Məhkəmə qərarları › İş №1(041)-110/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-110/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-110/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacıbaba oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının вятяндашы, azərbaycanlı, ali təhsilli, hazırda işləməyən, subay, 2-ci Qarabağ müharibəsi veteranı, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu müvafiq qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə təqsirləndirilən şəxs X1 Suvarma Sistemləri İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8 onun oğlu Şahid3 Fətəli oğlunu X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, X10 İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 onu X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, X10 İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə xx.xx.1972-ci il təvəllüdlü X4 onu X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, X10 İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 onu və oğlu X6 X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində 3000 manat pulunu cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs8 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, X10 İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 onun X2 X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun tanışı Şahid1 “Azərsun Holding”in Hacıqabul rayonu ərazisində yerləşən “Şamaxı Aqropark” na sürücü kimi işə düzəltməsi barədə yalan vəd verib 2023-cü ilin sentyabr ayında Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində yerləşən Kürdəmir kafesinin həyətində 2800 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 onu X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1000 manat və xx.xx.2024-cü il tarixdə səhər saatlarında 200 manat olmaqla ümumilikdə 1200 manat pulu özünə məxsus **********788837 nömrəli “Kapital bank” plastik kart hesabına köçürtdürməklə vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1985-ci il təvəllüdlü X16 onu X10 İdarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir şəhəri H.Əliyev prospektində 1200 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X13 özünü ona elan olunmuş ittiham üzrə tam şəkildə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayır, ali təhsillidir, X10 İdarəsində hüquqşünas işləyib, özü 2-ci Qarabağ müharibəsi veteranıdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası müvafiq qaydada ödənilməmiş və götürülməmişdir. Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X21 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs5 ilə işlədiyi idarənin qarşsında rastlaşdıqda onunla təsadüfən söhbət zamanı idarədə vakant işci yerləri olduğunu və həmin vakant yerlərə işci düzəldə biləcəyini bildirmiş, Hidayət bu barədə tanışlarına deyəcəyini bildirərək oradan çıxıb getmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs8 zəng vuraraq Hidayətə dediyi vakant iş yerləri ilə bağlı onunla görüşmək istədiyini demiş, xx.xx.2023-cü il tarixdə Fətəli işlədiyi idarənin yanına gələrək onunla görüşmüşdür. Fətəli oğlu Elməddini X10 İdarəsinə işə düzəltmək istədiyini demiş, bunun müqabilində Fətəlidən razılaşıb 1500 manat pul almış, Fətəlinin oğlu Elməddin də yanında olmuş və hadisənin şahidi olmuş, pulu verdikdən sonra Fətəli oğlu ilə birlikdə çıxıb getmiş, həmin gün günorta saatlarında Fətəli zəng vuraraq yanına gələrək onunla görüşmüş, Fətəlinin yanında həmkəndliləri Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 olmuş, Fətəli həmkəndliləri Samir və Ələmdarın da həmin idarəyə işə düzəlmək istədiklərini bildirmiş, Samir və Ələmdardan da X10 İdarəsinə işə düzəltməsi üçün hərəsindən 1500 manat pul almış, hər üç şəxsə işlərinin bir ay ərzində düzələcəyi barədə yalandan söz vermişdir. xx.xx.2023-cü il tarixdə Kərimov X3 şəhəri İ.Məmmədov küçəsi ərazisində onunla görüşmüş, Fətəli həmkəndliləri Zərərçəkmiş şəxs5 və onun oğlu X6 X10 İdarəsinə işə düzəltməsi üçün ona hər bir nəfər şəxs üçün 1500 manat olmaqla ümumilikdə 3000 manat pul vermiş, həmin vaxt Fətəlinin oğlu Elməddin də yanlarında olmuş, Fətəlidən Hidayət və oğlu Hekayəti işə düzəlmək adı ilə 3000 manat pul alarkən də ona işin bir ay ərzində düzələcəyi barədə söz versə də aldığı pulları şəxsi ehtiyarclarına xərcləyərək Fətəlinin oğlu Elməddin, Samir, Ələmdar, Hidayət və Hekayətin işlərinin düzəlməsi üçün heç bir hərəkət etməmiş, aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Qonşusu Zərərçəkmiş şəxs3 da həmin vaxt işsiz olduğundan iş axtardığını bildiyi üçün 2024-cü ilin yanvar ayında Mübarizə zəng vuraraq ona X10 İdarəsində işci axtarıldığını və onu həmin idarəyə işə düzəldə biləcəyini təklif etmiş, Mübarizdən bunun müqabilində 1200 manat pul istəmiş, Mübariz razılaşaraq xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1000 manat və xx.xx.2024cü il tarixdə səhər saatlarında 200 manat olmaqla ümumilikdə onun “Kapital bank” plastik bankomat kartına 1200 manat pul yollamışdır. 2023-cü il may ayında Zərərçəkmiş şəxs4 zəng vuraraq X2 X10 İdarəsinə işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, 2000 manat pul müqabilində işə düzəldə biləcəyini demiş, Hacoğlan razılaşaraq xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Kürdəmir şəhəri İ.Məmmədov küçəsinə gəlmiş, onunla orada görüşmüş, oğlu Rusif Hacıyev də yanlarında olmuş, qabaqcadan razılaşdıqları kimi Hacoğlan ona 2000 manat pul vermiş, pulu alarkən Hacoğlana oğlu Rusif Hacıyevi iki ay ərzində X10 idarəsinə işə düzəldəcəyinə dair söz vermişdir. Zərərçəkmiş şəxs2 ilə tanışı Şahid2 vasitəsi ilə tanış olmuşdur, belə ki, 2024-cü ilin yanvar ayında Bayramla rastlaşıb görüşən zaman Bayram qohumu Şahinin iş axtardığını dedikdə Şahini X10 İdarəsinə nəzarətçi kimi işə düzəldə biləcəyini demiş, bunun üçün 1200 manat pul lazım olduğunu Bayrama demiş, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu İcra hakimiyyətinin binasının yaxınlığında Şahinlə görüşmüş, ondan 1200 manat pul almışdır. Zərərçəkmiş şəxs1n ilə birlikdə vətən müharibəsində iştirak etmiş, münasibəti yaranmışdır. Zaurla rastlaşıb görüşən zaman ona “Azərsun Holding” şirkətində sinif yoldaşı olduğunu, əgər iş axtaran tanışı olsa həmin şirkətə işə düzəldə biləcəyini demiş, Zərərçəkmiş şəxs1 tanışı Şahid1 işə ehtiyacı olduğunu və onu işə düzəltmək istədiyini demiş, Zauru Hacıqabul rayonunda yerləşən “Azərsun Holding”ə məxsus Şamaxı Agroparka sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş, bunun qarşılığında ondan 3000 (üç min) manat pul istəmiş, 2800 manata razılaşmışlar. 2023-cü ilin sentyabr ayının əvvəllərində günorta saatlarında Şahid1 Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində yerləşən “Kürdəmir” şadlıq sarayının arxasındakı kafedə onunla görüşərək ona 2800 manat pul və özünə məxsus sənədlərin surətini vermiş, Şahid1 2800 manat pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 ilə danışaraq 2800 manat pulu Şahid1 aldığını və onun işini bir ay ərzində həll edəcəyinə söz vermiş, ancaq həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Yuxarıda adları çəkilən şəxslərdən pul alan zaman yanlarında heç kim olmamış, eləcədə bu barədə heç kimin məlumatı olmamış, onun işci qəbul etmək səlahiyyəti olmamışdır. Yuxarıda adları çəkilən şəxslərdən pulları alarkən onları hər hansı yerə işə düzəltmək imkanı olmamış, bununla bağlı ona heç kim vəd verməmiş, pulları alarkən konkret olaraq məqsədi həmin şəxsləri aldadıb pullarını ələ keçirmək olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs8 hər hansı məbləğdə pul verməmiş, heç nə vəd verməmişdir. Hazırda zərərçəkmiş şəxslərdən birinin pulunu qaytarmış, lakin digər zərərçəkmiş şəxslərə heç bir ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olmasını, müharibə veteranı olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, X8 əvvəllər tanımamış, onunla heç bir ədavəti düşmənçiliyi olmamışdır. 2023-cü ilin may ayında həmkəndlisi Zərərçəkmiş şəxs5 ona Təqsirləndirilən şəxs adlı tanıdığını, Elşadın X10 idarəsində işlədiyini və həmin idarəyə işə adam düzəldə biləcəyini deyərək Elşadın mobil nömrəsini ona vermişdir. Elşada zəng vurub danışaraq X10 İdarəsinin qarşısında onunla görüşmüş, həmin vaxt oğlu Elməddin də yanlarında olmuş, Elşadla söhbət zamanı sonuncu X10 idarəsinə işci düzəldə bildiyini dediyi üçün oğlu Elməddini həmin idarəyə nəzarətçi kimi işə düzəlməsi üçün Elşadla danışmış, Elşad bunun müqabilində ondan 2000 manat pul istəmiş, danışıb onunla 1500 manata razılaşmış, elə həmin gün yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən X10 idarəsinin qarşısında Elşada 1500 manat pul vermiş, Elşad pulu alarkən Elməddini bir ay ərzində işə düzəldəcəyini söz vermiş, bundan sonra Elşad X10 idarəsinə əlavə də işci lazım olduğunu bildirdiyu üçün qayıdıb yaşadığı kəndə getdikdə bu barədə bacısı oğlu Zərərçəkmiş şəxs7 bildirmiş, Ələmdar da əmisi Samirə bildirmiş, Samir və Ələmdar hər ikisi razılaşmışlar, həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Samir, Ələmdar və oğlu Elməddin ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yerləşən X10 İdarəsinin qarşısına gələrək Elşadla görüşmüşlər, Samir Elşada özünü və qardaşı oğlu Ələmdarı X10 İdarəsinə işə düzəltməsi üçün Elşada 3000 manat pul vermiş, Elşad onlara da bir ay ərzində işlərinin düzələcəyini söz vermiş, qayıdıb yaşadıqları kəndə getmişlər. xx.xx.2024-cü il tarixdə Hidayət ona özü və oğlu X6 X10 idarəsinə işə düzəltməsi məqsədilə Elşada verməsi üçün ona 3000 manat pulu vermiş, həmin gün səhər saatlarında həmin 3000 manat pulu Kürdəmir şəhəri İ.Məmmədov küçəsində görüşərək Elşada vermiş, Elşad Hidayət və Hekayəti bir ay ərzində X10 idarəsinə işə düzəldəcəyi barədə söz vermiş, ancaq verdiyi vədə əməl etməyərək, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs8 ilə yaşadıqları kənd ərazisində rastlaşanda Fətəli Təqsirləndirilən şəxs adlı tanıdığı şəxsin X10 idarəsində hüquqşünas işlədiyini, həmin idarəyə işci düzəldə bildiyini demiş, bu barədə işsiz olan əmisi Zərərçəkmiş şəxs6 da demiş, Samir də Kürdəmri suvarma sistemləri idarəsinə işə düzəlmək istəmiş, həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Samir, Fətəli və Fətəlinin oğlu Elməddin ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən X10 idarəsinin qarşısına gedərək orada Elşadla görüşmüşlər, Elşad X10 idarəsinə bir nəfər şəxsi işə düzəltmək üçün 1500 manat pul lazım olduğunu bildirmiş, işə düzəlməsi üçün 1500 manat pulu həmin vaxt Elşada vermiş, həmçinin həmin vaxt Samir də X10 idarəsinə işə düzəlməsi üçün Elşada 1500 manat pul vermiş, Elşad pulu alan zaman ona və Samirə işlərinin bir ay ərzində hazır olacağını söz vermiş, ancaq verdiyi vədə əməl etməmiş, eləcədə pullarını qaytarmayaraq onları aldadıb dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs7 zəng vuraraq X10 idarəsində hüquqşünas işləyən Təqsirləndirilən şəxs həmin idarəyə işci götürdüyünü demiş və onu da həmin idarəyə işə düzəldə biləcəyini demiş, işsiz olduğu üçün razılaşmış, həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ələmdar, Fətəli və Fətəlinin oğlu Elməddin ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yerləşən X10 idarəsinin qarşısına gedərək orada Təqsirləndirilən şəxs ilə görüşmüş, Elşada onu X10 idarəsinə işə düzəlməsi üçün 1500 manat pul vermiş, həmçinin həmin vaxt Ələmdar da işə düzəltməsi üçün Elşada 1500 manat pul vermiş, Elşad ona və Ələmdara işlərinin bir ay ərzində düzələcəyi barədə vəd versədə vədinə əməl etməyərək eləcədə pullarını qaytarmaraq onları aldadıb dələduzluq etmişdir. Ona dəyən ziyanı ödəmədiyi üçün Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onun X10 idarəsində hüquqşünas kimi işlədiyi barədə məlumatı olmuş, onunla düşmənçiliyi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə X10 idarəsinin qarşısında Elşad ilə rastlaşmış, Elşad işlədiyi idarədə vakant işci yerləri olduğunu və əgər tanışı varsa həmin idarəyə nəzarətçi kimi işə düzəldə biləcəyini demiş, yaşadığı kəndə getdikdən sonra bu barədə həmkəndlisi Zərərçəkmiş şəxs8 demiş, Fətəli də oğlu Elməddini X10 idarəsinə işə düzəltməsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında X10 idarəsinin qarşısında Elşada 1500 manat pul vermiş, həmçinin Fətəli bu barədə həmkəndliləri Samir və Ələmdara demiş, Samir və Ələmdar da xx.xx.2023-cü il tarixdə günorta saatlarında X10 idarəsinin qarşısında Elşadla görüşüblər, Samir və Ələmdar X10 idarəsinə işə düzəlmələri üçün hərəsi Elşada 1500 manat pul vermişlər, bundan sonra özünün və oğlu Hekayətin X10 idarəsinə işə düzəlməsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Fətəliyə 3000 manat pul vermiş, Fətəli də həmin tarixdə həmin pulu aparıb Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində Elşada vermiş, Fətəli ona verdiyi 3000 manat pulu Elşada verən zaman Elşad bir ay ərzində işlərinin düzələcəyinə söz vermiş, ancaq Elşad verdiyi vədə əməl etməmiş, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Ona dəyən ziyanı ödəmədiyinə görə hazırda Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti, düşməçiliyi olmamdır. X2 işsiz olduğu üçün 2023-cü il may ayında Təqsirləndirilən şəxs X10 idarəsinə işə adam düzəltdiyini eşidib onun mobil nömrəsinə zəng vuraraq danışmış, Elşad onun oğlu Rusif Hacıyevi X10 idarəsinə işə düzəldə biləcəyini demiş, bunun müqabilində ondan 2000 manat pul istəmiş, razılaşaraq xx.xx.2023-cü il tarixdə səhər saatlarında Elşadın yaşadığı Kürdəmir şəhəri İ.Məmmədov küçəsinə gedərək orada Elşadla görüşüb oğlu 2000 manat pulu sayıb vermiş, Elşad pulu alarkən oğlu Rusif Hacıyevi iki ay ərzində X10 idarəsinə işə düzəldəcəyinə söz vermiş, söz verdiyi vaxt tamam olsada Elşad vədinə əməl etməmiş, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 2000 manat pul verən zaman yanlarında oğlu Rusifdən başqa kənar şəxs olmamışdır. Dəymiş ziyan ödənilmədiyi üçün hazırda Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 WhatsApp vasitəsilə görüntülü ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qonşusudur. Onunla münasibətləri normal olmuş, ədavət və düşməçilikləri olmamışdır. Bakı şəhərində fəhlə işləyir, səhhətində problem olduğu üçün ağır işdə işləyə bilməmiş, 2024-cü ilin yanvar ayında Elşad zəng vuraraq X10 idarəsində işci axtarıldığını və onu həmin idarəyə işə düzəldə biləcəyini demiş, Elşad bunun müqabilində ondan 1200 manat pul istəmiş, razılşaraq xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1000 manat və xx.xx.2024-cü il tarixdə səhər saatlarında 200 manat olmaqla Təqsirləndirilən şəxs ona yolladığı “Kapital bank” kart hesabına ümumilikdə 1200 manat pul yollamış, pulu alarkən Elşad işin iki ay ərzində həll olacağını demiş, Elşadın verdiyi vaxt tamam olsada işini düzəltməmiş, eləcədə pulunu verməyərək onu aldadıb dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ilə danışıb razılaşan zaman və eləcədə ona pul yolluyan zaman yanında heç kim olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 WhatsApp vasitəsilə görüntülü ifadə verərək bildirdi ki, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Elşadla qohumu Şahid2 vasitəsi ilə tanış olmuş, işsiz olduğu üçün qohumu Bayram ilə rastlaşan zaman ona iş axtardığını dedikdə Bayram X10 idarəsində işləyən Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin olduğunu, həmin şəxsin onu işə düzəldə biləcəiyini demiş, Elşadın mobil nömrəsini ona vermiş, Elşada zəng vuraraq onunla danışmış, Elşad onu X10 idarəsinə işə düzəldə biləcəyini deyərək ondan 1200 manat pul istəmiş, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayon icra hakimiyyətinin yaxınlığında Elşadla görüşərək ona 1200 manat pul vermiş, pulu alarkən Elşad işinin bir ay ərzində düzələcəyinə söz vermiş, Elşadın söz verdiyi vaxt tamam olsada işini düzəltməyərək, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışıb və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 WhatsApp vasitəsilə görüntülü ifadə verərək bildirdi ki, 1994-cü ildən 2018-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət etmiş, Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs ilə Vətən müharibəsi zamanı tanış olmuş, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Elşadla görüşən zaman Elşad ona “Azərsun Holding” şirkətində sinif yoldaşının olmasını və həmin yerə işə adam düzəldə biləcəyini bildirmiş, həmin ərəfədə tanışı Şahid1 işə ehtiyacı olmasını nəzərə alaraq Elşaddan Zauru həmin yerə işə düzəltməsini istəmiş, Elşad ona tanışı Zauru Hacıqabul rayonunda yerləşən “Azərsun Holding”ə məxsus Şamaxı Agroparka sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş, bunun qarşılığında ondan 3000 (üç min) manat pul istəmiş, Elşadla 2800 manata razılaşmışlar, 2023-cü ilin sentyabr ayının əvvəllərində Şahid1 2800 manat pul verərək Elşada verməsi üçün onu Kürdəmir şəhərinə yola salmış, Zaur Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində yerləşən “Kürdəmir” şadlıq sarayının arxasındakı restoranda Elşadla görüşərək orada sonuncuya 2800 manat pul və özünə məxsus sənədlərin surətini vermiş, Elşad Zaurdan 2800 manat pulu aldıqdan sonra onunla danışmış, işinin bir ay ərzində həllini tapacağı barədə söz vermiş, ancaq Elşad vədinə əməl etməmiş, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 2800 manat pul verərkən yanlarında kənar şəxs olmamışdır. Ona dəymiş ziyan ödənilmədiyi üçün hazırda Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Fətəli oğlu da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-326/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası ödənilməmiş və götürülməmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X26 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-206135/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. -İş materiallarına əlavə edilmiş İ-37662 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250 s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. -İş materiallarına əlavə edilmiş İ-987 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -İş materiallarına əlavə edilmiş İ-531 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs оьлу X10 İdarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8 onun oğlu Şahid3 Fətəli oğlunu X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 onu X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, X4 onu X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, Zərərçəkmiş şəxs5 onu və oğlu X6 X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində 3000 manat pulunu cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs8 vasitəsilə alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, Zərərçəkmiş şəxs4 onun X2 X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində 2000 manat pulunu alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, Zərərçəkmiş şəxs3 onu X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1000 manat və xx.xx.2024-cü il tarixdə səhər saatlarında 200 manat olmaqla ümumilikdə 1200 manat pulu özünə məxsus **********788837 nömrəli “Kapital bank” plastik kart hesabına köçürtdürməklə vahid niyyətlə alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, X16 onu X10 idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.12024-cü il tarixdə günorta saatlarında Kürdəmir şəhəri H.Əliyev prospektində 1200 manat pulunu alıb ələ keçirərək зярярчякмиш шяхс Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir, Zərərçəkmiş şəxs1 onun tanışı Şahid1 “Azərsun Holding”in Hacıqabul rayonu ərazisində yerləşən “Şamaxı Aqropark” na sürücü kimi işə düzəltməsi barədə yalan vəd verib 2023-cü ilin sentyabr ayında Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində yerləşən Kürdəmir kafesinin həyətində 2800 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Göstərilən əsaslara və hallara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin dələduzluq, rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq, rüşvətxorluqda yalançı vasitəçi - psevdorüşvətçi və sair kimi tövsif edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, CM-in 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 izahatlarından müəyyən oldu ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Lakin Zərərçəkmiş şəxs2 izahatından məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1200 manat ziyanı tam şəkildə ödədiyindən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.14-ci maddəsinə əsasən vurulmuş ziyanı qismən ödəməsi, vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsi cəzasını yüngülləşdirən haldır. Lakin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və sonradan eyni cinayət hadisəsini yenidən törətməsini şəxsiyyətini səciyələndirən mənfi hal kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və sonrakı davranışını, əvvəllər törətdiyi eyni cinayət əməlini təkrar törətməklə təyin olunmuş cəmiyyətdən tam təcrid edilmədən cəzanın onun islah olunmasına kifayət etmədiyini nəzərə alaraq, ona CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət törətmişdir. Məhkəmə hesab edir ki, ona əsas cəza ilə yanaşı, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-41/2024 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalıdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-41/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs kimi tutulmuşdur.xx.xx.2023-cü il tarixdə, saat 19:45-də saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X5 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzrəində qəti olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə 13500 manat maddi ziyanın ödənilmədiyi, iş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 qızına 200 (iki yüz) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-41/2024 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X5 15-16 avqust 2023-ci il tarixdə şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X13 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ümumilikdə dəymiş 13500 manat maddi ziyanın ödənilmədiyi, iş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə X9 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 200 (iki yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar