Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-11/2025 11.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç nəfər uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzanı çəkib qurtarmamış, Kürdəmir şəhəri, A.Bilal küçəsi, ev 25də yaşayan və qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda təmiz çəkisi 0,440 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə saat 17.30 radələrində Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Kürdəmir rayon Polis şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy cins şalbvarın ön sol cibindən 01 ədəd "LD" siqaret qutusunun içərisindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,440 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Kürdəmir rayon məhkəməsinin 2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə nahar vaxtı Kürdəmir RPŞ-ni polis əməkdaşları Şahid1 və Şahid4 yaşadığı evə gələrək onu soruşmuş və o, həmin vaxt evdə olmamışdır. Atası ona zəng edərək polis əməkdaşlarının evə gəldiyini və onu soruşduqlarını demiş, o, da evə gəlmişdir. Həmin vaxt Şahid4 və Şahid1 onların yaşadığı evdə görmüşdür. Şahid1 və Şahid4 onlarla birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirmiş, o, da razılaşmış və polis şöbəsinə gəlmişlər. O, polis şöbəsinə gəldikdən sonra orada polis zabiti Seymur adlı şəxs əlində olan bir neçə narkotik paketini stolun üzərinə qoyaraq həmin narkotik vasitələri boynuna götürməsini tələb etmiş, o, isə polis əməkdaşları ilə razılaşmayaraq həmin narkotik vasitələrin ona aid olmadığını bildirmiş, bundan sonra Şahid4 və Şahid1 otağa daxil olaraq onu dilə tutmuş, həmin narkotik vasitəni boynuna götürməsini və bundan sonra onu barxacaqlarını bildirmişlər. O isə razılaşmamış, buna görə də Şahid1 və Şahid4 onun qarın nahiyəsindən yumruqla vurmuş, təxminən 2-3 dəqiqə onu döymüşlər, lakin o razı olmamışdır. Bunan sonra Anar Xəliov ona kiçik bir büküm verərək bunu qəbul etməsini, bundan sonra ona köməklik edəcəyini, onun tutulmayacağını demiş, o da məcbur olub polis əməkdaşlarının təkilifi ilə razılaşmış, bükümü cibinə qoyub müstəntiqin otağında həmin narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. O, polis şöbəsində döyülməsi və şərlənməsi barədə heç bir yerə şikayət etməmişdir. O, üzərində narkotik vasitə saxlamamış və heç bir cinayət əməli törətməmişdir. Odur ki, barəsində qanunu qərar qəbul edilməsini xahiş etdi. Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır. 01 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, o, “patı” yəni psixotrop maddə metamfetamin olduğunu deyib əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmiş, daha sonra isə üzərində olan 14 manat pulu, 01 ədəd elektron cihazı, kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur.Sonra həmin büküm qablaşdırılmış, möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetramini tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığın bildirmişdir. Şahid1 əlavə ifadəsi alınarkən bildirdi ki, Təqsirləndirilən şəxs ilkin sənədləşdirilməsində səhvən onun saat 20 radələrində saxlandığı qeyd edilib. Əslində o, 01 iyun 2024-cü il tarixdə saat 17 radələrində saxlanılaraq Kürdəmir rayon Polis şöbəsinə gətirilmişdir. Sadəcə vəkil olmadığından 2-3 saat Kürdəmir rayon Polis şöbəsində olmuş, vəkil gəldikdən sonra üzərində şəxsi axtarış aparılıb. Cinayət işi materiallarında olan bütün sənədlərdə saxlanma saatı səhvən saat 20.00 qeyd edilib. Bu vaxt onun üzərində axtarış aparıldığı vaxtdır. xx.xx.2024-ci il saat 17 radələrində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və həmin vaxtdan Kürdəmir rayon Polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs bildirdiyi xüsusatlar, yəni Şahid4la birlikdə onun yaşadığı evdə olması, həmin evdən Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilməsi və ya ona qarşı döyülmə və ya zorakılıq göstərilməsi barədə olan ifadəsi tamam yalandır. Şahid4 onunla əməliyyat tədbirində ümumilikdə iştirak etməyib. O, Şahid3la əməliyyat qrupunda olmuşdur. Seymurla birlikdə H.Əliyev prospekti ərazisində Təqsirləndirilən şəxs məxfi əməliyyat məlumatı əsasında saxlayıb Polis şöbəsinə gətirmişlər. Şahid Kürdəmir RPŞ CAB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəridir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən video çəkiliş aparmışdır. Yadındadır ki, vəkil olmadığından Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması 2-3 saat ləngimişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir büküm çıxararaq stolun üstünə qoymuş, pati olduğunu demişdir. O, həmin əşyanı tapdığını və özü istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs hər hansı təsir olmamış, orada Şahid1, müstəntiq, vəkil iştirak etmişlər. Təqsirləndirilən şəxsin və müdafiəçsinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanması ilə əlaqədar əməliyyat tədbirində iştirak etməmişdir. Səlim onun qohumudur. Dəfələrlə Səlimə narkotik vasitə ilə məşğul olmamasını bildirmiş, bu barədə Səlimin atasına da demişdir. Səlim ona şər atır. O, 01 iyun 2024-ci il tarixdə Səlim gildə olmamış, onu Polis şöbəsinə aparmamışdır. Eşitdiyinə görə Səlim yolda saxlanılmış, Polis şöbəsinə aparılmışdır. Ümimiyyətlə o əməliyyat qrupunda olmamış və iştirak etməmişdir. O və Şahid1 Təqsirləndirilən şəxs döyməmiş və ona heç bir fiziki və ya psixoloji təsir göstərməmiş, Şahid3 Təqsirləndirilən şəxs məcburi olaraq narkotik vasutəni boynuna götüməsini tələb etməsinin şahidi olmamış, Təqsirləndirilən şəxs heç bir büküm verməmişdir. Təqsirləndirilən şəxs tam yalan deyir. Səlimə köməklik göstərilməsi barədə Səlimin atası ondan xahiş etmiş, onlar da bunu etmədiyindən ona qarşı şər-böhtan atırlar. Təqsirləndirilən şəxsin və müdafiəçsinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o,taksi fəaliyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qonşusudur. O, 01 iyun 2024-ci ildə Təqsirləndirilən şəxs maqazinə aparmış və onlar bir yerdə olarkən Səlimin atası Şəmsi Səlimə zəng etmiş, polislərin yəni Aqillə Anarın onu axtardığını demişdir. Onlar onun idarə etdiyi avtomobillə saat 13 radələrində Səlimgilin evinə gəlmiş və həmin vaxtı Aqilin avtombilinin Səlimgilin darvazasının yanında dayandığını görmüşdür. O, Aqilin avtomobilinin nömrəsini bilmir, sadəcə bilir ki, onun 07 markalı maşını vardır. Həmçinin bildirmişdir ki, hadisənin dəqiq tarixini iclasa girməzdən əvvəl Səlimin atasından soruşmuşdur. Həmin günü təxminən saat 15.00-da Səlimin atası Şəmsini görmüş və Şəmsi polislərin Səlimi apardığını demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş : -Məhkəmə bioloji ekspertizasının 02 iyun 2024-cü il tarixli, 18/547 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən ...” sözlər və imzalar olan kağız paketi 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi -0.440 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Metamfetaminin təmioz çəkisi- 0.440 qram, tədqiqata sərf olundu 0.05 qram, 0.390 qram qalıq almışdır. - Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2024-cü il tarixli, 1577 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixatrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub, nakomaniya xəstəliyindənəzab çəkmir,narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nakoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər,131) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Kürdəmir rayon Məhkəməsinin hökmündən görünür ki, Kərimov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmamışdır. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-2-165/20243 nömrəli məktubdan görünür ki, Kərimov X2 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, narkoloqun qeydiyyatında durur. - Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdadfiə Fondu 1 saylı X5 Filaialının xx.xx.2024-cü il tarixlıi, 3-17-1/2-147884-2024 nömrli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əmək pensiyası və sosial müavnət almır. -Kürdəmir rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 638 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nıəfər uşaq, xx.xx.2013-cü il təvəllüdlü Sərxan Kərimli, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvüllüdlü X4 adlı uşaqları var. Məhkəmə toplanmış sübutları tam, hərtərəfli və müqayisəli təhlil edərək qiymətləndurmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifdadəsinə zidd olan ifadə vermiş, ifadəsində ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. O, ifadəsində onda aşkar olunması qeyd edilən psixatrop maddə metamfetaminin ona aid olmadığını, polis əməkdaşları tərəfindən Kürdəmir rayon Polis şöbəsinə yaşadığı evindən aldadılaraq gətirilməsini, polis şöbəsində ona qarşı fiziki zor tətbiq edilməklə həmin psixatrop maddəni boynuna götürməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi həmin ifadəsini həm ayrılıqda, həm də məhkəməyədək icraat zamanı toplanmış və məhkəmə iclasında tədqiq olunmuş , eləcə də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müqayisəli təhlil edərək belə hesab edir ki, o, belə ifadə verməklə cinayət məsuliyyətindən müdafiə olunmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası CPM-in 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; 28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; 28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; 28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; 28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. Məhkəmə işə Cinayət prosessual Qanunvericiliyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxaraq, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları araşdıraraq qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi psixotrop maddənin ona məxsus olmaması və ona qarşı fiziki zor tətbiq edilməklə həmin psixatrop maddəni boynuna götürməyə məcbur edilməsi barədə bildirdikləri məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliyi şübhə doğurmayan heç bir sübutla təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə video diskə baxış keçirilmiş, video çəkilişdən göründüyü kimi, Təqsirləndirilən şəxs bədən səthində hər hansı zorakılıq əlamətlərinin olmadığı, vəkillə təmin olunduğu, vəkilin sualına cavab olaraq ona qarşı hər hansı zorakılığın olmamasını bildirməsi, eləcə də sərbəst olaraq psixotrop maddəni təqdim etməsi, izahatında ona aid olduğunu qeyd etməsi görünür. Eləcə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs onun Polis şöbəsində döyülməsi barədə qeyd etdiyi xüsusatların araşdırılması ilə əlaqədar Kürdəmir rayon Prokurorluğuna məlumat verilmiş, məlumatın yoxlanılması nəticəsi olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsindən daxil olmuş materialda Təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən döyülməsi, ona qarşı zorakılıq göstərilməsi barədə xüsusatların təsdiqini tapmadığı və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qarar qəbul edildiyi qeyd edilmişdir. Eləcə də, məhkəmə iclasında müdafiə tərəfi şifahi vəsatət verərək, şahidlər Şahid4 və Şahid5 dindirilməsini xahiş etmiş, həmin şahidlər məhkəmə iclasında dindirilmişlər. Şahid4 təqsirləndirilən şəxsin qohumu olduğunu, xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxsgildə olmadığını, ümumiyyətlə əməliyyat qrupunda olmadığını, Təqsirləndirilən şəxs Kürdəmir rayon Polis şöbəsində döyülməsi, ona qarşı hər hansı zorakılıq göstərilməsinin şahidi olmadığını, ona hər hansı büküm vermədiyini bildirmiş, digər Şahid5 isə qeyri-müəyyən ifadə verərək, təqsirləndirilən şəxsi günorta saatlarında maqazindən yaşadığı evə gətirdiyini, Təqsirləndirilən şəxs evinə girmədiyini, həmin vaxt polis əməkdaşlarını görmədiyini, hadisənin dəqiq gününün dindiriməmişdən əvvəl təqsirləndirilən şəxsin atasından öyrəndiyini qeyd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs onun yaşadığı evdən polis əməkdaşları tərəfindən aparıldığını cinayət işi materiallarında olan onun saxlanması vaxtının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinin xx.xx.2024-ci il tarixli məktubunda hərəkət trayektoriyası ilə üst-üstə düşməməsi ilə izah etməyə çalışmışdır. Belə ki, Kərimov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir və cəzasını çəkib qurtarmamışdır. Ona elektron nəzarət vasitəsi quraşdırılmışdır və hadisə günü vasitə onda olmuşdur. Məhkəmə istintaqı zamanı sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-ci il tarixli məktubu ilə cavab verilmiş, cavab məktubunda Attenti elektron manitorinq sistemindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17.30-da yaşadığı evi tərk edərək 17.36-dan Kürdəmir rayon Polis şöbəsində olduğu qeyd edilmişdir. Cinayət işi materiallarında isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu H.Əliyev prospekti ərazisinda saxlandığı qeyd edilmişdir. Məhkəmə iclasında bu ziddiyyətin araşdırılması üçün ittiham tərəfinin şahidləri təkrar dindirilmiş, Şahid1 əlavə dindirilməsində ilkin sənədləşdirmə aparılarkən texniki səhvə yol verildiyini, əslində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində saxlayıb Kürdəmir rayon Polis şöbəsinə gətirildiyini, müdafiə hüququnun təmin olunması məqsədi ilə vəkil olmadığından 2-3 saat Polis şöbəsində qaldığını, saat 20 radələrində tutularaq üzərində şəxsi axtarış keçirildiyini, ona görə də ilk sənədləşmədə həmin vaxtın, yəni “saat 20 radələrinin” səhvən qeyd edildiyini bildirmişdir. Məhkəmə şahidlərin əlavə ifadəsini digər sübutlarla, o cümlədən şəxsi axtarış istintaq hərəkətinin video çəkilişi, müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələri və digər mötəbər sübutlarla müqayisəli təhlil edərək daha inandırıcı və ağlabatan hesab edir və Təqsirləndirilən şəxs isnad etdiyi bu arqumenti də onun məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinin həqiqəti əks etdirməsi nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslandırıcı arqument hesab etmir. Beləliklə, təqsirləndirilən şəxsin aşkar olunmuş və götürülmüş psixotrop maddəsinin ona məxsus olmaması və polis əməkdaşlarının önu döydükləri üçün məcbur olub həmin psixotrop maddənin ona aid olması barədə bildirdikləri heç bir sübutla təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, şahidlər Şahid1, Şahid4, Şahid3 məhkəmə iclasında verdiyi ifadələrini, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadələri Azərbaycan Respublikası CPM-nin 124, 125 və 126-cı maddələrinin tələblərinə uyğun əldə edilmiş, mümkünlüyü, mənsubiyyəti və aidliyi şübhə doğurmur, cinayət hadisəsinin mexanizmini özündə əks etdirir. Qeyd olunan şəxslərin CPM-in 95.2-ci maddəsində nəzərdə tutulmuş şahid olmalarını qeyri-mümkün edən hallar məhkəmədə müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd olunan ifadələri müqayisəli təhlil edərək təqsirləındirilən şəxsə qarşı elan olunmuş ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qəbul edir və ittihamın düzgün həlli üçün onlardan istifadə edir. Belələklə, məhkəmədə təqqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda psixatrop - metamfetamini əldə etmiş və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə izah etmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmə Plenumunun həmin Qərarının 1-ci bəndində daha sonra göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən və cinayət qanunu normasının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarında nəzərdə tutulan müddəalarından görünür ki, cinayət törətməkdə təqsiri olan şəxsə cəza təyin edilərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır: -Qəsdin obyekti, təqsirin forması və cinayətin ağırlıq dərəcəsi (cinayətin xarakteri); -Cinayətin nəticəsinin ağırlığı, törədilməsi üsulu, vurulmuş zərərin həcmi və s. (cinayətin ictimai təhlükəlilk dərəcəsi); -Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; -Təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar; -Cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (cəzanın məqsədi). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaq olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və iş materiallarında olan hökmün surətindən görünür ki, Kərimov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib. 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmadan hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göstərilən hüquq normalarına əsasən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətsə də, əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş şəxs olduğundan onun hazırkı hərəkətləri cinayətin residivini yaratmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi cəzalar nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsə yenidən təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından yeterli hesab edilə bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növü və həddi, təyin olunacaq cəzanın çəkilib-çəkilməməsinin zəruriliyi məsələlərini həll edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq onun əməlində cəzanı yüngülləşdirən halın oldığını, əməlində ağırlaşdıran halın olmadığını nəzər alır və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmədə müəyyən olundu ki, Kərimov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi 8 ay 08 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1. və 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 08 günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 04 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə qeyd etməlidir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri gələcəkdə hökmün icrasının təmin edilməsi məqsədi ilə həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddəsinə əsasəmn, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrumetmə cəzasının çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisələridir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1,197.1.2 və 197.1.4-cü maddələrinə əsasən, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş və mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ekspertizanın keçirilməsi üçün müəyyən edilmiş 49 manat 74 qəpik ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanseridə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut Kürdəmir RPŞ-də saxlanılan çəkisi 0.390 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 məhkəmədə cinayət işinə baxılan müddətində 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün hər iş saatı 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 manat məbləğində pul ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347.2, 349, 351-353, 356, 358.2-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 08 günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 04 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 03. 06.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq ona qəti olaraq 01( bir) il 07(yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut -Kürdəmir rayon Polis şöbəsində saxlanılan 0,390 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Maddi sübut - 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik ekspertiza xərci tutularaq dövlət nəfinə ( AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-11/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-11/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver