Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-119/2023 26.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiysının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi – 7,48 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol ön cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0.28 qram, 03 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 3.03 qram, 2.19 qram, 1.98 qram, ümumi çəkisi – 7.48 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Karrar kəndində ailəsi ilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki, istifadə edir. 2023-cü ilin mart ayında şəxsi istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın toxumundan bir ədədini saxlayıb yaşadığı kənd ərazisində sahibsiz olan “kənd klubunun” binasının içərisində dibçəkdə əkib yetişdirərək qulluq edib becərmişdir. Təxminən 2-3 gün bundan qabaq həmin bitkinin yarpaqlarını toplayıb 03 ədəd kibrit qutusuna yığmış, bir az hissəsini isə şəxsi istifadəsi üçün 01 ədəd ağ rəngli kağıza bükərək cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı Kürdəmir rayonu Karrar kəndi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan şalvarın sol ön cibindən 03 ədəd kibrit qutusu, sağ ön cibindən 01 ədəd “Winston” markalı siqaret və 23 manat pul əsginazı, şalvarın sağ arxa cibindən 01 ədəd “LD” markalı siqaret və 01 ədəd “Samsung DUOS” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi 03 ədəd kibrit qutuları müstəntiq tərəfindən açılıb baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol ön cibindən 01 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin büküm açılaraq baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 03 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm Çin istehsalı olan elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 15 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunan 03 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əynində olan açıq qəhvəyi rəngli şalvarın sol ön cibindən çıxarıb təqdim etdiyi 03 ədəd kibrit qutusunda və həmin cibindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə olan 7.48 qram kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kütlələri 2023-cü ilin mart ayında yaşadığı kənd ərazisində sahibsiz olan “kənd klubunun” binasının içərisində dibçəkdə əkib yetişdirib qulluq edib becərdiyi 01 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb şəxsi istifadə etmək üçün saxlamışdır. O, dibçəkdə əkdiyi çətənə bitkisinin yarpaqlarını yığdıqdan sonra dibçəyi və bitkinin qalıqlarını kənddə olan zibil tullantıları yerinə atmışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə yoxdur. Narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 20.00 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan açıq qəhvəyi rəngli şalvarın sol ön cibindən 03 ədəd kibrit qutusu, sağ ön cibindən 01 ədəd “Winston” markalı siqaret və 23 manat pul əsginazı, həmin şalvarın sağ arxa cibindən 01 ədəd “LD” markalı siqaret və 01 ədəd “Samsung DUOS” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutuları müstəntiq tərəfindən açılıb baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol ön cibindən 01 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin büküm açılaraq baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 03 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm Çin istehsalı olan elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 15 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 03 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri möhürlənmişdir. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs 03 ədəd kibrit qutularında və 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, ona məxsus olduğunu, onu 2023-cü ilin mart ayında yaşadığı kənd ərazisində hazırda sahibsiz olan “kənd klubunun” binasında dibçəkdə əkib becərdiyi 01 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/889 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız çəkisi – 0.28 qram, 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 3.03 qram, 2.19 qram, 1.98 qram, ümumi çəkisi – 7.48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təmiz çəkisi-7,48 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq 7,4 qram qalmışdır.(bax iş vər.40-41) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 1913 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər.141) İş materiallarında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-49/2-639/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur.(bax iş vər. 92) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 65-66) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 838 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 uşağı vardır. (bax iş vər. 94) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.95) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20.00-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.21-22) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17.30-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 87-88) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20.00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 17.30-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs profilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə marixuananın 7,40 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatında daxil olaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Karrar kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə marixuananın 7,40 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 (altmış) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-119/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-119/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver