Məhkəmə qərarları › İş №1(041)-118/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-118/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-118/2023 21.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxx 1976-cı ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 325 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı sonuncun razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı mətbəxt otağında, stolun altından 02 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 150.0 qram və 175.0 qram ümumi təmiz çəkisi 325 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə marixuanadan 30 ildir ki, istifadə edir. Saxlanılmamışdan 2 ay öncə yaşadığı Kürdəmir rayonu Çöhranlı kəndində olan su arxının üstündən 02 ədəd çətənə kolu tapmış, özü də narkotik aludəçisi olduğu üçün kolun üzərindən yarpaqlarını yığıb qurutmuşdur. 2 ay müddətində qurutduğu marixuanadan istifadə etmiş, qalan hissəsini isə 02 ədəd polietilen torbada yaşadığı evdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evin həyətində işləyərkən qapı döyülmüş və qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Onlar özlərini təqdim edərək yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları yaşadığı evə və evin həyətinə baxış keçirmələrinə etirazının olub-olmadığını soruşmuşlar. Etirazının olmadığını bildirərək ərizə ilə razılığını bildirmişdir. Narkotik vasitəsinin olduğunu və göstərə biləcəyini dedikdən sonra baxışa başlanmışdır. Göstərməsinə əsasən polis əməkdaşları həyətə oradan isə yaşadığı evin 1-ci mərtəbəsindəki mətbəxə daxil olmuşlar. Mətbəx otağında stolun altındakı 02 ədəd şəffaf rəngli polietilen torbanı göstərmiş və içərisində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin 02 ədəd polietilen torba müstəntiq tərəfindən açılmış, içərisinə baxılmış, yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd polietilen torba içərisindəki kütlələr ilə birlikdə 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılmış, üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və “Azərbaycan Respublikası DİN Arayışlar üçün №137” möhürü ilə möhürlənmişdir. Bundan başqa stolun üzərində olan qızıl alış-verişi ilə məşğul olduğu zamanlardan qalan 02 ədəd elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Bundan sonra digər otaqlara da baxış keçirilmiş, qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra üzərində heç bir qanunsuz əşya olmadığını bildirib əynində olan gödəkçənin sağ ön cibindən 02 ədəd mobil telefonu, həmin gödəkçənin sol ön cibindən 01 ədəd cib dəsmalını, 01 ədəd “Argo” markalı siqaret paketini, həmin gödəkçəsinin sol iç cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinazını, həmin şalvarının sol ön cibindən 01 ədəd avtomobil açarını, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 01 ədəd 10 qəpik, həmin şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli pul qabı çıxarıb təqdim etmişdir. Həmin pul qabıya müstəntiq tərəfindən baxış keçirilərkən içərisində 03 ədəd 100 manatlıq pul əskinazı, 12 ədəd 100 Amerikan dolları olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. 02 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd cib dəsmalı, 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinazı, 01 ədəd avtomobil açarı, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 01 ədəd 10 qəpik, 01 ədəd qara rəngli pul qabı, 03 ədəd 100 manatlıq pul əskinazı və 12 ədəd 100 Amerikan dolları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Yaşadığı evdən aşkar olunan 02 ədəd şəffaf polietilen torbada olan təmiz çəkisi 325 qram narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitə marixuanadan 30 ildir ki, istifadə edir. Təxminən 2 ay bundan öncə yaşadığı Kürdəmir rayonu Çöhranlı kəndində olan su arxının üstündən 02 ədəd çətənə kolu tapmış, kolun üzərindən yarpaqlarını yığıb qurutmuşdur. 2 ay müddətində qurutduğu marixuanadan istifadə etmiş qalan hissəsini isə 02 ədəd polietilen torbaya yığaraq yaşadığı evdə özü istifadə etmək üçün saxlamşdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Ayrı-ayrılıqda təmiz çəkiləri 150 qram və 175 qram olan narkotik vasitə qurudulmuş marixuanalar ona məxsusdur, ona heç bir formada təzyiq göstərilməmişdir. Üzərindən aşkar olunan pulları 2019-cu ildə Ukrayna Respublikasından gələrkən gətirmiş, avtomobilini dəyişmək üçün üzərində saxlamışdır. Yaşadığı evdən aşkar edilmiş 02 ədəd elektron tərəziləri qızıl alış verişi edərkən almışdır. Sonradan isə qızıl alqı satqısı ilə məşğul olmadığına görə yaşadığı evə gətirib mətbəx otağına qoymuşdur. Başqa hər hansı bir məqsədlə istifadə etməmişdir. Onun narkomaniyadan asılılığı vardır, özü aqressiayaya meyilli oldğu üçün narkotik vasitədən istifadə etmədiyi təqdirdə aqressiv olur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin törətmiş olduğu əməlindən peşman olduğunu və himayəsində 2 uşağının olmasını nəzərə alıb ona yüngül cəza xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Kürdəmir RPŞnin NMQ-da əməliyyat əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində o, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, İB-nin müstəntiqi Əlvan Məmmədov, RPŞ-nin KQ-nın FDHÜ-nun kiçik inspektoru X4 ilə Təqsirləndirilən şəxs yaşadığı kəndə ezam olunmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin qapısı döyülmüş, qapını Təqsirləndirilən şəxs özü açmış və ona özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək Azərbaycan Republikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Ona yaşadığı evə və evin həyətinə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və ərizə ilə razılığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrinin olduğunu və onları göstərə biləcəyini demişdir. Bundan sonra baxışa başlamışlar. Təqsirləndirilən şəxs göstərməsinə əsasən yaşayış evinin həyətinə daxil olmuşlar, sağ tərəfdə bir mərtəbəli tövlə və qaraj, qarşıda isə mişar daşından tikilmiş, qırmızı rəngli 2 mərtəbəli yaşayış evi vardır. Təqsirləndirilən şəxs göstərməsinə əsasən pilləkənlə evin 1-ci mərtəbəsinə daxil olmuşlar. İçəri daxil olduqda solda yaşayış otağı sağda isə yaşayış otağı və mətbəx vardır. Mətbəxə daxil olduqda Təqsirləndirilən şəxs stolun altındakı 02 ədəd şəffaf rəngli polietilen torbanı göstərərək içərisində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin 02 ədəd polietilen torba Əlvan Məmmədov tərəfindən açılmış, içərisinə baxılmış, yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd polietilen torba içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılmış, üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və “Azərbaycan Respublikası DİN Arayışlar üçün №-137 D” möhürü ilə möhürlənmişdir. Baxış zamanı mətbəxdə olan masanın üzərində 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin elektron tərəzilərin ona məxsus olduğunu, qızıl alış-verişi ilə məşğul olan zamanlardan qaldığını bildirmişdir. Bundan sonra digər otaqlara da baxış keçirilmiş, qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd polietilen torbada aşkar olunan narkotik vasitəni 2 ay bundan öncə yaşadığı kənd ərazisində tapdığı 02 ədəd çətənə ağacının üzərindən yığıb qurutduğunu, üzərindən istifadə etdiyini, özü istifadə etmək üçün saxladığını və ona məxsus olmasını, heç kimə narkotik vasitə satmadığını və heç kimdən almadığını, həmçinin baxışın keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra Müdafiəçi1 dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirərək əynində olan göy rəngli qış gödəkçəsinin sağ ön cibindən 02 ədəd mobil telefon, həmin gödəkçənin sol ön cibindən 01 ədəd cib dəsmalı, 01 ədəd “Argo” markalı siqaret paketi, həmin gödəkçənin sol iç cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinazlarını, həmin şalvarın sol ön cibindən 01 ədəd avtomobil açarını, 01 ədəd 50 qəpiyi, 01 ədəd 20 qəpiyi, 01 ədəd 10 qəpiyi, həmin şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli pul qabını çıxarıb təqdim etmişdir. Həmin pul qabıya baxış keçirilərkən içərisində 03 ədəd 100 manatlıq pul əskinazı, 12 ədəd 100 Amerikan dolları olması müəyyən edilmişdir. Bundan sonra Əlvan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. 02 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd cib dəsmal, 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinazı, 01 ədəd avtomobil açar, 01 ədəd 50 qəpik, 01 ədəd 20 qəpik, 01 ədəd 10 qəpik, 01 ədəd qara rəngli pul qabı, 03 ədəd 100 manatlıq pul əskinazı və 12 ədəd 100 Amerikan dolları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən 02 ədəd polietilen torbada aşkar olunan narkotik vasitəni 2 ay bundan öncə arxın üstündən tapdığı 02 ədəd çətənə ağacının üzərindən yığıb qurutduğunu, özü istifadə etmək üçün saxladığını və ona məxsus olmasını, heç kimə narkotik vasitə satmadığını və heç kimdən almadığını, üzərindən aşkar olunan pulu avtomobilini dəyişmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Lakin onunla heç bir münasibəti hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman və üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/930 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs yaşadığı evdən ..” sözləri və imzalar olan polietilen torbada olan 02 ədəd şəffaf polietilen torbada ayrıayrılıqda təmiz çəkisi 150.0 qram, 175.0 qram, ümumi çəkisi 325.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 325.0 qram, tədqiqata sərf olundu 0,20 qram, 324.80 qram qalıq qalmışdır. (bax iş vər 45-46) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1787 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 132) İş materialalrına əlavə edilmiş məhkəmə kompleks ambulator psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 635 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. O, xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. -Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. - Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs hazırda hər hansı tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22.1 hədələrinin təsiri altına düşmür. (bax iş vər 121-124) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X7 Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər.118) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 603 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşaqları vardır. (bax iş vər. 113) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş Kürdəmir rayon İHB-nın Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 114) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞdən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-623/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər.111) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdə Ağsu rayon Xalq Məhkəməsi tərəfidən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 94 M 3 bəndi ilə təqsirli bilinərək 02 il Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1993-cü il tarixdə Suraxanı rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 50-ci maddəsinə əsasən 01 il 01 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci, 234.1-ci, 66.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya“ qərarın 2.5 bəndinə əsasən azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər. 84-85) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 325 qram narkotik vasitə olan qrudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun özünün ifadəsində qeyd etdiyi kimi narkotik vasiədən istifadə etmədiyi hallarda özünü sakitləşdirə bilmədiyini, aqressiv olduğunu, yəni narkotik vasitə qəbul etməyəndə hər hansı bir xəta törədə biləcəyini, məhkəmə qarşısında öz hərəkətləri ilə yenidən eyni əməli törədə biləcəyini ifadə etməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və cəzanı yüngülləşdirən halı nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il, saat 13.00-dan xx.xx.2023-cü il saat 12.30-dək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs ərazi üzrə Kürdəmir rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutların saxlama otağnda saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 324,8 qram qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Müdafiəçi2 məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435, 345-349, 351-354, və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Məmmədov X5 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 324,8 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. F.Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 10 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 (altmış) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar