Məhkəmə qərarları › İş №1(041)-12/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-12/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-12/2024 24.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Elsəvər oğlu və onun müdafiəçisi Şirvan Regionl Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs1 Elsəvər oğlu tanışı Təqsirləndirilən şəxs2 150 manat pul verərək ona narkotik vasitə qurudulmuş marixuana tapmaq barədə xahiş etdiyinə görə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində 150 manat pul müqabilində Təqsirləndirilən şəxs3 Kürdəmir rayonu Pirili kəndi ərazisində almaqla əldə etdiyi 140,0 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin tarixdə saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində, 150 manat qarşılığında heç bir mənfəət əldə etməyən Təqsirləndirilən şəxs2 almaqla, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 140,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli köynəyinin altından 01 ədəd polietilen torbada təmiz çəkisi 140,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ona 150 manat pul verərək narkotik vasitə qurudulmuş marixuana tapmaq barədə xahişinə görə, həmçinin öz istifadəsi üçün narkotik vasitə əldə etmək üçün xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Pirili kəndi ərazisində Təqsirləndirilən şəxs3, təmiz çəkisi 146,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 140,0 qram çəkidə olan hissəsini 150 manat, - 6,81 qram çəkidə olan hissəsini isə 20 manat pul müqabilində alacağı barədə razılaşma əldə etdikdən sonra, həmin kənd ərazisində ondan almaqla şəxsi istehlak miqdarından artıq miqdarda 146,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitə qurudulmuş marixuananın 140,0 qram çəkidə olan hissəsini həmin tarixdə saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşdıqları kimi, heç bir mənfəət əldə etmədən narkotik vasitə əldə etmək üçün əvvəlcədən aldığı 150 manat qarşılığında ona vermiş, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli köynəyin altından 01 ədəd polietilen torbada təmiz çəkisi 140,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi – 6,81 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X11 istintaqa məlum olmayan tarixdə və mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin və psixotrop maddələrin siyahısı”na daxil olan, qanunsuz olaraq satış məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 151,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə qurudulmuş marixuananın – 140,0 qram çəkidə olan hissəsini 150 manat, - 6,81 qram çəkidə olan hissəsini isə 20 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, Kürdəmir rayonu Pirili kəndi ərazisində ona satmış, Təqsirləndirilən şəxs2 ondan əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 140,0 qram çəkidə olan hissəsini həmin tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşdıqları kimi, heç bir mənfəət əldə etmədən 150 manat qarşılığında ona vermiş, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli köynəyinin altından 01 ədəd polietilen torbada təmiz çəkisi - 140,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtrış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi – 6,81 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 04:50 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir rayonu Pirili kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,03 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Elsəvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayır, narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. Kürdəmir rayonu Pirili kənd sakini Təqsirləndirilən şəxs2 tanışıdır, yaxın münasibəti var, 2023-cü ilin avqust ayının əvvəllərində Kürdəmir şəhərində Şərəfəddinlə görüşüb çay içib söhbət edərkən ondan narkotik vasitə qurudulmuş marixuana istəmiş, Şərəfəddin onda narkotik vasitə olmadığını, lakin yaşadığı Pirili kəndindən tapa biləcəyini demişdir. Həmin vaxt Şərəfəddinə 150 manat pul verərək əgər narkotik vasitə qurudulmuş marixuana tapsa onun üçün də almasını xahiş etmişdir. Həmin gün Şərəfəddin onunla əlaqə saxlayıb görüşərək ona 01 ədəd sellofan paket verərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və 150 manata aldığını bildirmişdir. Aldığı marixuanadan bir dəfə götürüb istifadə etmiş, qalanını üzərində saxlayaraq Kürdəmir şəhəri, H.Əliyev prospektindən keçərkən polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Üzərinə şəxsi axtarış keçirilərkən o, üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan göy rəngli köynəyinin altında kəmərinə bərkitdiyi qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirimiş və elektron tərəzi ilə çəkidlikdə 140.0 qram odluğu müəyyən edilmişdir. Bu günə kimi heç bir vaxt heç kimə narkotik vasitə satmamış, həmçinin dostu Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin satışı ilə məşğul olmur. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, Kürdəmir rayonu Xırdapay kənd sakini Təqsirləndirilən şəxs1 tanışıdır münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində Kürdəmir şəhərində Şahinlə görüşüb çay içib söhbət edərkən Şahin ondan narkotik vasitə qurudulmuş marixuana istəmiş, onda narkotik vasitə olmadığını, lakin yaşadığı Pirili kəndindən tapa biləcəyini demişdir. Həmin vaxt Şahin ona 150 manat pul verərək əgər narkotik vasitə qurudulmuş marixuana tapsa onun üçün də almasını xahiş etmişdir. Bundan sonra həmin gün həmkəndlisi narkotik vasitə istifadəçisi kimi tanıdığı Təqsirləndirilən şəxs3 ilə görüşüb narkotik vasitəsinin olub-olmadığını soruşmuş, Nofəl narkotik vasitəsinin olduğunu və ona sata biləcəyini bildirdikdən sonra Nofəldən 150 manata 01 ədəd sellofan torbada Şahin üçün, 20 manata isə 01 ədəd kibrit qutusunda özü üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. Şahindən aldığı pul üstündə olmadığına görə marixuananı ondan nisyə almışdır. Həmin gün Şahinlə əlaqə saxlayıb görüşərək ona 01 ədəd sellofan torba verərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və 150 manata aldığını demişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında əsaslı şübhə olduğunu bildirib polis şöbəsinə aparmışlar. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol ön cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. 01 ədəd kibrit qutusu içərisindəki kütlə elektron tərəzi ilə çəkilmiş 6.81 qram olduğu müəyyən edilmiş və sonra qablaşdırılaraq üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, 2023-cü ilin mart ayının əvvələrində yaşadığı Kürdəmir rayonu Pirili kəndi ərazisində yerdən 01 ədəd sellofan büküm tapmış, həmin büküm içərisinə baxdıqda 02 ədəd çətənə bitkisinin toxumunu aşkar etmişdir. Həmin toxumları 2023-cü ilin may ayının əvvələrində yaşadığı kənd ərazisində yerləşən çöl sahəsində torpağa əkərək yetişdirmiş və qulluq edib becərmişdir. 2023-cü ilin iyul ayının sonlarında həmin bitkiləri qırıb yarpaqlarını toplayıb çöl sahəsində də qurutmuş, bitkinin qalan lazımsız hissəsini isə çöl sahəsində yandırdıqdan sonra təxminən 200 qram qurudulmuş marixuana əldə etmişdir. Həmin kütlənin bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə istifadəsi üçün gizlətmişdir. Avqust ayının əvvəllərində günortadan sonra həmkəndlisi X3 ilə rastlaşıb söhbət edən zaman Şərəfəddin ondan 150 manat müqbilində narkotik vasitə qurudulmuş marixuana istəmiş, lakin pulunu sonra verəcəyini bildirmişdir. Razılaşandan sonra Şərəfəddinə 01 ədəd polietilen torbada və 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı nisyə satmışdır. Bundan bir neçə gün sonra qardaşı ona telefonla zəng edərək polis əməkdaşlarının onu soruşduğunu bildirmiş və həmin gün yaşadığı evin darvazasının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb heç bir sorğu-sual etmədən xidməti maşınlarına oturdub polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı üzərində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb onlara təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra həmin kibrit qutusu qablaşdırılmış, üzəri möhürlənmiş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonradan izahatı alınarkən Şərəfəddinə 01 ədəd polietilen torbada və 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı nisyə satdığını etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, ailəsinin ağır maddi durumda olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 bir qədər kənardan izləyib, saat 22.05 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhələrinin olduğunu bildirib RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs1 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan göy rəngli köynəyinin altında kəmərinə bərkitdiyi qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, sellofan torba qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və 15 gün öncə dostu Şərəfəddinin 150 manat pul qarşılığında onun üçün alıb gətirdiyini bildirmişdir. Həmin məlumatın yoxlanılması üçün xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə saat 01.30 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Atakişili kəndi ərazisində piyada gəzərkən saxlayıb RPŞ-nə aparmış, müdafiəçi ilə təmin ediləndən sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarının sol ön cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, kibrit qutusu içərisindəki kütlə ilə birlikdə kağız paketdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ ön cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 15 gün öncə həmkəndlisi Nofəldən 150 manat qarşılığında 01 ədəd sellofan torbada dostu Şahin üçün, 20 manat pul qarşılığında 01 ədəd kibrit qutusunda isə özü üçün aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitədən istifadə etdiyini, təqdim etdiyi narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 verdiyi məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə saat 04.50 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Kürdəmir rayonu Pirili kəndində saxlayaraq RPŞ-nə aparmış, müdafiəçi ilə təmin ediləndən sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusu, 01 ədəd alışqan, həmin şalvarın sol ön cibindən 01 ədəd “Platinium” markalı siqaret paketi, 01 ədəd “Keno” markalı siqaret paketi, 01 ədəd “Egtel” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “Platinium” markalı siqaret paketi, 01 ədəd “Keno” markalı siqaret paketi və alışqan onun özünə geri qaytarılmış, mobil telefon ayrıca götürülmüşdür. Təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kibrit qutusu qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu çöl sahədə əkdiyi 2 ədəd çətənə bitkisi üzərindən yığdığını, 15 gün öncə həmkəndlisi Şərəfəddinə 150 manat qarşılığında 01 ədəd sellofan torbada, 20 manat pul qarşılığında 01 ədəd kibrit qutusunda narkotik vasitə satdığını, narkotik vasitələrin satışı ilə ilk dəfədir ki, məşğul olduğunu, ona qarşı hər hansı zor və təsir olmadığını, təqdim etdiyi narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 başqa kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Təqsirləndirilən şəxs1 oğunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan göy rəngli köynəyinin altında kəmərinə bərkitdiyi qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən şəxsiyyət vəsiqəsi və 01 ədəd “LD” markalı siqaret paketi aşkar edilmişdir. Üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi sellofan torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsi və 01 ədəd “LD” markalı siqaret paketi onun özünə qaytarılmışdır. 01 ədəd sellofan torba qablaşdırılaraq üzəri möhürlənmiş, şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan göy rəngli köynəyinin altında kəmərinə bərkitdiyi qara rəngli sellofan torbada aşkar edilmiş 140.0 qram narkotik vasitə qurudulmuş marixuananı 15 gün öncə dostu Təqsirləndirilən şəxs2 150 manat pul qarşılığında onun üçün alıb gətirmiş və gələcəkdə şəxsi istifadə etmək üçün gizlətdiyi yerdən götürüb evə apararkən üzərində saxlamışdır. O, heç bir vaxt heç kimə narkotik vasitə satmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild 1 bax iş vərəqi 29-31) - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli şalvarının sol ön cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd “iTel” markalı mobil telefon və 01 ədəd “Kent 4” markalı siqaret paketi aşkar edilmişdir. Üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. 01 ədəd “Kent 4” markalı siqaret paketi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd “iTel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Təqdi etdiyi 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə qablaşdırılaraq üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisində olan 6.81 qram narkotik vasitə qurudulmuş marixuananı 15 gün öncə həmkəndlisi Nofəldən 20 manat pul qarşılığında 01 ədəd kibrit qutusunda özü üçün almışdır. Bundan başqa Nofəldən 150 manat qarşılığında 01 ədəd sellofan torbada dostu Şahin üçün də narkotik vasitə qurudulmuş marixuana almışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (cild 1 bax iş vərəqi 61-63) - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında video çəkiliş ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusu, 01 ədəd alışqan, şalvarının sol ön cibindən 01 ədəd “Platinium” markalı, 01 ədəd “Keno” markalı siqaret, 01 ədəd “Egtel” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd “Platinium” markalı və 01 ədəd “Keno” markalı siqaret siqaret qutusu onun özünə geri qaytarılmış, “Egtel” markalı mobil telefon ayrıca götürülmüşdür. Təqdim etdiyi kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marxiauanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kibrit qutusu qablaşdırılmış, üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisindəki kütlə qurudulmuş marixuanadır, ona məxsusdur və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində düz demişdir. O, Şərəfəddinə 150 manat dəyərində polietilen torbada və 20 manat dəyərində isə 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild 1 bax iş vərəqi 94-96) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1 bax iş vərəqi 217-218) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1 bax iş vərəqi 219-220) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 1 bax iş vərəqi 221-222) - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-556/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (cild 1 bax iş vərəqi 233). - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-557/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (cild 1 bax iş vərəqi 234). - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-559/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (cild 1 bax iş vərəqi 235) - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/798 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 140.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6.81 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5.03 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş marixuanalar eyni tərkiblidir. Marixuana (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1 bax iş vərəqi 106-110) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 2 bax iş vərəqi 14) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cüil tarixli 1769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 2 bax iş vərəqi 92) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cüil tarixli 1771 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 2 bax iş vərəqi 93) - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kərimov Təqsirləndirilən şəxs3 üzərlərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan ümumi təmiz çəkisi – 151,84 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 151,69 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1 bax iş vərəqi 201-202) - əməliyyat tapşırığının 3-13-86/2-230600089/2023 saylı cavabından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitəni əldə etməkdə, daşımaqda, saxlamaqda və satmaqda köməklik göstərən şəxs olmamışdır. Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 başqa kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşdıqdan sonra ona 150 manat pul müqabilində 01 ədəd selofan torbada və 20 manat pul müqabilində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı satmışdır. Kərimov X1 Nofəl Mübariz oğlundan 150 manat pul qarşılığında aldığı 01 ədəd sellofan torbada olan hissəsini heç bir mənfəət əldə etmədən Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır (cild 2 bax iş vərəqi 37). - Kürdəmir RİHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir (cild 2 bax vərəqə 40). - Kürdəmir RİHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ailə üzvləri- arvadı X6, oğlu xx.xx.2023-cü il təvəllüdlü X17, qızı xx.xx.2015-ci il təvəllüdlü X14r. (bax vərəq 39). - Kürdəmir RİHB-nin Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Pirili kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir (cild 1 bax vərəqə 241). - Kürdəmir RİHB-nin Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu Pirili kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ailə üzvləri- 1994-cü il təvəllüdlü arvadı X12, 2014cü il təvəllüdlü qızı X9, 2017-ci il təvəllüdlü X4r. (bax vərəq 241). - Kürdəmir RİHB-nin Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Pirili kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişdir, ailəlidir, uşağı yoxdur. (cild 1 bax vərəqə 240). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaları, X7 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması özlərinin etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. Onlar həmin maddələr ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 140.0 qram, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 6.81 qram və Kərimov Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 5.03 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun orta təhsilli, evli olması, himayəsində 2 azyaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun himayəsində azyaşlı uşağının olması, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Təqsirləndirilən şəxs2 orta təhsilli, evli olması, himayəsində 2 azyaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun himayəsində azyaşlı uşağının olması, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi, cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10-cu və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Təqsirləndirilən şəxs X7 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, onlara CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki Təqsirləndirilən şəxs1 Elsəvər oğlu ailəsi ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndidə, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evini və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Pirili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlərdə iştirak etməmək və spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulmalı, cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023 il tarixdə saat 22.30-dan xx.xx.2023-cü il tarixdə saat 12.55-dək, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 01.50-dən xx.xx.2023-cül tarixdə saat 13.00-dək şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və onlara cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X7 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki: -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1444 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmədən, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cüil tarixli 1771 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə tədbirləri tətbiq edilməklə narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cüil tarixli 1769 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmədən, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Təqsirləndirilən şəxslərə tətbiq edilən məcburi müalicə tədbirlərinin icrası ilə bağlı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar. 26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kərimov Təqsirləndirilən şəxs3 üzərlərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan ümumi təmiz çəkisi – 151,84 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 151,69 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onlardan ekspertiza xərcinin tutulması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, həmçinin ekspertiza xərcinin Təqsirləndirilən şəxs3 tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 Elsəvər oğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 84 (səksən dörd) manat, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 84 (səksən dörd) manat və X8 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Elsəvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək və spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Elsəvər oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Elsəvər oğlu ərazi narkoloji kabinetində qeydiyyata alınsın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək, spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kərimov Təqsirləndirilən şəxs3 üzərlərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan ümumi təmiz çəkisi 151,84 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalmış 151,69 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Elsəvər oğlundan, Təqsirləndirilən şəxs2 və X5 müştərək qaydada 49.74 (qirx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onlardan ekspertiza xərcinin tutulması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, həmçinin ekspertiza xərcinin Təqsirləndirilən şəxs3 tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 Elsəvər oğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Məhkəmədə X8 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar