Məhkəmə qərarları › İş №1(041)-117/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-117/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-117/2024 23.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında Karrar kəndində yaşadığı evin həyatyanı bağ sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda, 04 (dörd) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 12:50-də Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı evə və həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindən yaş vəziyyətdə ümumi təmiz çəkisi – 70.0 qram xeyli miqdarda, cəmi 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır, subaydır, fərdi əməklə məşğul olur, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır, uzun müddətdir narkotik maddə qrudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin aprel ayında Kürdəmir rayon ərazisindən keçən “Girdiman” çayının ətrafında, bəndin üzərindən 02 ədəd çətənə bitkisinin şitilini tapmış və özü istifadə etmək niyətiylə həmin şitilləri yaşadığı evin həyətyanı bağ sahəsində əkmişdir. Mütəmadi olaraq çətənə bitkisinin şitillərinə qulluq etmiş, su vermiş və yetişdikdən sonra isə bitkilərin diblərini mütəmadi olaraq suvarıb boşlatmış, yəni aqrotexniki qaydada qulluq etmişdir. Bir neçə gün sonra istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 02 ədəd tumunu həmin çətənə bitkilərinin yaxınlığında torpağa əkmiş və onlara da eyni qaydada əkdiyi vaxtdan başlayaraq mütəmadi olaraq qulluq edib su vermişdir. 2024-cü ilin iyul ayında Kürdəmir RPŞ-nin əməkdaşları yaşadığı evin küçə qapısını döyərək onu küçəyə çağırəb həyətinə baxış keçirəcəklərini bildirmişlər və ondan tərkibində narkotik maddələr olan bitkilər əkibəkməməsi barədə sorğu-sual edərkən polis əməkdaşlarına həyətyanı sahəsində 04 ədəd çətənə bitkiləri əkdiyini etiraf edərək bitkilərin yeri onlara göstərmişdir. Bitkilər torpaqdan çıxarılaraq 01 ədəd içərisi boş polietilen torbada qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Çətənə bitkilərini tək əkib-becərmiş, heç kim ona kömək etməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir NMQ-nun əməliyyat müvəkkilli vəzifəsində işləyir, Təqsirləndirilən şəxsnı Kürdəmir rayon Karrar kənd sakini kimi tanıyır. Daxil olmuş məxfi əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə əməliyyat qrupu təşkil edərək onun yaşadığı ünvana getmişlər, sorğu-sual zamanı S.İbrıhimov bağında narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etdikdən sonra özünün razılığı ilə evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı onlarla birlikdə baxışa gedən aqronom bağ sahəsində bir-birindən təxminən 2-3 metr aralıda torpaqda əkilən 04 ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmiş və sonra kollar kökündən torpaqdan çıxarılaraq 1 ədəd içərisi boş polietilen torbada qablaşdırılıb üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilərək möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs tapdığı çətənə toxumlarını 2024-cü ilin aprel ayında əkərək yetişdirdiyini, bitkilərə qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, üzərində və evində başqa narkotik vasitəsi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın İTB-nin sahə rəisi Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və daşımasında şübhəli olduğu üçün Kürdəmir RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1, Kürdəmir RPŞ-nin İTB-in sahə rəisi, polis mayoru Şahid2, Kürdəmir DAİM-in Bitkiçilik sektorunun müdiri X1 və Kürdəmir RPŞ-nın İTB-nin sahənin polis nəfəri, polis sejantı X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısına gəlmişlər, Təqsirləndirilən şəxs küçəyə dəvət olunmuş, o, ilkin olaraq bildirmişdir ki, özü istifadə etmək üçün yaşadığı evin həyətyanı bağ sahəsində 04 ədəd çətənə bitkisi əkmişdir və baxış keçirilməsinə heç bir etirazı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar, gümüşü rəngli dəmir materialdan hazırlanmış darvazadan keçməklə həyətə girmişlər və həyətdə olan iki mərtəbəli evin qarşısından keçməklə həyətyanı bağ sahəsinə tərəf getmişlər. Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində birbirindən təxminən 2-3 metr aralıda torpaqda 04 ədəd çətənə koluna bənzər bitkiləri göstərmişdir. Bundan sonra müstəntiq tərəfindən çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış və aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmış və dibləri boşaldılmışdır. Həmçinin həmin bitkinin speksifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər 01 ədəd içərisi boş polietilen torbada qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən o, bitkilərin ona məxsus olduğunu, tapdığı çətənə toxumlarını 2024-cü ilin aprel ayında əkərək yetişdirdiyini, bitkilərə qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması və Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulması üçün sonlandırılmışdır. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və daşımasında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 12:50-də Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı evə və həyətinə baxış keçirilərkən həyətyanı bağ sahəsindən yaş vəziyyətdə cəmi 04 ədəd çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən o, bitkilərin ona məxsus olduğunu, tapdığı çətənə bitkisinin şitilini 2024-cü ilin aprel ayında əkərək yetişdirdiyini, bitkilərə qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olmadığını bildirmişdir. - Kürdəmir rayon X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Kürdəmir rayonu Karrar kəndində yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş cəmi 04 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. -Kürdəmir rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli 5(041)-72/2024 nömrəli qərarından görünür ki,, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir RPŞ-nin NMQ-nun əməliyat müvəkkili polis mayoru Şahid1 xx.xx.2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-18/653 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 4 (dörd) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 70.0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1) Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə AR Milli Məclisin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 7.1-ci bəndinə əsasən azad olunub; 2) Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsili bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilib; 3) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilib; 4) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. -“TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-685/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 19457 nömrəli məktubundan görünür ki, 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərkən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi – 70.0 qram xeyli miqdarda, cəmi 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra – 69.60 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, çətənə (kannabis) bitkilərinin toxumlarını hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin kiməsə narkotik vasitə satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərinin toxumlarını hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Təqsirləndirilən şəxs kimləsə əlbir olması və kiməsə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasına görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. İşdə olan, Kürdəmir rayon X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Kürdəmir rayonu Karrar kəndində yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş cəmi 04 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndinə görə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ın qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları adlanan İİİ siyahının 1.2-ci bəndində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş yaş vəziyyətdə 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi özünün etirafı, şahid ifadələri, baxış protokolları, ünvana baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin sayı cəmi 4 ədəd olduğundan, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, məhkuluğunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi və götürülməsi onun şəxsiyyətini səciyyələndirən hallardır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və Kürdəmir rayon Məhkəməsinin 4(041)-78/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi – 70.0 qram xeyli miqdarda, cəmi 04 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra – 69.60 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə və ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-04 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və bununla bağlı Kürdəmir Rayon Məhkəməsinin 4(041)-78/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 70.0 qram (ekspertiza tədqiqatından sonra 69.60 qram) olan 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 19457 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-04 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar