Məhkəmə qərarları › İş №1(041)-113/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-113/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-113/2024 08.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın iştirakı ilə xx xxxxxx 1998-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşul olan, Şamaxı rayonu Qurdtəpə kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən “Arif” marketin yaxınlığında qohumu Zərərçəkmiş şəxs ilə sonuncuya toyda onu oynamağa icazə vermıəyən şəxsi yanına gətirməməsi səbəbindən aralarına şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı yumruqla və təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona başın alın nahiyəsinin sıyrığı, qapalı kəllə beyin travması, baş beyin silkələnmıəsi, sağ gözətrafı nahiyəsində qançır-hematoma, həmin gözün ağlı qişasında qançır, sol gözaltı nahiyəsinin hematoması, burun nahiyəsinin şişkinliyi, qançır, burunüstü nahiyədə sıyrıq, sol dirsək nahiyəsinin sıyığı, sol əlin İİ barmağında hərəkət məhdudluğu, üst çənədə V dişin sınması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə qohumu Şamilin bacanağı Kürdəmir rayonu Atakişili kənd sakini Şahid3 oğluna Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyi üçün onunda həmin toya dəvətli olduğunu, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinə gəldiyini, toyda bir qədər spirtli içki qəbul etdiyini və oynamaq qərarına gəldiyini, saat 23 radələrində musiqiçilərə yaxınlaşıb oynamaq üçün musiqi sifarişi verdiyini, lakin toyda tanımadığı şəxsin onu toyda oynamağa qoymadığını, ona görədə həmin şəxslə aralarında restoranın həyətində sözlə mübahisənin olduğunu, mübahisə zamanı restoranın həyətindən çıxdığını, bu vaxtı Şamilin onun yanına gəlib onu sakitləşdirərək onunla söhbət etməyə başladığını, Şamil ilə küçədə aralarında sözlə mübahisənin başladığını, mübahisə zamanı onların yanında Vüqar adlı şəxsin olduğunu, restoranın girişdən bir qədər aralaşıb piyada “Arif” marketin yaxınlığına gəldiklərini, yenidən Şamil ilə aralarında sözlə mübahisənin başladığını, mübahisə zamanı Şamilin onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, sonra isə Şamilin onun yaxasından tutaraq onu vurmaq istədiyini, Şamilin onu küçənin ortasında nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə Şamilin sifət və baş nahiyəsinə yumruqla bir neçə dəfə vurduğunu, Şamilin sifət nahiyəsindən xəsarət aldığı üçün onun yanından çıxıb getdiyini, Şamil ilə aralarında baş vermiş dava dalaş zamanı Vüqarın mağazaya siqaret almağa getdiyini, həmin vaxtı yanlarında heç kimin olmadığını, Vüqarın onların yanına sonradan gəldiyini, onunla aralarında baş vermiş dava dalaşın 5-10 dəqiqə çəkdiyini, ətrafa kənar şəxslərin toplaşmadığını, ictimai qaydanın pozulmadığını bildirmişdir. O, Şamillə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyinin olmadığını, xx.xx.2024-cü il tarixdə, bacanağı Kürdəmir rayonu Atakişili kənd sakini Şahid3 oğluna Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyi üçün və onunda həmin toya dəvətli olduğunu, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinə gəldiyini, toyda bir qədər spirtli içki qəbul etdiyini, saat 23 radələrində restoranın giriş qapısının yanında dayandığını, bu vaxtı Anarın toyda musiqi sifarişi üstündə mübahisə edib çölə çıxdığını gördüyünü, həmin vaxtı Anarın yanına gedib onu sakitləşdirmək istədiyini, Anarla aralarında sözlə mübahisənin başladığını, Anarla birgə yolun kənarı ilə üzü “Arif” market istiqamətinə piyada hərəkət etməyə başladıqlarını, yanlarında Anarın tanışı Kürdəmir rayonu Atakişili kənd sakini Şahid1 olduğunu, Anar həmin vaxtı spirtli içikinin təsiri altında olduğunu, yolun kənarında “Arif” marketin yaxınlığında Anarla söhbət edib onu sakitləşdirmək istəyən zaman Anarın toyda onun musiqi sifarişini kəsən şəxsi tapıb onun yanına gətirməyi ondan istədiyini, bu vaxtı Anara onlarda bizim qohumumuzdur sözlərini dediyini, Anarın yanında olan Vüqar isə ona söhbətin nə yerdə olması ilə bağlı sənin məlumatın yoxdur sözlərini dediyini, Anarın isə bu vaxtı onun yaxasından yapışıb yumruqla onu vurmaq istədiyini, Anarı özündən aralamaq üçün onun yaxasından yapışdığını, Anarın isə onu küçənin ortasında nalayiq ifadələrlə söyüb təqhir edərək onu yerə yıxdığını, sonra isə yerdə yumruqla və təpiklə baş, sifət eləcədə bədənimin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vurduğunu, həmin vaxtı özündə olmadığını, təxminən 5-10 dəqiqədən sonra ayıldığını, ayağa qalxdığını, ətrafda heç kimi görmədimyini, Anarın onu yumruq və təpiklə vurduğuna görə sifət nahiyəsinin qan içində olduğunu gördüyünü, yolun kənarı ilə üzü Atakişili kəndi istiqamətinə piyada hərəkət etməyə başladığını, yolda qaynı Şahid4 ilə rastalaşdığını, Naqifin ona kömək edərək onu yaşadığı evə apardığını, Anarın onu yumruq və təpiklə vurması nəticəsində sifət, baş, sol qol, sol əlinin ikinci barmağından xəsarət aldığını, həmçinin dişinində sındığını, Anarla aralarında baş vermiş dava dalaş zamanı onların yanında onun dostu Vüqardan başqa ətrafda heç kimin olmadığını, baş vermiş dava dalaş zamanı ətrafa kənar şəxslərin toplaşmadığını, ictimai qaydanın pozulmadığını, onunla aralarında baş vermiş dava dalaşın təxminən 5-10 dəqiqə çəkdiyini bildirmişdir. Onlar barışmamş və ona dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir və Anara ağr cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, xx.xx.2024-cü il tarixdə, qonşusu Kürdəmir rayonu Atakişili kənd sakini Şahid3 oğluna Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyi üçün və həmin toya dəvətli olduğunu, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinə gəldiyini, toyda bir qədər spirtli içki qəbul etdiyini, saat 23 radələrində restoranda həmkəndlisi Nuru adlı şəxslə sonradan tanıdığı Anar adlı şəxs arasında musiqi üstündə mübahisənin başladığını, sonra isə onların restoranın həyətinə çıxdığını, bu vaxtı Nurunun Anardan aralışıb getdiyini, Anar isə restoranın yerləşdiyi küçəyə çıxdığını, küçədə Anar ilə Şamil arasında sözlə mübahisənin başladığını, onların yanına gedib onları sakitləşdirmək istədiyini, lakin Anar və Şamilin ona məhəl qoymayıb küçə ilə üzü “Arif” market istiqamətinə hərəkət etməyə başladıqlarını, Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Arif” marketin yaxınlığında olan zaman Şamil ilə Anarın yenidən mübahisə etməyə başladıqlarımı, həmin marketə su almağa girdiyini, təxminən 5 dəqiqədən sonra marketdən çölə çıxdığını, Şamili yerədə uzanılı vəziyyətdə və sifət nahiyəsinin qan içində olduğunu gördüyünü, dərhal ona yaxınlaşıb kömək etdiyini, Şamildən nə baş verdiyini soruşduğunu, bu vaxtı Şamilin ona Anarın onu toyda musiqi sifarişini kəsən şəxsi tapıb onun yanına gətirmədiyinə görə döydüyünü dediyini, sonra isə taksiyə əyləşib Şamilin yanından çıxıb getdiyini, mağazandan çıxan zaman ətrafda Şamildən başqa heç kimi görmədiyini, onlar arasında baş vermiş mübahisəyə qarışmadığını, fikirinin sadəcə Şamili və Anarı sakitləşdirmək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, xx.xx.2024-cü il tarixdə, dayısı Elmanın oğlu Əlövsətə Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyini, dayısı Elmanın Şamil və Anarı həmin toy məclisinə dəvət etdiyini, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinin başladığını, onunda həmin toy məclisində iştirak etdiyini, saat 23 radələrində toy məclisi yekunlaşanda Anarın musiqiçilərlə musiqi sifariş üstündə mübahisə etməyə başladığını, ona görədə Anarı dayısı Elman ilə restorandan çıxarıb sakitləşdirdiklərini, Anarında restoranın həyətindən çıxıb getdiyini, sonradan Şamil ilə Anar arasında Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Arif” marketin yaxınlığında dava dalaş olması, baş vermiş dava dalaş zamanı Anarın Şamili döyüb xəsarət yetirməsini, həmin vaxtı onların yanında qonşusu Şahid1 olması barədə eşitdiyini, restoranın həyətində Anarla aralarında heç bir mübahisə və münaqişənin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, Təqsirləndirilən şəxs isə qohumu olduğunu, onlarla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, xx.xx.2024-cü il tarixdə, bacanağı Şahid3 oğlu Əlövsətə Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyini, Şamil və Anarında həmin toy məclisində iştirak etdiklərini, elə həmin günü saat 18 radələrində toy məclisinə gəldiyini, “Sabrina” restoranında keçirilən toy məclisinin başladığını, saat 23 radələrində toy məclisi yekunlaşan zaman Anarla qohumu Şahid2 arasında musiqi sifariş üstündə mübahisənin olduğunu, həmin vaxtı restorandan çıxıb getdiyini, sonradan X5 rayonu Qaraqocalı kəndi ərazisində “Arif” marketin yaxınlığında döyüb xəsarət yetirməsini eşitdiyini, dərhal həmin yerə getdiyini, yolda Şamil ilə rastlaşdığını, Şamilin sifət və baş nahiyəsinin qan olduğunu görüb ondan nə baş verdiyini soruşduğunu, bu vaxtı Şamilin ona Anarın onu döydüyünü həmin vaxtı yanlarında qonşusu Şahid1 olduğunu dediyini, ona görə də Şamili yaşadığı evə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid4 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 30 avqust 2024-cü il tarixli 376 nömrəli rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin sıyrığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözətrafı nahiyəsində qançır-hematoma, həmin gözün ağlı qişasında qançır, sol göz altı nahiyəsinin hematoması,burun nahiyəsinin şişkinliyi, qançır, burunüstü nahiyədə sıyrıq, sol dirsək nahiyəsinin sıyrığı, sol əlin İİ barmağında hərəkət məhdudluğu, üst çənədə V dişin sınması -küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 27 avqust 2024-cü il tarixdə əmələ gələ bilərdi - Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (bax iş vər. 45-47) İş materiallarına əlavə edilmiş Şamaxı rayon İHB-nin Qurdtəpə kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-75-37/2-73/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayır. (bax iş vər. 3724) İş materiallarına əlavə edilmiş Şamaxı rayon İHB-nin Qurdtəpə kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur. (bax iş vər. 35) İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Şamaxı rayon X3 Hüquqi Şəxsdən alınmış 18-1-72/2-140/2024 nömrəli məktubdan görünür ki, Şamaxı rayon Qurdtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. (bax iş vər, 43) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə X8 Regional Filialından alınmış 3-17-1\2-220253\2024 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X7 Regional filialında heç bir növ pensiya, müavinət və ya təqaüd almır.(bax iş vər,44) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər,40) İş materiallarında olan AZ-İV N 938780 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci ildə anadan olmuşdur.(bax iş vər. 39) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən “Arif” marketin yaxınlığında qohumu Zərərçəkmiş şəxs ilə sonuncuya toyda onu oynamağa icazə verməyən şəxsi yanına gətirməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla və təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət, baş və bədinin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona başın alın nahiyəsinin sıyrığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözətrafı nahiyəsində qançır-hematoma, həmin gözün ğlı qişasında qançır, sol göz altı nahiyəsinin hematoması,burun nahiyəsinin şişkinliyi, qançır, burunüstü nahiyədə sıyrıq, sol dirsək nahiyəsinin sıyrığı, sol əlin İİ barmağında hərəkət məhdudluğu, üst çənədə V dişin sınması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən əsarətlər yetirmişdir. Məhkəmə əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxin izahatı, şahidlərin ifadələri ilə, ekspertiza rəyi, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağını olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Cəzasını ağıraşdıran hallar müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar