Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-110/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şahbazova Göyçək Akif qzının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri,Şəhriyar küçəsi,ev 22də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının yanında sonuncu ilə aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol əli ilə ona atdığı şilləni tutub sol əlini qəsdən qararaq ona sol əlin 5-ci barmağının orta falanqasının yerini qismən dəyişmiş sınığı, sol əlin arxa və ön səthinin hemotoması ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Gövhər onun qonşusudur. O, həyətində 6-7 ildir ki, it saxlayır. 9 iyul 2025-ci il tarixdə saat 21 radələrində it hürüb Gövhəri və onun ailəsini narahat etdiyi üçün sonunçu onun ölü və dirilərini söymüş, uşaqlarına qarğış edərək həyat yoldaşı və anasına pis sözlər demişdir. Onun qulağı eşidəeşidə iti açıb atasının baş daşına bağlamasını demiş, o da özünü saxlaya bilməmiş və küçəyə çxaraq qapının ağzında Gövhərlə mübahisə etmişdir. Mübahisə edən vaxtı Gövhər həyat yoldaşını itələyərək, onun qarşısına keçib ona şillə vurmuş, o da özünü müdafiə etmiş, Gövhərin əlini yuxarıda sıxaraq, burub saxlamışdır. Bundan sonra o, çıxıb getmişdir. Onların bundan başqa söz-söhbətləri olmamış, sonradan Gövhərin ondan polisə şikayət etdiklərini bilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, hadisə zamanı onun arvadı, anası, uşaqları və Gövhərin əri də orada olmuşdur. Əməlindən peşmandır. Bütün xərcləri o çəkmiş, zərərçəkmiş şəxsə kömək etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elşad onların qonşularıdır. Olar mübahisəsi itin hürməsi və onları narahat etməsinə görə olmuşduir. Digər qonşuları da bunlarla tez-tez dalaşmışlar. Bütün qonşular itə görə bunlardan narazıdırlar. Onlar dəfələrlə Elşadgilə xəbərdarlıq etmələrinə bxmayaraq Elşad iti gətirib onun pəncərəsinin qarşısına bağlamış, o da qorxusundan pəncərəni açıb yata bilməmişdir. Buna görə də o, Elşada iti aparıb öz pilləkənlərinə bağlamasını demiş, Elşadı yoldaşı onun ölü və dirilərini təhqir etmişdir. 6 aydır ki, onlar zülümdədirlər. 09 iyul 2025-ci il tarixdə saat 21 radələrində yoldaşı onun əsəbləşdiyini görüb Elşadın yoldaşına iti aparıb atasının baş daşına bağlamasını demiş, Elşad da onun söyünü eşidərək gəlib onların qapılarını silkələmiş, o, özü Elşadın qarşısına çıxmışdır. Həmin vaxt Elşadın kimisə vurmasın deyə Elşadı qarşısına keçmiş, Elşad da onun əlini tutaraq burmuş və onun barmağı sınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs həmçinin ona verilən sualllara cavab olaraq bildirdi ki, o, əməli törətmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Elşad Əhmədov barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında Zərərçəkmiş şəxs izahatında göstərdiyi xususatları olduğu kimi təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında Zərərçəkmiş şəxs onların qonşuları Təqsirləndirilən şəxs isə əri olduğunu, Elşadın öz həyətlərində Zərərçəkmiş şəxs ilə aralarında olan hasarın dibinə it bağladığını, Gövhər və ailəsinin həmin itin hürməsindən narahat olduğuna görə tez-tez onlarla mübahisə etdiklərini, 09 iyul 2025-ci il tarixdə saat 21 radələrində Gövhər və əri Şahid1 öz həyətlərindən onların ailələrinin ünvanına ucadan nalayiq sözlər dediyinə görə əri Elşadın hirslənərək küçəyə çıxıb qonşuları Gövhərgilin küçə qapısına getdiyini, o və qaynanası Firuzənin dərhal onun arxası ilə küçəyə çıxdıqda Elşadla Gövhərin mübahisə etmələrini gördüklərini, Gövhərin sol əli ilə Elşadı vurmaq istədikdə Elşadın onun sol əlini tutub qararaq Gövhərin sol əlinə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 izahatında Şahid3 izahatında göstərdiyi xususatları olduğu kimi təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə şikayət ərizəsi daxil olmuşdur (i.v. 1); Kürdəmir rayon X2 Hüquqi Şəxsdən alınmış PHŞ-18-1-49\2-706/2025 nömrəli xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Kürdəmir şəhəri, Şəhriyar küçəsi, ev 22-də yaşayan Əhədov X1 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v.28); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-5612/2-87 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərdən ibrarət ailə tərkibi vardır (i.v.29); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.30) Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialından alınmış 3-17-1\2-168228/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubndan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fondun 1 saylıX3 filialında əlilliyə görə pensiya, müavinət almır (i.v.33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur (i.v.35) Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" ETT Birliyi Kürdəmir rayon şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli 271 nömrəli rəydən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətləri müəyyən edilmişdir: sol əlin 5-ci barmağının orta falanqasının yerini qismən dəyişmiş sınığı, sol əlin arxa və ön səthinin hemotoması. Həmin xəsarətlər küt əşya təsirindən törənmişlər, müddəti xx.xx.2025-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.37-38); RPŞ-nə verilmiş tapşırığa alınmış 21 iyul 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həyata keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə saat 21 radələrində küçə qapısının yanında aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sol əlini tutub sıxıb qararaq çeçelə barmağını qırmışdır. Hadisəni həmin vaxt orada olan Nağı, Firuzə və Asimə görmüşdür. Hadisə zamanı və dərhal sonra hadisə yerinə kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmamışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam həcmdə ödəmişdir. Onun haqqında heç bir şikayəti yoxdur. Odur ki, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, ibtidai istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 12 (on iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 143 (bir yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 144 (bir yüz qırx dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-110/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-110/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver