Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-109/2024 02.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları Kürdəmir rayonunun Şahsevən kəndi ərazisində qohumu Zərərçəkmiş şəxs onun nənəsi Şahid Alpout qızının evinə gələrək sonuncunu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs boğazından əli ilə tutub sıxaraq və yumruqla sifətindən bir-neçə dəfə qəsdən vuraraq ona boyunun ön səthində sıyrıqlarla müayiət olunan sağlamlığa zərər vurmayan so-göz altı nahiyyədən qançır, həmin gözün ağlıq qişasına qansızma ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, münaisbətləri həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində nənəsi Təhminənin evindən səs-küy gəldiyini eşidib oraya getmək üçün küçəyə çıxmış, həmin vaxt küçədə qohumu Fəridi görmüş, Fəridə bir daha bu evə gəlməməsini demiş və bununla bağlı aralarında mübahisə baş vermiş və Fəridin üzərinə gedərək boğazından tutub sifətinə bir-neçə dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs vurarkən orada onlardan və nənəsi Şahid başqa heç kəs olmamışdır. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, Fərid onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində arvadı Günayı görmək üçün qaynanası Təhminənin yaşadığı Kürdəmir rayonunun Şahsevən kəndində yerləşən evinə getmiş, qaynanası Təhminə ona irad tutmuş, aralarında mübahisə düşəcəyini görüb küçəyə çıxıb Təqsirləndirilən şəxs ilə rastlaşmış, aralarında gedən söhbət zamanı Fərid ona “sənə deməyiblər buraya gəlmə” demiş, həmin vaxt arvadı Günayı görməyə gəldiyini deyərək onun işlərinə qarışmamağı məsləhət görmüş, bu vaxt Fərid onun sözlərindən əsəbləşərək üzərinə gəlib boğazından yapışmış və yumruqla sifətinə bir-neçə dəfə vurmuşdur. Ayağa qalxaraq DİN-in 102 xidmətinə zəng vurub baş verənlər barədə məlumat vermiş, həm də Kürdəmir RPŞ-nə gedərək ərizə yazmışdır. Hadisə zamanı orada onlardan və qaynanası Şahid başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 373 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gözaltı nahiyyəsində qançır, həmin gözün ağlı qişasına qansızma, boyunun ön səthində sıyrıqlar, küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx-xx.2024-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qırardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, dəymiş ziyanın tam şəkildə ödənildiyini və heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 6 saat üçün cəmi 36 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-109/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-109/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver