Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-117/2025 05.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələri ilə; xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zər tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil edərək 16 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qanunsuz küçə ticarəti ilə bağlı hüquqpozmalara qarşı Kürdəmir Rayon Polis X2 bölməsinin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs1 və həmin bölmənin sahə polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs2 Sadıq oğlu tərəfindən aparılan mübarizə tədbirləri zamanı "Mercedes" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində süd-qatıq məhsulları satmaqla qanunsuz küçə ticarəti ilə məşğul olan X7 müvafiq qanunsuz fəaliyyətini dayandırması tələb edilərkən övladı Təqsirləndirilən şəxs2 ilə birlikdə oraya yaxınlaşıb heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zər tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqalarının şəxsiyyətlərinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında Əşrəf Xasayevə hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla qanunsuz küçə ticarətini davam etdirməsini bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib səs-küy salmış, ətrafda olan kənd sakinlərinin oraya toplaşıb polisin qanuni fəaliyyətinin qarşısını almağa səsləmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirib saat 19:50 radələrində orada qanunazidd hərəkətlərinin qarşısının alınması ilə bağlı barəsində müvafiq qanuni tədbir görülməsi üçün polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilərkən o, Təqsirləndirilən şəxs2la birlikdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına əlləri ilə qəsdən vuraraq fiziki zor tətbiq etməklə onlara fiziki ağrı yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 sağ və sol bazu nahiyəsinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin ön səthinin qançırından ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq etmiş, eyni zamanda Kürdəmir rayonu ərazisində ictimai sabitliyi pozmaq məqsədilə övladı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri təşkil edərək Kürdəmir rayou ərazisində ictimai qaydanın kobud surətdə pozulmasının qarşısının alınması, ictimai asayişin qorunması sahəsində xidməti vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan, həmin məqsədlə qeyd olunan ünvanda xidmətə cəlb edilmiş polis əməkdaşlarının ictimai qaydalara riayət etmək məzmunlu qanuni tələblərinə tabe olmamaqla, ətrafa toplaşan şəxsləri kənd ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yoluna gedərək həmin yolda nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa çağıraraq ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmiş, nəticədə bir qrup Sığırlı kənd sakini və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ümumi cinayətkar niyyətə uyğun olaraq onun və Təqsirləndirilən şəxs2 çağırışına əsasən sonuncu ilə birlikdə oradan Bakı-Ələt-Qazax- Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən 169.5-ci kilometrliyindəki hissəsinə gedərək həmin gün saat 21:10-dan saat 21:55-dək olan müddət ərzində avtomobil yolunun hərəkət hissəsində dayanmaqla orada nəqliyyat vasitələrinin hərəkətinin qarşısını tam almaqla nəqliyyatın normal fəaliyyətini pozmuşlar. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil edərək, 16 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qanunsuz küçə ticarəti ilə bağlı hüquqpozmalara qarşı Kürdəmir Rayon Polis X2 bölməsinin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs1 və həmin bölmənin sahə polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs2 tərəfindən aparılan mübarizə tədbirləri zamanı "Mercedes" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində süd-qatıq məhsulları satmaqla qanunsuz küçə ticarəti ilə məşğul olan X7 müvafiq qanunsuz fəaliyyətini dayandırması tələb edilərkən atası Təqsirləndirilən şəxs1 ilə birlikdə oraya yaxınlaşıb heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zər tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqalarının şəxsiyyətlərinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında Əşrəf Xasayevə hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla qanunsuz küçə ticarətini davam etdirməsini bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib səs-küy salmış, ətrafda olan kənd sakinlərinin oraya toplaşıb polisin qanuni fəaliyyətinin qarşısını almağa səsləmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirib saat 19:50 radələrində orada qanunazidd hərəkətlərinin qarşısının alınması ilə bağlı barəsində müvafiq qanuni tədbir görülməsi üçün polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilərkən o, Təqsirləndirilən şəxs1la birlikdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına əlləri ilə qəsdən vuraraq fiziki zor tətbiq etməklə onlara fiziki ağrı yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 sağ və sol bazu nahiyəsinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin ön səthinin qançırından ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq etmiş, eyni zamanda Kürdəmir rayonu ərazisində ictimai sabitliyi pozmaq məqsədilə atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri təşkil edərək Kürdəmir rayou ərazisində ictimai qaydanın kobud surətdə pozulmasının qarşısının alınması, ictimai asayişin qorunması sahəsində xidməti vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan, həmin məqsədlə qeyd olunan ünvanda xidmətə cəlb edilmiş polis əməkdaşlarının ictimai qaydalara riayət etmək məzmunlu qanuni tələblərinə tabe olmamaqla, ətrafa toplaşan şəxsləri kənd ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yoluna gedərək həmin yolda nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa çağıraraq ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, həmçinin nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmiş, nəticədə bir qrup Sığırlı kənd sakini və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ümumi cinayətkar niyyətə uyğun olaraq onun və Təqsirləndirilən şəxs1 çağırışına əsasən onunla birlikdə oradan Bakı-Ələt-Qazax- Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən 169.5-ci kilometrliyindəki hissəsinə gedərək həmin gün saat 21:10-dan saat 21:55-dək olan müddət ərzində avtomobil yolunun hərəkət hissəsində dayanmaqla orada nəqliyyat vasitələrinin hərəkətinin qarşısını tam almaqla nəqliyyatın normal fəaliyyətini pozmuşlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində kəndin mərkəzi hissəsində özünə məxsus çayxanda olarkən çayxananın qarşı tərəfində "stansiya" adlanan yerdə bir nəfər şəxsin "Mersedes Benz" markalı minik avtomobilində qatıq satdığını görüb qatıq almaq üçün ora yaxınlaşarkən həmin şəxs avtomobilin yük yerini bağlayaraq avtomobilə əyləşib getmək istədikdə ona "mənə bir banka qatıq ver" demişdir. Həmin şəxs avtomobilin yük yerini açaraq ona bir qab qatıq vermək istədikdə yaxınlıqda dayanan Sığırlı kəndinin polis sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs1 həmin şəxsə "sənə dedim axı satış etmə" demişdir. Zərərçəkmiş şəxs1 "bir qab qatıq alıb gedirəm, burda nə varki" dedikdə bununla bağlı Rəşad ilə aralarında sözlə mübahisə yaranmışdır. Onların mübahisəsini eşidən təxminən 50 nəfərə yaxın kənd sakini ora toplaşdığını görən Rəşad onu polis şöbəsinə aparmaq üçün avtomobilinə çəkərək məcburi qaydada oturtmaq istərkən uca səslə kənd sakinlərinə müraciət edərək, onlardan kömək istəmiş və polis sahə rəisinin qanunsuz hərəkətlərinə qarşı etiraz səslərini qaldırmalarını istəmişdir. Onun çağırışından sonra Rəşad əlavə polis əməkdaşlarını ora dəvət etmiş və avtomobilə oturdaraq onu polis şöbəsinə aparmışlar. Kənd sakinlərinin Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən hissəsinə toplaşmaları, avtomobillərin hərəkətini saxlamalarını sonradan polis şöbəsində olarkən eşitmişdir. Hadisələrin belə bir vəziyyət almasını ağlına belə gətirməmiş, polis sahə rəisi Zərərçəkmiş şəxs1 Sığırlı kəndində küçə ticarətinin qarşısını almaq üçün orada olmasından məlumatı olmamışdır. 60-dan artıq yaşı olmasına baxmayaraq, bir dəfə də olsun cinayət əməlinə yol verməmiş, ailədə və cəmiyyət arasında nüfuzuna xələl gətirən hərəkətlərdən uzaq olmuşdur. Əməlindən peşimandır. Onun hərəkətlərinə görə oğlu Sadiqin cəza almasını istəmir. Ona görə də, oğlu Sadiqə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, kənd camaatına yolu bağlamağa yox, polisin hərəkətlərinə etiraz etmələrinə çağırış etmişdir. Polis sahə rəisinin mübahisələrinin bu səviyyədə şişirdilməsini, hadisələrin avtomobil yolunun bağlanması həddinə çatmasını gözləməmişdir. Əməlindən peşman olduğunu nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 doğma atasıdır. 16 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində kəndin mərkəz hissəsində özlərinə məxsus çayxanda olarkən atası Niyazi də yanında olmuşdur. Həmin vaxt atası Niyazi çayxananın qarşı tərəfində "stansiya" adlanan yerdə "Mersedes Benz" markalı minik avtomobilində qatıq satan şəxsin yanına gedərək qatıq almaq istəmiş, atası Niyazi onun yanına çatanda həmin şəxs avtomobili bağlamış, atası ondan bir qab qatıq istəmiş, həmin vaxt polis sahə rəisi, Zərərçəkmiş şəxs1 avtomobili bağla qatıq satma dedikdə atası Niyazi də Zərərçəkmiş şəxs1 icazə ver mənə qatıq satsın demişdir. Zərərçəkmiş şəxs1 icazə vermədiyi üçün Rəşadla atası Niyazi arasında sözlə mübahisə başlamış, səs-küyə gələrək qatığın pulunu verib, atasının qolundan tutaraq özlərinə məxsus çayxanaya doğru getmişlər. Səs-küyə görə ətrafa təxminən 50-60 nəfər toplaşmış, Rəşad polis şöbəsinə məlumat vermiş, əlavə polis əməkdaşları gələrək atasını polis şöbəsinə aparmışlar. Bundan sonra ətrafda olan şəxslər Bakı-Qazax avtomobil yolunun yaşadıqları Sığırlı kəndi ərazisindən keçən hissəsinə gedərək orada avtomobilin hərəkətlərini dayandıraraq avtomobil yolunu kəsmişlər. Həmin vaxt orada artıq təxminən 250-300 nəfər şəxs olmuşdur. Əməlindən peşiman olmasını və himayəsində az yaşlı övladı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, kənd camaatını yolu bağlamağa səsləməsində əsas məqsədi atasının polis şöbəsindən çıxarılması olmuşdur. Etdiyi hərəkətlərin qanunsuz olduğunu bilsə də, nəticələrini düşünməmişdir. Əməlindən peşman olduğunu nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Zərərçəkmiş şəxs2 Sadıq oğlu ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndi ərazisində xidmət edərkən, kəndin içərisində "stansiya" deyilən yerdə küçə ticarəti ilə məşğul olan Şahid17 yaxınlaşıb özlərini təqdim edərək küçə ticarəti ilə məşğul olmamalarını ona bildirmiş, Əşrəf onlara etiraz etməyib, "Vətən Müharibəsi" iştirakçısı olduğunu deyib avtomobilin arxa hissəsinin yanında qoyduğu süd-qatıq məhsullarını yığışdırmağa başlamış, həmin vaxt Əşrəfin anası avtomobildən düşmüş, onların hər ikisinə təkrar olaraq küçə ticarəti ilə məşğul olmanın yüksək cəriməsi olduğunu, onların dayanıb küçə ticarəti ilə məşğul olduqları yer yolda nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətdiyini bildirmiş, bu zaman Kürdəmir rayon Sığırlı kənd sakini Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Əşrəfə yaxınlaşıb uca səslə "aç baqajı, mənə qatıq ver!" demiş, Əşrəf isə Niyaziyə "küçə alveri ilə məşğul olmağa icazəsi yoxdur, buna görə də sənə qatıq verə bilmərəm, mən polis əməkdaşının qanuni tələbinə əməl edib satdığım əşyaları yığışdırıram" demiş, Niyazi yenidən uca səslə "polis kimdir ki, sənə küçə alveri ilə məşğul olmağına qadağa qoysun" deyib onun və həmkarının ünvanına nalayiq ifadələr işlədərək camaatı öz başna toplamağa başlamış, kənd sakinləri onun səs-küy saldığını eşidib onlara doğru yaxınlaşmağa başlamışlar, Niyaziyə qanunsuz küçə ticarətinin qarşısını almaq üçün tədbir keçirdiklərini, polisin qanuni işinə müdaxilə etməməyi bildirib onu nizam-intizama dəvət etsələr də, Niyazi onların qanuni tələblərinə məhəl qoymayıb camaatı öz başına toplamaq üçün qəsdən ətrafa toplaşan şəxslərə səslənib oraya cəmlənmələrini bildirmişdir. Niyazi kənd camatını başına toplayandan sonra camaata doğru ucadan qışqıraraq "qeyrətiniz yoxdur, çıxın qabağa sözünüzü deyin, görmürsüz ki, polislər imkan vermir, küçə alveri etsinlər" demiş, Niyazinin səs-küyünə oğlu Sadiq də yaxınlaşmış, Sadiq də atasına dəstək olub camaatın içərisində onlara doğru nalayiq ifadələr işlədib "əyninizdəki formaya güvənirsiz, çıxardın o paltarı sizinlə təkbətək dava edim, sizin kişiliyiniz yoxdur, adamın kişiliyi olar" demişdir. Polis nəfəri Zamiqlə iki nəfər polis olduqlarına görə Niyazi və oğlu Sadiqin hərəkətlərini videoya çəkməklə onların özünə də xəbərdarlıq edərək "Sizi videoya çəkirəm, əgər etdiyiniz hərəkətləri davam etdirsəniz Sizi Rayon Polis Şöbəsinə aparacam və barənizdə müvafiq qanuna uyğun tədbir görüləcəkdir" demişdir. Niyazi və oğlu ora toplaşan təxminən 100-150 nəfərə qışqıaraq avtomagistral yola çıxmalarını və yolu bağlamalarını bildirmişlər. Niyazi və oğlu Sadiq kənd camaatını ora yığaraq yolu bağlamaları üçün çağırışlar etdiklərinə görə həmkarı Zamiqlə birlikdə bir daha onları nizam-intizama dəvət edib ictimai qaydanı pozmamalarını tələb etmiş, Niyazi və oğlu Sadiqin qanunazidd hərəkətlərinə görə Şahid17 küçə alveri ilə məşğul olması ilə bağlı protokol tərtib edə bilməməklə orada xidməti fəaliyyətləri pozulmuşdur. Bundan sonra caamata yola çıxmayın, qanunsuz hərəkətlərə yol verməyin desə də lakin Niyazi və onun oğlu Sadiq oraya toplaşan şəxsləri yola çıxmalarına uca səslə çağırış etmişlər. Bundan sonra Polis Şöbəsindən köməyə çağırmış polis nəfərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmələrini təklif etdikdə Niyazi avtomobilə əyləşməkdə imtina edərək onlara müqavimət göstərməyə başlayaraq əli ilə sinəsindən qəsdən vurub, hər iki qollarını var gücü ilə sıxaraq qollarına fiziki ağrı yetirmişlər. Sonra qəsdən Zamiqin sinəsindən vurmuş, həmin vaxt Sadiq də Zamiqin sinəsindən əli ilə itələməyə başlamış, buna baxmayaraq Niyazini güclə olsa da avtomobilə əyləşdirmişlər. Oraya toplaşan şəxslər isə Sadiqin şüarları əsasında Bakı-Qazax yoluna doğru hərəkət etməyə başlamışlar. Bu barədə Kürdəmir RPŞ-nin növbətçi hissəsinə zəng edib məlumat vermiş, bundan sonra Niyazini Kürdəmir Rayon Polis Şöbəsinə gətirib tərəfindən onun barəsində raport yazmış, daha sonra Kürdəmir rayonu Sığırlı kəndində qayıdarkən oraya toplaşan şəxsləri Niyazinin oğlu Sadiqin irəli sürdüyü təklifə əsasən Bakı-Qazax avtomagistral yolunda hərəkət olan avtomobillərin qarşısına çıxaraq yolun gediş və gəliş hissəsi tam bağlamışlar. Avtomobillərin hərəkətini tamamilə dayandıraraq yolu iflic vəziyyətə salmışlar. Təxminən 01 saata yaxın Sadiqin çağırışına gəlmiş şəxslər nəqliyyatın normal fəaliyyətini pozmuşlar, hərəkət hər iki istiqamətdə dayanmış, yalnız hadisə yerinə gələn RPŞ rəisinin yola çıxan şəxslərlə profilaktiki söhbətindən sonra yolu kəsmiş şəxslər dağılışmışlar. Sadiq polis əməkdaşları tərəfindən götürülərək Polis Şöbəsinə gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndi ərazisində xidmət edərkən, kəndin içərisində "stansiya" deyilən yerdə küçə ticarəti ilə məşğul olan Şahid17 yaxınlaşıb özlərini təqdim edərək küçə ticarəti ilə məşğul olmamasını ona bildirmişlər. Əşrəf onlara etiraz etməyərək süd-qatıq məhsullarını avtomobilin yük yerinə yığıb gedərkən Kürdəmir rayon Sığırlı kənd sakini Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Əşrəfə yaxınlaşıb uca səslə "aç baqajı, mənə qatıq ver!" demiş, Əşrəf isə Niyaziyə "küçə alveri ilə məşğul olmağa polis əməkdaşları icazə vermir" demişdir. Niyazi yenidən uca səslə "polis kimdir ki, sənə qadağa qoysun" deyib onun və həmkarının ünvanına nalayiq ifadələr işlədərək camaatı öz başına toplamağa başlamışlar, kənd sakinləri onun səs-küy saldığını eşidib onlara doğru yaxınlaşmağa başlamışlar. Rəşad Niyaziyə yaxınlaşaraq qanunsuz küçə ticarətinin qarşısını almaq üçün tədbir keçirdiklərini, polisin qanuni işinə müdaxilə etməməyi bildirib onu nizam-intizama dəvət etsə də Niyazi qanuni tələblərinə məhəl qoymayıb camaatı öz başına toplamaq üçün qəsdən ətrafa toplaşan şəxslərə səslənib oraya cəmlənmişlər. Niyazi kənd camatını başına toplayandan sonra camaata doğru ucadan qışqıraraq "qeyrətiniz yoxdur, çıxın qabağa sözünüzü deyin, görmürsüz ki, polislər imkan vermir, küçə alveri etsinlər". Niyazinin səs-küyünə oğlu Sadiq də yaxınlaşmış. Sadiqdə atasına dəstək olub camaatın içərisində onlara doğru nalayiq ifadələr işlədib "əyninizdə ki formaya güvənirsiz, çıxardın o paltarı sizinlə təkbətək dava edim, sizin kişiliyiniz yoxdur, adamın kişiliyi olar" demişdir. Orada ikiləri olduqları görə Niyazi və oğlu Sadiqin hərəkətlərini videoya çəkməklə onların özünə də xəbərdarlıq etmişlər ki, "Sizi videoya çəkirik əgər etdiyiniz hərəkətləri davam etdirsəniz Sizi Rayon Polis Şöbəsinə aparacayıq və barənizdə müvafiq qanuna uyğun tədbir görüləcəkdir". Niyazi və oğlu ora toplaşan təxminən 100-150 nəfərə qışqıaraq avtomagistral yola çıxmalarını və yolu bağlamalarını bildirmişlər. Niyazi və oğlu Sadiq kənd camaatını ora yığaraq yolu bağlamaları üçün çağırışlar etdiklərinə görə həmkarı Rəşad ilə birlikdə bir daha onları nizam-intizama dəvət edib ictimai qaydanı pozmamalarını tələb etmişləır. Bundan sonra Rəşad caamata "yola çıxmayın qanunsuz hərəkətlərə yol verməyin" demiş, lakin Niyazi və onun oğlu Sadiq oraya toplaşan şəxsləri yola çıxmalarına uca səslə çağırış etmişlər. Bundan sonra Polis Şöbəsindən köməyə çağırılmış polis nəfərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 avtomobilə əyləşməsini təklif etmişlər, lakin Niyazi avtomobilə əyləşməkdən imtina edərək onlara müqavimət göstərməyə başlayaraq əli ilə Rəşadın sinəsindən qəsdən vuraraq Rəşadın hər iki qollarını var gücü ilə sıxmış, sonra qəsdən onun sinəsindən vurmuş, həmin vaxt Sadiq də onun sinəsindən əli ilə itələməyə başlamışdır. Buna baxmayaraq Niyazini güclə olsa da avtomobilə əyləşdirmişlər, oraya toplaşan şəxslər isə Sadiqin şüarları əsasında Bakı-Qazax yoluna doğru hərəkət etməyə başlamışlar. Rəşad bu barədə Kürdəmir RPŞ-nin növbətçi hissəsinə zəng edib məlumat vermiş, bundan sonra Niyazini Kürdəmir Rayon Polis Şöbəsinə aparıb Rəşad tərəfindən onun barəsində raport yazılmış, daha sonra Kürdəmir rayonu Sığırlı kəndində qayıdarkən oraya toplaşan şəxsləri Niyazinin oğlu Sadiqin çağırışlarına əsasən Bakı-Qazax avtomagistral yolunda hərəkətdə olan avtomobillərin qarşısına çıxaraq yolun gediş və gəliş hissəsi tam bağlamışlar, avtomobillərin hərəkətini tamamilə dayandırmışar, yol iflic vəziyyətə düşmüşdür. Təminən 01 saata yaxın Sadiqin çağırışına gəlmiş şəxslər nəqliyyatın normal fəaliyyətini pozmuşlar. Hərəkət hər iki istiqamətdə dayanmış, yalnız hadisə yerinə gələn RPŞ rəisinin yola çıxan şəxslərlə profilaktiki söhbətindən sonra yolu kəsmiş şəxslər dağılışmışlar. Bundan sonra Sadiqi də saxlayıb polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid13 ifadəsində göstərmişdir ki, özünə məxsus heyvanlardan südü toplayaraq ağartı məhsulları hazırlayır və hazırladığı ağartı məhsullarını yaşadıqları Sabirabad rayonunda, həftədə bir dəfə olmaqla oğlu Şahid17 ilə birlikdə onun idarə etdiyi avtomaşınla Kürdəmir rayonu Sığırlı kəndinə gələrək oranın əhalisinə satırlar. xx.xx.2025-ci il tarixdə saat 16-radələrində Kürdəmir rayonu Sığırlı kəndinə gəlmiş, dəmir yoluna yaxın yerdə oğlu Əşrəf idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobilin arxa yük yerini qapağını açaraq orada olan özüylə satmaq üçün gətirdikləri süd, şor və ağartı məhsullarını satışa qoymuş, təxminən 01 saat alver etmişlər. Polis sahə rəisi Rəşad və Zamiq adlı polis nəfəri onlara yaxınlaşıb, özlərini təqdim edərək küçə ticarətinin qadağan olduğunu deyib, oradan getmələrini tələb etmiş, əks təqdirdə barələrində protokol tərtib edəcəklərini bildirmişlər. Bundan sonra oğlu Əşrəflə birlikdə satmaq üçün gətirdikləri ağartı məhsullarını maşına yığıb getmək istəyərkən kənd camaatından biri onlara yaxınlaşaraq bir balon qatığı almaq üçün əlini uzatmış, bu zaman polislər ona "qatığı get başqa yerdən al, burda küçə ticarəti ilə məşğul olmaq qadağandır" demişlər. Bundan sonra həmin şəxslə polisin arasında sözlə mübahisə yarandı, onların səsinə ətrafa çoxlu sayda şəxslər toplaşdı. Ətrafa toplaşan şəxslər də polisə etirazlarını bildirirdilər. Bir qədər sonra kənd camaatı həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılaraq aparıldığını bildirmiş magistral avtomobil yoluna tərəf addımlamağa başlamışlar. Avtomobildə olan ağartını tam yükləyib qurtardıqdan sonra yola çıxdıqda yol bağlandığını görüb avtomobildən düşmüş, orada tanımadığı qadın ondan nə baş verdiyini soruşduqda ona bildirmiş ki, mübahisə kənd camaatından birinə qatıq satmaq üstündə baş verib, kənd camaatı buna görə yolu kəsiblər. Bundan sonra oğlu ilə birlikdə avtomobildə oturmuş, magistral yolun açılmasını gözləmişlər. Kənd sakinlərini tanımadıqları üçün polislə mübahisə edən və camaatı yolu bağlamağa çağıran şəxslərin adlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid17 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 16-radələrində anası Şahid13 ilə birlikdə idarə etdiyi avtomaşınla Kürdəmir rayonu Sığırlı kəndinə gəlmiş, dəmir yoluna yaxın yerdə idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobilin arxa yük yerini açaraq satmaq üçün gətirdikləri süd, şor və ağartı məhsullarını satışa qoymuş, təxminən bir saat alver etmişlər. Polis sahə rəisi Rəşad və Zamiq adlı polis nəfəri onlara yaxınlaşıb, özlərini təqdim edərək küçə ticarətinin qadağan olduğunu deyib, oradan getmələrini tələb etmiş, əks təqdirdə barələrində protokol tərtib edəcəklərini bildirmişlər. Bundan sonra satmaq üçün gətirdikləri ağartı məhsullarını maşına yığıb getmək istəyərkən kənd camaatından biri onlara yaxınlaşaraq bir balon qatığı almaq üçün əlini uzatmış, bu zaman polislər ona "qatığı get başqa yerdən al, burda küçə ticarəti ilə məşğul olmaq qadağandır" demişlər. Bundan sonra həmin şəxslə polisin arasında sözlə mübahisə yaranmış, onların səsinə ətrafa çoxlu sayda şəxslər toplaşmışdır. Ətrafa toplaşan şəxslər də polisə etirazlarını bildirmişlər. Bir qədər sonra kənd camaatı həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılaraq aparıldığına etiraz edərək magistral avtomobil yoluna tərəf addımlamağa başlamışlar. Avtomobildə olan ağartını tam yükləyib qurtardıqdan sonra yola çıxdıqda yolun bağlandığını görüb avtomobildən düşmüş, orada tanımadığı qadın ondan nə baş verdiyini soruşduqda ona bildirmiş ki, mübahisə kənd camaatından birinə qatıq satmaq üstündə baş verib, kənd camaatı buna görə yolu kəsiblər. Bundan sonra anası Şahid13 ilə birlikdə avtomobildə oturmuş, magistral yolun açılmasını gözləmişlər. Kənd sakinlərini tanımadıqları üçün polislə mübahisə edən və camaatı yolu bağlamağa çağıran şəxslərin adlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində yaşadığı kənd ərazisində stansiya adlanan yerdə həmkəndliləri Sənan Məmmədov və Şahid5la birlikdə Bakı-Qazax avtomobil yolunun yaşadıqları kənd ərazisindən keçən hissəsində yolun kənarında yerləşən Elburusun çayxanasında çay içərkən həmin vaxt avtomobil yolundan siqnal səsləri eşidib yola tərəf çıxdıqda bir qrup şəxsin avtomobil yolunun hərəkət hissəsində dayanıb, avtomobillərin hərəkətini tam dayandırdıqları üçün maraqlı gəldiyi üçün Sənan, Elburusla birlikdə həmin yerə yaxınlaşaraq Sadiqin camaatın içərisində dayanaraq atası Təqsirləndirilən şəxs1 Kürdəmir RPŞ-nın əməkdaşları tərəfindən saxladıqlarına görə yolu kəsdiklərini demiş, onun camaatı yola çıxmaları üçün çağırışlarını eşitməmişdir. Sənan və Elburusla birlikdə həmin kütlədən təxminən 10-15 metr aralıda dayanaraq onların hərəkətlərinə qarışmamış, qoşulmamışlar. Bir az sonra polis əməkdaşları gələrək həmin kütləni yoldan kənara çəkmişlər, avtomobillərin hərəkəti bərpa olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Onunla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2025ci il tarixdə saat 18-19 radələrində Kürdəmir rayonu "Stansiya" deyilən yerdə olan çayxanada qonşusu X9 ilə oturub çay içərkən küçədə qəflətən səs-küy eşitmiş, Sarvanla birlikdə camaat toplaşan yerə getmişlər. Orada təxminən 150-200 nəfər insan toplaşmışdır. Niyazinin oğlu Sadiqin camaata çağırış etməsini şəxsən eşitməmişdir. Verilən suallara cavab olaraq şahid bildirdi ki, kənd camaatının yola çıxmasının əsas səbəbi polis əməkdaşlarının Niyazi ilə mübahisə etməsi və onu polis şöbəsinə aparmaları olmuşdur. Sadiqin də atasına görə aktivlik göstərməsi başadüşüləndir. Kənd sakinlərindən başqa, dayanmış avtomobillərdən düşən sürücülərin və sərnişinlərin hesabına yolda dayananların sayı artmaqda davam edirdi. Yolun gediş və gəliş hissəsi bağlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən evində olarkən Bakı-Qazax yolundan siqnal və qışqırıq səsləri eşidib dərhal evindən çıxıb yola tərəf gedəndə bir qrup şəxsin avtomobil yolunun hərəkət hissəsində dayandığını görmüşdür. Sonra oraya polis əməkdaşları gələrək müdaxilə etdiklərindən sonra yol açılmışdır. Yol axırdan əvvələ qədər təxminən 1 saat ərzində tam dayanmış və yolda hərəkət tam iflic olmuşdur. Həmin hadisə zamanı yolun kəsilməsi ilə bağlı heç bir təklif irəli sürməmişdir.Şahid3 suallara cavab olaraq bildirmişdir ki, sadəcə camatın toplaşması onda maraq kəsb etdiyi üçün bu səbəbdən oraya gəlmişdir. Hava qaranlıq olduğundan toplaşan şəxsləri üzdən dəqiq tanıya bilməyib. Həmçinin hadisə vaxtı Sadiqin oraya toplaşan şəxslərə çağırışlar etdiyini eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Onunla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2025ci il tarixdə saat 21:20 radələrində işdən yorğun evə gəlib dincələrkən Tik-tok sosial şöbəkəsinə girib videolara baxarkən təsadüfən qarşısına Kürdəmir rayonu Sığırlı kənd sakinlərinin Bakı-Qazax avtomagistral yolunun gediş-gəliş hissəsini bağladıqlarını görmüş, sonradan Sadiq və atası Niyazinin polis əməkdaşlarına qarşı hörmətsizlik etdiklərini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında işdən yorğun evə gəlib dincələrkən Tik-tok sosial şöbəkəsinə girib videolara baxarkən təsadüfən qarşısına Kürdəmir rayonu Sığırlı kənd sakinlərinin Bakı-Qazax avtomagistral yolunun gediş-gəliş hissəsini bağladıqları görmüş və nə baş verməsi haqqında canlıda olan adamlardan soruşmuş və Kürdəmir rayonu Sığırlı kənd sakinlərinin Bakı-Qazax avtomagistral yolunun gediş-gəliş hissəsini bağladıqlarını bilmişdir. Daha sonra həmin canlı yayımı baxması üçün Bakı şəhərində yaşayan dostuna göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, "Tik Tok" sosial şəbəkəsində "Amin_33" adlı səhifəni istifadə edir, təxminən 5000 nəfər izləyicisi var, özü isə 110 nəfəri izləyir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində dostları X14 və X4 ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yerləşən "Edu" marketdə oturub çay içdikləri zaman Nicata zəng gəlmiş və magistral yolda camaatın toplaşdığını demişdir. Onlar da birlikdə Bakı-Qazax-Tbilisi avtomagistral yolu ilə hərəkət edərkən, təxminən 200- 300 nəfər həmkəndlisinin yolu bağladıqlarını, yolda hərəkət edən maşınlar isə hərəkət edə bilmədiklərinə görə dayandıqlarını görmüşlər. O da həmkəndlilərinin yolu bağlamalarını videoya çəkib özünə məxsus "Tik Tok" sosial şəbəkəsində "Amin_33" adlı səhifəsində paylaşmışdır. O videonu payşalandan təxminən 25 dəqiqə sonra evinə gəlmiş, sonradan isə ona polis əməkdaşları zəng edib videonu silməsini demişlər. O da videonu öz "Tik Tok" sosial şəbəkəsindəki səhifəsindən silmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən evindən pul çıxarmaq üçün Kürdəmir rayonu Sığırlı kəndində yerləşən Edu Marketə tərəf piyada hərəkət etməyə başlamış, Bakı-Qazax yoluna çatanda çoxlu sayda şəxslər toplaşaraq yolda olan hərəkəti bağladıqlarını görmüşdür. Həmçinin rayonun icra başçısı və polis rəisi orada toplaşan şəxslərlə söhbət etmiş, oraya toplaşan şəxslər isə Bakı-Qazax yolunun hər iki istiqamətinə görə hərəkətdə olan avtomobillərin qarşısında dayanıb hərəkətlərini tam məhdudlaşdırmış və yolu kənardan keçmək istəyən maşınları saxlamışlar. Onların təxminən 10 dəqiqə toplaşan şəxslərlə söhbətindən sonra yol-tədricən açılmağa başlamış və maşınların hərəkəti təmzinlənmişdir. Bundan sonra o öz yaşadığı evə gəlmişdir. Veilmiş suallara cavab olaraq Şahid8 hadisənin nə cür baş verdiyini bilmədiyini, onun yalnız yolun açılmasına təxminən 40 dəqiqə qalmış oraya gəldiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində dostları X15 və Şahid1 ilə birlikdə Bakı-Qazax magistral avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsində "Sığırlı" kafedə çay içərkən yoldan səs-küy gəldiyini eşidib çölə çıxmış, magistral yolda təxminən 200-300 nəfər kənd sakinlərinin yolun hərəkət hissəsində dayanaraq yolu bağladıqlarını, avtomobillərin hərəkətini tam dayandırdıqlarını görüb yenidən kafeyə qayıtmışlar. Həmin vaxt camaatın yanına getməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsində avtomobil yolunun kənarında yerləşən "Orxan" marketdə olarkən həmin hissədə yolda bir neçə nəfərin toplaşdıqlarını görüb onlara yaxınlaşmış, həmin şəxslər arasında Təqsirləndirilən şəxs2 da olduğunu görmüşdür. Bir az sonra polis əməkdaşları gəlib camaatla söhbət edərək avtomobil yolunu açmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, "Tik Tok" sosial şəbəkəsində "ravan.6" adlı səhifəni istifadə edir, təxminən 2000 nəfər izləyicisi var, özü isə 10 nəfəri izləyir, xx.xx.2025-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərindən anası X12 ilə əmisi X1 "Man" markalı yük avtomobili ilə yaşadıqları Kürdəmir rayonu Sığırlı kəndinə gəlmək üçün yola çıxmışlar. Həmin tarixdə təxminən saat 21 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yerləşən "Kənan" marketin qarşısına çatmışlar. Əmisi öz "Vaz 21010" markalı minik avtomobilini gətirmək üçün "Man" markalı yük avtomobilindən düşüb yaşadığı evə getmiş və anasıyla onu yük avtomobilində gözləmişlər. Təxminən 20 dəqiqə sonra əmisi öz avtomobili ilə gəlmiş və evlərinə getmək üçün əmisinin avtomobilinə əyləşmişlər. Bakı-Qazax-Tbilisi avtomagistral yolu ilə hərəkət edərkən, təxminən 200-300 nəfərin yolu bağladıqları üçün hərəkət edə bilmədiklərinə görə maşını saxlamışlar, təxminən 5-10 dəqiqə maşında oturandan sonra camaatın çoxu həmin hadisəni videoya çəkdiyini görmüş, əmisiylə maşından düşüb yolun bağlamasına baxmış, həmkəndlilərinin yolu bağlamlarını videoya çəkib özünə məxsus "Tik Tok" sosial şəbəkəsində "ravvan.6" adlı səhifəsində paylaşmış, videonu payşalandan təxminən 10 dəqiqə sonra evə gəlmiş, sonradan isə polis əməkdaşları zəng edib videonu silməsini İstəmişlər, videonu öz "Tik tok" səhifəsindən silmişdir. Yolu Sığırlı kənd sakinləri bağlasalar da orada nə yolu bağlamış, nədə ki, camaatı iğtişaş törətməyə çağırmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid14 ifadəsində göstərmişdir ki, yaşadığı ev Bakı-Qazax avtomobil yoluna yaxın ərazidə yerləşir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən yoldan səs-küy eşidib yola çıxmış, həmin vaxt Bakı-Qazax avtomobil yolunun təxminən 150-200 nəfər şəxs tərəfindən bağlandığını, avtomobillərin hərəkətinin tam dayandırıldığını görmüş, təxminən 50 dəqiqə sonra polis əməkdaşlarının səyi nəticəsində yol açılmış və avtomobillərin hərəkəti bərpa olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid15 ifadəsində göstərmişdir ki, 16 iyun 2025-ci il tarixdə saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində yerləşən dəmiryolu vağazalın yanında olan Təqsirləndirilən şəxs1 Bircahan oğlunun çayxanasında dostları, həmçinin həmkəndliləri X5 ilə və Ziyəddin Bəkirovla çay içib domino oynayarkən küçədən gələn səs-küyə çayxanadan çıxıb həmin yerə getmişlər. Həmkəndlisi Təqsirləndirilən şəxs1 polis sahə rəisi ilə mübahisə etdiyini görmüş, ətrafda olan şəxslər oraya toplaşmağa başlamış, qatıq satan şəxs avtomobilinə oturaraq oradan uzaqlaşmış, mübahisənin sakitləşməsini görüb evinə bazarlıq edib yaşadığı evə getmiş, gecə vaxtı yaşadığı evdə olarkən səs-küy eşitmiş, narahat olub evindən Bak-Qazax yoluna baxdıqda Bakı-Qazax yolu tam bağalandığını görmüş, evindən çıxmadan kütlə yığışan yerə tamaşa etmişdir. Səhəri gün kənd camaatının danışıqlarından məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 polis əməkdaşları apararkən o polisə müqavimət göstərməklə yanaşı, oraya toplaşan şəxsləri yolu kəsməyə təklif etmiş, həmçinin Niyazinin oğlu Sadiq atası Niyazinin polis tərəfindən aparıldığını görüb oraya toplaşan şəxslərə Bakı-Qazax yolunu kəsməyə çağırış etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid16 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxıb Orxan marketə tərəf piyada hərəkət edərkən Bakı-Qazax avtomobil yolunda avtomobillərin hərəkətinin tam dayandığını görmüş, sonra qayıdıb yaşadığı evə gəlmişdir. Sonradan həmin yolun həmkəndlisi Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmasına etiraz olaraq bağlandığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid12 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən Şamlı marketin yanında olan çayxanada qardaşı Fərid və qaynı Elnurla oturub çay içən zaman həmkəndliləri X13 onlara yaxınlaşaraq Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan magistral yolunun kənd caamatı tərəfindən bağlandığını, yolun tam dayandığını bildirmişdir. Bu vaxt o masa arxasından qalxaraq Embalanla birlikdə piyada olaraq Bakı-Qazax-Gürcüstan magistral yolunu tərəf hərəkət etməyə başlamışlar. Təxminən 15 dəqiqəyə yaxın Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan magistral yolunun kənarında yerləşən Orxan marketin qarşısına gəlmiş, həmin vaxt orada təxminən 200-300 nəfər arasında kənd caamatı toplaşmışdı, kənd caamatı həmkəndliləri Təqsirləndirilən şəxs1 adlı şəxsin buraxılmasını tələb etmişlər. Təxminən 10-15 dəqiqə dayandıqdan sonra toplaşmış kütlə dağılmağa başlamış, o isə Embalanla birlikdə yaşadığı evə qayıtmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərarla HK-1/1090 saylı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, onun tutulma vaxtı xx.xx.2025-ci il tarixdə, saat 23:00-dan hesablanmışdır. - xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğu üçün xx.xx.2025-ci il tarixdə, saat 02:40-da şübhəli şəxs qismində tutulmuşdur. - İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Baxış keçirilən yer Kürdəmir rayonu Sığırlı kəndinin mərkəz hissəsində Bakı-Qazax dəmiryol xəttinin kənarında, stansiya adlanan yerdə yerləşir. Yaxınlıqda və ətrafda çayxanalar, ərzaq və digər təyinatlı mağazalar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisə həmin hissədə baş verib. Baxış gündüz vaxtı təbii işıq şəraitində keçirildi, hadisə yerinin fotoşəkilləri rəqəmsal fotokameranın vasitəsilə çəkildi, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı iz, məlumat aşkar olunmadı. Həmçinin baxış zamanı hadisə yerində nəzarət müşahidə kameralarının da olmaması müəyyən olundu.” Həmçinin hadisə yerindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Məhkəmə-tibbi ekspertin xx.xx.2025-ci il tarixli 228 saylı rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətər vardır: sağ və sol bazu nahiyyəsinin qançırları xəsarəti. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, hər biri ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Məhkəmə-tibbi ekspertin xx.xx.2025-ci il tarixli 229 saylı rəyində göstərilmişdir ki, 1994-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətər vardır: döş qəfəsinin ön səthinin qançırı xəsarəti. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 230 saylı rəyində göstərilmişdir ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilmədi. - Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 231 saylı rəyində göstərilmişdir ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilmədi. - xx.xx.2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin məcəllənin 221.2.1, 221.2.2 və 233cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.2.1, 221.2.2 və 233-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-80/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 6-49/2-629/2025 nömrəli məktubdan görünür ki, Bəşirov X10 RMXnin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 6-49/2-630/2025 nömrəli məktubdan görünür ki, Bəşirov X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - Kürdəmir RİHB-nın Sığırlı kəndi İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Bəşirov X3 rayonu Sığırlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Kürdəmir RİHB-nın Sığırlı kəndi İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 5 nəfər ailə üzvü ilə birlikdə (özü, atası Niyazi, anası Gülbəniz, arvadı Zeynəb və 2025-ci il təvəllüdlü qızı Nazlı) Kürdəmir rayonu Sığırlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onların xidməti fəaliyyətlərinə mane olmuşlar, sonra isə kənd sakinlərinə Bakı-Qazax avtomobil yolunun Sığırlı kəndi ərazisindən keçən hissəsində avtomobil yolunu kəsmələri barədə çağırışlar etmişlər. Daha sonra Bakı-Qazax avtomobil yoluna çıxaraq yolu bağlayaraq avtomobillərin hərəkətini təxminən 50 dəqiqə müddətində tamamilə dayandırmışlar. Hadisə nəticəsində ictimai qayda kobud surətdə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə törədilmiş əməlin və buna uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın düzgünlüyünü müəyyən etmək məqsədilə aparılmış məhkəmə istintaqının yekunu olaraq aşağıdakı nəticəyə gəlir. Əvvələn, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə ilk növbədə, Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Həmçinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 1-ci bəndinə qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.
6. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə Cinayət Məcəlləsinin 233-cü maddəsinin dispozisiyasını və tərkib əlamətlərini yaradır. Bu cinayətin adından və dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən məlum olur ki, bu əməl ictimai qaydaları təmin edən münasibətlərə qəsd edən əməllərdəndir. CM-nin 233-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti ictimai qaydanı və müəssisə, idarə və təşkilatın normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Obyektiv cəhətdən ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəyal iştirak etmədə ifadə olunur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, hamılıqla qəbul olunan ictimai davranış qaydalarına, birgəyaşayış normalarına, əxlaq, adət, ənənələrimizə ziddi olan hərəkətlər başa düşülür. Məsələn, qanunsuz olaraq mitinqə, nümayişə toplaşma, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətlərinə mane olma, camaatın rahatlığını pozma və s. Hakimiyyət nümayəndəsi dedikdə, hakimiyyətin hər hansı bir qolunu təmsil edən və nəzarətedici, sərəncamverici səlahiyyətləri olan şəxslər başa düşülür. Məs; hakimlər, prokurorluq, polis işçiləri, müstəntiqlər və s. Nəzərdən keçirilən cinayətin tərkibi hakimiyyət nümayəndəsinin qanuni tələblərinə zidd hərəkətlər olunduqda yaranır. Əgər bu şəxslərin tələbləri qanunsuzdursa, digər cinayətlərin tərkibi yarana bilər. Nəqliyyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər dedikdə, yolların kəsilməsi və ya hərəkətin çətinləşdirilməsi, piketlər, mitinqlər, küçə yürüşləri, nümayişləri, müəssisə, idarə və təşkilatların giriş-çıxış yollarında maneələr yaratmaq və s. başa düşülür. CM-in 233-cü maddəsinin tərkibi həm bir qrup şəxs tərəfindən göstərilən hərəkətlərin törədilməsinin təmininə, həm də bu hərəkətlərdə fəal iştirak etməyə görə yaranır. Maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin təşkilinin baş tutduğu və ya şəxsin bu cür hərəkətlərdə fəal iştiraka qoşulduğu andan bu cinayət başa çatmış olur. Subyektiv cəhətdən bu əməl birbaşa qəsdlə səciyyələnir. Cinayətin motivi və məqsədi müxtəlif ola bilər. Subyekt-16 yaşı tamam olmuş, anlaqlı fiziki şəxsdir. Hazırki cinayət işi üzrə yekunlaşdırılan məhkəmə istintaqında müəyyən edilən hallar onu göstərir ki, təqsirləndirilən şəxslər bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları ilə tənzim edilən ictimai münasibətlərə qəsd edərək, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib səs-küy salmış, ətrafda olan kənd sakinlərinin oraya toplaşıb polisin qanuni fəaliyyətinin qarşısını almağa səsləmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilərkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə polis əməkdaşlarına əlləri ilə qəsdən vuraraq fiziki zor tətbiq etməklə onlara fiziki ağrı yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 sağ və sol bazu nahiyəsinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin ön səthinin qançırından ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, oğlu Təqsirləndirilən şəxs2la ətrafa toplaşan şəxsləri kənd ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yoluna gedərək həmin yolda nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa çağıraraq, nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsini təşkil etmiş, nəticədə Bakı-Ələt-Qazax- Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən 169.5-ci kilometrliyindəki hərəkət hissəsində yolu bağlayaraq bir saata yaxın müddətdə nəqliyyatın normal fəaliyyətini pozmuşlar. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələri ilə tövsif olunub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki,xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığına qəsd edən, bəzi hallarda silah tətbiq edilməklə, digər daha ağır cinayətlərin törədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərə alınmaqla, məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcud nöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilsin. 13. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı, məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi (CM-nin 59.1.1-ci maddəsi), törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini (CM-nin 59.2-ci maddəsi) əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır.Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə törədilən cinayətin zərərli nəticələri ilə yanaşı Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun bağlanmasının sosial şəbəkələrdə yayımlanaraq ictimaiyyət arasında mənfi emosiyyalar yaratmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 15 gün uzadılmışdır. Təqsirləndirilən şəxs1 qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 17 iyun 2025 il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələri ilə ittiham elan olunmuş və məhkəmə istintaqında hər üç maddə ilə təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi (CM-nin 59.1.1-ci maddəsi), himayəsində azyaşlı uşağın olması (CM-nin 59.1.4-cü maddəsi), törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini (CM-nin 59.2-ci maddəsi) əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır.Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə törədilən cinayətin zərərli nəticələri ilə yanaşı Bakı-Ələt-Qazax- Gürcüstanla dövlət sərhədi avtomobil yolunun bağlanmasının sosial şəbəkələrdə yayımlanaraq ictimaiyyət arasında mənfi emosiyyalar yaratmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025 il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSYda saxlanılmışdır. xx.xx.2025-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 05 noyabr 2025 il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində xidmət haqqı ödənilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 220 (iki yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 221.2.2-ci və 233-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 233-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaqla üzərində 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxarılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 noyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi ziyan, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV