 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, ümumi təmiz çəkisi 0.337 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış 0.237 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar