Məhkəmə qərarları › İş №1(041)-118/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-118/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-118/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1983-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, evli, Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən “Elegant Ticarət Mərkəzi”ndə, həmin mağazada satıcı işləyən arvadı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xasiyyə malik, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxardıb göstərməklə, hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “çıx bayıra səni öldürəcəm” sözlərini deməklə əlində ki bıçaqla onun arxasınca gedib sonuncunu öldürməklə hədələmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə qurmuşdur. Aytənlə birgə nikahlarında 3 azyaşlı uşağı var. Aytənlə əvvəllər münasibətləri yaxşı olmuşdur. Əvvəllər Kürdəmir rayonu ərazisində yerləşən “Uğur Oteldə” ofisiant kimi işləmişdir. Həmin vaxt maddi durumu normal olmuşdur. Lakin, son iki ildir ki oradan işdən çıxdığına görə maddi durumu aşağı düşmüşdür. Buna görə də müxtəlif yerlərdə günlük işlə məşğul olur. Son iki il ərzində Aytənlə ailə daxili münasibətlər zəmnində mübahisələri yaranmışdır. Buna səbəb isə Aytənin işləmək istəməsi və anasının sözü ilə oturub durması olmuşdur. Aytənin anası da ona “Aytən işləyəcək” dediyinə görə, buna etiraz edib Aytənin işləməyəcəyini demişdir. Lakin sonradan maddi durumu aşağı olduğu üçün 2023-cü ilin dekabr ayında Aytən “Elegant” ticarət mərkəzində satıcı kimi işə düzəlmişdir. Həmin vaxt özü işsiz olmuşdur. Lakin sonradan iş tapdığına görə Aytənin satıcı kimi işləməsini istəməmişdir. Buna görə də ona dəfələrlə işdən çıxmasını desə də, o işləyəcəyini deyib mübahisə yaratmışdır. Təxminən xx.xx.2024-cü il tarixdə Aytənlə yenidən işdən çıxması üstündə mübahisələri yaranmış və mübahisə zamanı Aytən uşaqlarınıda götürüb evdən çıxıb anasının evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdən bir ədəd üzəində qırmızı, ağ və yaşıl rəngləri olan mətbəxt bıçağını da götürüb Aytənin işlədiyi “Elegant ticarət mərkəzinə”getmişdir ki, onu məcbur işdən çıxarsın. Aytən işdən çıxmayacağını dediyi tədqirdə isə bıçaqla onu qorxuzmaq fikrində olmuşdur. Buna görə də Aytənin işlədiyi mağazaya getmişdir. Mağazada Aytənin yanına gedib onu çölə çağırmışdır. Lakin Aytən onunla birlikdə çölə çıxmamışdır. Buna görə də Aytəni qorxuzmaq üçün üstündə evdən götürdüyü bıçağı çıxarıb Aytənə göstərib çölə çıxmasını istəmişdir. Aytən əlində bıçağı görüb qaçıb uzaqlaşmışdır. Aytəni çölə çıxarmaq üçün arxasıyca getmişdir. Aytən çölə çıxmadığına görə mağazadan çıxıb getmişdir. Sonradan isə Aytəni hədələdiyi bıçağı gətirib RPŞ-yə könüllü olaraq təhvil vermişdir. Bıçağa baxış keçirilmiş və götürülmüşdür. Aytənin işdən çıxmasını istədiyinə görə onu qorxuzmaq məqsədi ilə bıçaqla onun işlədiyi mağazaya getmişdir. Zərərçəkmiş şəxs dedikləri ilə qisminə razıdır, belə ki bıçağı çıxarıb “Səni öldürəcəm” demişdir ki məcbur işdən çıxsın. Lakin Aytəni öldürmək niyyəti olmamışdır. Həmin hadisəni Aytən, mağazada işləyən başqa satıcılar və tanımadığı müştərilər görmüşdür. Aytənə bıçaqla xəsarət yetirməsinə imkanı olsa da, niyyəti onu qorxuzmaq olduğuna görə ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində 3 azyaşlı uşaqlarının olmasını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə qurmuşdur. Həmin nigahdan 3 uşaqları var. Natiq ilə ailə qurduqdan sonra ailədə münasibətləri heç də yaxşı olmamışdır. Natiq həmişə evdə mübahisə edərək münaqişə yaratmışdır. Natiq spirtli içkiyə meyilli olduğudan uşaqlara baxmadığına görə məcburiyyət qarşısında qalaraq işləməyə məcbur olmuşdur. “Eleqant” geyim mağazasında satıcı kimi işə düzələrək işləyir. Hətta bir dəfə boşanmaq üçün Kürdəmir rayon Məhkəməsinə ərizə vermiş, lakin həmin vaxt Natiq içkini atdığına görə və uşaqlarına görə bağışlamışdır. Lakin buna baxmayaraq ailədaxili münasibətlər zəmnində mübahisələri davam edir. Hətta bir neçə dəfə Kürdəmir RPŞ-yə Natiqin şiddət göstərməsi barədə ərizə ilə müraciət etmiş, həmin vaxt RPŞ-nin TB-də Elçin Əzizov tərəfindən araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə işdə olduğu vaxt saat 18 radələrində vitrində müştəriyə paltarları göstərərək Natiq arxadan ona yaxınlaşaraq qəflətən “çantanı götür çölə çıx” demişdir. Natiqə “çıx get, məni narahat etmə, yoxsa polisə məlumat verəcəm” demişdir. Natiq bir az gözlədikdən sonra mağazadan çıxmışdır. Bir qədər sonra Natiq yenidən mağazaya gələrək “sənə demirəm çölə çıx” demişdir. Natiqə işdə olduğunu demişdir. Natiq yenə mağazadan çıxmışdır. Kassaya yaxınlaşıb bir dəqiqəlik çölə çıxmaq üçün icazə istəmişdir. Sonra mağazadan çıxmışdır. Natiq uca səslə onu söyüb təhqir etmiş və “çantanı götürüb bu dəqiqə çıxıb gedirsən” demişdir. Mağazaya qayıdıb işinə davam etmişdir. Aradan bir müddət keçdikdən sonra çantalar olan yerdə müştəriyə məktəb çantaları seçən zaman Natiq mağazanın çöl tərəfində pilləkənin yanında dayanıb tərs-tərs baxmışdır. Müştəriyə çantanı seçdikdən sonra kassaya aparmışdır. Çantanın qiyməti hesablandıqdan sonra çantanı sellofan torbaya qoymuşdur. Yenidən uşaq geyimi olan tərəfə getmişdir. Vitrinə paltar asan vaxt Natiqin arxasında dayandığını və əlində bıçaq olduğunu görmüşdür. Arxaya çevrilən vaxt Natiq bıçağı ona tərəf uzadıb onu söyüb təhqir edərək “səni öldürəcəm” demişdir. Natiqin onu bıçaqla öldürəcəyindən qorxub kağız yeşiklərin üstündən tullanaraq qaçmışdır. Natiq də arxasınca düşmüşdür. Mağazada işləyən iş yoldaşları Günay və Lamiyyəyə “telefon verin polisə məlumat verəcəm ki, Natiq məni bıçaqla öldürmək istəyir” demişdir. Natiq də əlində olan bıçağı gizlətmişdir. Natiqin onu bıçaqla öldürəcəyi ilə hədələməsini hadisə zamanı mağazada işləyən iş yoldaşları və müştərilər görmüşdür. Natiqin əlindəki bıçaq mətbəxt bıçağı olmuş, üzərində göy və qırmızı rəngli rənglər olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin Təqsirləndirilən şəxsla barışmadığını bildirib onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsidə göstərdi ki, təxminən 6 ildir ki Kürdəmir şəhəri Babək prospektində yerləşən “Elegant Ticarət Mərkəz” də satıcı işləyir. Zərərçəkmiş şəxs təxminən 8 aydır ki onunla birlikdə işləyir. Aytənlə ədavəti və düşmənçiliyi yoxdur. Aytənlə söhbət zamanı əri Natiqin ona şiddət göstərib onu öldürməklə hədələdiyini danışmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində mağazada olan zaman Natiq mağazaya gəlib Aytənin yanına getmişdir. Təxminən 1-2 dəqiqə sonra Aytən onun yanından qaçaraq uzaqlaşmış, və onlara Natiqin onu bıçaqla hədələdiyini demişdir. Natiq isə əlində bıçaqla onun arxasınca gəlmişdir. Daha sonra Natiq mağazadan çıxıb getmişdir. Natiqin Aytəni bıçaqla hədələdiyini görməsə də, Aytən Natiq tərəfindən hədələndiyini demiş özü isə Natiqin əlində bıçağı görmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin TB-nin təhiqatçısı polis mayoru Sadıq Sadıqov tərəfindən Elegant Ticarət Mərkəz” də hadisə yerinə baxış keçirilən zaman götürülmüş, təhlükəsizlik kamerasının videogörüntüsündən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində, Kürdəmir şəhəri Babək prospektində yerləşən “Elegant Ticarət Mərkəzi” in daxilində, Təqsirləndirilən şəxs həmin mağazada satıcı işləyən arvadı Zərərçəkmiş şəxs yanına gələrək özü ilə gətirdiyi bir ədəd bıçağı Zərərçəkmiş şəxs nümayiş etdirdikdən sonra, Zərərçəkmiş şəxs onun yanından qaçaraq uzaqlaşması, Təqsirləndirilən şəxs isə onun arxasıyca getdiyi,eləcə də həmin vaxt mağazada bir neçə nəfər şəxsin olduğu müəyyən edilmişdir. (bax iş vər, 6-11,41) İş materiallarına əlavə edilmiş “məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 18/801 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istahsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüat-məişət təyinatlı mətbəxt bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklə edilməmişdir, soyuq silah hesab edilmir. (bax iş vər, 78-82) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49-2-901/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər, 77) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər, 40) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X10 Filialından alınmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş, vər, 89) İş materiallarına əlavə edilmiş Kürdəmi rayon İcra Hakimiyyəti, Kürdəmir rayon Mənzil İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli, 671 nömrəli arayışından görünür ki, Kürdəmir şəhəri, Ü.Hacıbəyov 33 ünvanda yaşayan Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər, 32) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2019-ci ildə anadan olmuşdur. (bax iş vər, 34) İş materiallarına əlavə edilmiş AZE N 12740986 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-ci ildə anadan olmuşdur. (bax iş vər, 34) İş materiallarına əlavə edilmiş AZE N 12741022 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2013-ci ildə anadan olmuşdur. (bax iş vər, 34) İş materiallarına əlavə edilmiş Kürdəmi rayon İcra Hakimiyyəti, Kürdəmir rayon Mənzil İstismarı Sahəsinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər, 33) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. “İnsan Hüquq və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikas Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəısinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13.3-ci bəndinə əsasən məhkəmələr cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-ci bəndinə əsasən cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Hümmətov X4 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 33 ünvanda yaşamaqla orada qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkiləri qəbul etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 57,40 manat pul təqsirləndirilən şəxsdən alınıb Dövlət Büdcəsinə ödənilməldiir. İş mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3-də yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkiləri qəbul etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 57,40 (əlli yeddi manat qırx qəpik) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar