Məhkəmə qərarları › İş №1(041)-12/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-12/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-12/2023 24.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 2002-ci il tarixdə Kürdəmir rayonu, Sovla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Kürdəmir rayonu Sovla kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22-də yerləşən məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarında “whatsapp” mobil tətbiqi vasitəsilə həmkəndlisi, xx.xx.2004-cü təvəllüdlü Zərərçəkmiş şəxs ilə video-zəng formasında danışarkən sonuncunun məlumatı və razılığı olmadan çılpaq vəziyyətdə olan intim görüntülərini özünə məxsus “X12 10S” markalı mobil telefonunda olan ekran qeydedici tətbiqi vasitəsilə qeydə alaraq qanunsuz toplamış, 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı Sovla kəndində Şahid2 ilə görüşdüyü vaxt həmin videoları “whatsapp” mobil tətbiqi vasitəsilə sonuncuya göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini təşkil edən intim görüntülərini sonuncunun məlumatı və razılığı olmadan iradəsinə zidd olaraq yaymış, bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı Sovla kəndində həmkəndlisi Şahid1 ilə bağda mal otaran zaman həmin videoları sonuncuya göstərmiş, həmin gün evə getdikdə isə videoları “whatsapp” mobil tətbiqi vasitəsilə sonuncuya göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini təşkil edən intim görüntülərini sonuncunun məlumatı və razılığı olmadan iradəsinə zidd olaraq təkrar yaymışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində izahat verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Ləmangilin evləri onların evindən iki küçə aralıda yerləşir. Zərərçəkmiş şəxs əvvəllər bir müddət əmisinin nəvəsi Şahid2 ilə sevgi münasibətlərinin olması barədə məlumatı olmuşdur. 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral-mart aylarına qədər Gəncə şəhərində zavodda qaynaqçı kimi işləmişdir. Bundan sonra 2022-ci ilin may ayına kimi Zəngilan rayonunda yenidənqurma işlərində fəhlə kimi işləmiş və may ayında yaşadığı Sovla kəndinə qayıtmışdır. 2021-ci ilin noyabr və dekabr aylarının sonlarında yaşadığı Sovla kəndinə gələrək kənddə bir neçə gün qalmışdır. 2021-ci ilin noyabr ayında Asəfdən Ləmanın mobil nömrəsini götürərək “whatsapp” mobil tətbiqi vasitəsilə ona mesaj yazaraq tanış olmuşdur. Ləmanla bir müddət danışdıqdan sonra münasibətləri daha da yaxşılaşmış, onunla həm səsli, həm də “whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü zəng şəklində danışmışlar. Ləmanla araları səmimi olduğundan sonuncu arabir çılpaq şəkillərini ona göndərmişdir. Həmçinin Ləman çılpaq vəziyyətdə olduğu vaxt görüntülü zəng formasında danışaraq onunla virtual intim münasibətdə olmuşlar. Danışdıqları müddət ərzində bir neçə dəfə müxtəlif vaxtlarda Ləmangildə heç kim olmayanda sonuncunun həyətindəki çəpərin yanında onunla görüşərək sevişmiş və öz razılığı ilə hər dəfə görüşəndə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Lakin Ləmanla heç vaxt təbii yolla cinsi əlaqədə olmamışdır. 2021-ci ilin sonlarında Ləmanla görüntülü zəng formasında danışdıqları vaxt sonuncu çılpaq vəziyyətdə bədənini ona göstərərkən özünə məxsus “X1210S” markalı mobil smartfon vasitəsilə bir neçə dəfə qeydə alıb həmin videoları telefonunda saxlamışdır. O, həmin videolar barəsində əmisi nəvəsi Asəfə də danışmışdır. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı Sovla kəndində Asəflə görüşüb yeyib-içərkən Asəf Ləmanın intim görüntülərini əks etdirən videoları ona göndərməsini xahiş etdiyindən həmin gün videoları “whatsapp” mobil tətbiqi vasitəsilə Asəfə göndərmişdir. Bundan bir neçə gün sonra, təxminən 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı kənddə həmkəndlisi Şahid1lə bağda mal otaran zaman Telmana da Ləmanla görüntülü zəng formasında danışarkən onu çılpaq vəziyyətdə qeydə aldığını bildirərək ona həmin videolardan birini göstərmişdir. Telman da həmin videonu ona göndərməsini xahiş etdiyindən, həmin gün axşam evə gedərkən Telmana göstərdiyi videonu “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Təxminən 2022-ci ilin fevral ayında Ləman ona zəng edərək videonu niyə bacısının əri Asimə göndərdiyini soruşanda o, Ləmana videonu Asimə özünün deyil, Asəfin göndərdiyini, həmin videonu da onun telefonundan Asəfin götürdüyünü demişdir. Buna görə Ləman bir neçə gün onunla danışmamış, lakin sonradan yenə danışmağa başlamışlar. Həmin ərəfədə o, videoları Asəfə özünün göndərdiyini Ləmana etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Ləmanın böyük bacısının qaynı Əhliman ona zəng edib təhqir etməklə Ləmanın intim videosunu niyə kənddə yaydığını soruşmuşdur. O da Əhlimana heç nə demədən telefonu söndürmüşdür. Bundan təxminən 20 dəqiqə sonra Ləmanın atası Abbas onun atasına zəng edib onu evlərinə çağıraraq söhbət etmişdir. Həmin gün axşam o, Ləmanın vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını eşitmişdir. Ləmanın həmin videoları qeydə almasından və Asəfə göndərməsindən 2022-ci ilin fevral ayında xəbəri olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə Ləmanın atasının bu məsələdən xəbər tutması Ləmana pis təsir etmişdir. Ləmanın bu məsələyə görə özünü öldürmək istəməsini düşünmür, çünki o heç vaxt Ləmanla amansız rəftar etməmiş, ona hədə-qorxu gəlməmişdir. O, Ləmanın intim görüntülərini əks etdirən videoları ilk dəfə dostu Asəfə, daha sonra həmkəndlisi Şahid1 göndərmişdir. Videoları onlardan başqa heç kimə göndərməmişdir. Ləmanla çılpaq vəziyyətdə görüntülü şəkildə danışarkən onun görüntülərini qeydə almağından Ləmanın xəbəri olmamışdır. Ləmanın bu barədə sonradan məlumatı olmuşdur. Videoları yaymaqda başqa əks niyyəti olmamışdır. O, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Əzizgilin evləri onların evindən iki küçə aralıda yerləşir. Təxminən 2021-ci ilin noyabr ayında Əziz “whatsapp” mobil tətbiqi vasitəsilə ona mesaj yazaraq tanış olmaq istəmişdir. Əzizdən xoşu gəlmədiyi üçün onu bloka ataraq yazışmanı davam etdirməmişdir. Təxminən bir neçə saat sonra Əziz başqa bir nömrədən “whatsapp” mobil tətbiqi vasitəsilə ona yenidən yazaraq onu niyə bloka atdığını, blokdan çıxarmağını istəmiş və ona bir söz deyəcəyini bildirmişdir. O da Əzizə ona mesaj yazmamasını, danışmaq istəmədiyini bildirmişdir. Əziz ondan xoşu gəldiyini, sevdiyini demiş, lakin o, Əzizə rədd cavabı vermişdir. Həmin gün axşam saatlarında onlara qonaqlar gəlmişdir. Əziz ona yenidən yazaraq onlara elçi gəlibgəlmədiyini soruşmuş, o da Əzizi özündən uzaqlaşdırmaq üçün ona elçi gəldiyini bildirmişdir. Əziz ona bir müddət gözləməsini, onu alacağını bildirmişdir. O isə Əzizə yenidən rədd cavabı verərək mesaj yazmamışdır. Səhəri gün Əziz yenidən mesaj yazaraq onu istədiyini, elçilərə rədd cavabı verməsini tələb etmişdir. Bundan sonra ona kənddən kim elçi gəlsə Əziz həmin adamları tapıb onlarla dalaşmış, ona başqası ilə evlənməyə imkan verməmişdir. O da Əzizin bu hərəkətlərindən sonra onu həqiqətən istədiyinə, sevdiyinə inararaq onunla danışmağa başlamışdır. Əzizlə həm səsli, həm də “whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü zəng şəklində danışmışlar. Əzizlə araları səmimi olduğundan sonuncu ondan çılpaq şəkillərini göndərməsini istəmiş, o da inanaraq çılpaq şəkillərini Əzizə göndərmişdir. O, həmçinin Əzizlə çılpaq vəziyyətdə görüntülü zəng formasında danışaraq onunla virtual intim münasibətdə olmuşdur. Danışdıqları müddət ərzində 3-4 dəfə müxtəlif vaxtlarda evlərində heç kim olmayanda həyətlərindəki çəpərin yanında Əzizlə görüşərək sevişmiş və hər dəfəsində öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin Əzizlə təbii yolla cinsi əlaqədə olmamışdır. 14 fevral 2022-ci il tarixdə Əziz əvvəllər onunla görüntülü şəkildə danışarkən onun çılpaq vəziyyətdə olduğu zaman qeydə aldığı video görüntünü bacısı Aytənin əri Asimə göndərmişdir. Əzizlə görüntülü zəng şəklində danışarkən sonuncunun danışıqlarını qeydə aldığını bilməmişdir. 14 fevral 2022-ci il tarixdə bacısı ona zəng edərək Əzizin Asimə onun çılpaq vəziyyətdə olan videosunu göndərdiyini, bunun nə məsələ olduğunu soruşmuşdur. O da bacısına Əzizlə danışdığını, lakin Əzizin həmin görünütünü qeydə aldığından xəbərinin olmadığını bildirmişdir. Bu barədə Əzizə yazaraq videonu niyə Asimə göndərdiyini soruşanda Əziz videonu özünün göndərmədiyini, həmin videodan təkcə dostu Asəfin məlumatının olduğunu, videonu da Asəfin göndərdiyini bildirmişdir. Bu barədə bacısı Aytən anasına da məlumat vermiş, lakin atasından qorxduğundan ona heç nə deməmişdir. Anası bacısının qayınanasına bu barədə məlumat verərək onu Əzizin ailəsi ilə danışmağa göndərmişdir. Bacısının qayınanası Xədicə Əzizin evinə gedərək Əzizin atasına bu barədə məlumat vermiş, Əzizin atası da oğlunu başa saldığını və videonu sildirdiyini bildirmişdir. Bu hadisədən sonra o, Əzizin nömrəsini yenidən bloka ataraq sonuncu ilə əlaqəni kəsmişdir. Təxminən 1 həftə sonra Əziz başqa bir nömrə ilə yenidən ona yazaraq səhv etdiyini, videonu özünün göndərdiyini, onu bağışlamağını istəmişdir. O da Əzizlə dalaşaraq nömrəsini telefonundan silmiş, öz nömrəsini də sındıraraq atmış və mobil nömrə istifadə etməmiş, Əzizlə heç bir əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə günorta saat 13:00 radələrində digər bacısı Türkanın əri Cavid onlara gələrək mobil telefonunda onun Əzizlə çılpaq vəziyyətdə danışdığı videonu ona bir nəfərin göndərdiyini bildirmiş və videonu anasına və atasına göstərmişdir. X13 zəng etsə də, o telefonu götürməmiş, bundan sonra atası Əzizin atasına zəng edərək bu videonun nə olduğunu, kimin yaydığını soruşmuşdur. Əzizin atası həmin videonu sildirdiyini, videonu oğlunun yaymadığını, qohumu Asəfin yaydığını bildirmişdir. Bundan sonra o, özünü itirərək evdə başını divarlara vurmağa başlamış, daha sonra özünü intihar etmək məqsədi ilə evdən çıxıb Kür çayına doğru qaçmışdır. Bacısı və valideynləri arxadan gələrək onu tutub evə aparmışlar. Bundan sonra onu xəstəxanaya gətirmişlər. Şəxsi həyat məlumatlarının yayılaraq şərəf və ləyaqətinin alçaldılması səbəbindən rayon prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxsla video-görüntü vasitəsilə danışdığı zaman öz telefonunda qeydə aldığı intim görüntülərini kənddə yayması, onun şərəf və ləyaqətini alçaltması səbəbindən özünü öldürmək istəmişdir. Evdə ailə üzvləri və ya qeyrisi tərəfindən incidilməmiş, döyülməmiş, ləyaqəti mütəmadi olaraq alçaldılmamış, ona qarşı heç bir hədə-qorxu gəlinməmişdir. Əziz tərəfindən intim görüntüləri olan videonun yayılacağı ilə hədələnməmişdir. O həmin videodan 2022-ci ilin fevral ayında, video bacısının ərinə göndəriləndən sonra xəbər tutmuşdur. Həmin məsələdən sonra o videonun silindiyini düşünmüşdür. 2022-ci ilin avqust ayında videosunun yenidən yayılması ona pis təsir etdiyindən şikayət etmək qərarına gəlmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır. Təqsirləndirilən şəxs ona həm maddi, həm də mənəvi zərər vurduğu üçün ona qarşı şikayətçidir və onun barəsində ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sovla kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Təqsirləndirilən şəxs da onun dostudur. 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxsla bağda mal otaran zaman, Əziz ona Zərərçəkmiş şəxs ilə görüntülü danışarkən onun çılpaq vəziyyətdə videolarını çəkdiyini deyərək həmin videoları ona göstərmişdir. O da Əzizdən həmin videoları ona göndərməsini xahiş etmiş, Əziz də evə gedərkən videoları göndərəcəyini deyərək, həmin gün “whatsapp” mobil şəbəkəsində ona göndərmişdir. Bir neçə ay sonra xalası oğlu Şahid2 ilə görüşəndə onda Ləmanın Əzizlə görüntülü danışarkən çılpaq videolarının olduğunu ona demişdir. Asəf də həmin videoları ona göndərməsini istəmiş, o da həmin videoları Şahid2 göndərmişdir. Bundan sonra o, həmin videoları öz telefonundan silmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında kənddə olarkən Ləmanın çılpaq vəziyyətdə videosunun yayıldığını eşitmişdir. Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə qeydə alınmış videolarını ona Təqsirləndirilən şəxs göndərmişdir. Zərərçəkmiş şəxs Asəfin qardaşının baldızıdır. O Asəfgildə olanda Ləmanın videoları barədə Asəfə göstərərək bu barədə Ləmanın ailəsinə məlumat verməsini demişdir. Asəf də həmin videoları ona göndərməsini xahiş etdiyinə görə həmin videoları Asəfə göndərmişdir. Həmin videoları Asəfdən başqa heç kimə göndərməmiş, videoları Asəfə göndərdikdən 1 gün sonra telefonundan silmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan həmkəndlisi kimi tanımış, həmçinin 11 il sinif yoldaşı olmuş, yaxın dost münasibətlərində olmuşlar. Ləmanın böyük bacısı Aytən onun qardaşının arvadıdır. Təxminən 2022-ci ilin fevral ayında xalası oğlu Telmanla görüşən zaman Telman, Əzizlə Ləmanın “whatsapp” mobil tətbiqində görüntülü danışıq videosu olduğunu, həmin videoda Ləmanın çılpaq vəziyyətdə olduğunu demiş, o da Telmandan həmin videonu ona göndərməsini istəmiş, Telman da göndərmişdir. Videoya baxdıqdan sonra həmin videonu evdə anasıgilə göstərərək bu barədə məlumat vermişdir. Həmin vaxt Əziz Gəncədə olduğundan onu tapa bilməmişdir. Əziz kəndə qayıtdıqdan sonra onunla həmin video barəsində danışmışdır. Əziz ona həmin qızın şər-xata olduğunu, həmin videonu sadəcə 1 nəfərə göndərdiyini lakin həmin şəxsin kim olmasını ona bildirməmişdir. Əzizə bu videonun yayılmasına görə irad bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam işdən gələrkən ailə üzvləri Ləmanın videosunun yayıldığını bildirmişdir. O da anası ilə birlikdə Ləmangilə getmiş, lakin evdə Ləman və ailəsi olmamış, Ləmanın bacısı Türkan olmuşdur. Onları kənddə niyə biabır etdiklərini Türkandan soruşanda sonuncu Əzizin videonu onun yaydığını dediyini bildirmişdir. Ona ilk dəfə həmin videonu xalası oğlu Telman göndərmişdir. O həmin videonu heç kimə göndərməmiş, bu barədə yalnız ailə üzvlərinə məlumat vermişdir. Ləmanın özünü öldürmək istəməsinə inanmamışdır. Ləman özünü öldürmək istəsəydi, videosu yayılan ilk vaxtlarda özünü öldürərdi. Ləmanın evdə ailə üzvləri və ya qeyrisi tərəfindən incidilib-incidilməməsi, döyülüb-döyülməməsi, mütəmadi olaraq ləyaqətinin alçaldılıb-alçaldılmaması, ona hədə-qorxu gəlinib-gəlinməməsi və digər amansız rəftara məruz qalıb-qalmamağı barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, onun 3 qızı vardır. Onlardan ən kiçiyi Ləmandır. Ləman təxminən 2 il bundan öncə dayısı oğlu Müslüm Şirinov ilə nişanlanmışdır. Ləman Müslümlə təxminən 1 ay müddətində nişanlı qalmış daha sonra nişanı pozulmuşdur. Nişanın pozulmasına səbəb qonşu kənddən olan X1 “səninlə görüşmək istəyirəm” məzmununda mesaj göndərməsi olmuşdur. Ləman da həmin mesajı ona göstərmişdir. O, bununla bağlı polisə müraciət etmişdir. Ləmanın nişanlısı bu söhbəti eşidərək Ləmanı öz evlərinə aparmaq istəmiş, lakin qızının həmin vaxt 16 yaşı olduğundan o, Ləmanın getməsinə icazə verməmiş və nəticədə nişan pozulmuşdur. Bundan sonra qızı evdə olan “Samsung” markalı mobil telefonu istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə qızı Türkan arvadına zəng edərək evlərinə çağırmışdır. Arvadı Şəhla qızının evinə getmiş, bir müddət sonra Cavidlə birlikdə geri qayıtmış və ona qızı Ləmanın videosunun paylaşıldığını demişdir. Bu barədə qızı Ləmandan soruşanda sonuncu heç nə deməmiş və halı pisləşmiş, üzünü-gözünü yolaraq qışqırmağa başlamışdır. Onlar həyətdə oturaraq söhbət edərkən qızı Ləman evdən çıxaraq Kür çayına doğru qaçmağa başlamışdır. Onlar da Ləmanın arxasınca qaçmış, Ləmanı tutub evə gətirmişlər. Bundan sonra o, təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gələnə kimi Əzizin atası Şahinə zəng edərək evlərinə çağırmışdır. Şahin onlara gələndə ondan qızının videosunu kimin yaydığını soruşduqda Şahin buna görə oğlunu danladığını, lakin oğlunun öhdəsindən gələ bilmədiyini bildirmişdir. Əzizə bir neçə dəfə zəng etsə də, nömrəsinə zəng çatmamışdır. Bundan sonra qızını xəstəxanaya gətirmişdir. Ləmanın çılpaq vəziyyətdə videosu yayıldığına görə özünü öldürmək istədiyini düşünmüşdür. Ləman evdə ailə üzvləri tərəfindən incidilməmiş, döyülməmiş, mütəmadi olaraq ləyaqəti alçaldılmamış, ona hədə-qorxu gəlinməmiş və digər amansız rəftara məruz qalmamışdır. X11 arasında hər hansı münasibətinin olub-olmamasından indiyədək məlumatı olmamışdır. Qızının videosu yayıldıqdan sonra ona məlum olmuşdur ki, Ləman Əzizlə bir müddət danışmış, sevgi münasibətlərində olmuşdur. Əziz də qızı Ləmanın videosunu həmin vaxt qeydə almışdır. Həmin videonun Cavidə kim tərəfindən göndərildiyini bilməmişdir. Cavidin ona deməsinə görə sonuncu videoya baxdıqdan sonra həmin videonu silmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 fadəsində göstərdi ki, X11 münasibətinin olduğunu və qızının videosunun qeydə alındığını təxminən 2022-ci ilin fevral-mart aylarında eşitmişdir. Bu barədə ona qızı Ləman məlumat vermişdir. Lakin əri Abbasdan qorxduğu üçün bu barədə sonuncuya məlumat verməmişdir. Qızı Türkanın qayınanası Xədicəyə bu barədə məlumat verərək onu Əzizin ailəsi ilə danışmağa göndərmişdir. Xədicə Əzizin evinə gedərək sonuncunun atasına bu barədə məlumat vermiş, Əzizin atası da Əzizi başa saldığını və videonu sildirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 1 oğlu, 2 qızı vardır. Əziz onun oğludur. Oğlu Əziz əvvəllər müxtəlif yerlərdə fəhlə kimi işləmiş, təxminən 2022ci ilin may ayından yaşadıqları Sovla kəndinə qayıtmışdır. Oğlu Əziz evə qayıtdıqdan təxminən 1 ay sonra arvadı Mehriban Əzizova ona Əzizin həmkəndlisi Zərərçəkmiş şəxs ilə danışdığını, aralarında sevgi münasibətlərinin olması barədə kənd camaatının danışdığını bildirmişdir. O da buna görə oğlu Əzizi danlayaraq Ləman haqqında kənddə yaxşı danışılmadığını bildirmiş və Ləmandan uzaq durmasını tapşırmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində evdə yatdığı vaxt Ləmanın atası Şahid3 ona zəng edərək “sən bilirsən sənin oğlun neyniyib?” demiş və onu evlərinə çağırmışdır. O da Abbasgilin həyətinə getmişdir. Orada Abbas, Abbasın arvadı və qohumu Cavid olmuşdur. Abbas ona qızı Ləmanın çılpaq şəkildə videosunu kimin yaydığını soruşanda o, bu məsələdən xəbərinin olmadığını, buna görə oğlunu danlayacağını, cəzasını vərəcəyini bildirmişdir. Abbas qızı Ləmanın videosunu Əzizin yaydığını bildirdikdə, o, bu məsələnin araşdırılacağını bildirərək evə qayıtmışdır. Evdə oğlu Əzizdən bu barədə soruşanda oğlu ona etiraf edərək Ləmanla görüntülü şəkildə mobil telefonla danışdıqlarını, danışıq zamanı həmin danışıqları videoya çəkərək qeydə aldığını və videoları tanışlarına göndərdiyini bildirmişdir. Həmin gün axşam saatlarında ona məlum olmuşdur ki, Ləman hadisədən sonra özünə qəsd etmək istəmiş, bundan sonra Şahid3 və onun qızı Ləman baş vermiş hadisə ilə bağlı rayon prokurorluğuna şikayət etmişlər. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 5/915-4/1179 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus “X12 10S” markalı mobil smartfonun yaddaşından şərti olaraq 1 (bir) rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdə tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında görüntüləri əks etdirən video aşkar olunmuşdur. Həmin videonun xüsusiyyətləri bölməsinə baxış keçirildikdə qeyd olunan videonun “GBWhatsapp” proqram təminatı vasitəsi ilə göndərilən “micro SD” xarici yaddaş kartı daxilində yerləşən videolar qovluğunda saxlanmasına dair texniki qeyd aşkar olunmuşdur. Tədqiqata 02 (iki) ədəd “CD-R” tipli diskdə təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında görüntüləri əks etdirən videolara baxış keçirilmiş və bu zaman qeyd olunan videoların “Whatsapp” proqram təminatı vasitəsi ilə video görüntü ilə danışıq aparılarkən danışığın aparıldığı mobil smartfonda olan ekran qeydedicisi (Screen recorder) vasitəsi ilə qeydə alınması aşkar olunmuşdur. Tədqiqata 02 (iki) ədəd “Verbatim” markalı “CD-R” tipli disklərdə olan “VİDEO”, “VİD-20211229-WA0007” və “VİD-20211230-WA0000” adlı videoyazılardakı görüntülərdə obyektlərin sayının və vəziyyətinin kəskin yerdəyişməsi, kadr daxili montaj əlaməti üçün xarakterik olan qrafik elementləri kimi montaj əlamətləri müəyyən olunmamışdır. (bax iş vər.41-50) İş materiallarına əlavə edilmiş, 30 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 6 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərinə “aşkar olunmuş video fayl” yazısı yazılmış zərfin içərisində 01 ədəd disk vardır. Diskin üzərində “Ekspertiza 5/915 video” yazılmış və imza çəkilmişdir. Həmin zərfdəki disk içərisindəki məlumatlara baxmaq üçün kompyuterə daxil edildikdə içərisində “VİD-20220720-WA004.mp4” adlı, “mp4” faylında video vardır. Video 07 dəqiqə 11 saniyə müddətində qeydə alınmışdır. Həmin video yazıda Zərərçəkmiş şəxs əvvəlcə əynində paltarlar olan vəziyyətdə, daha sonra paltarlarını soyunaraq cinsiyyət orqanını nümayiş etdirməklə çılpaq vəziyyətdə görüntüləri əks olunmuşdur. Həmin videoda Zərərçəkmiş şəxs kiminləsə görüntülü zəng formasında danışdığı görünür. Lakin videoda olan qarşı tərəfin üzəri “text box” standart fiquru ilə örtülmüşdür. Video səssizdir. Digər 5 diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir.(bax iş vər.51) İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 426 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: Başın sağ təpə nahiyəsinin hematoması. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta –yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (bax iş vər.39-40) İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 567 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla anus vasitəsi ilə cinsi əlaqədə olunması mümkündür.(bax iş vər.114-116) İş materiallarına əlavə edilmiş Kürdəmir RMX-dan daxil olmuş xx.xx.2022-ci il tarixli, 624 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Sovla kənd sakini, xx.xx.2004-cü il təvəllüdlü Rəhimova X7 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Dəqiqləşdirilməmiş həyəcanlı lobiya. İntihara cəhd” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin X9 ambulator olaraq müraciət etmişdir.(bax iş vər.38) İş materiallarına əlavə edilmiş Kürdəmir RMX-dan daxil olmuş xx.xx.2022-ci il tarixli, 875 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Sovla kənd sakini, xx.xx.2022-ci il təvəllüdlü Əzizov X8 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(bax iş vər.143) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Köhünlü kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 462 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla, valideynləri ilə birlikdə Kürdəmir rayonunun Sovla kəndində yaşayır.(bax iş vər.111) İş materiallarına əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 125, 151, 152 və 242-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materialalrına əıavə edilmiş Kürdəmir RİHB-nın Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(bax iş vər.110) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(bax iş vər.142) Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddələsinə əsasən, cəza təyin edilərkən törətdilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Habelə təyin olunmuş cəzanın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində ittiham olunduğu 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 47.4-ci maddəsinə əsasən ictimai işlər cəzası orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi qulluqçulara tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs ictimai işlər cəzasının tətbiq edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş heç bir məhdudiyyət yoxdur. Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasi Cəzaların İcrası Məcəlləsinin 34-cü maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 8 ədəd CD-R tipli disklər cinayət işinin materiallarına əlavə olunmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “X12 10S” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə olan 153,65 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2022 il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təqsirli bilinərək, 450 (dörd yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Cəza çəkməsinin əvvəli hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 8 ədəd CD-R tipli disklər cinayət işinin materiallarına əlavə olunsun və Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd “X12 10S” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə olan 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X4, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar