Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-106/2024 24.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 2385 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, evli, ünvan 1 ünvanda kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, ümumi təmiz çəkisi – 24.04 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, M.Əsədov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd polietilen torbanın içərisində olan 06 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 3.64 qram, 4.72 qram, 4.29 qram, 4.60 qram, 3.51 qram, 3.28 qram, xeyli miqdarda ümumi çəkisi – 24.04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoloptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, O, ünvan 1 ünvanda kirayə yaşayır. O, narkotik vasitə qurudulumuş marixuanadan təxminən 2-3 aydır ki, istifadə edir. 2023-cü ilin yay aylarında Kürdəmir rayonu Pirili kəndi ərazisində çöl sahədə su kanalında balıq tutarkən su kanalının kənarında 01 ədəd narkotik tərkibli çətənə kolu tapmış, həmin kolun yarpaqlarını toplamış və kolu isə yandırmışdır. Topladığı yarpaqları həmin ərazidə qurudaraq torbaya yığmış və özü ilə götürmüşdür. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın üzərindən aradabir şəxsi istifadə etmişdir. Qalan hissəsini isə şəxsi istifadə etmək üçün 06 ədəd kibrit qutularına yığaraq üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir şəhəri, M.Əsədov küçəsi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol arxa cibindən 01 ədəd “Samsung A13” markalı mobil telefonunu və sağ ön cibindən içərisində 06 ədəd kibrit qutusu olan selofan torbanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi selofan torbanın içərisinə müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 06 ədəd kibrit qutusu aşkar olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol ön cibindən 01 ədəd “Winstone” markalı siqaret paketi, 01 ədəd alışqan aşkar edilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. 06 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə müstəntiq tərəfindən Çin istehsallı elektron tərəzidə çəkilərkən ayrı-ayrılıqda çəkilərinin 7.26 qram, 7.51 qram, 7.66 qram, 6.60 qram, 6.25 qram və 6.47 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 06 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. “Samsung A13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. 01 ədəd “Winstone” markalı siqaret paketi və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əynində olan boz rəngli cins şalvarının sağ ön cibindən aşkar edilmiş 06 ədəd kibrit qutusunda ümumi çəkisi – 24.04 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 2023-cü ilin yay aylarında Kürdəmir rayonu Pirili kəndi ərazisində çöl sahəsində su kanalında balıq tutarkən su kanalının kənarında 01 ədəd narkotik tərkibli çətənə kolu tapmış, həmin kolun yarpaqlarını toplayıb qurudub saxlamış, kolu isə yandırmış və qalan hissəsini isə şəxsi istifadə etmək üçün 06 ədəd kibrit qutularına yığaraq üzərində saxlamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus marixuana və ya hər hansı digər narkotik vasitə yoxdur. O, narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Onun marixuanasının olmasından, həmçinin üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində himayəsində 3 azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, İslam Məmmədov küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 16:30 radələrində Kürdəmir şəhəri, M.Əsədov küçəsində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Samsung A13” markalı mobil telefonu və həmin şalvarın sağ ön cibindən içərisində 06 ədəd kibrit qutusu olan 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd kibrit qutularına baxış keçirilən zaman içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol ön cibindən 01 ədəd “Winstone” markalı siqaret paketi, 01 ədəd alışqan aşkar edilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. 06 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə müstəntiq tərəfindən Çin istehsallı elektron tərəzidə çəkilərkən ayrı-ayrılıqda çəkilərinin 7.26 qram, 7.51 qram, 7.66 qram, 6.60 qram, 6.25 qram və 6.47 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 06 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. “Samsung A13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. 01 ədəd “Winstone” markalı siqaret paketi və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı 2023-cü ilin yay aylarında Kürdəmir rayonu Pirili kəndi ərazisində çöl sahəsində su kanalının kənarında tapdığı 01 ədəd narkotik tərkibli çətənə kolundan toplayaraq əldə etdiyini, bir hissəsini şəxsi istifadə etdiyini, qalan hissəsini də şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/517 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 3.64 qram, 4.72 qram, 4.29 qram, 4.60 qram, 3.51 qram, 3.28 qram, ümumi çəkisi – 24.04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Marixunanın ümumi təmiz çəkisi - 24.04 qram, tədqiqata sərf edildi-0,12 qram (hər ob- 0,02 qram), 23,92 qram qalıq qalmışdır. (bax iş vər. 41-44) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1403 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinesiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. (bax iş vər. 186) İş materialalrına əlavə edilmiş “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-510/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Narkoloji qeydiyyatda durur. (bax iş vər, 77) İş materialarına əlaə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, 1) Kürdəmir rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat miqdarında cərimə növündə cəza təyin edilmişdir. 2) Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 68.2 və 67.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə və 2835 manat cərimə növündə cəza təyin edilmişdir. 3) Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2835 manat cərimə cəzası təyin edilmişdir.(bax iş vər. 87-89) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır.(bax iş vər 149) İş materallarına əlavə edilmş xx.xx.2013-cü il tarixli, AZ İİİ 110729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ayan adlı qızı vardır. İş materialalrına əlavə edilmiş AZ İİİ-334641 nömrəli, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Aydan adlı qızı vardır. İş materialalrına əlavə edilmiş AZ İİİ-755022 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cıil təvəllüdlü Elcan adlı oğlu vardır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 150) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16.50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə,saat 16.00-da barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər, 68-69) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-58/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 11 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (bax iş vər 143-148). Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni 27 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 4-ci bəndində göstərilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetinni xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddəsin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddənin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, onda narkotik abstinesiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün onun məcburi müalicə olunmasına ehtiyac yoxdur. Bundan başqa o, ərazi narkoloji kabinetdə qeydiyyatdadır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanır. İş materialalrında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat miqdarında cərimə növündə cəza təyin edilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 68.2 və 67.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə və 2835 manat cərimə növündə cəza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2835 manat cərimə cəzaları təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon məhkməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdrılması cəzasının çəkilməmiş hissəsi qismən və 2385 manat cərimə cəzası hazırki hökmlə tam birləşdirilməklə, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, AR CM-nin 68.2-ci maddəsinə əsasən 2835 manat cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 23,92 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 məhkəmədə cinayət işinə baxılan müddətində 15 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün hər iş saatı 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası qismən, 2835 manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməklə ona 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə və 2835 manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 2835 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 23,92 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-106/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-106/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver