Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-119/2025 23.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 iştirlakı ilə, X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları xx.xx.2025-ci il tarixdə "YouTube" vasitəsilə "Milli TV”-də "Məhkəmə işçiləri vətəndaşa saxta qətnaməni necə verdilər"-başlığı altında 08:27 dəqiqəlik yayımda yalan və böhtan xarakterli məlumatlar yaymaqla, həmçinin onu ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. X7 verdiyi müsahibəsində 2022-ci ildə qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, həmin işlə bağlı onunla hüquqi yardım göstərmək üçün müqavilə bağladığını və 500 manat məbləğində xidmət haqqı ödədiyini bildirmişdir. X1 müsahibədə onu cavabdehlər X5 və X6 2000 (iki min) manat almaqda ittiham edərək, cavabdehlərin xeyrinə "işləməkdə", həmçinin müsahibədə adları çəkilən keçmiş məhkəmə işçiləri Ruslan və Yaşar adlı şəxslərlə cinayətkar əlaqəyə girərək 2700 manat məbləğində pulu onlarla bölüb mənimsəməkdə günahlandıraraq onu təhqir etmişdir. Məhkəmənin hazırlıq iclasında X4 vəsatətlə çıxış edərək, işlə bağlı ona məlum olan əlavə sübutların əldə edilməsinə yaranmış zərurətlə əlaqədar olaraq, hazırki vəziyyətdə xüsusi ittiham qaydasında şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasına X7 və onun müdafiəçisi Müdafiəçi X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə vəsatəti və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in CPM-in 88.4.2-ci maddəsinə əsasən, xüsusi ittihamçı cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 302.1.2— 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 vəsatəti təmin edilsin. X3 Azərbaycan Respublikası CM-in 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan, surəti rəsmi qaydada verildikdən sonra 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-119/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-119/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver