Məhkəmə qərarları › İş №1(041)-109/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-109/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-109/2023 29.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun X6 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, ədliyyə müaşviri Dövlət ittihamçısı Fazi oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə 02 avqust 1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, saat 22.45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində X2 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi «Hyundai Veracruz» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Aran qəsəbəsindən çıxaraq Kürdəmir şəhəri Babək prospektinə daxil olub avtomobili 10 km/saat sürətlə idarə edib sola manevr edərək yolu Ağsu istiqamətinə dönmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozaraq mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, ”Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xəbər verməli olduğu halda bunları etməyərək, 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yola bitişik ərazidən yola çıxarkən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduğu, avtomobili yolun sağ kənarında yerləşən yola bitişik ərazidən yola daxil edərkən hərəkətin təhlükəsizliyinə əmin olmalı, sol tərəfdən yolun hərəkət hissəsi ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi avtomobili yola bitişik ərazidən yola daxil etməməli, hərəkəti üçün təhlükəli şərait yaratmamalı, yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməli və bundan sonra idarə etdiyi avtomobili yola daxil etməli olduğu halda, həmin tələblərə riayət etməyib idarə etdiyi avtomobillə Babək prospektində Ağsu rayonu istiqamətindən İmişli rayonu istiqamətinə doğru hərəkətdə olan xx.xx.1990-cı ildə Ağsu rayonu Meliatorlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Ağsu rayonu, Meliatorlar qəsəbəsi ev 8, mənzil 2-də qeydiyyatda olmaqla Kürdəmir şəhəri, Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi «Tufan M50» markalı mopedin hərəkət zolağında toqquşmuş, ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs sol diz oynağının hemartrozu, sağ mil-bilək oynağının şişkinliyi (əzələ-bağı aparatının gərilməsi), sağ budun ön səthinin, sağ baldırın ön səthinin, sağ bazunun arxa səthinin sıyrılmış yaraları, alın nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törədib, hadisədən sonra Zərərçəkmiş şəxs yardım göstərmədən və müvafiq orqana xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Hüseynov X9 Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Hyundai Veracruz" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər sakini olan X1 18 000 manata 2022-ci ildə mülkü etibarnamə ilə oğlu Məmməd Hüseynovun aldığını, həmin avtomobili etibarnamə əsasında idarə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə yeyib içərək spirtli içki qəbul etdiyini, xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Veracruz" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir şəhəri Babək prospektində yerləşən bitişik ərazidən yol ayrıcına daxil olub avtomobilini saxlayıb yolun sol və sağ hissələrinə nəzarət etdiyini, sol tərəfdə nəqliyyat vasitəsinin gəlməyini hiss edərək dərhal əks istiqamətli hərəkət zolağına keçmək istəyərkən avtomobilinə onun tərəfdən zərbə olduğunu hiss etdiyini, sərxoş vəziyyətdə olduğu üçün ciddi bir məsələ olmadığını ehtimal etdiyinə görə yoluna davam edərək oğlu Elnurun yaşadığı evə gedib yatdığını, daha sonra Elnurun onu yuxudan oyadaraq polis əməkdaşlarının onu soruşmasını dediyini, dərhal ayağa qalxaraq polis şöbəsinə gəldiyini və polis şöbəsində ona Babək prospektində YNH-si törətdiyini və avtomobilinin sol qapı hissəsində sürtülmüş iz görməsi məlum olduğunu bildirdiklərini,avtomobili saatda 10 km/saat sürətlə idarə etdiyini, avtomobili idarə edərkən spirtli içki qəbul etdiyini, avtomobili idarə etmək üçün sürücülük vəsiqə olduğunu, avtomobildə ondan başqa heç kim olmadığını, hadisə zamanı heç bir bədən xəsarəti almadığını bildirmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə vurulan maddi ziyanı ödəmişdir. Hazırda zərəçəkmiş şəxsin ona heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həmçinin izahatında törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, ilk dəfə məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulan ziyanı ödəməsini özününü İİ qrup əlil olmaqla ağır şəkər xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus Tufan M50 markalı mopedi olduğunu, həmin moped ilə dəbilqədən istifadə edərək xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində Kürdəmir şəhəri Babək prospektindən üzü saat dairəsi istiqamətinə tərəf öz yolu ilə hərəkətdə olarkən yolun sağ tərəfində bitişik olan ərazidə təxminən 15 m məsafədən Hyundai markalı avtomobilin yol ayrıcına daxil olmaq istəməsini gördüyünü, Hyundai markalı avtomobili gördükdən sonra sürətini azaldaraq səs siqnalından istifadə etdiyini, Hyundai markalı avtomobilin yol ayrıcına çıxmayacağını ehtimal etdiyi üçün öz yolu ilə hərəkətdə olarkən Hyundai markalı avtomobil onu buraxmadan yol ayrıcına daxil olduğunu, dərhal yolun əks istiqamətinə tərəf mopedini qaçırtmaq istəsə də bunu edə bilmədiyini və Hyundai markalı avtomobil ilə sürücü tərəfdən toqquşaraq yerə yıxıldığını, nəticədə xəsarət aldığını, Hyundai markalı avtomobilin sürücüsü hadisə yerindən yayınaraq ona heç bir yardım göstərmədən hadisə yerindən qaçdığını, daha sonra tanımadığı şəxslərin ona yaxınlaşaraq onu avtomobilə əyləşdirib Kürdəmir RMX-ya apardıqlarını və xəstəxanada ona ilkin tibbi yardım göstərildiyini, Mopedi təxminən saatda 30-35 km/saat sürətlə idarə etdiyini, mopedi idarə edərkən spirtli içki qəbul etmədiyini, Mopedi aldığı üçün alqı-satqı sənədi olduğunu, 49 cm olduğu üçün sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi tələb olunmadığını, mopedinə 700 manat ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə istintaq əməliyyat qurupunun üzvü olduğunu, saat təxminən 22 radələrində Kürdəmir şəhəri Babək prospektində yol nəqliyyat hadisəsinin olması barədə və avtomobil sürücüsünün hadisə yerindən yayınması barədə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra dərhal hadisə yerinə getdiyini, yol nəqliyyat hadisəsinin baş verməsi barədə Kürdəmir RPŞ-nin növbətçi hissəsinə məlumat verdiyini, hadisə yerində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Veracruz” markalı ** UJ *** d.q.n.lı avtomobil ilə Kürdəmir rayonu Aran qəsəbəsindən Babək prospektinə çıxaraq yol ayrıcında manevr etmək istəyərkən Ağsu-İmişli istiqamətində hərəkətdə olan X7 idarə etdiyi “Tufan M-50” markalı mopedin qarşısına çıxması nəticəsində toqquşma baş verməsini müəyyən etdiyini, toqquşmadan sonra Təqsirləndirilən şəxs hadisə yerindən yayındığını, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-yə gələndən sonra onun içkili olduğu müəyyən edildiyini, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Veracruz” markalı ** UJ *** d.q.n.lı avtomobil ilə Kürdəmir rayonu Aran qəsəbəsindən Babək prospektinə çıxaraq yol ayrıcında manevr edərkən Ağsu-İmişli istiqamətində hərəkətdə olan X7 idarə etdiyi “Tufan M-50” markalı mopedin qarşısına çıxması nəticəsində toqquşma baş verdiyini, həmin zaman orada Şahid2 Sadıq oğlunun olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıdığını, Ağsu rayon sakini olmaqla Kürdəmir şəhəri Aran qəsəbəsində kirayə qaldığını və Kürdəmir şəhəri N saylı hərbi hissədə işlədiyini, Şamonun özünə məxsus Tufan M50 markalı mopedi olduğunu, xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən "Bolmart" mağazasının yanında Şamo ilə söhbət etdiklərini, Şamo ilə sağollaşdıqdan sonra Şamonun özünə məxsus olan mopedlə Babək prospektindən üzü saat dairəsi istiqamətinə tərəf hərəkətdə olarkən yolun sağ tərəfində olan bitişik ərazidən qara rəngli Hyundai markalı avtomobil Şamonu buraxmadan yol ayrıcına birbaşa daxil olaraq Şamonun qarşısına çıxdığını, nəticədə YNH-si baş verdiyini və Şamonun mopeddən yerə yıxıldığını, Hyundai markalı avtomobilin sürücüsü Şamoya heç bir köməklik göstərməyərək hadisə yerindən yayınaraq qaçıb getdiyini, dərhal Şamonun yanına kömək etmək məqsədilə getdiyini və Şamonu tanımadığı şəxsin avtomobilinə əyləşdirərək Kürdəmir RMX-na apardığını, RMX-da Şamoya ilkin tibbi yardım göstərildiyini, xx.xx.2023-cü il tarixdə ona hadisəni törədən Hyundai markalı avtomobilin sürücüsü Kürdəmir rayonu sakini Təqsirləndirilən şəxs olması məlum olduğunu, həmin zaman ondan başqa ətrafda kimlər olduğunu tam bilmədiyini, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Veracruz” markalı ** UJ *** d.q.n.lı avtomobil ilə Kürdəmir rayonu Aran qəsəbəsindən Babək prospektinə gözləmədən çıxaraq yol ayrıcına daxil olub Ağsu istiqamətinə doğru istiqamətlənərkən, Ağsu-İmişli istiqamətində hərəkətdə olan X7 idarə etdiyi “Tufan M-50” markalı mopedin qarşısına çıxması nəticəsində toqquşma baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Atakili kəndində özünə məxsus evi olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evə gedən zaman yolda polis əməkdaşlarının atası Alikin yol nəqliyyat hadisəsi törətdiyini dediklərini, bundan sonra yaşadığı evə gəldikdə atası Alikin yataq otaqların birində yatdığını gördüyünü, atası Alikə polislərin onu axtarmasını dediyini, bundan sonra atası Alikin Kürdəmir RPŞ-yə getdiyini, sonradan ona atası Alikin idarə etdiyi “Hyundai Veracruz” markalı ** UJ *** d.q.n.lı avtomobili ilə Kürdəmir şəhəri Babək prospektində yol nəqliyyat hadisəsi törətdiyini və içkili olduğundan hadisə törətdiyi məlum olduğunu, atası Alikin evə içkili gəlib yatdığını, yol nəqliyyat hadisəsi törətməsi barədə heç bir söz demədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 195 №-li ekspert rəyindən görünrü ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol diz oynağının hemartrozu, sağ mil-bilək oynağının şikinliyi(əzələ-bağ aparatının gərilməsi), sağ budun ön səthinin, sağ bahdırın ön səthinin, sağ bazunun arxa səthinin sıyrılmış yaraları, alın nahiyəsinin qançırı-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 may 2023-cü il tarixdə hərəkətdə olan Mopedlə Hyundai markalı minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (bax iş vər. 65-67) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli 8/1709 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, 1-2. Təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən Hyundai Veracruz markalı, 90UJ069 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3-4. Təhqiqat tərəfindən göstərilən şəraitdə Tufan M50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (bax iş vər.70-73) İş materiallarına əlavə edilmiş Tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 may 2023-cü-ci il tarixli 119 №-li aktda Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. (bax iş vər.25) İş materiallarına əlavə edilmiş Tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 18 may 2023-cü-ci il tarixli 118 №-li aktda Zərərçəkmiş şəxs ayıq olmuşdur. (bax iş vər.24) İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Asan xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə xxxxxxx nömrəli sürücülük vəsiqəsi verilmiş, etibarlıq müddəti xx.xx.2031-ci ildə başa çatır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər.100) İş materiallarına əlavə edilmiş Tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli PHŞ-6-49/2-555/2023 saylı məktubunda Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında olmadığı göstərilmişdir. (bax iş vər.101) İş materiallaırna əlavə edilmiş AR ƏƏSMN tabeliyində DSMF Publik şəxsin 2 saylı X10 filkialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-225669/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla əmək pensiyası alır. (bax iş vər.115) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 328 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 nəfər vardır. (bax iş vər.120) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.122) İş materiallarında olan və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. (bax iş vər.74) Beləlikə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməli onun özünün və zərərçəkmiş şəxsin izahatı, şahidlərin, məhkəmə-tibbi ekspertizasının və məhkəmə yolnəqliyyat ekspertizasının rəyləri ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışmasını, zərərçəkimiş şəxin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddələsinə əsasən, cəza təyin edilərkən törətdilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Habelə təyin olunmuş cəzanın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, hadisə zamanı və hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxs ondan şikayətçi olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində ittiham olunduğu 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası, AR CM-nin 264-cü maddəsilə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalı, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam və ya qismən toplamaqla onun üzərində qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan “Hyundai Veracruz” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin və “Tufan M-50“ markalı mopetin sahiblərində saxlanılması nəzərə alınmalıdır. İş üzrə olan 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Müdafiəçilərin təqsirləndirilən şəxslərin müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən dövlət hesabına hər iş saatına 06 manat hesab edilməklə müadfiəçi Müdafiəçi2 90 manat ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6.000 (altı min) manat cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 6.000 (altı min) manat cərimə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Pirili kəndində yerləşən fərdi yaşayış evini gecə saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - X4, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319 büdcə səviyyəsinin kodu: 3 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut olan “Hyundai Veracruz” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin və “Tufan M-50” markalı mopein sahiblərində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını məhkəməfə müdafiə etdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 15 saat hər iş saatı 06 manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar