Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-116/2023 22.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Karrar qəsəbəsində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Nizami rayon məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yaşadıqları evdə atası xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona təqaüd kartını verməməsi və ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı belin taxta sapı ilə atası Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona sağ tərəfli Vİ-Vİİ qabırğaların qapalı sınıqları, sağ qulaq seyvanı sağ bazu və sağ saidin əzilmiş-cırılmış yaraları ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Zərərçəkmiş şəxs doğma atasıdır. Onunla birlikdə eyni evdə yaşayır, atası birlikdə yaşadıqları dövrdə ona və keçmiş arvadına qarşı normal davranmadığı və evdə həmişə nalayiq ifadələr işlətdiyi üçün onunla münasibətləri normal deyildir, aralarında tez-tez mübahisələr olmuş, buna görə gedib Bakı şəhərində işləyərək orada kiraydə yaşamış, ancaq hərdən gəlib atasının yanında qalmışdır. 2023-cü ilin aprel ayının əvvəllərindən Kürdəmir rayonu Karrar qəsəbəsinə atasının evinə gələrək onunla birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində pul ehtiyacı olduğu üçün atası Heydərdən təqaüd kartında olan pulu ona verməsini istəmiş, Heydər isə kartı ona verməmiş, bununla bağlı aralarında yaranmış mübahisə zəmnində atası ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bu zaman əsəbləşərək taxta saplı belin sapı ilə atasının bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirmiş və sonra evdən çıxıb getmişdir. Həmin vaxt yanlarında heç kim olmamış, atası Heydərin bununla bağlı polisə şikayət etməsini eşidib qaçıb gizləndiyi üçün polis əməkdaşları onun yerini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı yanlarında heç kim olmamış, hadisə qısa zaman kəsiyində baş vermişdir. Eləcədə hadisə zamanı istifadə etdiyi taxta saplı beli əsəbi halda olduğu üçün hara tullamasını xatırlamır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmişdir. Atası Heydər də onu bağışlamışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs atası Zərərçəkmiş şəxsla barışmasını və sonuncuya vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Rüzgar onun oğludur. Təxminən 5 ildən artıq müddətdir ki, oğlu Rüzgarla ev və ona məxsus olan motosikilet üstündə mübahisələri olmuş, münasibətləri normal olmamışdır. Rüzgar uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır, ancaq hazırda boşandığı üçün təxminən bir aydan artıq müddətdir ki, onunla birlikdə Karrar qəsəbəsində yerləşən evində yaşayır. Rüzgar spirtli içki aludəçisidir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman oğlu Rüzgar yanına gələrək ondan spirtli içki və yemək almaq üçün pul istəmiş, ona pulunun olmadığını dedikdə Rüzgar ondan təqaüd kartını istəmiş, kartın özünə lazım olduğunu bildirərək vermədikdə aralarında mübahisə başlamış, aralaşıb otağına girmiş, bir az sonra Rüzgar yanına gələrək mübahisəni davam etdirib ünvanına nalayiq söyüşlər söyməyə başlamış, onu söydüyü üçün Rüzgara irad bildirəndə Rüzgar əlində olan taxta saplı belin sapı ilə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirmiş və sonra çıxıb getmişdir. Bundan sonra Kürdəmir RMX-na müraciət etmiş, orada ona tibbi yardım göstərilmiş, daha sonra isə onu döyərək xəsarətlər yetirdiyi üçün Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadıqları evdə baş vermiş hadisə zamanı yanlarında heç kim olmamış, heç kim hadisənin şahidi olmamışdır. Rüzgarın onu döyərək xəsarət yetirməsini heç kim görməmişdir. Hadisə zamanı Rüzgarın onu qəsdən vuraraq xəsarət yetirdiyi taxta saplı beli hadisədən sonra Rüzgar özü ilə apardığı üçün həmin beli harda olmasını bilməmişdir. Hazırda Rüzgar üzr istəyib onunla barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Rüzgara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Rüzgar barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirləndirilən şəxs Rüzgarla barışmasını və Rüzgarın ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ tərəfli Vİ-Vİİ qabırğaların qapalı sınıqları, sağ qulaq seyvanı, sağ bazu və sağ saidin əzilmiş cırılmış yaraları küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (bax iş vər. 27-29). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-569/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında durmur.(bax iş vər.31) İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nın Karrar qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 863 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası ilə birlikdə Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayır. (bax iş vər.66) İş materiallarında olan və Kürdəmir rayon İHB-nın Karrar qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 67) İş materiallarında olan Azərbaycan Respubliaksı DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər.32-34). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yaşadıqları evdə atası xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona təqaüd kartını verməməsi və ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı belin taxta sapı ilə atası Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona sağ tərəfli Vİ-Vİİ qabırğaların qapalı sınıqları, sağ qulaq seyvanı sağ bazu və sağ saidin əzilmiş-cırılmış yaraları ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və Təqsirləndirilən şəxs onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-116/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-116/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver