Məhkəmə qərarları › İş №1(041)-115/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-115/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-115/2025 02.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Çölqubalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 22 radələrində texniki cəhətdən saz və yüksüz vəziyyətdə idarə etdiyi mərhum atası X1 xx.xx.2016-ci il tarixdə verilmiş AC 767545 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “Vaz 2106” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən avtomobil yolunda Bakı-Qazax-Gürcüstanla sərhədi yolu istiqamətinə doğru 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idarə etməməli və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda o, bunları etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq texniki cəhətdən saz vəziyyətdə olan Vaz 2106 markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş və avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan xx.xx.2001-ci ildə Kürdəmir rayonu Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Çölqubalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs sağ ayağın qayığabənzər sümüyünün kiçik qəlpəli sınığı ilə müşayət olunan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində baş vermiş YNH-i zamanı idarə etdiyi “Vaz- 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mərhum atası X2 məxsusdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqə və etibarnaməsi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində qohumu Fərdi onu Kürdəmir rayonu Sığırlı kəndinə aparmasını xahiş etmiş, razılaşaraq Fərdini mərhum atası Rəhimağaya məxsus “Vaz 2106” markalı ** BA *** markalı minik avtomobili ilə Sığırlı kəndinə aparmaq üçün yola düşmüş, kəndin giriş hissəsində olan su kanalının körpüsünü keçib Sığırlı kəndi istiqamətində təxminən 40 km/saat surətlə hərəkət edərkən avtomobilin qabaq təkəri tutaraq kipləşmiş, sonra isə buraxmış, ikinci dəfə təkər tutduğundan idarəetməni itirdiyinə görə avtomobil yoldan çıxaraq aşmışdır. Avtomobildə sərnişin olan qohumu Fərdi sağ ayağından xəsarət aldığı üçün atası Talehə zəng edib hadisə barədə məlumat vermiş, Taleh də hadisə yerinə gələrək avtomobilin təkərini dəyişib kəndə getmişlər. Fərdi xəsarət aldığına görə xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon MX-na müraciət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavabında göstərmişdir ki, “Vaz 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum atası X2 məxsusdur, sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün sənədləri yoxdur. İdarə etdiyi avtomobilin təkərlərində nasazlıq yarandığına görə də avtomobilin idarəetməsini itirmiş, avtomobil idarəolunmaz vəziyyətə gələrək yoldan çıxıb aşmışdır. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Avtomobildə Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. Sürücülük vəsiqəsi olmadan YNH-i törətdiyi üçün hadisə barədə məlumat verməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, evli olmasını və 2 azyaşlı övladının olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, yeznəsi İzzəti Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən hissəsində qarşılamaq üçün Ramilə avtomobili ilə onu Sığırlı kəndinə aparmasını xahiş etmiş, Ramil razılaşaraq xx.xx.2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi mərhum atası X2 məxsus ** BA *** dövlət qeydiyyat nişanlı “Vaz- 2106” markalı minik avtomobili ilə onu Sığırlı kəndinə aparmaq üçün yola düşmüş, Ramin Ərəbqubalı-Sığırlı avtomobil yolunun yaşadığı kənd ərazisində Sığırlı kəndi istiqməmətində avtomobili təxminən 40 km/saat surətlə idarə edərkən avtomobilin qabaq təkəri kipləşmiş, sonra buraxmış, ikinci dəfə təkər tutduğundan Ramil idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq aşmışdır. Avtomobil aşdığına görə sağ ayağından xəsarət aldığı üçün atası Talehə zəng edib hadisə barədə məlumat vermiş, Taleh də hadisə yerinə gəlmiş, avtomobilin təkərini dəyişib kəndə getmişlər. Sağ ayağından xəsarət aldığına görə xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon MX-na müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavabında göstərmişdir ki, Ramil avtomobili idarə edərkən ayıq olmuş, spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmiş, avtomobildə Ramil və ondan başqa heç kim olmamışdır. O, avtomobili təxminən saatda 40 km/saat sürətlə idarə etmişdir. Ramilin sürücülük vəsiqəsi olmadığı üçün ona problem olmaması üçün YNH-i baş verməsini bildirməmiş, xəsarəti yaşadığı evin həyətində öz ehtiyatsızlığından yıxılaraq aldığını demişdir. Hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263-1.1-ci maddəsi ilə ********** saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v.1); xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən öz hərəktə zolağında yoldan çıxaraq aşmışdır. Yolun hərəkət hissəsi asfaltbeton, döngəli olmaqla hadisə zamanı quru olmuşdur, hadisə gündüz, aydın havada baş vermişdir, yol işıqlandırılmır, yol örtüyünün eni 3 metrdir, yolda qarşı-qarşıya nəqliyyat axını ayırmaq üçün 1.1 uzununa nişanlama xətti vardır, yolun hərəkət hissəsinin ümumi eni 6 metrdir, yolun sağında və solunda olan yol çiyinləri 1.5 metrdir, “VAZ 2106” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v.11-14); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 566 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir (i.v.15-16); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 565 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sağ ayağın qayığabənzər sümüyünün kiçik qəlpəli sınığı, küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd oluna xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.17-18); Məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx.xx.2025-ci il tarixli 8/506 saylı rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs “Vaz 2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir (i.v.30-33); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.34); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X7 Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 134187/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət almır (i.v.38); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır (i/v 42); Kürdəmir RPŞ-nin X8 Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-86/1- 1485D/2025 saylı məktublarda qeyd edilmişdir ki, Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində hər hansı müşahidə və təhlükəsiz şəhər kameraları quraşdırılmamışdır. Eyni zamanda Kürdəmir rayonu Çölqubalı kənd sakini Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun olması barədə DİN-nin Baş DYPİ-nin Mərkəzi İnformasiya sistemində müvafiq qeyd tapılmamışdır (i.v.51); xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 62-63, 83-84); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının X6 razi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 213 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Səfərov X4 rayon X6 ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda olmaqla Çöl-Qubalı kəndində yaşayır, ailə üzvləri arvadı A.Z.Səfərova, uşaqları- xx.xx.2010-cu il təvəllüdlü A.R.Səfərli, xx.xx.2012-ci il təvəllüdlü Z.R.Səfərli, xx.xx.2015-ci il təvəllüdlü Z.R.Səfərlidən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.53-54); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025ci il tarixli 18-1-49/2-804/2025 nömrəli məktubdan görünür ki, Səfərov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur (i.v.87); Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizəsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini (CM-59.1.13), himayəsində iki azyaşlı uşağın olmasını (59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 13 (on üç) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 143 (bir yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (bir yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar