Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-114/2023 05.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə 15 aprel1962-ci ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 375,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan polietilen torbada təmiz çəkisi - 375.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olsa da Kürdəmir rayonu Atakişili kəndində ailəsi ilə birlikdə yaşayır. 4-5 ildir ki, ağrıları olduğu üçün narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən 5 gün əvvəl yaşadığı Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən su kanalının kənarından 02 ədəd çətənə kolu tapmışdır. O, həmin kolların üzərindəki yarpaqlarını dərib yığaraq orada quruması üçün yerə sərmiş və üzərini torbalarla örtmüşdür. xx.xx.2023-cü il tarixdə həmin çətənə kollarından dərib qurutduğu marixuananı evə aparıb gizlətmək üçün polietilen torbaya yığaraq götürmüşdür. O, piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında əsaslı şübhə olduğunu bildirib RPŞ-yə gətirmişlər. Şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilmiş və təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən o, üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbanı təqdim etmışdır. Təqdim etdiyi polietilen torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmışdır. Bundan başqa müstəntiq tərəfindən üzərinə şəxsi axtarış zamanı əynində olan ağ rəngli köynəyinin sol ön cibindən 01 ədəd “Bro” markalı siqaret paketi, 01 ədəd alışqan, əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 manat pul əsginazı və 50 qəpik, 01 ədəd “f+” markalı mobil telefon, həmin şalvarın arxa cibindən 01 ədəd cib dəsmalı aşkar edilmişdir. Üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd “Bro” markalı siqaret paketi, 01 ədəd alışqan, 01 manat pul əsginazı, 50 qəpik və 01 ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd “f+” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün ayrıca götürülmüşdür. 01 ədəd polietilen torba qablaşdırılaraq üzəri möhürlənmiş, üzəri onun, müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbada aşkar edilmiş 375.0 qram narkotik vasitə qurudulmuş marixuananı 5 gün öncə yaşadığı Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən su kanalının kənarından tapdığı 02 ədəd çətənə kolu üzərindən yığmışdır. Onu aparıb yaşadığı evdə gizlətmək və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, özünün Əfqanıstan və İ Qarabağ döyüşlərində iştirakçı olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu nəzərə alıb alıb,ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 03.30 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyi bildirib RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əlində saxladığı 01 ədəd polietilen torbanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi polietilen torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynində olan ağ rəngli köynəyinin sol ön cibindən 01 ədəd “Bro” markalı siqaret paketi, 01 ədəd alışqan, əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 manat pul əsginazı və 50 qəpik, 01 ədəd “f+” markalı mobil telefon, həmin şalvarın arxa cibindən 01 ədəd cib dəsmalı aşkar edilmişdir. Üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd “Bro” markalı siqaret paketi, 01 ədəd alışqan, 01 manat pul əsginazı, 50 qəpik və 01 ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 01 ədəd “f+” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün ayrıca götürülmüşdür. 01 ədəd polietilen torba qablaşdırılaraq üzəri möhürlənmiş, üzəri şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində saxladığı polietilen torbada aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, 4-5 ildir ki, narkotik vasitə istifadə etdiyini, Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən kanalın kənarında 02 ədəd çətənə ağacı tapdığını, həmin ağacın yarpaqlarını dərib torbaya yığaraq orada gizlətdiyini, xx.xx.2023-cü il tarixdə gizlətdiyi yerdən götürüb yaşadığı evə aparıb qurutmaq istədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitədən istifadə etdiyini, ona qarşı hər hansı zor və təsir olmadığını, təqdim etdiyi narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərdiklərini təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/799 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 375.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəksi 375,0 qram, tədqiqata sərf edildi-0,1 qam, 374,9 qram qalıq qalmışdır.(bax iş vər.38-41) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 1704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər: 132) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər. 75-76) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-558/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞnin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 80) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 292 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində qeyiyyatdadır. (bax iş vər. 78) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Pirilli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.79) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03.50-də-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.20-21) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 57-58) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Əfqanıstan və İ Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03.50də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 20.00-da barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Kərimov X2 rayonu Atakişili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 374,9 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Müdafiəçilərin təqsirləndirilən şəxslərin müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən dövlət hesabına hər iş saatına 06 manat hesab edilməklə müadfiəçi Müdafiəçi2 60 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Kərimov X2 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 374,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin qeydə alındığı bir ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəməfə müdafiə etdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 10 saat hər iş saatı 06 manat hesab edilməklə 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-114/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-114/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver