Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-119/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, evli, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o özgə əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə Kürdəmir rayonu Ərşəli kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Şahid2 ilə qeyri-rəsmi yaşadığı zaman, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmin evdə heç kimin olmamasından və Zərərçəkmiş şəxs yataq otağının qapısının açıq olmasından istifadə edərək, həmin otağa qanunsuz daxil olub sobanın yanında yerləşən saxlanc yeri hesab edilən taxta sandığın qapağını mismarla açıb, oradan 01 ədəd şüşə bankanın içərisində olan 01 cüt 4.53 qram çəkidə 585 əyyarlı 385 manat qiymətində qızıl sırğanı, 01 cüt 8 qram çəkidə 585 əyyarlı 720 manat qiymətində sırğanı, 01 ədəd 585 əyyarlı 6 qıram çəkidə 540 manat qiymətində qızıl üzüyü, 01 ədəd 585 əyyarlı 18 qram çəkidə 1620 manat qiymətində qızıl boyunbağını və sandığın içərisində şüşə bankanın kənarına qoyulmuş 300 manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs, ümumilikdə 3565 manat maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspert rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qaynanası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamış, pula ehtiyacı olduğundan onun yataq otağından oğurluq etmək qərarına gəlmiş, bunun üçün qaynanası evdə olmayan vaxt- xx.xx.2024-cü il tarixdə saat 18 radələrində onun yataq otağına daxil olaraq sobanın yanında sandıq görmüş, həmin sandığın üst qapağına bərkidilmiş dəmiri mismarla açıb, sandığın içərisində şüşə bankanın içərisində salfetə bükülmüş 02 cüt sırğa, 01 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl üzüyü və şüşə bankanın yanında olan 300 manat pulu götürərək öz yataq otağına keçmiş, təxminən 30 dəqiqə sonra yaşadığı evdən çıxıb Kürdəmir şəhərinə gələrək, oğurladığı 300 manat pulu həmin günü öz şəxsi ehtiyacları üçün xərcləmiş, xx.xx.2024-cü il tarixdə qızılları götürüb Ərşəli kəndinin girəcəyində olan “Ehtiram” marketə gəlmiş, Ehtiramla görüşüb ona qızıl sırğa satdığını demişdir. Ehtiram ondan qızılın qiymətini soruşduqda Ehtirama 100 manat satmasını demişdir. Lakin Ehtiram ona 80 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Ehtiramdan ona olan 30 manat borcunu çıxdıqdan sonra 50 manat verməsini istəmiş, Ehtiram onunla razılaşıb 50 manat pul vermişdir. Sonra Kürdəmir şəhəri “Təzə bazar” adlanan yerə getmiş, orada qızılları tanımadığı şəxsə 01 cüt sırğanı 125 manata, 01 ədəd qızıl üzükü 150 manata və 01 ədəd qızıl boyunbağını 120 manata satmışdır. Bundan sonra əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Verilmiş suallara cavabında təqsiləndirilən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şahid2 ilə 2023-cü ilin aprel ayından ailə həyatı qurmuş, birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Şahid2 ilə olan nikahı onun ikinci nikahıdır, əvvəlki nikahdan 8000 aliment borcu vardır. O, oğurluqu tək etmiş, ona heç kimin köməklik etməmişdir. Oğurluq edən zaman evdə heç kimin olmamış, 01 ədəd cüt sırğanı Ehtibar adlı şəxsə 30 manat borcu olduğundan ona 80 manata satmış, Ehtiramın borcunu çıxdıqdan sonra ona 50 manat pul vermiş, 01 cüt sırğa, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağını Kürdəmir rayonu ərazisində olan Təzə bazar adlanan yerdə tanımadığı şəxsə ümumilikdə 395 manata satmışdır. 300 manat pulu və qızılları satdıqdan sonra əldə etdiyi gəliri də öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir, qızılları satdığı şəxslərə öz qızılı olduğunu, pula ehtiyacı olduğu üçün satmasını demişdir, qızılları alan şəxslərin qızılın oğurluq olmasından xəbəri olmamışdır. Kürdəmir rayonu ərazisində etdiyi oğurluqdan başqa heç bir oğurluq etməmiş, əldə etdiyi gəliri öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda etdiyi oğurluq əməli nəticəsində vurulmuş zərəri ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qızı Şahid2 əridir. Təqsirləndirilən şəxsla qızı Şahid2 ilə 2023-cü ilin mart ayında evlənmiş, birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Mahir qızı Sevinclə birgə ona məxsus olan evdə yaşamışlar. O, yaşadığı evdə yatdığı otaqda özünə məxsus olan sandıqda 2 cüt qızıl sırğa, 01 ədəd üzük, 1 ədəd boyunbağını və özünə aid olan pulu saxlamış, sonuncu dəfə təxminən hadisədən 2 ay əvvəl sandıqdan pul götürən zaman qızıllarını qoyduğu bankaya baxmış, həmin vaxtı qızılların yerində olduğunu görmüş, xx.xx.2024-cü il tarixdə pensiyasını almış və 300 manatını həmin sandığa qoymuşdur. Lakin şüşə bankada olan qızıllarına baxmamışdır. Qızı Sevinc hamilə olduğu üçün xx.xx.2024-cü il tarixdə o, əməliyyat olunması üçün Bakı şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində pul lazım olduğu üçün sandıqdan pul götürmək istəmişdir. Həmin vaxtı sandığın arxa hissəsində olan üst qapağının bərkidildiyi dəmirin qırıldığını, sandığın qapağına vurduğu qıfılın isə yerində olmadığını görmüşdür. Dərhal sandığa, qızıllarını yığdığı şüşə bankaya baxmış, həmin vaxtı qızılları qoyduğu bankanın qapağının açıq olduğunu və qızıllarının yerində olmadığını aşkar etmiş, sonra isə sandığa qoyduğu 300 manatını axtarmış, lakin sandıqda pulunu tapa bilməmişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı Sevinclə ikinci evliliyi olmuş, ona görə də Mahirin aliment borcu olduğu üçün ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçən müddət ərzində 1000 manat pulu aliment borcunu ödəməsi üçün vermişdir. Sandıqda olan qızıl və pullarının oğurlanmasında kürəkəni Mahirdən şübhələndiyi üçün bununla bağlı Mahirdən soruşmuş, lakin Mahir ona sandıqdan oğurluq etmədiyini demişdir. xx.xx.2024-cü il tarixdə qızı Sevinc xəstəxanadan evə qayıtdıqdan sonra ondan sandıqdan oğurluqla bağlı soruşmuş, Sevinc ona sandıqdan oğurluqla bağlı heç bir məlumatının olmadığını demişdir. Ona görə də Kürdəmir RPŞ-yə evindən oğurluq olması ilə bağlı məlumat vermişdir. Yaşadığı evə polis əməkdaşlarının gəlmiş və evindən oğurluq olması ilə bağlı Kürdəmir RPŞ-yə ərizə yazmışdır. Sandıqda olan 300 manat pul isə 6 ədəd 50 manatlıq əskinaslar olmuş, 01 cüt 5 qram çəkidə 585 əyyarlı 400 manat qiymətində qızıl sırğa, 01 cüt 8 qram çəkidə 585 əyyarlı 640 manat qiymətində sırğa, 01 ədəd 585 əyyarlı 6 qıram çəkidə 480 manat qiymətində qızıl üzük, 01 ədəd 585 əyyarlı 18 qram çəkidə 1440 manat qiymətində qızıl boyunbağı və 300 manat pulunun oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 3560 manat maddi ziyan dəymişdir. Oğurlanan qızıl-zinət əşyaları və pullar ona məxsus olmuşdur. Hazırda qızı Təqsirləndirilən şəxs ilə ayrı yaşayır, onların bir yerdə yaşamasını istəmir. Təqsirləndirilən şəxs oğurluq nəticəsində ona vurduğu zərəri ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, yaşadığı kəndin ərazisində ərzaq mallarının satışı ilə mağazası olur. Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gəlib 30 manat pul lazım olmasını demiş, Mahirə ilk başda pul verməsə də Mahirin ona arvadının müalicəsi üçün 30 manat pulun lazım olmasını dedikdə inanıb ona 30 manat borca pul vermiş, lakin aradan bir az vaxt keçsə də Mahir onun borcunu qaytarmamışdır. Mahiri hər dəfə görəndə ondan borc verdiyi 30 manat pulu istəmiş, Mahir hər dəfəsində müxtəlif bəhanələr gətirərək işləyib pul qazandıqdan sonra pulu verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Mahir onun işlətdiyi mağazaya gələrək ona 1 cüt sırğa göstərib borcunun qarşılığında 100 manata satmasını və borcunu çıxdıqdan sonra ona 70 manat pul verməsini demiş, qızıla baxıb Mahirdən qızılı hardan əldə etdiyini soruşduqda Mahir həmin qızılın ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün və ona olan borcu qaytarmağa görə satdığını demişdir. Həmin qızıla baxdıqdan 30 manat borcunu çıxaraq Mahirə 50 manat pul verə biləcəyini demiş, Mahir onunla razılaşmış, bundan sonra Mahirə 50 manat pul vermiş, qalan 30 manatı isə borcundan çıxmışdır. Mahirin çıxıb getmişdir. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildirmişdir ki, Mahir qızılı gətirən zaman tək olmuş, özü də həmin vaxt mağazada tək oldmuşdur. Ətrafda heç kim olmamış, qızılın oğurluq olub-olmamasını Mahirdən soruşmuş və Mahir isə həmin qızılı öz vəsaiti hesabına aldığını və ona məxsus olmasını demişdir. Eləcə də Mahir 1 ildir ki həmin kənddə qaldığı üçün onun oğurluq əmlak satmasına inanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Anası Gülxar özünə məxsus olan qızıl və pulları evdə harada saxlaması ilə bağlı heç bir məlumatı olmamış, hamilə olduğuna görə xx.xx.2024-cü il tarixdə əməliyyat olunması üçün Bakı şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə övladı dünyaya gəldiyi üçün yenidən anasına məxsus olan evə gəlmiş, anası Gülxarla yaşadığı evdə olan zaman əri Mahirin harada olması ilə bağlı soruşmuş, anası Gülxar ona əri Mahirin ona məxsus olan yatdığı otaqdakı sandıqdan ona aid olan 2 cüt qızıl sırğanı, 01 ədəd üzüyü, 1 ədəd qızıl boyunbağını, eləcədə 300 manat pulu oğurlamasını demişdir. X2rluqla bağlı soruşmasını demiş, anası ona Mahirin ona heç bir söz demədiyi və evdən çıxıb getməsini demişdir. Ona görə də Kürdəmir RPŞ-yə evlərindən oğurluq olması ilə bağlı məlumatı anası Gülxar vermişdir. Verilmiş suallara cavabında Şahid2 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla 2023-cü ilin mart ayında evlənmiş, birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Əri Mahir onunla birgə anası Gülxara məxsus olan evdə yaşamış, əri Mahirin onunla ikinci evliliyi olmuş, birinci ailəsindən boşanmış, ona görə də anası Gülxar Mahirə aliment borcu olduğu üçün ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçən müddət ərzində aliment borcunu ödəmək üçün 1000 manat pul vermişdir.Yaşadıqları evə polis əməkdaşlarının gəlməsi və evlərindən oğurluq olması ilə bağlı Kürdəmir RPŞ-yə anası Gülxar ərizə yazmışdır. Anası Gülxar ona 01 cüt 5 qram çəkidə 585 əyyarlı 400 manat qiymətində qızıl sırğa, 01 cüt 8 qram çəkidə 585 əyyarlı 640 manat qiymətində sırğa, 01 ədəd 585 əyyarlı 6 qıram çəkidə 480 manat qiymətində qızıl üzük, 01 ədəd 585 əyyarlı 18 qram çəkidə 1440 manat qiymətində qızıl boyunbağı və 300 manat pulun Mahir tərəfindən oğurlandığını, oğurluq nəticəsində anasına nağd pulla birlikdə ümumilikdə 3560 manat maddi ziyan dəydiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarix ərizədən görünür ki, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus yaşadığı evin yataq otağında olan sandıqdan 2 cüt qızıl sırğanı, 01 ədəd üzüyü, 1 ədəd qızıl boyunbağını və 300 manat pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçən müddət ərzində kürəkəni Təqsirləndirilən şəxs oğurladığını bildirməklə onu cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir (i.v. 3); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 2 cüt qızıl sırğanı,1 cüt üzüyün, 1 ədəd qızıl boyunbağının və 300 manat pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək keçən müddət ərzində kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurladığı barədə ərizəsi ilə əlaqədar RPŞ-nin TB-də toplanmış materiallar əsasında cinayət işi başlanmışdır (i.v. 1); xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan yani xx.xx.2024-ci il tarixdə saat 20:30-dan hesablanmışdır (i.v. 27-28); xx.xx.2024-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmuş, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 46, 56-57); xx.xx.2024-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə həmin tarixdə yenidən ittiham elan olunmuş barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v. 111,121-122); xx.xx.2024-cü il tarixli Kürdərmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əsgərov X4 rayonunun Xırdapay kəndində pasport qeydiyyatında olmaqla yaşayır, ailə tərkibi anası, arvadı və 1 azyaşlı övladından ibarətdir, orta təhsillidir, məhkum olunmamışdır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur (i.v.90-91); xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs otağından qızıl, zinət əşyalarını və pulu necə oğurladığını göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (i.v.96-99); İş üzrə verilmiş əməliyyat-tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından sobanın yanında yerləşən saxlanc yeri hesab edilən sandığın qapağını mismar ilə açıb, oradan 01 ədəd şüşə bankanın içərisində olan 02 cüt qızıl sırğanı, 01 ədəd qızıl üzüyü, 01 ədəd qızıl boyunbağını və sandığın içərisində bankanın kənarına qoyulmuş 300 manat pulu oğurlamışdır. Təqsirləndirilən şəxs 01 cüt sığanı Şahid1 80 manata satmışdır. Etiram Rzayev 01 cüt sırğanı təhqiqata təqdim etmişdir. Oğurlanan 01 cüt sırğanın, 01 ədəd qızıl üzüyün, 01 ədəd qızıl boyunbağının və 300 manat pulun yerinin müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat axtarış tərbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır (i.v.92); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-ci il tarixli 18-1-49/2-690/2024 nömrəli məktubdan görünür ki, Əsgərov X4 RMX-nin PHŞ-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim pisixiatırın qeydiyyatında yoxdur (i.v.75); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.73); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5599 nömrəli rəyindən görünür ki, ekspetiza təyini haqqında qərarda göstərilən zərgərlik məmulatlarının 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2880,00 manat müəyyən olunur. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. (i.v.100-102); Kompleks məhkəmə-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024cü il tarixli 6/4250-9/6913 nömrəli rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan sırğa cütü - üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,53 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 2.Ekspertiza tədqiqatına təqdim olunmuş sırğa cütünün orta bazar qiyməti ilə dəyəri təxminən 385.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manatdır. (i.v.103-106); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Şahid1 təqdim etdiyi 01 cüt sırğa iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınmış, saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (i.v.124-129) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş zərəri ödəməməsini, zərərçəkmiş şəxslə barışımağa cəhd göstərməməsi və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 01 cüt sırğa hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməməsi, mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (AZ.MEM, VÖEN-**********, Hesab № AZ34CTRE********************, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. İş üzrə maddi sübut – Kürdəmir RPŞ-nin saxlama kamerasında saxlanılan 01 cüt sırğa hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməməsi, mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-119/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-119/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver