Məhkəmə qərarları › İş №1(041)-107/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-107/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-107/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs tanışı xx.xx.1980-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid2 vasitəsilə istintaqa mяlum olmayan вахтdа вя mянбядян qanunsuz olaraq, satış məqsədi ilə, az miqdarda, təmiz çəkisi - 0,052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini ялдя едиб üzərində saxlayaraq daşımış, əldə etdiyi narkotik vasitə heroini sonradan gəlir və mənfəət əldə etmək məqsədi ilə satmaq qərarına gəlib xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri 6 saylı tam orta məktəbin qarşısında tanışı xx.xx.1993-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra Şahid1 10 manat pul müqabilində satmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Kürdəmir şəhəri, Bakı prospektində saxlanılaraq Kürdəmir RPŞ-na gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, az miqdarda - 0.052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, narkotik vasitə heroindən aradabir istifadə edir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında siqareti bitdiyindən küçəyə çıxıb siqaret almaq istəmiş, lakin mağaza bağlı olduğu üçün ala bilməmişdir. Geri qayıtdıqda yaşadığı evin yerləşdiyi küçədən yerdən 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin heroini şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə qonşusu Şahid1 ilə telefonla danışarkən görüşmək qərarına gəlmişlər. Həmin gün saat 21 radələrində Tamerlan avtomobili ilə qohumu Sadıqlə birlikdə gəlmiş və onlar 6 saylı məktəbin qarşısında görüşüb avtomobilə əyləşmişlər. Onlara yerdən heroin tapdığını demiş və onlar həmin kütləni birlikdə çəkmişlər. Bundan sonra Tamerlan Sadıqlə birlikdə çıxıb getmişdir. Tamerlana narkotik vasitə heroin satmamış, eləcə də hər hansı formada verməmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən narkotik vasitə olub-olmamasını soruşulduqda üzərində narkotik vasitə olmadığını bildirmiş, ancaq polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bu günə qədər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tamerlan yalan danışır. O, Tamerlana heç vaxt narkotik vasitə heroin satmamış, eləcə də hər hansı formada verməmişdir. Çox güman ki, Tamerlan məsuliyyətdən yayınmaq üçün ona şər atmışdır. Şahid2 yalan deyir. O, Elxanı və Elşadı rayon sakini kimi tanıyır, münasibətləri normaldır, Elxandan dediyi tarixdə eləcə də başqa vaxt narkotik vasitə götürməmişdir. Həmçinin onun Elşadla narkotik vasitə heroin almaq barədə söhbəti olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır və sosial şəbəkələri də həmin nömrə ilə qeydiyyatdan keçib istifadə edir. “Redmi” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında “***-***-**-**” saylı mobil nömrənin “Müdür” adlı istifadəçisi dostu Azada göndərdiyi səs ona məxsusdur. Həmin vaxt başqa tanışı ona zəng edərək görüşmək istədiyini bildirdiyi üçün ona səs ataraq başa salmaq istəmişdir ki, Tamerlan tutulub və bu zaman həmin səsi səhvən Azad adlı tanışına göndərmişdir. O, həmin səsdə Tamerlanla narkotik vasitə istifadə etdiyini bildirmiş, ona narkotik vasitə verməyini və ya satmağını deməmişdir. Şahid3 yalan ifadə vermişdir. Azada heç bir vaxt narkotik vasitə satmamışdır. Azadın nəyə görə yalan danışmasını bilmir. Bu günə qədər Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan kütlə ona məxsus deyil. Həmin kütləni 01 ədəd “Keno” markalı siqaret qutusu içərisində polis şöbəsində polis əməkdaşları tərəfindən şalvarının sol yan cibinə qoyulmuşdur. X6 rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır, heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Samir İsmayılovdan 2024-cü ilin mart ayında borc olaraq 1000 manat pul almış və imkan etdikcə həmin pulu hissə-hissə Samirin kart hesabına göndərmişdir. X9 rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Elşad yas mərasimləri üçün kirayə çadır və qab-qacaq verir. 2024-cü ilin may ayında onların yas mərasimi olduğu üçün Elşada çadır və qabaq-qacaq üçün 2500 manat borclu qalmış və imkan etdikcə həmin pulu hissə-hissə Elşadın kart hesabına göndərmişdir. Şahid4 rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sadıq may ayının əvvəllərində ondan 400 manat borc olaraq pul almış və həmin pullu hissə-hissə onun kart hesabıma göndərmişdir. Çox güman ki, Sadıq məsuliyyətdən qorxduğu üçün onlarla birlikdə narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda üzərindən narkotik vasitə olmadığını və bu günə qədər heç kimə narkotik vasitə satmadığını, bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində videogörüntü vasitəsi ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır, ara-bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə bibisi oğlu Sadıqlə söhbət edərkən o, narkotik vasitə qurudulmuş marixuanası olduğunu, marixuana çəkə bilmədiyini və əgər ona heroin tapsa marixuananı ona heroinlə dəyişmək şərti ilə verə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs ilə telefonla danışarkən ondan heroini olub-olmamasını soruşmuşdur. Asif də ona heroini olduğunu demiş, o, isə ona bildirmişdir ki, heroini Sadıqə verib ondan marixuana alacaq və Sadıq həmin heroinin kefiyyətini bir az çəkib yoxlayacaq, əgər yaxşı olsa ondan həmin heroini alacaqdır. Asif onun şərtini qəbul etmiş və onlar görüşmək üçün razılaşmışlar. O, bibisi oğlu Sadıqlə birlikdə Kürdəmir şəhəri, 6 saylı tam orta məktəbin yanında Asiflə görüşmüşdür. Onlar avtomobil ilə bir qədər uzaqlaşdıqdan sonra Asif cibindən çıxardığı heroini bibisi oğlu Sadıqlə birlikdə istifadə etmiş, o, isə Sadıqdən marixuana alıb çəkmişdir. Həmin heroin Sadıqin xoşuna gəlmiş və başı ilə ona almasını demişdir. Bundan sonra Sadıq avtomobildən düşüb su almaq üçün mağazaya getmişdir. Asif də ona istifadə etdikləri heroinin eynisindən 10 manata sata biləcəyini demişdir. O, Asiflə razılaşmış və ona 10 manat pul verərək ondan 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin alaraq cibinə qoymuşdur. Lakin Sadıq həmin vaxt ona marixuananı verməmişdir. Sadıq ona demişdir ki, “marixuananı gətir heroini sənə verərəm”. Bundan sonra o, Sadıqın avtomobilindən düşmüşdür. Səhəri günü Sadıqı küçədə gözləyərkən, yəni xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Kürdəmir şəhəri, Bakı prospekti ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmiş, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd büküm içərisindəki kütlə ilə birgə qablaşdırılaraq, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan kütlə narkotik vasitə heroindir, xx.xx.2024-ü il tarixdə tanışı Askadan, yəni Təqsirləndirilən şəxs 10 manata almışdır, Sadıq adlı qohumuna verib əvəzində ondan narkotik vasitə qurudulmuş marixuana almaq üçün üzərində saxlamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, onun heç kimlə düşmənçiliyi və ədavəti yoxdur, Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanıyır, onlar əvvəllər birlikdə Kürdəmir rayon İcra hakimiyyətində işləmişlər. Təxminən 3-4 ay bundan əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində tanımadığı şəxslərdən, öz vəsaiti hesabına alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs Tamerlan adlı şəxsə narkotik maddə satmasından xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21-22 radələrində Təqsirləndirilən şəxs onun telefonunun “WhatsApp” ani mesajlaşma proqramına səsli mesaj gəlmiş və həmin səsli mesajda ona bildirmişdir ki, polislər “....Tamını tutsalar Tamı onun barədə polisə məlumat verəcək, yəni Tamı onu satacaqdır” sözləri işlətmişdir. O, həmin səsli mesaja qulaq asmış və əhəmiyyət vermədiyi üçün Asifə zəng edib əlaqə saxlamamışdır. Sonradan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tutmuşlar. O, həmin gündən narkotikdən istifadəni tərgizmiş və istifadə etməmişdir. Eləcə də Asifin atdığı səsli mesajı silib telefonunu yenidən format etmişdir. Asiflə onun daima normal münasibəti olmuşdur və onunla heç vaxt düşmənçiliyi, ədavəti olmamışdır. Asifin onunla görüşərkən üstündə əlavə narkotik maddə olub-olmamasından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid X12 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında yaşayan Şahid1 rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 20:30 radələrində Şahid1 Kürdəmir şəhəri, Bakı prospektində saxlayıb RPŞ-nə gətirmişlər. Şahid1 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin edildikdən sonra üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təqdim edilmiş və bu təklifdən sonra Şahid1 əynində olan boz rəngli şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Şifahi soğru zamanı Şahid1 həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri 6 saylı tam orta məktəbin yaxınlığındakı küçədə tanışı “Aska” adlı şəxsdən, yəni Təqsirləndirilən şəxs 10 manata aldığını, aparıb Sadıq adlı şəxsə verib əvəzində narkotik vasitə qurudulmuş marixuana almaq üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X10 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X7 da şahid X12 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Ъинайят ишиндя олан xx.xx.2024-cü ил тарихdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Şahid1 oğunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Şahid1 üzərində qanunsuz olaraq əşya və predmet saxlayırsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra o, əynində olan boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şahid1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız büküm qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Şahid1 həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri 6 saylı tam orta məktəbin yaxınlığında küçədə tanışı “Aska” adlı şəxsdən 10 manata aldığını, aparıb Sadıq adlı şəxsə verib əvəzində narkotik vasitə qurudulmuş marixuana almaq üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. -cинайят ишиндя олан xx.xx.2024-cü ил тарихdə tərtib edilmiş şəxsi axtarış протоколunдан эюрцнцр ки, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Keno” markalı siqaret qutusunu çıxarıb təqdim edərək həmin siqaret qutusunun ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ ön cibindən “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Müstəntiq tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilərkən 01 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuş və həmin büküm açılıb baxılarkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız büküm içərisindəki kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. -cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilərkən, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. -iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/568 nömrəli rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş üzərində: “...Şahid1 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.052 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.

2. Tədqiqata təqdim edilmiş üzərində: “...Şahid2 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.043 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.

3. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.339 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş cəmi 03 ədəd bükümdə, ümumi çəkisi – 0.434 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (Siyahı İ) daxildir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-6-49/2-810/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. -iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -iş üzrə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 18 iyul 2024-cü il tarixli 5/724 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz edilmiş “X18 11S” markalı “2201117SG” modelli “**********90100, **********890118” imei kodlu mobil smartfon olması müəyyən edildi. Təqdim edilmiş “X18 11S” markalı “2201117SG” modelli mobil smarfonunyaddaşlarından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp” proqram təminatında, “Tiktok” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) müəyyən olundu, həmin məlumatlar hesabat formasında ekspert rəyinə əlavə olundu. - Kürdəmir rayon İcra hakimiyəıti başçısının Kürdəmir şəhəri üzrə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 08 aprel 2024-ci il tarixli 5-56-12/2-103/2 nğmrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmış, 1 azyaşlı olmaqla 2 övladı vardır. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “X18 11S” markalı mobil telefona baxış keçirilərkən “WhatsApp” ani mesajlaşma proqramında “***-***-**-**” saylı mobil nömrənin “Müdür” adlı istifadəçisinə “***-***-**-**” saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə 26 və 20 saniyə müddətli 02 ədəd səs göndərilməsi müəyyən edildi. 26 saniyəlik səs dinlənilərkən “ayə yetim bilmirsən da sən işi bilmirsən sənöl tamı da kimdi Sadıqın qaynı vare o şey Reno sürən a *** ağzın *** itlər şeydədi *** o bizim dədə yurdumuz vare bağçanın içinə girmirik? A bi dəqiqə sən öl itlər ordadı Şeyin qabağından keçirəm bağçanın şeyin qabağından keçirəm itlərin maşını orda, maşını boş, şeyin içindədilər bağçanın gizləniblər orda” sözlərinin deyilməsi və 20 saniyəlik səs dinlənilərkən “axşam *** 10 manatlığı vermədim Tamıya?***10 manatlıq çeti yadına gəlmir çəkdik 10 manatlıq qaldı onu vermədim Tamıya? Deyirəm *** birdən gedim həmin çetlə tutular *** bunun *** ağzın deyər Askadan almışam qara maşınla gəlib varyoxun *** hə gəlib Sadıqın ustanı zad aparıblare evdən” sözlərinin deyilməsi aşkar olunmuşdur. Həmin səslərdən də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul müəyyən edilmişdir. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü ил тарихli AZF/LGL-28582/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs adına olan və istifadə etdiyi ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olmuş SMSlərin siyahısına baxış keçirilərkən “SMS tarixcesi-**********0***-*******15” faylı açılıb içərisinə baxılarkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS-lər aşkar edildi: 1) xx-xx-2024 21:46:44 xx-xx-2024 21:46:44 1.1.**********80 1.1.**********15 “Asqa yigira telfn bagli kankret 200 mat emele gelmirde qaqa neynek sollana deyim 500 gotrim se catani verim qaqa 50 60 ust halal saba 12 d kecm lulide yi “ 2) xx-xx-2024 21:46:48 xx-xx-2024 21:46:48 1.1.**********80 1.1.**********15 “ gmaq olar bed eyagi” 3) 09-05-2024 19:40:59 1.1.**********15 1.1.**********05 “90 man ve 20 das” Həmin SMS-lər Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmasını təsdiq etmişdir. Həmin diskdə olan Təqsirləndirilən şəxs narkotik vasitələri satmasını özündə əks etdirən faylların və mesajların ksero sürətləri çıxarılaraq protokola əlavə edilmişdir. -“Kapital Bank” ASЪ-дян xx.xx.2024-cü ил тарихli 2024/111/23587 nömrəli məktubla дахил олмуш 5239 1517 5147 7715 saylı bank kartının hesabdan çıxarış мялуматларına бахыш кечирилərkən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X1 hesabına xx.xx.2024-cü il tarixdə saat 02:48-də-30 manat, xx.xx.2024- tarixdə saat 07:44-də 50 manat, xx.xx.2024- tarixdə saat 10:02-də 25 manat, xx.xx.2024- tarixdə saat 18:47-də 75 manat, xx.xx.2024- tarixdə saat 16:54-də 100 manat, xx.xx.2024- tarixdə saat 00:12-də 50 manat, xx.xx.2024- tarixdə saat 14:39-da 10 manat, xx.xx.2024- tarixdə saat 14:01-də 15 manat, xx.xx.2024- tarixdə saat 20:48-də 30 manat, xx.xx.2024- tarixdə saat 22:39-da 25 manat, xx.xx.2024- tarixdə saat 00:50-də 350 manat, xx.xx.2024- tarixdə saat 17:05-də 25 manat, xx.xx.2024- tarixdə saat 11:43-də 25 manat, xx.xx.2024- tarixdə saat 12:02- 25 manat, xx.xx.2024- tarixdə saat 10:06-da 115 manat, xx.xx.2024- tarixdə saat 20:05-də 30 manat, xx.xx.2024- tarixdə saat 20:16-da 30 manat, xx.xx.2024- tarixdə saat 19:52-də 60 manat olmaqla ümumilikdə 1060 manat pul göndərilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X2 hesabına xx.xx.2024- tarixdə saat 12:26-da 60 manat, xx.xx.2024- tarixdə saat 19:13-də 60 manat, xx.xx.2024- tarixdə saat 20:39-da 120 manat,xx.xx.2024- tarixdə saat 00:21-də 20 manat,xx.xx.2024- tarixdə saat 14:35-də 60 manat, xx.xx.2024- tarixdə saat 15:57-də 5 manat, xx.xx.2024- tarixdə saat 16:04-də 60 manat, xx.xx.2024- tarixdə saat 16:57-də 30 manat, xx.xx.2024- tarixdə saat 19:00-da 60 manat, xx.xx.2024- tarixdə saat 20:51-də 60 manat, xx.xx.2024- tarixdə saat 21:12-də 30 manat, xx.xx.2024- tarixdə saat 16:15-də 60 manat, xx.xx.2024- tarixdə saat 19:27-də 90 manat, xx.xx.2024- tarixdə saat 16:55-də 270 manat, xx.xx.2024- tarixdə saat 19:05-də 270 manat, xx.xx.2024- tarixdə saat 00:22-də 55 manat, xx.xx.2024- tarixdə saat 16:42-də 30 manat, xx.xx.2024- tarixdə saat 19:47-də 85 manat, xx.xx.2024- tarixdə saat 14:51-də 115 manat, xx.xx.2024- tarixdə saat 09:36-da 30 manat, xx.xx.2024- tarixdə saat 17:03-də 60 manat, xx.xx.2024- tarixdə saat 01:13-də 90 manat, xx.xx.2024- tarixdə saat 10:26-da 30 manat, xx.xx.2024- tarixdə saat 13:16-da 90 manat, xx.xx.2024- tarixdə saat 17:20-də 60 manat, xx.xx.2024- tarixdə saat 17:54-də 30 manat, xx.xx.2024- tarixdə saat 18:52-də 30 manat, xx.xx.2024- tarixdə saat 20:34-də 90 manat, xx.xx.2024- tarixdə saat 16:29-da 120 manat, xx.xx.2024- tarixdə saat 18:31-də 60 manat, xx.xx.2024-19:51-də 120 manat olmaqla ümumilikdə 2350 manat pul göndərilməsi və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Şahid4 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024- tarixdə saat 18:02-də 5 manat, xx.xx.2024- tarixdə saat 18:18-də 30 manat, xx.xx.2024- tarixdə saat 11:19-da 55 manat, xx.xx.2024- tarixdə saat 18:20-də 20 manat, xx.xx.2024- tarixdə saat 18:54-də 16 manat, xx.xx.2024- tarixdə saat 22:04-də 12 manat, xx.xx.2024- tarixdə saat 16:51-də 55 manat, xx.xx.2024- tarixdə saat 18:31-də 10 manat, xx.xx.2024- tarixdə saat 08:47-də 11 manat, xx.xx.2024- tarixdə saat 00:07-də 35 manat, xx.xx.2024- tarixdə saat 18:42-də 2 manat, xx.xx.2024- tarixdə saat 20:08-də 30 manat, xx.xx.2024- tarixdə saat 00:26-da 25 manat, xx.xx.2024- tarixdə saat 10:38-də 80 manat, olmaqla ümumilikdə 396 manat pul göndərilməsi aşkar edilmişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Ъинайятин предмети олан Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra – 0.032 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, narkotik vasitə heroini hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətəndə Şahid1 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə narkotik vasitə heroin əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri 6 saylı tam orta məktəbin qarşısında Şahid1 narkotik vasitə qurudulmuş marixuananı 10 (on) manat müqabilində qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir.. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs A.Ə.Əhməmədovun verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını və heç kimə narkotik maddə satmadığını bildirsə də, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “X18 11S” markalı mobil telefona baxış keçirilərkən “WhatsApp” ani mesajlaşma proqramında “***-***-**-**” saylı mobil nömrənin “Müdür” adlı istifadəçisinə “***-***-**- **” saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə 26 və 20 saniyə müddətli 02 ədəd səs göndərilməsi müəyyən edildi. 26 saniyəlik səs dinlənilərkən “ayə yetim bilmirsən da sən işi bilmirsən sənöl tamı da kimdi Sadıqın qaynı vare o şey Reno sürən a *** ağzın *** itlər şeydədi *** o bizim dədə yurdumuz vare bağçanın içinə girmirik? A bi dəqiqə sən öl itlər ordadı Şeyin qabağından keçirəm bağçanın şeyin qabağından keçirəm itlərin maşını orda, maşını boş, şeyin içindədilər bağçanın gizləniblər orda” sözlərinin deyilməsi və 20 saniyəlik səs dinlənilərkən “axşam *** 10 manatlığı vermədim Tamıya?***10 manatlıq çeti yadına gəlmir çəkdik 10 manatlıq qaldı onu vermədim Tamıya? Deyirəm *** birdən gedim həmin çetlə tutular *** bunun *** ağzın deyər Askadan almışam qara maşınla gəlib varyoxun *** hə gəlib Sadıqın ustanı zad aparıblare evdən” sözlərinin deyilməsi aşkar olunmuşdur. Həmin səslərdən də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə-kimyəvi, məhkəmə komputer-texniki və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, bank kartından çıxarış, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Şahid1 üzərindən aşkar edilərək götürülmüş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.052 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin (tədqiqatq sərf edilmiş 0.02 qram, qalıq 0.032 qram) cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 0.052 qram çəkidə heroini 10 manat pul müqabilində Şahid1 qanunsuz olaraq satması özlərinin etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması cəzasını yüngülləşdirən haldır. CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Kürdəmir rayon Məhkəməsinin 4(041)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 iyun 2024cü il tarixdən hesablanmışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ona görə də, o ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra – 0.032 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 97.48 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, narkotik maddələrin məhv edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, ekspertiza xərcinin onlardan tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra – 0.032 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 97.48 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə, ekspertiza xərcinin ondan tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar