Məhkəmə qərarları › İş №1(041)-118/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-118/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-118/2025 02.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 2, ev 52, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, gecə saat 00.30 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən istixananın arxa hissəsində Zərərçəkmiş şəxs ilə sonuncunun onun bacısı xx.xx.2010-cu il təvəllüdlü Mahmudova Jalə Ramal qızına sosial şəbəkədə mesaj yazmasına narazılığını bildirərkən Zərərçəkmiş şəxs ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaqla sonuncunun ayağından bir dəfə qəsdən vuraraq ona sol budun iç səthinin yarası ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə Bakı şəhərində yaşayır. xx.xx.2025-ci il arixdə Bakı şəhərində olarkən bacısı Jalənin sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə biri-birilərinə mesajlar yazdığını görmüş və buna görə bacısı Jalə ilə dalaşmış, xx.xx.2025-ci il tarixdə saat 22.30-da Bakıdan Kürdəmirə gəlib Kürdəmir şəhərində H.Əliyev parkının qarşında tanışı Şahid2la görüşüb ondan Ağakərimmin mobil nömrəsini soruşmuş, Rza da Ağakərimin nömrəsini öyrənib ona demişdir. O, Ağakərimə zəng edərək görüşmək istədiyini bildirmiş və onlar Kürdəmir rayonunda “Köhnə bazar” adlanan yerdə görüşməyi razılaşmışlar. O, tanışı Rza ilə birlikdə əvvəllər tanıdığı Şahid1 avtomobili ilə həmin yerə getmişlər. Həmin yerdə Ağakərim avtomobilə əyləşmiş və o, Elcandan avtomobili Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən istixananın yanına aparmasını xahiş etmişdir. 27 iyul 2025-ci il tarixdə saat 00:30 radələrində istixananın arxa hissəsində o, Rza və Ağakərim avtomobildən yerə düşmüş, Elcan isə avtomobildə oturaraq onları gözləmişdir. Rza da avtomobilin yanında qalmış, o, gəldikləri avtomobildən təxminən 20-25 metr aralıda Ağakərimdən hansı məqsədlə onun azyaşlı bacısı Jaləyə müsaj yazdığını və telefonla danşdırığını soruşaq öz iradını bildirmiş, Ağakərim isə ona kobud cavab vermiş, əsəbləşərək əlində olan cib bıçını açıb Ağakərimin ayağında bir dəfə vurmuşdur. Bundan sonra o, Ağakərimdən aralanmış, Raz isə Ağakərimə yaxınlaşaraq ona köməklik etmişdir. Bundan sonra o, Ağakərimə yaxınlaşmış, Ağakərim etdiyi hərəkətə görə ondan üzr onlar da barışmışlar. Bundan sonra onlar Ağakərimi Köhnə bazar deyilən yerdə düşürmüş, o və Rza gəldikləri Elcanın avtomobili ilə qayıdıb evlərinə getmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, o, əvvəllər Ağakərimi üzdən tanımış və münasibətləri olmamışdır. Şahid1 və Rza söhbətin nədən getdiyini bilməmişlər. İstifadə etdiyi bıçaq isə balaca cib bıçağı olmuş, onlar qayıdarkən həmin bıçağı tullamış, qaranlıq olduğu üçün yeri yadında qalmamışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanısa da aralarında heç bir münasibətləri olmamışdır. O, hadisədən 1 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs bacısı Jalə ilə tanış olaraq yazışmışdır. xx.xx.2025-ci il tarixdə saat 23.30 radələrində o, Kürdəmir rayonu, Köhnə bazar adlanan yerdə yerdə iş yerində yeməkxanada olarkən Amin Mahimudov ona zəng edərək görüşmək istədiyini demiş, o da razılaşmışdır.Telefon danışığından 20 dəqiqə sonra Amin gəlmiş və o, da işdən icazə alaraq Amin gəldiyi avtomobilə əyləşərək Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən istixanana istiqamətinə getmişlər. O, avtomobildə olan şəxslərin Rza və avtomobili sürən şəxsin Elcan olduğuğunu bilmişdir. 27 iyul 2025-ci il tarixdə saat 00:30 radələrində onlar istixana ərazisinə çatdıqdan sonra Elcan avtombildə qalmış, Rza da avtomobilin yanında qalmış o, və Amin isə onlardan təxminən 20-25 metr aralaşmışlar. Amin ondan hansı səbəblə bacısı Jaləyə mesaj yazdığını soruşmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Amin əlində olan bıçaqla onun sol ayağından vuraraq ona xəsarət yetirərək uzaqlaşmış, Rza ona yaxınlaşaraq kömək etmiş, bir az sonra Amin də ona yaxınlaşaraq əsəbləşdiyi üçün onu vurduğunu deyərək onu qucaqlamışdır. Bundan sonra onlar gəldikləri avtomobilə əyləşərək Köhnə bazar adlanan yerdə düşmüş, Amingil isə getmişlər. O, evə gəldikdən sonra hadisəni atasına danışmış, atası Taleh onu xəstəxanaya gətirərək yardım etmişlər. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur, ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq işin icraatına xitam verilməsini, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, o, özünə məxsus VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var, taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs isə tanımır. xx.xx.2025-ci il tarixdə saat 22.30 radələrində o, evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng vurub taksi kimi ona lazım olduğunu bildirmiş və Kürdəmir şəhəri, H.Əliyev parkının qarşısına çağırmışdır. O da idarə etdiyi avtomobillə parkın qarşısına gəlmiş və Təqsirləndirilən şəxs, Şahid2la görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs ondan Kürdəmir şəhəri, "köhnə bazar” deyilən yerə aparmağı və həmin yerdən adı sonradan ona məlum olan Ağakərim Abdürahmanlını götürüb Atakişili kəndi ərazisində yerləşən istixananın yanına aparmağı xahiş etmişdir. O, razılaşıb idarə etdiyi avtomobillə Aminlə Rzanı “köhnə bazar” deyilən yerə aparmış və həmin yerdən Ağakərimi götürüb Atakişili kəndi ərazisində yerləşən istixananın yanına aparmışdır. Həmin yerdə Amin, Rza və Ağakərim avtomobildən yerə düşmüş, o, isə sükan arxasında qalmışdır. Rza avtomobilin yanında qalmış, Aminlə Ağakərim isə aralanıb getmişlər. Təxminən 5-10 dəqiqədən sonra Rza da onların yanına getmiş və onlar qayıdan zaman o, Ağakərimin ayağından xəsarət aldığını görmüşdür. Onlar Ağakərimə köməklik etmiş və sonra o, sonuncunu idarə etdiyi avtomobillə “Köhnə bazar” deyilən yerə aparmış və Ağakərim avtomobildən düşüb getmişdir. Bundan sonra o, X2 şəhəri, “Dörd yol” deyilən yerin yanında düşürüb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında həmçinin bildirdi ki, Ağakərimi istixananın yanına aparan zaman onların həmin yerə hansı məqsədlə getdiklərini, aralarında olan narazılığın səbəbini bilməmişdir. Rza da onun kimi heç nədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bıçaqla Ağakərimə xəsarət yetirdikdən sonra ona və Rzaya məlum olmuşdur ki, Ağakərim Aminin azyaşlı bacısına zəng vurub danışmış və həmin yerdə Amin Ağakərimlə söhbət edərkən Ağakərim ona kobud cavab verdiyindən Amin əsəbiləşib bıçaqla onu ayağından vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v 1); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayan Nümayəndə ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Amin adlı şəxs bıçaqla oğlu Ağakərimə xəsarət yetirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v 3); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində istixananın arxa hissəsində hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol, foto-cədvəl tərtib edilərək iş materiallarına əlavə edilmişdir (i.v 19-25); xx.xx.2025-ci il tarixli Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon mənzil istismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən örünür ki, Mahmudov X1 şəhəri, H.Əliyev prospekti, məhəllə 1, ev 52/1 nömrəli evdə yaşayır, ailə tərkibi atası, anası və bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 37-38); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180,2.1, 180.2.4, 70-ci maddələri ilə 03 il A.M.E, 02 il şərti sınaq maddətinə məhkum olunmuşdur (i.v.41-42); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-794/2025 nömrəli məktubdan görünür ki, Mahmudov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur (i.v.44); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin, canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 300 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət- sol budun iç səthinin yarası. Göstərilən xəsarət iti uca və iti kənara malik olan əşyanın (alətin) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstrilən xx.xx.2025-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v.56-57); xx.xx.2025-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinə hissəvi xitam verilmişdir (i.v.72-73); xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi ilə birgə verdiyi ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənmişdir, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, dəymiş ziyan tam şəkildə ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsini dinələyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlakın olmmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (yüz on) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar