Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-120/2025 08.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - X1, Zərərçəkmiş şəxs2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Binə Savxozda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu “X5 Aeroportuna” işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra sonra Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Qaraqocalı kəndində “Birbank” mobil tətbiqi vasitəsi ilə cinayətdən xəbərsiz Şahid2 məxsus 5239 1517 4181 8879 nömrəli plastik bank kartına köçürülmüş 1500 manat pul vəsaitini ələ keçirib aldatma və etibardan sui-istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu oğlu Şahid1 “X5 Aeroportuna” işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra Firəngiz Qaybalıyeva tərəfindən Kürdəmir şəhəri ərazisində “Birbank” mobil tətbiqi vasitəsi ilə cinayətdən xəbərsiz Şahid2 məxsus 5239 1517 4181 8879 nömrəli plastik bank kartına xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə 500 manat olmaqla ümumilikdə köçürülmüş 3500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə onun qəsdlə ələ keçirib aldatma və etibardan sui-istifadə etməklə təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə Firəngizdən və Elmirdən ümumilikdə ilkin olaraq 3500 manat pulu arvadı Aytənin adına olan 5239 1517 4181 8879 saylı karta göndərmələrini istəmişdir. Onlar ilkin olaraq ona 3500 manat məbləği göndərdikdən sonra oğlu Xəyalın tibbi əməliyyatını Xətai rayonunda yerləşən xəstəxanada etdirərək pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Göndərilən məbləğin 1500 manatının Elmirə məxsus olması barədə məlumatı olmuşdur. Bundan sonra 21 mart 2025-ci il tarixdə Firəngizdən əlavə olaraq 1000 da pul almışdır. Daha sonra Elmirdən işlədiyi yerdən ayrılmasını istəmiş, Elmir dediyini etdikdən sonra onlardan aeroporta gəlmələrini və iş üçün müraciət etmələrini istəmişdir. Belə ki, vətəndaşların müraciət etdikdə fəhlə kimi işə götürüldükləri barədə məlumatı olmuşdur. Elmir və Hüseyn işə heç bir ödəniş olmadan işə qəbul olunduqdan sonra guya onların onun tərəfindən işə düzəldilmələri fikrini formalaşdıracaqdı. Lakin sonradan Firəngiz Hüseynin yerinə digər oğlu Elnurun işə düzəldilməsini istədikdə bunun qarşılığında onlardan əlavə pul almağı qərarlaşdırmış və bu məqsədlə 22 aprel 2025-ci il tarixdə Firəngizdən əlavə olaraq 500 manat pul almışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavabında həmçinin bildirdi ki, Pirallahı rayonunda tikilməkdə olan sənaye parkında fəhlə işləyir. Birinci nikahından olan oğlu xəstə olduğu üçün maddi vəsaitə ehtiyacı olmuş, ikinci dəfə ailə qurduğu Şahid2 anası Camalə ona qonşusu Firəngizin oğlu üçün iş axtardığını bildirmiş, həmin şəxsi Heydər Əliyev adına aeroporta sürücü kimi işə düzəldə biləcəyini demişdir. Bu məqsədlə 2025-ci ilin mart ayının əvvəllərində qaynanası Camalənin yaşadığı Kürdəmir şəhərində yerləşən mənzilə gəlmiş, onun evində Firəngiz və qızı Aynurla görüşmüş, söhbət zamanı Firəngizə onun oğlu Hüseyni aeroportda sürücü vəzifəsinə işə düzəldə biləcəyini demiş, lakin bunun qarşılığında ona 3000 manat pul verməli olduğunu bildirmişdir. Həmçinin onun oğlunun aylıq 650 manat əmək haqqı alacağını da demişdir. Firəngiz onunla razılaşdıqdan sonra onun qızı Aynur da əri Elmirin az maaşlı işdə işlədiyini deyərək onu da aeroporta işə düzəltməsini istəmiş, Aynura onun əri Elmiri ilkin olaraq anbarda fəhlə kimi işə düzəltmək üçün 1500 manat pul verməli olduğunu demiş və sonradan yerinin dəyişdirilməsi üçün əlavə olaraq 1500 manat da verəcəyini bildirmişdir. Sonradan həmin şəxslər işə düzəlmədiyi üçün ondan pullarını tələb etdikdə hər dəfə müxtəlif bəhanələrlə onları yubatmağa başlamışdır. Həmin şəxslərin etibarından sui-istifadə edib guya onları işə düzəldəcəyinə söz verməklə aldatmış və həmin məbləğləri oğlunun müalicəsinə xərcləmişdir. Onun bu əməlindən heç kimin məlumatı olmamış, heç kim onunla əlbir olmamışdır. Pulları arvadı Aytənə məxsus ancaq özünün istifadə etdiyi kart vasitəsilə alıb əldə etmiş, ancaq Aytənin, eləcədə Aytənin anası Cəmalənin onun əməlindən heç bir məlumatı, əlaqəsi olmamışdır. Əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin mart ayının əvvəllərində qaynanası Firəngiz qonşuları Camalənin qızı Aytənin əri X7 adına aeroporta onu daha yüksək maaşla işə düzəldə biləcəyini bildirmiş, Vüsal ondan başqa qaynı Elnuru da işə düzəldəcəyinə söz vermiş, Vüsal onu aeroportun anbarında fəhlə kimi işə düzəltmək müqabilində 1500 manat pul istəmiş, 16 mart 2025-ci il tarixdə “Birbank” mobil tətbiqindən həmin şəxsin onlara göndərdiyi və Şahid2 adına olan kart hesabına 1500 manat pul göndərmiş, Vüsal onunla eyni vaxtda qaynı Elnuru da işə düzəldəcəyinə söz verdiyi üçün Elnurun anası Firəngizdən də ayrı-ayrı vaxtlarda ümumilikdə 3500 manat pul almış, Vüsal onlara Novruz Bayramından sonra işə çıxacaqlarına söz versə də hətta onu təcili hal-hazırda işlədiyi işdən ayrılmasını tələb etmiş, onun dediyi kimi edib öz ərizəsiylə işdən ayrılmış, lakin sonradan Vüsalın onu aldatmasını gördükdə ondan verdikləri pulu tələb etmiş, bundan sonra Vüsal hər dəfə müxtəlif bəhanələrlə pullarını qaytaracağına söz versə də onu aldatmasını gördüyü üçün Kürdəmir RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verilmiş suallara cavabında həmçinin bildirdi ki, əvvəl Sumqayıt Kimya Sənaye parkında operator işləmiş və 600 manat əmək haqqı almışdır. Təqsirləndirilən şəxs 1500 manat pulu onu Heydər Əliyev adına aeroportun anbarında fəhlə kimi işə düzəltməsi məqsədilə vermiş, lakin sonradan Vüsalın onu aldatmasını bildirmişdir. Təqsirləndirilən şəxs 1500 manat pulu yaşadığı Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən evlərinə olan zaman “Birbank” mobil tətbiqi vasitəsilə Vüsalın onlara verdiyi və Şahid2 adına olan 5239 1517 4181 8879 saylı hesaba göndərmişdir. Təqsirləndirilən şəxs özünü hər hansı vəzifəli şəxs kimi təqdim etməmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vüsalın ona verdiyi 5239 1517 4181 8879 saylı bank kartına 16 mart 2025-ci il tarixdə 2000 manat, 21 mart 2025-ci il tarixdə isə 1000 manat pul göndərmiş, Elmir də Vüsala 1500 manat pul vermiş, lakin sonradan oğlu Hüseyn başqa yerdə işə düzəldiyi üçün digər oğlu Elnuru onun yerinə düzəldə bilib-bilməyəcəyini Vüsaldan soruşduqda Vüsal ondan əlavə olaraq 500 manat da göndərməsini, əks təqdirdə pulunun qaytarılmayacağını bildirmiş, Vüsalın dediyi kimi edərək ona verdiyi həmin karta əlavə olaraq 22 aprel 2025-ci il tarixdə 500 manat pul göndərmiş, lakin sonradan Vüsalın onları aldatmasını gördükdə ondan verdikləri pulu tələb etmiş, bundan sonra Vüsal hər dəfə müxtəlif bəhanələrlə pulu qaytaracağına söz versə də qaytarmamış, buna görə də Kürdəmir RPŞ-nə gələrək ərizə ilə müraciət edərək, Vüsalın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 verilmiş suallara cavabında həmçinin bildirdi ki, oğlu Şahid1 uzun müddətdir işsiz olduğu üçün ona daimi iş yeri axtarmış, bu məqsədlə qonşusu Şahid3 ilə söhbət edərkən qızı Aytənin əri Təqsirləndirilən şəxs Heydər Əliyev adına aeroportda şəxsləri işə düzəldə biləcəyini bildirmiş, bu məqsədlə Vüsalla Cəmalənin yaşadığı evdə görüşmüş, Vüsal hətta qızı Aynurun əri Elmiri də həmin yerə işə düzəldə biləcəyini demişdir. Oğlu Hüseyni aeroportda sürücü vəzifəsinə işə düzəltmək məqsədilə 3000 manat, Elmiri isə fəhlə kimi işə düzəltmək müqabilində 1500 manat pul verməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs 3500 manat pulu onun oğlu X8 adına aeroportun anbarında sürücü kimi işə düzəltməsi məqsədilə vermiş, lakin sonradan Vüsalın onu aldatmasını bilmişdir. Təqsirləndirilən şəxs 3500 manat pulu yaşadığı Kürdəmir şəhərində yerləşən evlərində olan zaman “Birbank” mobil tətbiqi vasitəsilə Vüsalın verdiyi və Şahid2 adına olan 5239 1517 4181 8879 saylı hesaba göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünü hər hansı vəzifəli şəxs kimi təqdim etməmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 doğma anasıdır, onunla eyni evdə yaşayır. 2025-ci ilin mart ayında işsiz olduğu üçün özü və anası iş axtarmış. Həmin ərəfədə qonşuları Cəmalənin qızının əri Təqsirləndirilən şəxs onu H.Əliyev Beynəlxalq aeroportunda işə düzəldə biləcəyini bildirmiş, onu işə düzəltməsini istədikdə Vüsal anası Firəngizdən 3000 manat pul istəmiş, Firəngiz də həmin pulu hissə-hissə olmaqla Vüsalın arvadı Aytənin kart hesabına yollamışdır. Daha sonra anası Firəngiz onu yox, qardaşı Elnuru işə düzəltmək istədiyini dedikdə Vüsal anası Firəngizdən əlavə olaraq 500 manat da pul almışdır. Sonradan Vüsal verdiyi vədə əməl etməmiş, eləcə də pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, onunla birlikdə Bakı şəhərində yaşayırlar. 2025-ci ilin mart ayında Kürdəmir rayonunda anası Cəmalənin evində olarkən orada qonşu olan Firəngiz Vüsalla nəsə söhbət etmiş, ancaq həmin söhbətin nədən ibarət olması barədə məlumatı olmamışdır. Həmçinin özünə məxsus olan 5239 1517 4181 8879 nömrəli “Kapital bank” plastik kartını əri Vüsal işlətmişdir. Həmin karta kimin, nə zaman və hansı məqsədlə pul vurması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nizami qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Aytənin əridir, ondan ayrı yaşayırlar. 2025-ci ilin mart ayında Vüsal onun evində olarkən söhbət zamanı işləmək istəyən olsa H.Əliyev Beynılxalq aeroportuna işə düzəldə biləcəyini demişdir. Bu barədə qonşusu Firəngizə demiş, sonra Firəngiz özü Vüsal ilə iş barəsində nəsə söhbət etmişlər, o söhbətdən heç bir məlumatı olmamışdır. Ancaq sonradan Firəngiz ona demişdir ki, Vüsal ondan oğlunu işə düzəltməsi üçün 3500 manat pul alıb, ancaq işi düzəltməyib, eləcə də pulu qaytarmayıb. Vüsalın kimdən, harda və hansı məqsədlə pul alması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 həmin tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onu H.Əliyev adına Beynəlxalq Aeroportuna işə düzəldəcəyi barədə yalandan vəd verərək, xx.xx.2025-ci il tarixdə 1500 manat pulunu kart hesabına yollatdırmaqla alıb ələ keçirib vədinə əməl etməyərək aldadıb ona qarşı dələduzluq etdiyini göstəməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v. 3); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Qaraqocalı kəndində yaşayan Zərərçəkmiş şəxs1 həmin tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun oğlu X2 H.Əliyev adına Beynəlxalq Aeroportuna işə düzəldəcəyi barədə yalandan vəd verərək, xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 3500 manat pulunu kart hesabına yollatdırmaqla alıb ələ keçirib vədinə əməl etməyərək aldadıb ona qarşı dələduzluq etdiyini göstəməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v. 4); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 21:00-dan hesablanmışdır (i.v. 20-21); 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39-40); 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 48-49); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsüf edilmişdir (i.v. 57); 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 59-60); xx.xx.2025-ci il tarixli Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş, barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 74-78); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, bununla bağlı şikayət və tələbinin olmadığını göstərmişdir (i.v. 81); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, bununla bağlı şikayət və tələbinin olmadığını göstərmişdir (i.v. 83); xx.xx.2025-ci il tarixli Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir (i.v. 99-104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır (i.v. 110- 111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 3-28-29/2-7198/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında həkim psixiatrın qeydiyyatında durmur (i.v. 118); xx.xx.2025-ci il tarixli Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v. 86-87); xx.xx.2021-ci il tarixli İ-20534 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 88); xx.xx.2024-cü il tarixli 150122 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veterandır (i.v. 89); xx.xx.2022-ci il tarixli İ-34063 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v. 90); xx.xx.2021-ci il tarixli İ-14950 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 91); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəməyə yazdığı ərizədən görünür ki, zərərçəkmiş X1 təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödədiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. xx.xx.2025-ci il tarixli məhkəməyə yazdığı ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi xx.xx.1992-ci il təvəllüdlü arvadı B.S.Hüseynova, uşaqlarıxx.xx.2014-cü il təvəllüdlü oğlu X.Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il təvəllüdlü oğlu Z.Təqsirləndirilən şəxs, xx.xx.2020-cü il təvəllüdlü qızı B.Təqsirləndirilən şəxs və xx.xx.2019-cü il təvəllüdlü oğlu M.V.Rüstəmovdan ibarətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini (CM-59.2), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12-13), himayəsində 04 azyaşlı uşağının olmasını (CM- 59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib azadlığı məhdudlaşdırılmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Binə Sovxozda yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən cəmi 18 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 198 (yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2025-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) gün, 08 iyul 2025-ci il tarixədən 10 sentyabr 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 02 (iki) gün, ümumilikdə 02 (iki) ay 13 (on üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Binə Sovxozda yerşələn fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-120/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-120/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver