Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-111/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Şamaxı rayonu, Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya edərək əkib yetişdirmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin mart ayının sonlarında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən çöl sahəsində torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Qazax avtomobil yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində saxlanılaraq üzərinə üst yoxlaması keçirilərkən idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin salonundan 01 ədəd polietilen torbada 11 ədəd təmiz çəkisi 30.0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 1-2 dəfə istifadə etmişdir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün bu ilin mart ayının sonlarında Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində avtomobil yolunun kənarında su kanalının yanında 11 ədəd narkotik tərkibli çətənə bitkiləri əkmiş, işlədiyi Ağdam rayonuna gedib-gələrkən yolda avtomobilini saxlayıb həmin bitkilərə qulluq etmiş, suvarıb diblərini boşaltmış, yetişdirmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Kürdəmir rayonuna gəlib həmin kolları suvarmış, böyüdüklərini görüb yerlərini dəyişib kökündən çıxarıb Abşeron rayonu, Qobustan kəndinə yaşadığı evin həyətinə aparmaq istəmiş, əkdiyi həmin 11 ədəd bitkiləri kökündən çıxarıb 01 ədəd polietilen torbaya yığaraq idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda gizlədib saxlayaraq yaşadığı Abşeron rayonuna yola düşmüşdür. xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində avtomobilini saxlamış, avtomobildən yerə düşərək piyada hərəkət edən zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli olduğunu bildirərək onu saxlamışlar. Videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda üzərində heç nə olmadığını, ancaq idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtyomobilinin salonunda 11 ədəd narkotik tərkibli çətənə kolu olduğunu bildirmiş, bundan sonra 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində narkotik tərkibli çətənə kolları olduğunu bildirmiş, həmin torba polis əməkdaşı tərəfindən açılıb içərisinə baxış keçirilən zaman orada narkotik tərkibli 11 ədəd çətənə bitkilərinə bənzər bitkilər olması aşkar olunmuş, həmin bitkilər ekspertizaya təqdim olunacağı bildirilərək qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, Kürdəmir rayonu, Sor- Sor kəndi ərazisində cari ilin mart ayının sonlarında 11 ədəd narkotik tərkibli çətənə bitkiləri əkməkdə məqsədi həmin bitkiləri yetişdirib narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını qarşılamaq, yəni şəxsi istifadə etmək olmuş, hər hansı şəxsə satmaq niyyəti olmamış, bu barədə heç kimin məlumatı olmamış, eləcədə bu işdə ona heç kim kömək göstərməmişdir. O, bundan başqa heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, Kürdəmir NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əldə olunmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30-də Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılmış, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç nə olmadığını, ancaq idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda 01 ədəd polietilen torbada narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Həmin 01 ədəd polietilen torbaya baxış keçirilmiş, içərisində 11 ədəd çətənə kollarına bənzər kollar olması müəyyən olunmuş, həmin kollar qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilən X4 verilmiş suallara cavabında həmçinin bildirdi ki, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla ədavəti düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş kollar narkotik tərkibli çətənə kollarıdır, bir müddət əvvəl Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində Kürdəmir-İmişli avtomobil yolunun kənarında əkmiş, həmin gün isə torpaqdan çıxarıb avtomobilə qoyaraq yaşadığı evə aparmaq istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Zülfiqar oğlu şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında 27 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir rayonu Atakişili kəndi ərazisində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmişdir. Üst yoxlaması keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç nə olmadığını, ancaq idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda 01 ədəd polietilen torbada narkotik tərkibli çətənə kolları olduğunu bildirmiş, həmin 01 ədəd polietilen torbaya baxış keçirilmiş, içərisində 11 ədəd çətənə kollarına bənzər kollar olması müəyyən olundu. Həmin kollar qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürüldü. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir.(i.v.9-10)şübhəli şəxsin tutulması haqqında 27 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05.30-da CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14,16-17); əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi1 və Kürdəmir rayonu rayon dövlət X6 bitkiçilik sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışan X5 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik tərkibli çətənə kollarına bənzər kollar zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır (i.v.40); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 05:30-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Азярбайъан Республикасы ЪМ-нин 237.1-ci maddəsində нязярдя тутулан ъинайят ямялini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 04:30-dən hesablanmışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs ... 11 ədəd..” sözləri və imzalar olan kağız paketdə 03 ədəd iç-içə keçirilmiş torbada olan 01 ədəd ağ kağız bükülü 11 ədəd yaş vəziyyətdə təmiz çəkisi -30.0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabıs) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 11 ədəd çətənə (kannabıs) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (i.v.50); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilmişdir (i.v. 55); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.68-69); təqsirləndirilən şəxsin MYS-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan grünr ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v.72-73); maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qəradan görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əkilib-becərilməsi qadağan olunuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 29.78 qram qalığı iş üzrə əhəmiəyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i.v.79-80); əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Sor-Sor kəndindən keçən hissəsində qanunsuz olaraq 11 ədəd tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib becərmişdir. Onun çətənə bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir (i.v.88); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.110); “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025ci il tarixli 18-1-20/2-2123/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (i.v.116); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-cü il tarixli 1155 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.117); Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 218 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 5 nəfərdən ibarət ailə tərkibi vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.120-121); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cü qrafasına əsasən xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, qurudulmayan marixuananın (kannabis) aşağı hədləri 25 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum edilməməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Qobustan kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 11 (on bir) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 121 (bir yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Qobustan kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 29,78 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın Təqsirləndirilən şəxs göstərdiyi cəmi 11(on bir) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 121 (bir yüz iyirmi bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-111/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-111/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver