Məhkəmə qərarları › İş №1(041)-112/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-112/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-112/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi – 0.244 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə il tarixdə, saat 06:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd polietilen bükümdə, xeyli miqdarda, təmiz çəkisi – 0.244 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. O, narkotik vasitədən arabir istifadə edir. xx.xx.2025-ci il tarixdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasını eşitdiyi “Baba” adlı İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. “Baba” adlı İran vətəndaşı ilə 1 qram narkotik vasitə heroini 50 manat qarşılığında almaq barədə razılaşmışdır. Bundan sonra “Baba” ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış və ona 50 manat pul göndərmişdir. Bundan sonra “Baba” ona Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitə heroini qoyduğu yerin fotoşəkilini və ünvanını “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. O, da konumda göstərilən həmin ünvana gedib 01 ədəd polietilen bükümdə olan narkotik vasitə heroini götürmüşdür. Həmin narkotik vasitə heroinindən istifadə etdikdən sonra istifadə etdiyi polietilen bükümü siqaretin kağız bükümünə qoymuş sonra isə falqa və trubuçka ilə birlikdə pul qabına qoyub şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində yaşadığı kənd ərazisində piyada gəzərkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan gödəkcənin sol iç cibindəki pul qabı içərisindən 01 ədəd falqa, 01 ədəd trubucka və 01 ədəd kağız bükümə bükdüyü içərisində heroin olan polietilen bükümü çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən üzərindən 01 ədəd mobil telefon aşkar olunmuşdur. Sonra həmin 01 ədəd büküm qablaşdırılaraq o və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, o, nə psixotrop maddələrin nə də ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Başqa heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Törətdiyi əməldən səmimi peşiman olmuşdur. Ailənin yeganə qazanc gətirənidir, xəstədir, himayəsində azyaşlı övladları var. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, razılıq verildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 06:00 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlamışlar. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd pul qabı içərisindəki 01 ədəd borucuq, 01 ədəd falqa və 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən 01 ədəd mobil telefon aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlə və telefon qablaşdırılaraq üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Şahid qismində dindirilən Şahid1 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu və onu “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıdığı və “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığı “Baba” adlı İran vətəndaşından 50 manat pul qarşılığında aldığını, narkotik vasitəni şəxsi istifadə etmək üçün cibinə qoyduğunu, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər Kürdəmir rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Zülfiqar oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 Zülfiqa oğlunun və Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru X1 iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd pul qabı içərisindəki 01 ədəd borucuq, 01 ədəd falqa və 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirdi. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən 01 ədəd mobil telefon aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni “Baba” adlı İran vətəndaşından 50 manat pul müqabilində aldığını bildirmişdir (i.v.9-11); şübhəli şəxsin tutulması haqqında 20 may 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08.20-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14, 26-27); xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 Zülfiqar oğlunun, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru X1 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş bükümün qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paket açılaraq baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd pul kisəsinin içərisində 01 ədəd borucuk, 01 ədəd kağız falqa və 01 ədəd polietilen büküm olması müəyyən edilmişdir. 01 ədəd polietilen büküm açılıb baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd polietilen bükümdə olan kütlə “Çin” istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkisinin 0.38 qram olması müəyyən edilmişdir. 01 ədəd polietilen bükümdə olan kütlə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu və onu 50 manat pul qarşılığında “Baba” adlı İran vətəndaşından aldığını, narkotik vasitəni şəxsi istifadə etmək üçün cibinə qoyduğunu, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v.36-38); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.244 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd borucuğun və 01 ədəd folqanın içərisində narkotik vasitə heroinin izləri vardır. Heroinin təmiz çəkisi – 0,244 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq – 0,194 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) təşkil etmişdir (i.v. 45-49); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilmişdir (i.v. 51); həbs qətimkan tədbirinin seçilməsi haqqında Kürdəmir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmışdır (i.v.70-74); “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-579/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (i.v.92); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 0.244 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra – 0.194 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.93-94); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 436 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət ailə tərkibi vardır, onlardan 2-si azyaşlıdır (arvadı- Ş.Ə.Həşimova xx.xx.1992-ci il təvəllüdlü, oğlu- S.Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü, qızı- X.Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.97-98); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 962 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (İ.V.114); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.117-121); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçimiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altında vermə qətimkan tədbiri ilə əvəz edilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.128-129); xx.xx.2025-ci il tarixli iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin kimliyini və yerini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə, daşımaqda heç kim köməklik göstərməmiş, yəni onunla heç kim əlbir olmamışdır (i.v.140); sübutların qiymətləndirilməsi barədə 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədə saxlanılmış, ekspertiza tədqiqatından sonra qalıq qalan heroinin 0.194 qram qalığının saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə verilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin kimliyini və yerini müəyyənləşdirmək üçün cinayət işindən material ayrılmış və araşdırılma aparılması qərara alınmışdır (i.v. 144-153); Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2036 nömrəli arayışdan görünür ki, Həşimov X4 rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi küçəsində yerləşən evdə yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, heroinin aşağı hədləri 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 11 (on bir) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 121 (bir yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbs və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Kürdəmir RPŞ-də saxlanılan 0.194 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 11 (on bir) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 121 (bir yüz iyirmi bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar