Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-113/2025 09.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Bakı prospektində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyyələrindən əli ilə bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona sol dirsək nahiyyəsinin sıyrığı və sağ bazu nahiyyəsinin qançırları ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan, başın ənsə nahiyyəsinin hematoması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. 2018-ci il tarixdən Kürdəmir şəhər sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahda yaşamış, lakin 2025-ci il aprel ayından ondan ayrılmış, həmin vaxtdan Afaqla aralarında bir neçə dəfə münaqişələr olmuşdur. Sonuncu dəfə 18 iyun 2025-ci il tarixdə saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus **-UJ-*** qeydiyyat nişanlı "Vaz 21074" markalı avtomobili Kürdəmir şəhəri Bakı prospektində yerləşən "Oba" marketdən bir qədər aralıda saxladıqdan təxminən 20 dəqiqə sonra Afaq ona yaxınlaşaraq adına olan və əvvəllər istifadə etdiyi 070 *** ** ** saylı mobil nömrəni ona verməsini istəmişdir. Afaqa həmin mobil nömrəni qırdığını bildirdikdə aralarında mübahisə yaranmışdır. Afaq onun yaxasından yapışaraq gözündə olan gün eynəyini əliylə götürüb yerə atmış, bundan sonra Afaq avtomobilin qapısının tutub dartdıqda onun biləklərindən tutaraq kənara itələmiş, lakin Afaq yenidən avtomobiliə tərəf gedib zədə yetirmək istədikdə kənarlaşdırmaq üçün Afaqa bir neçə dəfə sağ əlilə qəsdən vurmuşdur. Bu zaman ətrafda toplaşan şəxslər Afaqı və onu sakitləşdirib aralaşdırmışlar. Həmin vaxt Afaq ünvanına nalayiq ifadələr işlətmiş bu səbəbdən özünə məxsus avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Sonradan Afaqın barəsində DİN-in 102 xidmətinə müraciət etməsini öyrənmişdir. Həmin vaxt yanlarında heç kim olmasa da ətrafda tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci il tarixdən Qarasu kənd sakini Təqsirləndirilən şəxs ilə qeyrirəsmi nikahda yaşamış, lakin 2025-ci il aprel ayından onunla ayrılmışdır. Həmin vaxtdan Samirlə aralarında bir neçə dəfə münaqişələr olmuşdur. Sonuncu dəfə 18 iyun 2025-ci il tarixdə saat 18 radələrində Samirin onun adına olan 070 *** ** ** saylı mobil nömrədən "Whatsapp" mobil tətbiqində hesab açaraq istifadə etdiyini görmüşdür. Bu səbəbdən Samiri Kürdəmir şəhəri Bakı prospektində "dördyol" dairəsi adlanan ərazidə özünə məxsus avtomobildə əyləşməsini görüb ona yaxınlaşıb nömrəsini geri verməsini tələb etdikdə Samir onun ünvanına nalayiq ifadələr işlədərək getməsini tələb etmişdir. Təhqir etdiyi üçün onun dizinin üzərində olan gün eynəyini götürüb qıraraq yerə atmış, bundan sonra Samir avtomobildən düşüb saçından tutaraq baş nahiyyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmiş, həmçinin sol qolundan tutaraq itələyib yerə yıxmaqla qolunu da xəsarət yetirmiş, bu zaman ətrafda toplaşan şəxslər onu sakitləşdirərək ondan aralaşdırmışlar, daha sonra DİN-in 102 xidmətinə və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Samirin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmasa da, onun tutulmasını istəmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Bakı prospektində tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyyələrindən əli ilə bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona xəsarətlər yetirmişdir. - 30 iyun 2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü barədə müraciəti əsasında Kürdəmir RPŞ-nin təhqiqt bölməsində toplanmış HK-1/1102 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. - 19 iyun 2025-ci il tarixli müşahidə kamerası görüntülərinə baxış və götürmə haqqında protokoldan və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi faktını özündə əks etdirən DVD diskdə olan görüntüdən məlum olur ki, aralarında yaranmış mübahisə zamanı Samir Afaqın qolundan tutur, daha sonra isə baş bədən nahiyəsinə sağ əli ilə zərbə endirir. Həmin vaxt ətrafda olan kənar şəxslər avtomobilin ətrafına toplaşır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdiriliş elektron informasiya sistemindən alınmış xx.xx.2025-ci il tarixli əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan məlum olur ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Təqsirləndirilən şəxs təyin olunmuş əlilliklə bağlı məlumatı mövcud deyil. - Kürdəmir RİHB-nın Qarasu kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Abışov X1 rayon Qarasu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 234 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər -başın ənsə nahiyəsinin hematoması, sol dirsək nahiyəsinin sıyrığı və sağ bazu nahiyəsinin qançırları küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol dirsək nahiyəsinin sıynğı və sağ bazu nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-365/2025 nömrəli məktubdan görünür ki, Abışov X1 RMXnin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə demişlər, belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Bakı prospektində aralarında yaranmış mübahisə zəminində Samirin onu əli ilə vuraraq xəsarət yetirməsini demişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 234 saylı rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadan ibarət cinayət əməlidir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Bakı prospektində tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyyələrindən əli ilə bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona xəsarətlər yetirmişdir. 19 iyun 2025-ci il tarixli müşahidə kamerası görüntülərinə baxış və götürmə haqqında protokoldan və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi faktını özündə əks etdirən DVD diskdə olan görüntüdən məlum olur ki, aralarında yaranmış mübahisə zamanı Samir Afaqın qolundan tutur, daha sonra isə baş bədən nahiyəsinə sağ əli ilə zərbə endirir. Həmin vaxt ətrafda olan kənar şəxslər avtomobilin ətrafına toplaşır. Göründüyü kimi, cinayət əməlinin törədildiyi məkan-Kürdəmir şəhəri, Bakı prospekti, “Bərəkət” marketinin qarşısı ictimai yer hesab edilir. İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət qanunvericiliyinə görə xuliqanlıq (CM-nin 221-ci maddəsi) adlanır. Lakin tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində, zərərçəkən şəxsin təşəbbüsü ilə başlandığı özlərinin ifadəsi və işdə olan sənədlərlə tam sübuta yetmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun yaşayış yeri üzrə mənfi xarakterizə olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonunun Qarasu kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Qarasu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Qarasu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-113/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-113/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver