Məhkəmə qərarları › İş №1(041)-11/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-11/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-11/2023 14.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlu və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1975-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Kürdəmir rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, fərdi qaydada ticarət ilə məşğul olan, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Əzizli (Əzizov) Babək Hidayət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əzizli (Əzizov) Babək Hidayət oğlu cavabdeh kimi ondan, 19 noyabr 2015-ci il tarixdən hesablanmaqla 18 avqust 2000-ci il təvəllüdlü X8, 06 dekabr 2001-ci il təvəllüdlü X7 və 01 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 108,00 manat olmaqla, cəmi 324,00 manat sabit pul məbləğində aliment və 50,00 manat əlavə xərc tutularaq Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-389/2016 saylı, 29 yanvar 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 3(041)-262/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada tənbeh edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 14 mart 2022-ci il, 20 aprel 2022-ci il və 23 may 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2022-ci il tarixədək 18616,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs(Əzizovun) qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, onun ilk evliliyindən 1998-ci il təvəllüdlü Semral və 2000-ci il təvəllüdlü Ruslan adlı övladları anadan olmuşdur. Hazırda ilk həyat yoldaşı Telnarə Həşimova qeyri-rəsmi birlikdə yaşayır. Ələkbərova (Əzizova) Sevinc Canpolad qızını Bakı şəhərində yaşadığı vaxtlarda tanımış və münasibətləri yaranmışdır. Təxminən 1999-cu il tarixdə el adəti ilə ailə qurmuşlar, 2004-cü il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 18 avqust 2000-ci il təvəllüdlü X13, 06 dekabr 2001-ci il təvəllüdlü X11 və 01 sentyabr 2006-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Evli olduqları vaxtlarda Bakı şəhərində bazarlarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Sevinc ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Sevinc himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-389/2016 saylı, 29 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 19 noyabr 2015-ci il tarixdən hesablanmaqla 18 avqust 2000-ci il təvəllüdlü X8, 06 dekabr 2001-ci il təvəllüdlü X7 və 01 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 108,00 manat olmaqla, cəmi 324,00 manat sabit pul məbləğində aliment və 50,00 manat əlavə xərc tutularaq Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Həmin vaxtlar fasilələrlə övladlarına aliment ödənişləri etsə də, rəsmi şəkildə etməmişdir. Bu səbəbdən qəbzləri təqdim edə bilmir. Budan əlavə övladlarına qeyri-rəsmi daim yardım etmişdir. Aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Kürdəmir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər olmadığından icra etməmişdir. Təqdimat verilən günə, yəni 10 iyun 2022-ci il tarixə kimi Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına ödənməmiş aliment borcu 18616,00 manat təşkil edir. Hazırda fərdi qaydada ticarət ilə məşğuldur, yəni meyvə-tərəvəz alıb daxili və xarici bazarlara satır. Gündəlik 30,00-40,00 manat qazanc əldə edir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, daim işlədiyindən mərkəzə işlə bağlı müraciət etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 15 mart 2022-ci l tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəzasını probasiya nəzarati altında çəkir. Hazırki iş üzrə də məhkəmə prosessi gedişində borcunu tam ödəyərək, zərərçəkmiş şəxslə barışmış və onun borcu qalmamışdır. Təqsirləndirilən şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlu zərərçəkmiş şəxsə olan borcunu tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs Ələkbərova(Əzizova) Sevinc Canpolad qızı ifadəsində göstərmişdir ki, Əzizli (Əzizov) Babək Hidayət oğlunu Bakı şəhərində qonşuları kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 1999-cu il tarixdə el adəti ilə ailə qurmuşlar, 2004-cü ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 18 avqust 2000-ci il təvəllüdlü X13, 06 dekabr 2001-ci il təvəllüdlü X11 və 01 sentyabr 2006-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs (Əzizov) Bakı şəhərində bazarlarda meyvə-tərəvəz alveri ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvələr Babək ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, qazandığı pulları mərc oyunlarında uduzduğundan, uşqaları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-389/2016 saylı, 29 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən Əzizili (Əzizov) Babək Hidayət oğlundan 19 noyabr 2015ci il tarixdən hesablanmaqla 18 avqust 2000-ci il təvəllüdlü X8, 06 dekabr 2001-ci il təvəllüdlü X7 və 01 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 108,00 manat olmaqla, cəmi 324,00 manat sabit pul məbləğində aliment və 50,00 manat əlavə xərc tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Əzizli (Əzizov) Babək Hidayət oğlunun yaşadığı yer üzrə Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs (Əzizov) yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 10 iyun 2022-ci il tarixə kimi cəmi 18616,00 manat aliment borcunu ödəməmişdir. Məhkəmə prosessi gedişində Babək ona olan borcundan 1000 manat ödəmiş, qalan borcunu da ödəməsi üçün ona 7 gün vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Ələkbərova(Əzizova) Sevinc Canpolad qızı məhkəməyə teleqram göndərərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və Babəkə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayon məhkəməsinin 2(012)- 389/2016 saylı, 29 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən borclu Əzizli (Əzizov) Babək Hidayət oğlundan 19 noyabr 2015-ci il tarixdən başlayaraq 18 avqust 2000-ci il təvəllüdlü X8, 06 dekabr 2001-ci il təvəllüdlü X7 və 01 sentyabr 2006-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində aliment və 50 manat əlavə xərc tutularaq tələbkar Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına verilməlidir. Kürdəmir rayon icra və probasiya şöbəsində 21 dekabr 2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Bundan sonra borclunun yaşadığı ünvanına baxış keçirilmiş, lakin borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı tərəfimizdən müəyyən edilmiş və bu barədə 18 yanvar 2022-ci il tarixdə akt tərtib edilmişdir. Borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmişdir. Kürdəmir rayon Polis şöbəsində borclu Əzizli (Əzizov) Babək Hidayət oğlunun yerinin müəyyən edilməsi məqsədi ilə 600016 nömrəli axtarış işi açılmışdır. 23 fevral 2021-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən iş üzrə borclu Əzizli (Əzizov) X6 rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tədbiq edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qətnamə üzrə borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə yenidən son xəbərdarlıq təqdim edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkara ödəməli olduğu 21446,00 manat aliment pulundan 2830,00 manat ödəniş etmiş və nəticədə 18616,00 manat borcu qalmışdır. Tələbkar Ələkbərova (Əzizova) Sevinc Canpolad qızı şöbəyə 31 mart 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatın verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs (Əzizovanın) qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri olmuşdur. Göstərilənlərə əsasən Əzizli (Əzizov) Babək Hidayət oğlunun AR CMnin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-389/2016 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2000-ci i tarixdə anadn anadan olmuş X13, xx.xx.2001-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşlaına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində aliment və 50 manat əlavə xərc tutularaq X2 verilməsi qət edilmişdir. (bax iş vər. 15-17) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-389/2016 saylı icra sənədi üzrə icraata başlanlılaraq qərarın icrası üçün 10 gün müddətində könüllü icra üçün vaxt verilmişdir.(bax iş vər.18) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022ci il tarixli borclunun axtarılması haqqında qərardaddan görünür ki, X5 barəsində axtarış elan edilmişdir. (bax iş vər.23) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərardan görünür ki, borclu X10 icra sənədini qərəzli olaraq icra etmədiyi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(bax iş vər.36-37) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli 3(041)-262/2022 nömrəli qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500(beş yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. (bax iş vər. 33) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Əzizli (Əzizov) Babək Hidayət oğlu əvvəllər törətdiyi cinayət əməlinə görə Kürdəmir Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. (bax iş vər. 77) Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 10-2022/5 nömrəli arayışından görünür ki, Əzizli X6 rayon məhkəməsinin 1(041)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbacan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, ona təyin edilmiş cəzasının 08 ay 08 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 03 ay 16 gün təşkil etdiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 63) Təqsirləndirilən şəxs X10 tərəfndən təqdim edilmiş və Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona alimenti ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlu 19 noyabr 2015-ci il tarixdən hesablanmaqla 18 avqust 2000-ci il təvəllüdlü X8, 06 dekabr 2001-ci il təvəllüdlü X7 və 01 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 108,00 manat olmaqla, cəmi 324,00 manat sabit pul məbləğində aliment və 50,00 manat əlavə xərc tutularaq Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-389/2016 saylı, 29 yanvar 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 3(041)- 262/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada tənbeh edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 14 mart 2022-ci il, 20 aprel 2022-ci il və 23 may 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2022-ci il tarixədək 18616,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Ələkbərova (Əzizova) Sevinc Canpolad qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs Ələkbərova (Əzizova) Sevinc Canpolad qızı məhkəməyə teleqram göndərərək, Əzizli (Əzizov) Babək Hidayət oğlunun ona dəymiş olan ziyanı tam ödəməsini, Babəkə qarşı hüç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmiş və bu səbəbdən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə CM-nın 306-ci maddəsinin Qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CM-in 306-ci maddəsinin Qeydi tətbiq edilməli və onun barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Əzizli (Əzizov) Babək Hidayət oğlunun məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Müdafiəçi məhkəmədə əməli törətmiş şəxs Əzizli (Əzizov) Babək Hidayət oğlunun hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Əzizli (Əzizov) Babək Hidayət oğlunun müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin Qeyd hissəsinin tələbinə əsasən Əzizli (Əzizov) Babək Hidayət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Əzizli (Əzizov) Babək Hidayət oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Əzizli (Əzizov) Babək Hidayət oğlunun məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar