Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-12/2025 30.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş (Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 1(106)-122/2025 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 1.358 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, əldə etdiyi psixotrop maddə metamfetaminin xeyli miqdarda təmiz çəkisi 0.766 qram olan hissəsini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində heç bir mənfəət və gəlir əldə etmədən tanışı Şahid4 qanunsuz olaraq pay qismində vermiş, Şahid4 isə ondan əldə etdiyi psixotrop maddə metamfetaminin 0.099 qram hissəsini həmin tarixdə günorta saatlarında Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində heç bir mənfəət və gəlir əldə etmədən tanışı X16 pay qismində vermiş, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, X23 rayonu Xırdapay kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd falqa bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid4 Kürdəmir rayonu Xırdapay kəndi ərazisində saxlanaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın sol cibindən 01 ədəd polietilen kəsiyi bükümdə xeyli miqdarda təmiz çəkisi-0,667 qram kustar üsulla hazırlanmış A.Hüseynovdan aşkar olunmuş maddə ilə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində saxlanaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 polietilen kəsiyi bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,592 qram kustar üsulla hazırlanmış Şahid4 aşkar olunmuş maddə ilə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid4 ilə 3-4 ilə yaxındır ki, dostluq münasibətləri qurmuşdur. xx.xx.2025-ci il tarixdə axşam vaxtı küçədə gəzərkən Şahid4 polislər tərəfindən saxlanıldığını eşitmişdir. Bundan sonra o, Baxşalının qardaşı Orxanla telefon zəngi vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Orxan onların kafesində görüşüb nə məsələ olduğunu danışmaq üçün onu kafeyə çağırmışdır. O da bu təklifdən sonra axşam saat 4-6 radələrində onların kafesinə getmişdir. Orda əyləşmiş, çay gəldikdən sonra, 5 dəqiqə keçməmiş polis əməkdaşları Anar, Sahib və tanımadığı digər polis əməkdaşı onu polis şöbəsinə gətirmişlər. O, polis şöbəsində polis əməkdaşı Zamiq və digər polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Orada onun cibinə narkotik vasitə qoyulmuşdur. Təzyiqə məruz qaldığından narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Daha sonra Baxşalını gətirmişlər. Baxşalı sorğu-sual zamanı narkotik vasitəni ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, Baxşalı ilə birlikdə narkotik vasitə istifadə etməmiş və Baxşalının belə əməllərlə məşğul olmasından xəbəri olmamışdır. O, Baxşalıya umumiyətlə narkotik vasitə verməmişdir. Saxlanıldıqdan 2 gün sonra həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Psixotrop maddə metamfetamindən təxminən bir aydır ki, istifadə edir, bir-iki dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin yerləşdiyi küçənin yaxınlığında küçədə yerdən 01 ədəd siqaret qutusu diqqətini çəkdiyi üçün götürüb içərisinə baxdıqda çərisində 01 ədəd polietilen kəsiyi bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüş, şəxsi istifadə etməyi nəzərdə tutaraq götürüb üzərində saxlamışdır. Həmin tarixdə günorta saatlarında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində tanışı Şahid4 ilə rastlaşıb görüşərkən Baxşalı onda psixotrop maddə metamfetamin olduğunu bilmiş, əvvəllər Baxşalı ilə birlikdə psixotrop maddə metamfetamin istifadə etdiyi üçün Baxşalı ondan metamfetamin olduğunu bildikdən sonra ona bir hissəsini verməsini istəmiş, həmin metamfetaminin bir hissəsini pay olaraq heç bir mənfəət əldə etmədən Baxşalıya vermişdir. Baxşalı çıxıb getmiş, psixotrop maddə metamfetaminin qalan hissəsini isə isə əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibinə qoyaraq orada saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirmişlər, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd büküm içərisindəki kütlə ilə birgə qablaşdırılaraq, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Şahid4 psixotrop maddə metamfetamini pay qismində vermiş, bununla bağlı heç bir mənfəət əldə etməmiş, Şahid4 psixotrop maddə metamfetamin verərkən yanlarında heç kim olmamış, bu barədə heç kimin məlumatı olmamışdır. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-də X6 əməliyyat müvəkkilli vəzifəsində işləyir, Kürdəmir rayonu sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır. Keçirilmiş tədbirlər nəicəsində Şahid4 xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Şahid4 üzərindən 01 ədəd büküm, içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs ona pay qismində verdiyini, bununla bağlı Təqsirləndirilən şəxs pul, eləcə də heç nə vermədiyini, həmin psixotrop maddə metamfetaminin bir hissəsini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində tanışı X16 pay qismində verdiyini, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildimişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri ərazisində küçədən yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin tarixdə günorta saatlarında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində həmin psixotrop maddə metamfetaminin bir hissəsini pay qismində heç bir mənfəət əldə etmədən tanışı Şahid4 verdiyini, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis şöbəsinə gətirilən zaman və polis şöbəsində heç bir zor və güc tətbiq edilməmiş, onların narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Xəlilov X13 Aqil Ağabala oğlu ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin rəisi X22 ifadəsində bildirmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Şahid4 və X1 sonra Təqsirləndirilən şəxs psixotrop maddəni pay aldıqlarını bildirmişlər. Keçirilmiş əməliyyat axtarış nəticəsində əməliyyatçılar tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilmişdir. Sorğu-sual zamanı üzərində psixotrop maddə olduğunu və Şahid4 pay verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs heç bir təzyiq heç bir şiddət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra atası onun yanına gəlmiş, nəyə görə oğlunun tutulduğunu soruşmuş, ona Namiqin üzərindən narkotik aşkar edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir psixi və ya fiziki zorakılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 5 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə dostdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində görüşmüş, söhbət zamanı Namiq yerdən psixotrop maddə metamfetamin tapdığını bildirmişdir. Həmin narkotik vasitədən ona bir qədər pay olaraq vermiş, Namiqə buna görə pul, eləcə də heç nə verməmiş, həmçinin nəsə verəcəyi barədə söz verməmişdir. Sonra aralaşıb çıxıb getmiş, həmin metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə günorta saatlarında əvvəllər birlikdə bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etdiyi qonşusu Arzu Hüseynov ilə Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində rastlaşdıqda Arzu ondan istifadə etmək üçün metamfetamin istəmiş, özünə saxladığı metamfetamindən bir qədərini Arzuya heç bir mənfəət əldə etmədən pay qismində vermiş, qalan hissəsini isə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Verilmiş suallara cavabında Şahid4 həmçinin bildirmişdir ki, əvvəllər Bakıda Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə Namiqin verdiyi narkotik vasitədən bir dəfə istifadə etmişdir. İbtidadi istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadə verərkən ona heç bir təsir və təzyiq götərilməmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 4-5); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14:50-da X2 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 14:30-dan hesablanmışdır (cild İ, i.v.14-15); xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Arzu Hüseynovun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Arzu Hüseynova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Arzu Hüseynov üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd falqa bükümü çıxararaq təqdim etmiş, büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə X15 üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild İ, i.v.32-34); İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/544 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “X15 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi-0.099 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) (cild İ i/v 41-43); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 20:50-də Ağayev X8 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 20:30-dan hesablanmışdır (cild İ, i.v 57-60); xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında müdafiəçi X7 iştirakı ilə video çəkilişlə Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Şahid4 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid4 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sol cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxararaq təqdim etmiş, büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Şahid4 üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild İ, i.v 80-83); İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/546 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0.667 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Şahid4 üzərindən götürülmüş 01 ədəd bükümdə olan metamfetamin ilə X15 üzərindən götürülmüş 01 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı), (cild İ, i.v 92-95); xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin tarixdə, saat 22:10-də Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 21:45dan hesablanmışdır. (cild İ i.v 113-114); xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxararaq təqdim etmiş, büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild İ i.v 132- 134); İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/550 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-0.592 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin ilə Şahid4 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (cild İ i.v 140-144); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild İ, i.v.171-172); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, saat 13:50də Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (cild İ, i.v.185-190); xx.xx.2024-cü il tarixli maddi sübut qismində tanımaq haqqında qərardan görünür ki, X12 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.029 qram qalığı, təqsirləndirilən şəxs Şahid4 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.587 qram qalığı və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.542 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Arzu Hüseynov, Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 03 (üç) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (cild İ i.v. 225-226); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-613/2024 nömrəli məktubdan görünür ki, İslamov X14 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur (cild İ, i.v 240); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i/v 242-244); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X24 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-147880-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (cild İ, i.v 246); İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, əldə etdiyi psixotrop maddə metamfetaminin bir hisəsini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində heç bir mənfəət və gəlir əldə etmədən tanışı Şahid4 pay qismində vermiş, Şahid4 isə ondan əldə etdiyi psixotrop maddə metamfetaminin bir hissəsini həmin tarixdə günorta saatlarında Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində heç bir mənfəət və gəlir əldə etmədən tanışı X16 pay qismində vermişdir, Arzu Hüseynov, Şahid4 və Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qanunsuz istifadəsi ilə məşğul olsalar da, digər şəxslərə satmaqla məşğul olmamışlar, bu barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və Şahid4 verdiyi psixotrop maddə metamfetamini hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir (cild İ i/v 69); Gəncə şəhəri X3 Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 1511 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild İİ, i/v 71); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən Təqsirləndirilən şəxs ailə tərkibi 1958-ci il təvəllüdlü atası H.Ə.İslamov və 1969-cu il təvəllüdlü A.D.Mürsəlovadan ibarətdir, şəhər icra nümayəndəliyiniə onun haqqında təqsirləndirici heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-120/2024 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilən Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(099)-73/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 188.2.1, 188.2.3 və 188.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(106)-122/2025 saylı qərarından görünür ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-73/2024 saylı hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X11 əməli CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən CM-nin 145.3.4 və 145.2.6-cı maddələrinə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə barəsində CM-nin 62-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ona hazırki qərar ilə CM-nin 145.2.4 və 145.2.6-cı maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm Təqsirləndirilən şəxs münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Şahid4 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sol cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxararaq təqdim etdiyi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, istintaq sənədləri və cinayət işi materialları ilə tanış olarkən ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə özü və müdafiəçisi tərəfindən hər hansı vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 25, 26, 27-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdirməsi, ifadələrini dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin psixi və ya digər zorakılığın təsiri altında alınması ilə əlaqələndirdirsə də təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmədiyini, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamasını nəzərə alaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümü çıxararaq təqdim etmiş, büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. Görüntüdə Təqsirləndirilən şəxs və müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmadığını, üzərindən aşkar edilən psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən çıxmasını, sonuncunun psixotrop maddənin özünə məxsus olmasını bildirməsini göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 5 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə dost olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona yerdən psixotrop maddə metamfetamin tapdığını dediyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitədən ona bir qədər pay olaraq verdiyini, əvvəllər Bakıda Təqsirləndirilən şəxs ilə bildikdə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmçinin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-120/2024 saylı hökmündən görünür ki, Şahid4 audio-video yazı vasitəsilə keçirilən məhkəmə iclasında eyni məzmunli ifadə verərək psixotrop maddəni Namiqi ona pay verdiyini təsdiq etmiş və həmin hökmlə təqsirli bilinib məhkum edilmiş, hökmdən apellyasiya qaydasında şikayət və prostet verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitədən istifadə etməməsini bildirsə də, Gəncə şəhəri X3 Məcburi-Narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs onun və digər şəxslərin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan adam oğurluğu və hədə-qorxu ilə tələb etmə kimi ictimai təhlükəli əməllərin məhkəmə istintaqı aparıldığı dövrdə törətdiyi əməllərdən peşman olmaq əvəzinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, əldə etdiyi psixotrop maddədən özü istifadə etməklə yanaşı, özünə nüfuz və ya digər şəxsi maraq naminə başqa şəxsə pay verməklə yeni bir ictimai təhlükəli əməl törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə psixotrop maddənin ona məxsus olmaması barədə ifadəsində bildirdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilməli və cinayət işinin materiallarına uyğun olmadığından qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda təqsirli bilindiyi cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni barəsində Lənkaran Ağır Cinayətlər Məhkəməsində baxılan onun Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 188.2.1, 188.2.3 və 188.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə baxıldığı müddətdə törətməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən hal Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəii ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cinayətlərin məcmusu üzrə cəza təyin edilməli (CM 66.5), şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 0.542 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X20 və Şahid4 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalığının başqa iş üzrə maddi sübut qismində tanınması nəzərə alınmalı, videoçəkilişlərin qeydə alındığı 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyərinin ona aid hissəsi təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 400 (dörd yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 1(106)-122/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 30 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.542 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişlərin qeydə alındığı 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X12 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.029 qram qalığının, Şahid4 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.587 qram qalığının başqa iş üzrə maddi sübut qismində tanınması nəzərə alınsın. İş üzrə 131.43 (yüz otuz bir manat qırx üç qəpik) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul ondan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 400 (dörd yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvar Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-12/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-12/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver