Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-108/2025 10.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Böyük Dəkkə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə təqsirləndirilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə Zərdab rayonu Böyük Dəkkə kəndində yerləşən 300 hektar torpaq sahəsinin özünə məxsus olduğuna xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs indandırıb həmin torpaq sahəsini ona 34400 manata satacağı barədə yalandan vəd verərək 2022-ci ilin mart ayının ortalarında Kürdəmir rayonu Şilyan kəndində Zərərçəkmiş şəxs məxsus 23000 manatı, daha sonra isə həmin ilin aprel ayının əvvələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən "Nicat Plaza" şadlıq evinin qarşında sonuncuya məxsus 11400 manatı ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda 34400 manat maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etməklə dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs tanışıdır, onunla ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Zərdab rayonu Böyük Dəkkə kəndində yerləşən 300 hektar torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpağı başqasına satsa da həmin torpağı ondan alan şəxs başqa yerdən torpaq aldığı üçün həmin torpağı satmağını istədiyini bildirmiş, həmin torpaq sahəsinin 100 hektar hissəsi əkin sahəsi və 200 hektar hissəsi isə kolluq sahəsi olmuşdur. Raminlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Raminə həmin torpağın onun mülkiyyətində olduğunu deyərək və həmin torpaq sahəsini onun adına özəlləşdirmək üçün 34400 manat pul istəmiş, Ramin onunla razılaşmış, 2022-ci ilin mart ayının ortalarında, dəqiq xatırlamadığı gündə saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndində yerləşən tanışı Şahid kafesində sonuncunun iştirakı ilə Ramin ona razılaşdıqları 34400 manat puldan 23000 manat vermiş, təxminən 8-10 gün sonra, 2022-ci ilin aprel ayının əvvələrində Raminlə Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən "Nicat Plaza" restoranında görüşən zaman Ramin ona həmin razılaşdıqları 34400 manat pulun qalan 11400 manatını vermiş, bununla da Ramin ona ümumilikdə 34400 manat pul vermişdir. Pulları Ramindən alarkən tanışı Şahid yanlarında olmuşdur. Bundan sonra Mehman ondan pulunu tələb edərkən o aldığı 34400 manat puldan 2024-cü ilin oktyabr ayının ortalarında 4000 manatını, daha sonra isə qalan hissəsini Raminə qaytarmışdır. Təqsirləndirilən şəxs izahatının sonunda əməlindən peşiman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Mehmanla söhbət edərkən Zərdab rayonu Böyük Dəkkə kəndində 300 hektar torpaq sahəsi olduğunu həmin torpaq sahəsini bir müddət əvvəl başqa şəxsə satsa da torpağı alan həmin şəxs torpağı qaytardığı üçün həmin torpaq sahəsini hazırda satmaq istədiyini demişdir. Mehman torpaq sahəsinin 100 hektarının əkin sahəsi, 200 hektar ərazisinin isə kolluq sahəsi olduğunu bildirmişdir. Qiyməti barədə soruşanda Mehman həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu demiş və adına sənədləşdirməsi üçün 34400 manat pul istəmiş, onunla razılaşmış, Mehmanla birlikdə gedib həmin torpağa baxmışdır. 2022-ci ilin mart ayının ortalarında saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndində yerləşən Şahid kafesində sonuncunun iştirakı ilə Mehmana torpaq almaq məqsədilə 23000 manatı vermiş, 8-10 gün sonra 2022-ci ilin aprel ayının əvvələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən "Nicat Plaza" restoranının qarşısında Mehmanla görüşərək ona razılaşdıqları pulun qalan 11400 manat hissəsini vermişdir. Bununla da Mehman ondan torpaq sahəsi satmaq adı ilə ümumilikdə 34400 manat pul almışdır. Pulun İkinci hissəsini də verərkən həmkəndlisi Şahid yanlarında olmuşdur. Razılıqlarından bir il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin torpaq sahəsini onun adına keçirməmişdir. Bundan sonra Mehmandan pulunu tələb edərkən o aldığı 34400 manat puldan 2024-cü ilin oktyabr ayının ortalarında 4000 manatını kart vasitəsi ilə ona qaytarmış, qalan hissəsini isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Kürdəmir RPŞ-na ərizə ilə müraciət etdikdən sonra isə Mehman onun pulunun qalan hissəsini də qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi və tanışıdır. Ramin ona Təqsirləndirilən şəxs adlı tanışının 300 ha torpaq sahəsi olduğunu, həmin sahəni 34400 manata ona satmaq istədiyini, həmin sahəni Mehmandan 34400 manata almaq istədiyini demişdir. 2022-ci il tarixdə may ayının ortalarında Mehman və Ramin onun yaşadığı kənd ərazisində yerləşən obyektində görüşmüşlər. Həmin vaxt Ramin Mehmana 23000 manat pul vermişdir. Həmin vaxtdan bir neçə gün sonra Raminlə birlikdə Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən "Nicat Plaza" restoranının qarşısına gedərək orada Mehmanla görüşmüşlər və həmin vaxt Ramin Mehmana razılaşdıqları 34400 manat pulun məxsus olduğunu Zərərçəkmiş şəxs yalandan bildirərək, onunla həmin sahani 34400 manata satmaq barədə razılaşmış, 2022-ci ilin mart ayının ortalarında saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndində Zərərçəkmiş şəxs məxsus 23000 manatını ondan əlbəəl nəğd şəkildə, daha sonra isə həmin ilin aprel ayının əvvələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən "Nicat Plaza" şadlıq evinin qarşında sonuncuya məxsus 11400 manatını ondan əlbəəl nəğd şəkildə almışdır. Bundan sonra Mehman 34400 manat puldan 2024-cü ilin oktyabr ayının ortalarında 4000 manatını kart vasitəsi ilə Raminə qaytarmış, pulun digər hissəsinin qaytarılıb-qaytarılmaması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin gün saat 12:55-də Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1-2339 nömrəli material üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin MSYdən azad edilmiş və “şübhəli şəxs” statusuna xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ərizəsi ilə əlaqədar toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* statistik nömrə ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində ittiham elan edilmişdir. - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - "Zərdab rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-79/2-482/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonu Böyük Dəkkə kəndində yerləşən 300 hektar torpaq sahəsini özünə məxsus olduğunu Zərərçəkmiş şəxs yalandan bildirərək, onunla həmin sal 34400 manata satmaq barədə razılaşmış, 2022-ci ilin mart ayının ortalarında saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndində Zərərçəkmiş şəxs məxsus 23000 manatını ondan əlbəəl nəğd şəkildə, daha sonra isə həmin ilin aprel ayının əvvələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən "Nicat Plaza" şadlıq evinin qarşında sonuncuya məxsus 11400 manatını ondan əlbəəl nəğd şəkildə alaraq ələ keçirmişdir. - Azərbaycan Respublikası Zərdab rayon İHB-nin İsaqbağı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2007-ci il təvəllüdlü oğlu Bilal və 2009-cu il təvəllüdlü qızı Gülçin) Zərdab rayonu Böyük Dəkkə kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. İş materiallarında olan, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
4. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələb olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, ona CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSYda saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət cəza təyin edilərkən nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində dəymiş 34400 (otuz dörd min dörd yüz) manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə mülki iddia , maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 14 saat hüquqi yardıma görə 154 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək, üzərində qəti olaraq 3900 (üç min doqquz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət nəticəsində dəymiş 34400 (otuz dörd min dörd yüz) manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 154 (bir yüz əlli dörd) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV